Ana səhifə »  Mədəniyyət »  Leyla Əliyeva: Rəssam Rasim Babayevin maraqlı sənət dünyasını özünüz üçün kəşf etməyinizi arzulayıram
A+   Yenilə  A-
Leyla Əliyeva: Rəssam Rasim Babayevin maraqlı sənət dünyasını özünüz üçün kəşf etməyinizi arzulayıram

Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu öndərin xatirəsini ehtiramla yad edib. 1949-1950-ci illərdə Ulu öndər bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun nümayəndələri, Rusiyadakı Azərbaycan diasporunun üzvləri barelyefin önünə tər güllər qoyublar.
Sonra Leyla Əliyeva Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin (1927-2007) sərgisinin açılışında iştirak edib.
Sərginin açılışından əvvəl Leyla Əliyeva muzey rəhbərliyinin dəvəti ilə I Nikolayın nəvəsi, böyük knyaz Konstantin Romanovun Rus Muzeyindəki şəxsi otaqlarını ziyarət edib.
Leyla Əliyeva sərginin açılışında çıxış edərək deyib ki, bu gün Azərbaycan mədəniyyəti üçün əlamətdar gündür. Heydər Əliyev Fondunun vitse-prezidenti deyib: “Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi və mədəni sahələrdə qədim və möhkəm dostluq telləri bağlayır. Azərbaycanda rus ədəbiyyatını, rus teatrını, rus kinosunu və əlbəttə, rus rəssamlıq sənətini çox sevirlər. Çox sevindirici haldır ki, Rusiyada da Azərbaycan incəsənətinə maraq göstərilir, bizim mədəniyyətimiz belə geniş və ləyaqətlə təmsil edilib. Rus Muzeyinin yaradılmasından təxminən 120 il keçir. Burada nadir sənət inciləri - Aleksandr İvanovun, Karl Brüllovun, Kazimir Maleviçin və Aleksandr Brodskinin əsərləri nümayiş etdirilir. Həmin əsərlərin bu muzeydə olması bu rəssamların nadir istedadına dəlalət edir. Bu gün biz sizə zəmanəmizin istedadlı və heyrət doğuran rəssamlarından birinin - Rasim Babayevin əsərlərini təqdim edirik. Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyadakı qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Rasim Babayevin sağlığında ona Fransaya köçmək və orada işləmək təklif edilib. Lakin o, bu təklifi qəbul etməyib, çünki Azərbaycandan uzaqlarda yarada bilməzdi. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən onun işləri bu qədər parlaq, səmimi və nağılvaridir. Bir il bundan əvvəl Moskvadakı Şərq Muzeyində Rasim Babayevin sərgisi təşkil edilmişdi. Həmin sərginin çox uğurlu olması bir daha göstərir ki, həqiqi sənət üçün dini və ya milli sərhədlər yoxdur. Həqiqi sənət zamanın və məkanın fövqündədir, hamı üçün əlyetərlidir. Əminəm ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda açılan bu sərgi də böyük uğurla keçəcək və təsviri sənətin bütün həvəskarları üçün maraqlı olacaq”.
Leyla Əliyeva sərginin təşkilatçılarına təşəkkürünü bildirib və Rus Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib. Daha sonra o deyib: “Xeyirin şər üzərində hökmən qalib gələcəyini rənglərin dili ilə bizə deyən rəssam Rasim Babayevin maraqlı sənət dünyasını özünüz üçün kəşf etməyinizi arzulayıram”.
Səfir Polad Bülbüloğlu qeyd edib ki, Rasim Babayevin yaradıcılığı dünyaya çox məşhur sənətkarlar vermiş Azərbaycanın rəssamlıq məktəbini təmsil edir. Diplomat mədəniyyətə və incəsənətə göstərdiyi daimi diqqətə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. P.Bülbüloğlu deyib: “Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın inkişafı davam edir. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin himayəsi ilə IV Bakı Beynəlxalq Humanitar Forumu keçirilib. Həmin Forumda ən böyük və mötəbər nümayəndə heyəti Rusiyadan gəlmişdi. Bu, bir daha göstərir ki, Azərbaycan ilə Rusiya arasında, xüsusən humanitar sahədə tam qarşılıqlı anlaşma var”.
Mərcani adına Elmi Və Mədəni Proqramların Dəstəklənməsi və İnkişafı Fondunun prezidenti Rüstəm Süleymanov R.Babayevin yaradıcılığından danışıb. O, qeyd edib ki, bu sənətkar öz yaradıcılığında Qərb və Şərq üslublarını sintez etməyə müvəffəq olub. R.Babayevin əsərlərində azadlıq və seyrçilik dünyası, dərin düşüncələr və ekspressiyalar birləşib.
Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev qubernator Georgi Poltavçenkonun təbrikini çatdırıb. O, əmin olduğunu bildirib ki, sərgiyə gələn hər kəs Rasim Babayevin əsərlərində xeyirxah və nurlu məqamlar tapacaq.
Yerli özünüidarəetmə, millətlərarası və konfessiyalararası münasibətlər komitəsinin sədri Mixail Lebedinski Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun təbrik məktubunu oxuyub. Daha sonra M.Lebedinski Leninqrad vilayəti nümayəndə heyətinin tərkibində Azərbaycana səfəri barədə söhbət açıb və vurğulayıb ki, indi Azərbaycanı özünə daha yaxın və doğma ölkə hesab edir.
Sonra Leyla Əliyeva sərgi ilə tanış olub. Noyabrın 24-dək davam edəcək ekspozisiyada rəssamın ailə toplusunda və Mərcani Fondunun kolleksiyasında saxlanılan 80-ə yaxın rəngkarlıq və qrafika işləri nümayiş etdirilir. 1970-2000-ci illərdə R.Babayevin yaradıcılığının müxtəlif dövrlərinə aid olan bu əsərlərin çoxunda tamaşaçının gözləri qarşısında fantastik personajlar - divlər və əjdahalar, sehrli quşlar, dəvə karvanları, Şərq gözəlləri, adi qocalar və nağıllarda təsvir edilən nənələr, bəşəriyyətin ulu əcdadları Adəm və Həvva canlanır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın səfəri Sankt-Peterburq KİV-lərində geniş işıqlandırılıb.

 
  • Oxunub:  14280  |  
  • Tarix:  31-10-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA