Ana səhifə »  Mədəniyyət »  Onun yeri insanların ürəyindədir
A+   Yenilə  A-
Onun yeri insanların ürəyindədir

Keçdiyi həyat yolu akademik Tofiq Köçərliyə söz demək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırıb
Görkəmli tarixçi-alim, akademik, ictimai-siyasi xadim, pedaqoq, parlaq şəxsiyyət, gözəl insan... Adının qarşısında bu və digər titullar, epitetlər yer alan Tofiq Köçərlinin 85 illiyi tamam olur. Bu yubiley günlərində dünyasını yeddi il əvvəl dəyişmiş Tofiq müəllimin ömür kitabı bir daha vərəqlənir, doğmaları, yaxınları, dostları, elmi ictimaiyyət onu xoş duyğularla xatırlayır. Bütün bu xatirələrin, söhbətlərin mayasında Tofiq Köçərli şəxsiyyətinə tükənməz bir sevgi, böyük bir ehtiram dayanır. Hamı onu vətəndaş alim, vətəndaş siyasətçi, vətəndaş publisist kimi qəbul edir, dünyadan getməsinə təəssüflənir. Ən önəmlisi bir də odur ki, heç kəs boğazdan yuxarı danışmır, dilinə ürəyindən keçəni gətirir.
Tofiq müəllimdən bu dünyada nə qaldı? Azərbaycan tarixinin aktual problemlərinə dair dəyərli elmi araşdırmalar və tədqiqat əsərləri, bir çox kitab və monoqrafiya, yüzdən artıq məqalə. Daha nə? Tofiq müəllimdən bu dünyada həm də bir sevgi, bir məhəbbət qaldı: biliyə, ailəyə və Vətənə olan sevgi. O, bu sevgi toxumlarını əli çatan, imkanı yetən hər ürəyə, hər yerə səpdi. Çoxu cücərib baş qaldırdı, bar verdi və verməkdədir...
Azərbaycanın çox ucqar bir guşəsindən - Gədəbəyin İsalı kəndindən başlanan yol haralara gedib çıxmadı? Bakı və Moskva universitetlərinə, Milli Elmlər Akademiyasına, Azərbaycan Ali Sovetinə və daha neçə-neçə mötəbər kürsüyə.
Azərbaycan Prezidenti İlham Əliyevin və digər yüksək vəzifəli dövlət və hökumət adamlarının, elm xadimlərinin adından imzalanmış nekroloqdan: “Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır”.
O vaxtlar da, indi də çoxları “Qarabağ, Qarabağ” deyir. Amma söz demək başqadır, iş görmək başqa. Sakit təbiəti, təmkini ilə seçilən, pafoslu danışmağı xoşlamayan Tofiq Köçərli iş görürdü, Qarabağ üçün qəlbən yanırdı. Onun “Qarabağ”, “Erməni saxtakarlığı”(2002), “Naxçıvan - uydurmalar və həqiqətlər” (2005), “K İstorii Karabaxskoqo voprosa” (2009) adlı kitab və monoqrafiyaları, digər əsərləri və araşdırmaları oxucusunu milli kimliyini və mənsubiyyətini dərk etməyə çağırır, milli ruhun oyanmasına və yüksəlişinə xidmət edir. Onun əsərləri Qarabağın Azərbaycan milli məfkurəsinin qaynaqlarından biri olduğunu sübut edir, hər kəsi tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağa, milli mənəvi dəyərlərimizi qoruyub saxlamağa, milli birliyə və həmrəyliyə səsləyir.
O, tarixi faktlara, tutarlı dəlil-sübutlara, dərin məntiqə söykənən əsərləri, məqalələri ilə erməni və ermənipərəst müəlliflərin böhtan və saxtakarlıqlarına, ideoloji təxribatlarına tutarlı cavablar verirdi.
Tofiq müəllim haqqında qeydləri onu hələ tələbəlik illərindən tanıyan dostlarından biri Yəhya Seyidovun sözləri ilə davam etdirmək istərdik: Tofiq Köçərli seçilənlərdən idi. Əla təhsil göstəriciləri, təmkini və mədəniyyəti, universitetin ictimai həyatında fəal mövqeyi ilə seçilirdi.
Bu sözlərin ardınca jurnalist Ruqiyyə Əliyevanın verdiyi məlumat yerinə düşər: Tofiq Köçərli orta məktəbdə oxuyarkən pedaqoji şuranın qərarı ilə səkkizinci sinifdən birbaşa onuncu sinfə, universitetdə təhsil alarkən dərin biliyi, əla yaddaşı və qeyri-adi analitik qabiliyyətinə görə birinci kursdan üçüncü kursa keçirilmişdi.
Həyat göstərdi ki, nə orta məktəb, nə də universitet müəllimləri səhv etməyiblər. Dərin biliyi, analitik təfəkkürü, mədəniyyəti ilə seçilənlərdən olan müəllim övladı elmin və həyatın zirvələrinə məhz bu qeyri-adi, heç də hər kəsə nəsib olmayan keyfiyyətləri sayəsində ucala bilmişdi.
Söz sözü çəkir.
Akademik Ziyad Səmədzadə: Tofiq Köçərlinin yeri elm zirvəsində, insanların ürəyindədir. Akademik Tofiq Köçərli əsl insanlıq nümunəsi olmuş, sanballı əsərləri ilə sübut etmişdir ki, həqiqi tarix necə yazılmalıdır.
“Sanki üz-gözünə peyğəmbər nuru çilənmişdi”. Bu da Ziyad müəllimin sözüdür və məni təxminən 10-12 il əvvələ qaytarır. “Respublika” qəzetində işlədiyim vaxtlar idi. Tofiq müəllim baş redaktor Teymur Əhmədovla dost olduğundan hərdən redaksiyaya gələr, öz əsərlərini, məqalələrini əsasən bu qəzetdə çap etdirərdi. Onu redaksiyanın dəhlizində, cəmi bir-iki dəfə görmüşdüm. Nurani və düşüncəli çöhrəsi indi də gözümün qabağındadır. Sanki bu 10-12 il əvvəl yox, 10-12 gün qabaq olub. Adamın göz yaddaşına bu qədər ani həkk olunması, bir neçə dəfə görməklə hafizədə belə dərin iz buraxması heç də həmişə baş vermir. Səbəbi yəqin ki, elə Ziyad müəllimin dediyidir, üz-gözünə peyğəmbər nuru çilənməsidir.
Teymur müəllimə zəng edib soruşuram:
- Dostunuz Tofiq Köçərlini necə xatırlayırsan? “Respublika” qəzetində çoxmu məqaləsi, yazısı dərc olunub?
Deyir:
- Rəhmətlik həm gözəl alim, həm gözəl insan idi. Bu iki xüsusiyyət eyni şəxsdə hər deyəndə birləşmir, biri olanda, biri olmur. Tofiq müəllim yeri görünən insanlardandır. Hər dəfə redaksiyaya gələndə ya yeni kitabını, ya da məqaləsini gətirərdi. “Respublika” qəzetində onlarla yazısı çıxıb, kitablarından parçalar vermişik. Sinəsi dolu idi. Ürəyi doğrudan Azərbaycan, Dağlıq Qarabağ üçün yanırdı. Hələ çox iş görə bilərdi, çox əsərlər yarada bilərdi. Heyf ondan...
Tərcümeyi-halından sətirlər: 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında tarix elmləri doktoru elmi dərəcəsini alıb. 18 il Bakı Ali Partiya Məktəbinin rektoru işləyib. Bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Bu da dostlarından birinin sözüdür: Tofiq Köçərli böyük nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona söz demək, fikir söyləmək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdı.
Bu heç də hər kəsə verilməyən, heç də hər kəsin qazana bilmədiyi səlahiyyət idi.
Deyəsən Tofiq müəllim həyat prinsipini bir daha xatırlatmağa ehtiyac var: biliyə sevgi, ailəyə sevgi, Vətənə sevgi. Onun biliyə, Vətənə olan sevgisindən qısaca da olsa danışdıq. Bunu sübut edən müəyyən misallar çəkdik, dəlillər gətirdik. Qaldı ailəyə sevgi.
“Babam artıq həyatda yoxdur. Amma onun hamımıza aşıladığı ideya bizimlədir: biliyə, ailəyə, Vətənə sevgi”. Bu, Tofiq Köçərlinin nəvəsi Nigarın sözləridir.
İnternetə baxın, orada Tofiq müəllimin nəvələri Arslanın, Leylanın, Pərvinin, qızı İradənin və digər doğmalarının da ürək sözlərini görəcəksiniz. Oxuyun, görün Tofiq Köçərli ailəsinə, övladlarına, nəvələrinə neçə böyük qayğı və məhəbbətlə yanaşıb. Belə ata, belə baba heç də hər övlada, hər nəvəyə qismət olmur.
Görün nəvəsi Pərvin nə yazır: Hamı üçün babam böyük tarixçi, alim, akademik, ictimai xadim, siyasətçi idi. Mənim üçün isə o, yalnız əziz baba, ailəsinin dayağı, gözəl insan və ən əsası bizi daim ətrafına yığmağı bacaran, bizi birləşdirən bir insan idi. Baba gedərkən mənə bir sərvət qoydu, amma bu düşündüyünüz sərvətlərdən deyil. Bu, puldan, var-dövlətdən, şan-şöhrətdən daha qiymətli, saf, fəxri bir sərvətdir. Bu sərvət onun soyadıdır.
Qızı İradə Köçərli: Atam deyərdi ki, əgər ananız məni ailə problemlərindən, uşaqların tərbiyəsi, təhsili və digər problemlərdən azad etməsəydi, yəqin, mən akademik ola bilməzdim. Atam qızlarına anamız kimi olmağı tövsiyə edərdi.
Tofiq müəllim necə ər, necə ata, necə baba olduğunu ifadə etmək üçün bundan təsirli, bundan dəqiq ifadələr tapmaq mümkünsüzdür. Buraya oğlu Qabilin də sözləri əlavə edilsə, portret cizgilər tamamlanar: O, həyatı boyu öz zəngin daxili aləmi və yüksək mənəviyyatı ilə bizə - övladlarına hər kəs üçün müqəddəs və ülvi hiss olan Vətən sevgisi - Azərbaycan sevgisini, vətənpərvərlik duyğusunu aşılamağa və cəmiyyətə ləyaqətli vətəndaş yetişdirməyə çalışmışdır.
Şair Abbas Həmid Tofiq müəllimə bir şeir həsr edib. Həmin şeirin bir bəndinə nəzər salmağın vaxtıdır:
Meşə də, çəmən də əzizdir ona,
Vətənin gölü də dənizdir ona,
Dağ yolu Aranla əkizdir ona,
Qalıbdır əbədi izi Tofiqin.
Tofiq Köçərli bu dünyadan nəvəsi Pərvinin dediyi kimi, qiymətli soyad, şairin dediyi kimi, əbədi iz və hamının dediyi kimi, bir sevgi qoyub getdi.
Özü getdi, sözü qaldı. Özü getdi, izi qaldı. Bir də sevgi qaldı - Tofiq müəllimə olan sevgi, Tofiq müəllimin ürəklərdə alovlandırdığı üç böyük sevgi.
Elman QƏDİRLİ,
AzərTAc-ın müxbiri

 
  • Oxunub:  17550  |  
  • Tarix:  11-02-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

22 Sentyabr 09:59
Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının birinci toplantısı keçirilib
22 Sentyabr 09:56
Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
21 Sentyabr 18:51
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21 Sentyabr 16:46
Cenevrədə BAMF-ın qaçqın və məcburi köçkünlərin hüquqlarına dair bəyanatı yayılıb
21 Sentyabr 16:42
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyi ilə tanış olub
21 Sentyabr 16:24
Prezident İlham Əliyevin siyasətində prioritet istiqamətlər milli maraqlarımızın qorunması və əhalinin rifahının yüksəlməsidir
21 Sentyabr 16:20
ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb
21 Sentyabr 16:17
Bitki sağlamlığı ilə əlaqədar Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına dair məsələlər müzakirələr edilib
21 Sentyabr 16:14
Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib
21 Sentyabr 16:12
UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçirilib
21 Sentyabr 16:02
Macarıstanın “Daily News Hungary” portalında AZƏRTAC-ın xüsusi müxbirinin xəbəri dərc edilib
21 Sentyabr 15:59
Çin nümayəndə heyəti Heydər Əliyev Mərkəzi ilə tanış olub
21 Sentyabr 13:49
Yeni Azərbaycan Partiyasının Şirvan bölgəsi üzrə rayon təşkilatlarının ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə İsmayıllıda müşavirə keçirilib
21 Sentyabr 13:26
Seyfəddin Talıbov: Ərzaq təhlükəsizliyinin etibarlı təminatı təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün strateji bir məsələyə çevrilib
21 Sentyabr 13:11
Azərbaycanın Müdafiə naziri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
21 Sentyabr 13:07
Mirzə Əliyev: Kənd təsərrüfatı Azərbaycanda qeyri-neft sektorunun ən vacib istiqamətlərindən biridir
21 Sentyabr 13:02
Milli Məclisin Sədri Avrasiya ölkələri parlament sədrlərinin IV konfransında iştirak edəcək
21 Sentyabr 12:59
Orxan Məmmədov: Hazırkı mərhələdə KOB-ların investisiya təşəbbüsləri ətraflı təhlil olunur, onların reallaşdırılması üçün dövlətin dəstək mexanizmləri təşviq edilir
21 Sentyabr 12:56
BP-nin regional prezidenti: “Əsrin müqaviləsi”nin Azərbaycanı müasir enerji mərkəzinə çevirməsi göz qabağındadır
21 Sentyabr 12:54
Samir Vəliyev: Azərbaycan investorlar üçün etibarlı tərəfdaşdır
21 Sentyabr 12:50
Xoşbəxt Yusifzadə: “Əsrin müqaviləsi”nin müddətinin uzadılmasının Azərbaycan neftinin gələcəyi üçün böyük əhəmiyyəti oldu
21 Sentyabr 12:48
Baş Nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov İsmayıllı şəhərində gənclərlə görüşüb
21 Sentyabr 12:45
Deputat: Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən ölkəyə çevrilib
21 Sentyabr 12:39
BMT Baş Assambleyası 74-cü sessiyasının sədri ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb
21 Sentyabr 12:32
Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub
21 Sentyabr 12:29
Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
21 Sentyabr 12:15
Əli Əhmədov İsmayıllı şəhərində Qarabağ müharibəsi veteranları ilə görüşüb
21 Sentyabr 12:11
Baş Nazirin müavini, YAP Sədrinin müavini Əli Əhmədov İsmayıllıda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
21 Sentyabr 10:27
“Əsrin kontraktı”nın bizim müstəqil tariximizdə xüsusi yeri, xüsusi rolu var
21 Sentyabr 10:13
ADU-nun rektoru Polis Akademiyasının nümayəndə heyəti ilə görüşüb
21 Sentyabr 10:11
YAP Nəsimi rayon təşkilatı “Xəzər dostluq, inkişaf və sülh rəmzidir” adlı tədbir keçirib
21 Sentyabr 10:09
YAP Şəmkir rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrlərinin iştirakı ilə seminar-müşavirə keçirilib
21 Sentyabr 10:08
Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir
21 Sentyabr 09:59
Sosial-iqtisadi böhran və hökumətdəki istefalar Nikol Paşinyanın sonunu yaxınlaşdırır
21 Sentyabr 09:58
Türkiyədə akademik Nizami Cəfərovun “Azərbaycan ədəbiyyatı tarixinin etüdləri” kitabı oxuculara təqdim olunub
20 Sentyabr 21:00
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 87-ci kitabı çapdan çıxıb
20 Sentyabr 20:56
Dövlət Komitəsinin sədri Ağdamda məcburi köçkünləri qəbul edib
20 Sentyabr 20:55
Zhang Yesui: Çin Azərbaycanla əməkdaşlığa böyük önəm verir
20 Sentyabr 20:53
Nazir müavini: Azərbaycanda bərpaolunan enerji sahəsinin investorlar üçün əlverişli olmasına çalışırıq
20 Sentyabr 20:51
Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb
20 Sentyabr 20:46
Aran iqtisadi rayonundakı 41 sahibkara 767 min manat güzəştli kredit verilib
20 Sentyabr 20:43
Robert Dadli: “Əsrin müqaviləsi” Azərbaycanın dünyada yüksək strateji enerji təchizatçısı kimi böyüyən rolunu daha da artırıb
20 Sentyabr 20:38
Əhməd bəy Ağaoğluya həsr edilmiş elmi konfrans işini yekunlaşdırıb
20 Sentyabr 20:34
Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Maykl Pompeo Prezident İlham Əliyevi təbrik edib
20 Sentyabr 20:30
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Budapeştdə ofisi açılıb
20 Sentyabr 20:27
Vergilər Nazirliyi BP şirkəti ilə əməkdaşlıq məsələlərini müzakirə edib
20 Sentyabr 20:09
Azərbaycanın Baş Naziri Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
20 Sentyabr 20:05
Maltanın UNESKO üzrə Milli Komissiyasının sədri ölkəmizin zəngin mədəni irsi ilə tanış olub
20 Sentyabr 20:01
Macarıstan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim olunub
20 Sentyabr 19:44
Azərbaycan ilə Bolqarıstan arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
20 Sentyabr 19:41
Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin nümayəndə heyəti İçərişəhərlə tanış olub
20 Sentyabr 19:37
Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr edilmiş konfransın ikinci günü 20-dən çox məruzə dinlənilib
20 Sentyabr 19:36
“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb
20 Sentyabr 19:29
Təhsil naziri Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru ilə görüşüb
20 Sentyabr 19:26
Londonda “Könlüm keçir Qarabağdan” adlı konsert proqramı təşkil olunub
20 Sentyabr 19:20
İƏT-in Baş katibi Ermənistan baş nazirinin bəyanatı ilə bağlı dərin narahatlığını ifadə edib
20 Sentyabr 19:01
“Washington Examiner” jurnalında “Əsrin müqaviləsi”nin 25 illiyinə həsr olunmuş məqalə dərc edilib
20 Sentyabr 18:56
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
20 Sentyabr 18:48
BAMF BMT-nin İnsan Hüquqları Şurasında görüşlərə başlayıb
20 Sentyabr 18:46
Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq
20 Sentyabr 18:44
Ədliyyə naziri Qəbələdə vətəndaşları qəbul edib
20 Sentyabr 18:40
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Məktəb İdmanları Federasiyası birgə əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb
20 Sentyabr 18:26
Mərakeşli nazir: Mərakeş Azərbaycanla münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir
20 Sentyabr 18:10
Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib
20 Sentyabr 18:05
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
20 Sentyabr 18:02
Şahin Mustafayev: İlin sonunadək Çində Azərbaycanın 3 ticarət evi və bir şərab evi açılacaq
20 Sentyabr 17:59
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başa çatıb
20 Sentyabr 17:58
Eldəniz Səlimov: Azərbaycan dövləti inkişaf etdikcə Ermənistan və onun havadarları narahatlıq keçirirlər
20 Sentyabr 17:52
Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edib
20 Sentyabr 17:50
Vüqar Rəhimzadə: MDB-yə üzvlük Azərbaycana geosiyasi məsələlərdə bir çox üstünlüklər qazandırıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA