Ana səhifə »  Mədəniyyət »  YARAT Müasir İncəsənət Mərkəzi “Ürək tənha ovçudur” adlı qrup sərgisini təqdim edib
A+   Yenilə  A-
YARAT Müasir İncəsənət Mərkəzi “Ürək tənha ovçudur” adlı qrup sərgisini təqdim edib

YARAT Müasir İncəsənət Mərkəzi “Ürək tənha ovçudur” (The Heart is a Lonely Hunter) adlı qrup sərgisini təqdim edib. Son dövrdə yaradılmış yeni əsərləri bir araya gətirən bu sərgidə şəbəkə şəklində yerləşən vücud və rəmzi obrazların tamaşaçı “mənliyi”ni necə dəyişdiyinin yollarını araşdıran əsərlər nümayiş etdirilir.
AZƏRTAC xəbər verir ki, sərgiyə YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva və Nyu-Yorkda yerləşən “New Museum”un nəzdində fəaliyyət göstərən “Rhizome” təşkilatının bədii rəhbəri Maykl Konnor kuratorluq edirlər.
“Ürək tənha ovçudur” sərgisinin açılış mərasimində kuratorlar Suad Qarayeva və Maykl Konnor çıxış ediblər.
Bildirilib ki, müxtəlif sənət növlərində çalışan Neil Belufa, Hanna Blək, Kamil Enro, Parker İto, Banni Rocers, Casper Spisero və Lu Yan kimi dünya şöhrətli rəssamların əsərlərində sahiblik münasibətləri, vizual özəllik, cəmiyyətdə qarşılıqlı əlaqələr və onların təsvirləri ilə bağlı mövzular təhlil olunur.
Pyer Yuiq ilə Filip Parrenonun birgə işi olaraq cizgi (anime) filmi personajının təkrar bədii istifadəsini tədqiq edən “Kabus yox, yalnız örtük” (“No Ghost Just a Shell”, 1999-2002) adlı davamlı layihə sərginin mərkəzi ekspozisiyasını təşkil edir. “Ürək tənha ovçudur” sərgisi çərçivəsində Pyer Yuiqin bu silsilə layihəsi üçün çəkdiyi iki videofilmi nümayiş etdirilir. Pyer Yuiq öz personajının zahirən boş görünməsinə valeh olsa da, sənətkarın nümayiş etdirilən son sərgi işləri ekrandakı təsvirin sadəcə “örtük” olmaması ideyasını vurğulayır: xəyali obrazlar da real dünyanın işlərinə təsir göstərir və təsirlərə məruz qalır.
Sərgidə nümayiş olunan bir sıra əsərlərdə sənətkarlar ekran təsvirlərinin müəyyən təsirini - azarkeş tamaşaçını mənəvi və hətta fiziki cəhətdən necə dəyişdiyini araşdırırlar. Rəssam Banni Rocers isə özünü 1999-cu ildə ABŞ-da baş vermiş faciəvi silahlı insidentin (çox hallarda iddia edilir ki, baş vermiş faciənin səbəbi o zorakılığı törədən şəxslərin özlərini videooyun qəhrəmanlarına bənzətmələri olub) cərəyan etdiyi məkana - “Columbine” Yüksək Məktəbinin kitabxanasına köçürülmüş iki televiziya serialının animasiya obrazları cildində təsvir edir. Hanna Blək isə Bakıda bodibildinqlə məşğul olan peşəkar və həvəskarların iştirakı ilə yenicə ərsəyə gətirdiyi videofilmini təqdim edir. Filmdəki bakılı bodibilderlər heç də “Photoshop” vasitəsilə hazırlanmış fitnes jurnallarında və ya kompyuter qrafikası ilə yaradılmış filmlərdə gördüyümüz super qəhrəmanlardan geri qalmırlar.
Sərgidəki əsərlər, həmçinin normal bədənlərin ekranda deformasiyaya uğrayıb anormal formalara keçərək kadrdan kənara çıxmasının yollarını əks etdirir.
Kamil Enronun ilk dəfə YARAT Müasir İncəsənət Mərkəzində nümayiş olunan rəsmləri populyar ABŞ musiqiçisi Niki Minajın videoklipindən ilhamlanaraq yaradılıb. Kamil Enronun rəsmləri müasir ekran mədəniyyətində kolonializm, ekzotizm və irqi stereotip kabuslarını oynadır və onlara qarşı müqaviməti işıqlandırır. Eyni mövzuları araşdıran Lu Yanın instalyasiyasına isə elə bir videooyun daxildir ki, rəssamın bu oyun üçün yaratdığı baş rol qəhrəmanı ana bətnidir, yəni qadınlarda olan daxili orqanın antropomorfik obrazı.
Bundan əlavə, sərgi ekran personajları ilə oxşarlığın ikili rol oynaya biləcəyi vasitələri ön plana çəkir. Bu oxşarlıqlar əsərə həm məhdudiyyət, həm də sərbəstlik verə bilər. Məsələn, Casper Spiseronun əsərləri sönük və ümidsiz mühitlərdə - dustaqxanalarda, yararsız boş evlərdə cərəyan edən fantastik əhvalatlardır. Parker İtonun məxsusi olaraq sərgi yerinə görə hazırlanmış instalyasiyasını isə üst-üstə yerləşən mətn laylarından ibarət şəkillər, heykəltəraşlıq nümunələri arasında zəncirlərdən sallanan təsvirlər təşkil edir. Bu mürəkkəb mühitin içində zəncirlənmiş hissi keçirməklə yanaşı, həm də hallüsinasiya sayağı qurtulma yolunu da görmək olur. Neil Belufa isə Banf şəhərində (Kanada) statistika üzrə mütəxəssislər qrupu üçün tədqiqat obyekti olan yeniyetmələrdən bəhs edən film təqdim edir. Filmdəki tədqiqat bizim bütün qorxu və ümidlərimizin, əlaqələrimizin sosial media əsrində necə izlənməyə və məqsədli marketinqə məruz qaldığının bir metaforası kimi qarşılanır.
“Rhizome”nin bədii rəhbəri Maykl Konnor deyib: “Fan-art sənətini hər hansı filmin və ya videooyunun, ya da digər bədii əsərin fanatları yaşadırlar. Fan-art əsərinin personajları adətən həm orijinal əsərlə uyğunlaşan, həm də orijinal əsərdə baş verməyən hallarda əks etdirilir. Bu sərgi, eləcə də sərgidə iştirak edən bir çox rəssam məhz fan-art sənətindən ilhamlanıb. Biz hətta sərginin təşkilati tərəfini də bir növ fan-art işinə çevirmişik - sərginin adını Karson MakKalersin romanından götürmüşük. Mən bu romanı, demək olar ki, 20 ildir oxumuram, amma vaxtilə mənə çox dərin təsir bağışlaması yaxşı yadımdadır...”.
YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratoru Suad Qarayeva bildirib: “YARAT Müasir İncəsənət Mərkəzində biz mühüm və ən müasir incəsənət nümunələrinin nümayiş etdirilməsi üçün çalışırıq. “Ürək tənha ovçudur” sərgisi incəsənətin xüsusi istiqamətini - post-rəqəmsal cərəyanını araşdırır və bizim tamaşaçılara sürətlə inkişaf edən bu bədii təsvir təcrübələrini təqdim edir”.
Qeyd edək ki, Maykl Konnor Nyu-Yorkda yerləşən “New Museum”da “Rhizome”un bədii rəhbəri və Nyu-York Tiş İncəsənət Məktəbinin foto və təsvir şöbəsinin dəvət olunmuş professorudur. O, Mançesterdə “Cornerhouse” qalereyası, Nyu-Yorkda Hərəkətli Təsvirlər Muzeyi, Melburnda Avstraliya Hərəkətli Təsvirlər Mərkəzi (ACMI), Torontoda “Bell Lightbox”, Liverpulda İncəsənət və Yaradıcı Texnologiyaları Fondu (FACT), Londonda “MocaTV” və Britaniya Film İnstitutu (BFI) müasir incəsənət muzeyləri üçün iri sərgilər və layihələrin təşkilini həyata keçirib. Onun “Siz buradasız” (“You Are Here”): İnternetdən sonra incəsənət” (Cornerhouse), “Rəqəmsal videonun abstraksiyası” (Digital Video Abstraction) (“UCPress”, nəşr gözlənilir), “ArtAsiaPacific” və “Artforum.com” portallarında yer alıb. Maykl Konnor incəsənət və texnologiyalar ilə əlaqəli mövzulara dair geniş mühazirələrlə çıxış edir.
Suad Qarayeva YARAT Müasir İncəsənət Mərkəzinin baş kuratorudur və onun daimi kolleksiyasına və müvəqqəti sərgi proqramlarına rəhbərlik edir. O, əvvəllər Londonun “Sotheby’s”in Rusiya və MDB ölkələrinin müasir incəsənəti üzrə mütəxəssis və kurator vəzifələrində çalışıb. O, 2013 və 2014-cü illərdə Qafqaz və Mərkəzi Asiyanın müasir incəsənətini təqdim edən, ilk dəfə keçirilən “At the Crossroads” (“Yolların kəsişməsində”) adlı sərgilərə rəhbərlik edib. Rusiya və Şərqi Avropa ölkələrinin müasir incəsənət əsərlərinin satış tədbirlərinə, o cümlədən 2013-cü ildə keçirilmiş “Müasir Şərq” və “Fokusu dəyişərək” tədbirlərinə rəhbərlik edib. Suad Qarayeva uzun müddətdir ki, YARAT Təşkilatı ilə əməkdaşlıq edir və 53-cü və 54-cü Venesiya Biennalesində Azərbaycanın Milli Pavilyonunda məhsuldar fəaliyyəti də daxil olmaqla çoxsaylı beynəlxalq sərgilərdə çalışıb. O, son vaxtlar 56-cı Venesiya Biennalesində noyabrın 22-dək nümayiş etdiriləcək YARAT Təşkilatının “Odla suyun birliyi” (The Union of Fire and Water) adlı layihənin təşkilatçılıq işlərinə rəhbərlik edib. S.Qarayeva, həmçinin Londonda yerləşən “Tate Modern” müasir incəsənət qalereyasında Rusiya və Şərqi Avropa üzrə Nəzarət Komitəsinin üzvüdür.
YARAT Müasir İncəsənət Mərkəzində təqdim olunan sərginin adı - “Ürək tənha ovçudur” Karson MakKalersin ABŞ-ın cənub ştatı olan Corciyada yerləşən kiçik şəhərcikdəki həyat haqqında 1940-cı ildə yazdığı romanından götürülüb. Bu roman yaşadıqları mühitə fiziki və ya sosial baxımdan “uyğun gəlməyən” və özlərini son dərəcə təcrid olunmuş hiss edən, xiffət çəkən bir sıra personajların ətrafında cərəyan edir. Sərgi bu emosional qaydaları müasir internet kontekstində yenidən təsvir edir, sərgidə təmsil olunan rəssamlar standart həyat yollarını sual etməklə və bu standartlar çərçivəsindən kənara çıxmağın bir yolu kimi tamaşaçıları ekran simaları və personajları ilə eyniləşdirməyə dəvət edir.
YARAT Müasir İncəsənət Məkanı Bakıda yerləşir. Bu qeyri-kommersiya təşkilatı Aida Mahmudova ilə bir qrup rəssam tərəfindən 2011-ci ildə təsis edilib. YARAT ölkəmizdə müasir incəsənətin dəstəklənməsi və geniş ictimaiyyət tərəfindən dərk olunması məqsədi ilə fəaliyyət göstərir, Azərbaycan incəsənətinin respublika daxilində və beynəlxalq aləmdə təbliğ olunması ilə məşğuldur.
YARAT indiyədək əksəriyyəti Bakıda təşkil edilən 140-dan artıq layihəni həyata keçirib. YARAT-ın fəaliyyətində əsas mahiyyət kəsb edən tədris-təlim işi art-rezident səfərlərindən, praktiki məşğələlərdən, mühazirələrdən və film nümayişlərindən ibarətdir. YARAT-ın 2014-cü ildə yay məktəbi təşkil edilib, eləcə də yeni bir binası istifadəyə verilib. Həmin binada rəssam emalatxanaları və “art-rezident” proqramı üçün mənzillər yerləşir. Təşkilatın ARTIM proqramı incəsənətə meyl göstərən gəncləri dəstəkləyir, onların işlərini kuratorların diqqətinə çəkib sərgiləndirməyə imkan yaradır.
2015-ci ilin mart ayında YARAT Müasir İncəsənət Mərkəzi də açılıb. Bu mərkəz YARAT-ın ilk daimi sərgiləmə məkanıdır. Üzü Xəzər dənizinə tərəf açılan və sovet dönəmində hərbi donanma qərargahı olmuş bu yeni mərkəz (sahəsi 2000 kvadratmetr) müasir incəsənətə və onun tədrisinə xidmət edən regional miqyaslı qovşaqdır. Burada müəyyən müddət üçün gətirilən müvəqqəti sərgilərlə yanaşı, YARAT-a məxsus daimi kolleksiyanın əsərlərini təqdim edən sərgi də nümayiş etdirilir. Daimi kolleksiya Qafqaz, Orta Asiya və qonşu ölkələri təmsil edən görkəmli sənətkarların əsərlərindən ibarətdir. Mərkəzin açılış mərasimində beynəlxalq səviyyəli rəssam Şirin Neşat “Gözlərimin evi” adlı sərgisi ilə iştirak edib.
YARAT təşkilatı, həmçinin Bakıda iki “Pablik Art Festival”ı təşkil edib (üçüncü festival bu il iyun ayının 13-də başlayıb və oktyabrın 5-dək davam edəcək), “Vienna Contemprorary” və “Art Dubai” kimi beynəlxalq yarmarkalar, şəhər muzeyləri ilə birgə əməkdaşlıq çərçivəsində sərgilər və 55-ci Venesiya Biennalesi kimi birgə beynəlxalq layihələrdə yaxından iştirak edib. Hazırda YARAT Müasir İncəsənət Məkanı Rəşad Ələkbərov və Almagül Menlibayevanın əsərlərindən ibarət “Odla suyun birliyi” adlı birgə layihə ilə 56-cı Venesiya Biennalesinin paralel proqramında iştirak edir.
“Ürək tənha ovçudur” adlı qrup sərgisi 2016-cı il yanvarın 9-dək davam edəcək.

 
  • Oxunub:  12780  |  
  • Tarix:  29-09-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

29 Mart 18:54
Ənənələr və dəyərlər istənilən böhrana qarşı milli mübarizənin əsaslarıdır
29 Mart 18:49
Türkiyə mediası AZƏRTAC-ın müxbirinin Azərbaycanda koronavirusla mübarizə mövzusunda məqaləsini yayıb
29 Mart 18:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır
29 Mart 16:27
Mənfəət, əmlak və gəlir vergisi bəyannamələrinin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti uzadılıb
29 Mart 12:08
Vüqar İskəndərov: AŞPA məruzəçilərinin son açıqlaması onların ölkəmizə qarşı qərəzli və ikili standartlardan yanaşdığını bir daha təsdiqlədi
28 Mart 22:33
“Ailələrə zəng” aksiyasına start verilib
28 Mart 22:28
Mehriban Əliyeva: Həkimlərin hər an qəbul etdikləri qərarlar, peşəkar bilik və bacarıqları, fədakarlıq və şəfqəti bizim əsas silahımız və ümidimizdir
28 Mart 22:24
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz birlikdə güclüyük” şüarı “Alov qüllələri"ndə! - VİDEO
28 Mart 20:35
Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib
28 Mart 20:31
YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər
28 Mart 20:29
Operativ Qərargah: Azərbaycanda 17 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib
28 Mart 20:19
“Sağlamlığımız milli həmrəyliyimizdədir” aksiyası böyük ictimai marağa səbəb olub
28 Mart 20:18
Prezident İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib
28 Mart 20:14
YAP-ın könüllüləri və ƏƏSMN-nin sosial işçiləri birgə ahıllara, tənhalara yardım paylayır, sosial xidmət göstərirlər
28 Mart 12:17
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti xüsusi iş rejimində davam edəcək
27 Mart 21:08
Martın 29-u saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndiriləcək
27 Mart 20:55
DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 19:58
Əli Əhmədov: Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər
27 Mart 18:53
Azərbaycanda 43 yeni koronavirusa yoluxma halı qeydə alınıb - Operativ Qərargah
27 Mart 17:04
ASAN könüllülərindən tənha yaşayan ahıl vətəndaşlar üçün növbəti təşəbbüs
27 Mart 16:24
DOST könüllüləri tənha yaşlılara sosial məişət xidmətlərinin göstərilməsində yaxından iştirak edirlər
27 Mart 16:22
Türkiyə XİN: 8 xarici ölkədə 50 türkiyəli koronavirus səbəbindən həyatını itirib
27 Mart 16:18
Ekologiya və Təbii Sərvətlər Nazirliyi evdəqal kampaniyası çərçivəsində daha bir təşəbbüslə çıxış edib
27 Mart 14:57
Milli Məclisdə informasiya mübadiləsi internet üzərindən uğurla davam etdirilir
27 Mart 14:41
YAP-ın fəalları və könüllüləri tənha şəxslərə evlərində sosial xidmətlər göstərir
27 Mart 14:38
İlham Əliyev fenomeni: Zamanında qəbul edilmiş qərarlar Azərbaycanın tərəqqi yolunda inamla irəliləməsini təmin edir
27 Mart 14:36
YAP Nizami rayon təşkilatının könüllüləri ƏƏSMN-nin sosial işçiləri ilə birlikdə ahıl və tənha insanlara yardım paylayıblar
27 Mart 14:33
Ölümlə hədələnən qadın üç günlük körpəsi ilə birlikdə sığınacağa yerləşdirildi
27 Mart 10:28
İcbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi iyul ayında həyata keçiriləcək
27 Mart 09:07
Mikayıl Cabbarov: Gələn həftədən tibbi xalat və maskaların istehsalına başlanılacaq
27 Mart 08:54
Ramin Quluzadə: Paytaxtda nəqliyyat vasitələrindən istifadə edənlərin sayı azalıb
27 Mart 08:35
Zaur Əliyev: Azərbaycanda koronavirus şübhəsi səbəbindən karantində saxlanılanların sayı 3300-dən çoxdur
27 Mart 08:11
Sahil Babayev: Hazırda tənha yaşayan 10 mindən çox ahıl şəxsə sosial xidmətlər göstərilir
27 Mart 07:45
Əli Əsədov: Sanitar epidemioloji normalara qeyd-şərtsiz olaraq tam əməl edilməlidir
26 Mart 16:26
YAP Gənclər Birliyi daha bir sosial layihəyə başladı (VİDEO)
26 Mart 16:24
Varşavadan 19 soydaşımız Azərbaycana gətirilib
26 Mart 16:22
Əli Əhmədov: “Bütün səylərimizi birləşdirərək, Prezidentin çağırışına qoşularaq, Milli Həmrəylimizi daha da gücləndirərək bütün dünyanı lərzəyə salan koronovirus bəlasından Azərbaycanın ən az itkilərlə çıxmasına öz dəstəyimizi verə biləcəyik” (VİDEO)
26 Mart 16:17
Vətəndaşlarımız "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyasından məmnunluq ifadə edir
26 Mart 16:13
Əli Əhmədov: “Azərbaycanın koronavirus bəlasından az itkilərlə çıxmasına öz dəstəyimizi verəcəyik"
25 Mart 21:21
Yaxın günlərdə pərakəndə satışda kifayət qədər tibbi spirt olacaq və maskaların istehsalı üçün əlverişli şərait yaradılacaq
25 Mart 21:14
Heydər Əliyev Fondu koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində sosial layihəyə başlayıb
25 Mart 18:34
Nazirlər Kabineti xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barədə qərar qəbul edib
25 Mart 18:13
Türkiyədə koronavirusla bağlı yalan məlumatlar yaymaqda şübhəli bilinən 410 nəfər saxlanılıb
25 Mart 18:11
Neftçala Rayon İcra Hakimiyyətinin əməkdaşları bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər
25 Mart 17:27
Yaponiyanın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır
25 Mart 17:20
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat vəsait ayırdı
25 Mart 17:15
YAP-ın könüllüləri son beş gündə 2500-dən artıq tənha və ahıllara yardım edib
25 Mart 16:25
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı Bahar Muradovanın ailələrə çağırışı
25 Mart 16:15
Qüdrətli Azərbaycan dövləti daim öz vətəndaşının yanındadır
25 Mart 11:21
Vüsal Qasımlı: Xüsusi karantin rejimi pandemiyanın sürətlə yayılmasının qarşısını alır
25 Mart 11:13
Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupun iclası keçirilib
25 Mart 09:24
Prezident: Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər
24 Mart 23:51
Prezident İlham Əliyev: Qəbul edilmiş qərarlar vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır
24 Mart 23:37
Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral
24 Mart 23:27
Nyu-York – Bakı və İstanbul - Bakı aviareysləri ilə 230 azərbaycanlı vətənə qayıdıb
24 Mart 21:58
Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb
24 Mart 21:53
TƏBİB: Martın sonunadək Azərbaycanda maska istehsal edən müəssisə fəaliyyətə başlayacaq
24 Mart 19:08
"Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya yüksək fəallıqla davam etdirilir
24 Mart 16:44
Prezident İlham Əliyev Hövsan yaşayış kompleksinin açılışında iştirak edib
24 Mart 16:27
Heydər Əliyev Fondu Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb və himayəsindəki müəssisələrə yardım edib
24 Mart 12:42
Müdafiə Nazirliyi: Düşmənin təxribat cəhdinin qarşısı alınıb
24 Mart 12:26
Milli Məclisdə internet üzərindən informasiya mübadiləsi qrupları yaradılıb
24 Mart 12:17
“Azərsun Holdinq” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat köçürdü
23 Mart 22:26
Hikmət Hacıyev: Vətəndaşlarımız olduqları ölkənin karantin rejiminə ciddi riayət etməlidirlər
23 Mart 20:38
Azərbaycan Respublikasında martın 24-dən aprelin 20-dək xüsusi karantin rejimi elan edilir
23 Mart 18:55
Birinci vitse-prezident Mehriban Əliyeva bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23 Mart 18:38
ASAN könüllüləri koronavirusla mübarizədə fəal iştirak edirlər
23 Mart 18:32
Prezident Administrasiyasının rəhbər şəxsləri bir aylıq əməkhaqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüblər
23 Mart 18:15
YAP İcra Katibliyinin, partiyanın yerli strukturlarının əməkdaşlarının 1 aylıq əmək haqqı “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na ianə ediləcəkdir
23 Mart 18:10
Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə, bir-birini dəstəkləməyə, təhlükəli xəstəliklə mübarizə aparan dövlətin yanında olmağa, həyata keçirilən zəruri tədbirləri hamılıqla dəstəkləməyə ehtiyac var

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA