Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Heydər Əliyev Mərkəzində dünya şöhrətli Kitaronun konserti keçiriləcək

Heydər Əliyev Mərkəzində dünya şöhrətli Kitaronun konserti keçiriləcək

05.02.2014 [09:23]

Yaponiyanın dünya şöhrətli bəstəkarı və musiqiçisi, “Qremmi” və “Qızıl qlobus” mükafatlarının sahibi Kitaro martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcək.
Heydər Əliyev Mərkəzindən AzərTAc-a bildiriblər ki, əfsanəvi Kitaro Bakıya “Son çağırış” (“Final call”) adlı yeni proqramı ilə gəlir.
Kitaronun “Son çağırış” musiqi albomu 2014-cü ildə 56-cı “Qremmi” mükafatının nominantlarından olub.
Otuz illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi Heydər Əliyev Mərkəzində tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcək.
Əsl adı Masanori Takahaşi olan, etnik motivlərlə elektron alətlərin elementlərini özündə birləşdirən Kitaro “Nyu eyc” (“New age”) janrının tanınmış simalarındandır. Musiqi təhsili olmayan Kitaro musiqinin incəliklərinə müstəqil yiyələnib. O, klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir. Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısıdır.
1993-cü ildə “Səma və torpaq” kinofilminə bəstələdiyi musiqiyə görə “Qızıl qlobus” mükafatı alan Kitaro bir neçə dəfə “Qremmi”yə nominant olub. 2001-ci ildə isə bəstəkarın “Səni düşünürəm” (“Thinking of you”) albomu “Qremmi” mükafatına layiq görülüb.

Paylaş:
Baxılıb: 1018 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31