Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri “Arşın mal alan” operettasını göstəriblər

Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələri “Arşın mal alan” operettasını göstəriblər

18.04.2014 [10:22]

Aprelin 17-də Bakı Slavyan Universitetinin (BSU) akt zalında Novosibirsk Dövlət Teatr İnstitutu tələbələrinin ifasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası göstərilib. Tamaşa Novosibirsk vilayət Mədəniyyət Nazirliyinin, Novosibirsk Dövlət Teatr İnstitutunun və Novosibirskdə fəaliyyət göstərən “Rus-Azərbaycan evi”nin dəstəyi ilə Azərbaycanda keçirilən silsilə tədbirlər çərçivəsində təşkil olunub.
AzərTAc xəbər verir ki, BSU-nun rektoru Asif Hacıyev “Arşın mal alan” musiqili komediyasının quruluşçu-rejissoru, “Aktyor sənəti və rejissorluq” kafedrasının dosenti Anatoli Axreyevə və Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinə minnətdarlığını bildirib.
Rektor qeyd edib ki, Azərbaycan və Rusiya tələbələri arasında dostluq əlaqələri iki ölkənin təhsil və mədəniyyət sahəsində möhkəm əlaqələrinin göstəricisidir.
Novosibirskdəki “Rus-Azərbaycan evi”nin sədri Mais Məmmədov vurğulayıb ki, “Arşın mal alan” operettası Azərbaycan mədəniyyətinin incilərindən biridir.
Tamaşadan əvvəl Novosibirsk Pedaqoji Kollecinin tələbəsi Emil Malıgin Rəşid Behbudovun repertuarından “Yalqızam, yalqız” (“Ya dinok”) və Müslüm Maqomayevin repertuarından “Dəniz” (“More”) mahnılarını ifa edib.
Sonra “Arşın mal alan” tamaşası göstərilib, tamaşaçılar tələbə-aktyorların məharətini alqışlayıblar.

Paylaş:
Baxılıb: 919 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30