Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / “ADA” Universiteti III “Univision” mahnı müsabiqəsinin qalibidir

“ADA” Universiteti III “Univision” mahnı müsabiqəsinin qalibidir

23.04.2014 [09:23]

Xəbər verildiyi kimi, aprelin 21-də Heydər Əliyev Sarayında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin birgə dəstəyi ilə III “Univision” tələbə mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Finala vəsiqə qazanmış 14 universitet təmsilçiləri arasında münsiflər heyətinin qərarına əsasən, “ADA” Universitetinin təmsilçisi Günay Bədəlova birinci, Bakı Dövlət Universitetinin tələbəsi Əlihüseyn Quluzadə və Bakı Slavyan Universitetinin tələbəsi Kəmalə Novruzova ikinci, Azərbaycan Dövlət Neft Akademiyasını təmsil edən “Old Academy” qrupu isə üçüncü yerləri tutublar.
Müsabiqənin qalibinə 3 min və müsabiqənin simvolu, ikinci və üçüncü yerlərin sahiblərinə isə müvafiq olaraq 2000 və 1000 manat mükafat verilib.
“ADA” Universitetinin kommunikasiya departamentindən AzərTAc-a bildiriblər ki, Günay Bədəlovanı bu qələbə münasibətilə təbrik edən “ADA” Universitetinin rektoru, səfir Hafiz Paşayev ona mayın 14-dən 21-dək Bakıda keçiriləcək II Beynəlxalq “Univision” tələbə mahnı müsabiqəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Günay Bədəlova “ADA” Universitetinin beynəlxalq münasibətlər fakültəsinin ikinci kurs tələbəsidir.

Paylaş:
Baxılıb: 944 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30