Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Beynəlxalq Muğam Mərkəzində fransız xoreoqraflarının yaradıcılığından geniş söhbət açılıb

Beynəlxalq Muğam Mərkəzində fransız xoreoqraflarının yaradıcılığından geniş söhbət açılıb

28.03.2014 [08:51]

Xəbər verdiyimiz kimi, “YARAT” Müasir İncəsənət Məkanının “YAY!” Qalereyasında və Muzey Mərkəzində fransız xoreoqrafları Enni Viqyenin və Frank Apertetin (birlikdə “les gens d’Uterpan” kollektivi) yaradıcılığı təqdim olunub.
AzərTAc xəbər verir ki, Frank Apertetin, həmçinin Beynəlxalq Muğam Mərkəzində sənətsevərlərlə görüşü keçirilib.
Tədbir Azərbaycanda Fransız İnstitutunun dəstəyi və bilavasitə iştirakı ilə “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təşkil olunub. Bu proqramın təşkilində Avropa Mədəniyyət Fondunun xüsusi dəstəyi də qeyd edilməlidir.
Parisdə fəaliyyət göstərən xoreoqraflar Enni Viqye və Frank Apertet “CAC Bretigny” təşkilatı ilə əməkdaşlıq çərçivəsində “X-Event” adlı silsilə performanslar yaradıb populyarlaşdırıblar. Onların yaradıcılığı tamaşaçını rəqs və plastika sənəti arasında sərhədin haradan keçməsi üzərində düşündürür.
Enni Viqye və Frank Apertet ənənəvi xoreoqrafiyanın çərçivələrini aşaraq ifaçı, quruluşçu və tamaşaçı arasındakı rolların yeni tərzdə interpretasiyasını təqdim edirlər.
Kollektivin layihələri “Project Art Center” (Dublin, İrlandiya), Tate Modern Qalereyası və Müasir İncəsənət İnstitutu (London, Birləşmiş Krallıq), Kunsthalle (Bazel, İsveçrə), Kali Performans Festivalı (Kolumbiya), Vermello Qalereyası (San Paulo, Braziliya), Müasir İncəsənət Muzeyi (Varşava, Polşa), Museum Joanneum (Avstriya), Berlin Müasir İncəsənət Biennalesi (Almaniya), həmçinin Seul, Nyu-York, Şanxay, Zaqreb, Vilnüs, Lion, Paris və Tokioda nümayiş olunub.
Yaradıcı kollektiv haqqında daha geniş məlumatı www.lesgensduterpan.com saytından əldə etmək mümkündür.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan müzakirə 2008-ci ildə yaradılan və “X-Event” tsikli ilə nəticələnən “rejaction” prosesi əsasında aparılıb. Frank Apertet 17 yaradıcı strategiyadan nümunə gətirərək reaksiya prosesi, onun əsası və məqsədləri barədə söhbət açıb.
Tamaşaçılar xoreoqrafa sual verib və bu sənət barədə müzakirə aparıblar.

Paylaş:
Baxılıb: 925 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30