Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində “Bakı, mən səni sevirəm” filminin təqdimat mərasimi olub
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində “Bakı, mən səni sevirəm” filminin təqdimat mərasimi olub

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib
“Bakı, mən səni sevirəm”. İndi təqdim ediləcək ekran əsəri bu sevgidən yaranıb. Bu şəhəri sevməmək mümkün deyil. “Bakı, mən səni sevirəm” kinolayihəsinin reallaşmasında bizə dəstək verən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığımı bildirirəm. Həmçinin Bakıya və bakılılara “çox sağ ol” deyirəm.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Bakı, mən səni sevirəm” kinolayihəsinin oktyabrın 23-də Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimində ekran əsərinin prodüserlərindən biri Yeqor Mixalkov-Konçalovskinin premyeradan əvvəl dediyi bu səmimi sözlər çoxsaylı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Azərbaycanda bir ildən çox çalışdığını deyən prodüser burada qədimliyin və müasirliyin mövcud olduğunu bildirib. Bu, bir tərəfdən qədim Bakı, digər tərəfdən müasir, gündən-günə inkişaf edən Bakıdır.
“Çəkilişlər zamanı işimdən böyük zövq aldım. Biz ilk çəkilişlərə başladığımız zaman Heydər Əliyev Mərkəzi hələ inşa edilirdi. Bu gün isə “Bakı, mən səni sevirəm”in ilk təqdimatının burada, gözəl bir məkanda, dahi Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsindən qürur hissi duyuram”, - deyə kinolayihənin prodüseri vurğulayıb.
Filmin təqdimat mərasimində layihənin rəhbəri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Təqdimatdan əvvəl Leyla Əliyeva layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanov ilə görüşüb, yaradıcı heyəti premyera münasibətilə təbrik edib.
Tamaşaçıların maraqla gözlədiyi təqdimat mərasimində əvvəlcə çəkiliş prosesini əks etdirən kadrlar nümayiş olunub.
Gecənin aparıcısı kinolayihə barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, indiyədək dünyada “Paris, mən səni sevirəm”, “Nyu-York, mən səni sevirəm”, “Moskva, mən səni sevirəm” kimi analoji kinolayihələr həyata keçirilib. “Bakı, mən səni sevirəm” bu istiqamətdə çəkilmiş ekran əsərlərinin bir növ davamıdır.
Bildirilib ki, kinonovella “Mosfilm” kinokonsernində istehsal olunub. “Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılan doqquz dəqiqəlik qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “Lotereya bileti”, “Sevgi haqqında”, “Aysel”, “Təsadüf”) ibarətdir. Filmlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan). Novellaların ssenari müəllifləri isə Nadir Maçanov, Yavər Rzayev, İlqar Safat, Samir Kərimoğlu, Nərgiz Bağırzadə və Aleksandr Novotoskidir.
Vurğulanıb ki, filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi isə 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz və yay sessiyalarının hər birində 5 film çəkilib. Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.
Sonra film təqdim olunub.
Doxsan gün ərzində ərsəyə gələn ekran əsərində Azərbaycanın Xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, Əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar rol alıb.
Böyük maraqla izlənilən ekran əsərlərinin hər biri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir. Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.
Filmin nümayişi başa çatdıqda və salonun işıqları yandıqda hamının nəzərləri yenidən səhnəyə, böyük monitora dikilmişdi. Sanki bütün baxışlardan bir daha oxunurdu ki, tariximizin yaddaş kitabəsi olan, şöhrəti əsrləri adlayan, təbii ehtiyatları ilə hər zaman dünyanın diqqət mərkəzində olan, bir millətin inam və güvənc yeri sayılan doğma Bakımız haqqında nə qədər filmlər çəkilsə də yenə azdır.
Nümayişdən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Çıxış edənlər bildiriblər ki, belə bir layihədə iştirak etmək onlar üçün çox xoşdur. Yaradıcı heyətin üzvləri layihənin reallaşmasına verdiyi dəstəyə, bu bayramı onlara yaşatdığına görə Leyla Əliyevaya təşəkkürlərini bildiriblər.
Filmlə bağlı təəssüratlarını bölüşən Böyük Britaniya rejissoru Aleksander Fodor Bakıda olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, bu layihə onun həyatında mühüm əhəmiyyət daşıyır: O deyib: “Bundan sonra da Bakıda böyük həvəslə film çəkərdim”.
Əminliklə demək olar ki, doğma paytaxtımızı, burada yaşayan insanların həyatını tərənnüm edən “Bakı, mən səni sevirəm” filmi dünyanın hər bir yerində bu ekran əsərinə baxan tamaşaçıda qədim və müasir şəhərimizi görmək istəyi oyadacaq və onu daha da sevdirəcək.

 
  • Oxunub:  14550  |  
  • Tarix:  24-10-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

07 Aprel 23:26
Hikmət Babaoğlu: “Hərbçilərə mənzil verilməsi olduqca əhəmiyyətli hadisədir”
07 Aprel 22:14
COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib
07 Aprel 21:29
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:24
Koronavirusla mübarizədə həlledici mərhələ başlayıb. #EvdəQal, #BizBirlikdəGüclüyük
07 Aprel 21:00
Azərbaycan Prezidentinin humanist siyasətinin növbəti təzahürü
07 Aprel 20:54
Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə növbəti dəfə beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstək ifadə edildi
07 Aprel 19:34
Azərbaycan koronavirus infeksiyası ilə bağlı müayinələrin sayına görə dünyada liderlər sırasındadır
07 Aprel 18:42
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqliyinin daha bir nümunəsidir
07 Aprel 18:40
Çox sevinirəm ki, dövlətimizin başçısı bu cür humanist addım ataraq bizə azadlıq bəxş etdi
07 Aprel 18:38
ÜST ölkələri tibb bacılarının fəaliyyətinə və inkişafına investisiya qoymağa çağırır
07 Aprel 18:22
Azərbaycanda modul tipli 6 xəstəxana quraşdırılacaq – SƏRƏNCAM
07 Aprel 18:21
Adil Əliyev: Əfv Sərəncamı ölkə Prezidentinin növbəti humanist addımıdır
07 Aprel 18:17
Naftalanda xüsusi karantin müddətində həftəlik onlayn-kouç sessiyaları keçiriləcək
07 Aprel 16:50
Deputat: Əfv Sərəncamı Prezidentin vətəndaşa diqqət və qayğısının daha bir nümunəsidir
07 Aprel 16:48
Vüqar Rəhimzadə: Prezidentin növbəti əfv Sərəncamı böyüklərimizə diqqət və hörmətin bariz nümunəsidir
07 Aprel 16:30
Azərbaycanda yeni koronavirusa daha 76 yoluxma faktı qeydə alınıb, bir nəfər həyatını itirib
07 Aprel 16:22
Ombudsman: Bu addım Prezident İlham Əliyevin insan hüquqlarının müdafiəsinə yönəlmiş siyasətinin daha bir nümunəsidir
07 Aprel 16:17
Yevlaxda keçirilən növbəti videoqəbul zamanı 30 sakinin müraciəti dinlənilib
07 Aprel 16:14
Cəzamızın çəkilməmiş hissəsindən azad edilməyimiz bizi, ailələrimizi çox sevindirdi
07 Aprel 16:02
Azay Quliyev: Prezident İlham Əliyevin əfv sərəncamı hər bir vətəndaşın sağlamlığına göstərilən qayğının təcəssümüdür
07 Aprel 15:59
Naqif Həmzəyev: Ölkə başçısının əfv fərmanı ali humanistlik siyasətinin daha bir təsdiqidir
07 Aprel 15:52
Azərbaycan dövləti qlobal pandemiya şəraitində ölkə iqtisadiyyatına xarici mənfi təsirləri azaltmaq üçün zəruri tədbirlər həyata keçirir
07 Aprel 15:10
Bu əfv Sərəncamı Azərbaycan Prezidentinin vətəndaşlarımıza yüksək diqqət və qayğı göstərməsinin daha bir sübutudur
07 Aprel 15:03
Talassemiya xəstəsi olan uşaqlar üçün qanvermə aksiyası keçirilir
07 Aprel 14:43
Vüqar İskəndərov: Əfv Sərəncamı dövlət başçısının humanizm siyasətinin növbəti təzahürü olmaqla yanaşı, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amilinin dayandığını bir daha təsdiqlədi
07 Aprel 14:12
Siyavuş Novruzov: Prezident İlham Əliyevin növbəti əfv sərəncamı vətəndaşlarına yüksək dəyər verməsinin daha bir ifadəsidir
07 Aprel 14:06
Bu humanizm aktı koronavirus infeksiyasının yayıldığı hazırkı şəraitdə yaşlı insanlara qayğının növbəti təzahürüdür
07 Aprel 14:04
Siyasi ekspert: Azərbaycan Prezidenti hər bir vətəndaşın sağlamlığını prioritet hesab edir
07 Aprel 13:49
Azərbaycanda istehsal olunan tibbi maskalar gələn həftədən satışa çıxarılacaq
07 Aprel 13:47
Milli Məclisin komitə iclasları videokonfrans sistemi ilə keçiriləcək
07 Aprel 13:41
10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxılıb
07 Aprel 13:30
Prezident İlham Əliyevin əfvlə bağlı Sərəncam imzalaması əsl humanizm nümunəsidir
07 Aprel 13:26
Bakı polisi: Müvafiq icazəsi olmayan şəxslər müəyyən olunaraq barələrində tədbirlər görülür
07 Aprel 13:21
Musa Quliyev: Azərbaycanda insanların infeksiyaya yoluxmaması və sağlamlığının təmin edilməsi üçün bütün tədbirlər görülür
07 Aprel 13:18
Prezidentin əfv sərəncamı dövlətimizin humanizm siyasətini göstərdi və sevinclə qarşılandı - Rufiz Qonaqov
07 Aprel 13:16
Neftçalada 550 aztəminatlı ailəyə ərzaq yardımları paylanılıb
07 Aprel 12:54
Azərbaycan Diaspor Könüllüləri #Evdəqal kampaniyası ilə bağlı videomüraciət hazırlayıblar
07 Aprel 12:49
Azərbaycan vətəndaşı öz dövləti ilə birlikdə daha da güclü olacağına inanır
07 Aprel 12:44
Hikmət Babaoğlu: Əfvlə bağlı qərar həmin vətəndaşlarımıza xüsusi qayğının və diqqətin təzahürüdür
07 Aprel 12:41
Deputat: Ölkəmizdə birliyin vacib olduğu hazırkı zamanda müəyyən qüvvələrin pozuculuq fəaliyyəti təəssüf doğurur
07 Aprel 11:49
Deputat: Sosial paket davamlı olduğu üçün koronavirusun hər bir vətəndaşın gəlirinə təsirinin minimumlaşdırılmasına imkan verəcək
07 Aprel 11:38
Rauf Əliyev: Azərbaycan Prezidenti növbəti humanist addım atdı
07 Aprel 11:31
Bəhruz Quliyev: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, qısa müddət ərzində lazım olan istehsalat sahələri təşkil olunsun
07 Aprel 11:29
Azərbaycan sülhməramlılarının yeni heyəti Cənubi Sudanda fəaliyyətə başlayıb
07 Aprel 11:09
““Milli Şura”nın bəyanatında yer alan fikirlər siyasi mənəviyyatsızlıqdır” ÖZƏL-MÜNASİBƏT
07 Aprel 11:02
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması ilə bağlı Sərəncamının icrasına başlanılıb
07 Aprel 10:59
Milli həmrəylik Azərbaycanın minimal itkilərlə vəziyyətdən çıxmasına şərait yaradır - Elşad Mirbəşir oğlu
07 Aprel 10:52
Prezidentin imzaladığı əfv sərəncamı ilə iki ömürlük məhkum azadlığa çıxıb
07 Aprel 10:44
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
06 Aprel 22:10
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “AİLƏM” müsabiqəsini elan edir
06 Aprel 20:54
“Uşaqların asudə vaxtının səmərəli təşkili” mövzusunda onlayn təlim keçiriləcək
06 Aprel 20:52
Əziz Əlibəyli: Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də Azərbaycanın bu sahədə asılılığını aradan qaldırır
06 Aprel 20:47
Əhaliyə pulsuz tibbi maskalar paylanılır
06 Aprel 20:45
İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür
06 Aprel 20:42
Ombudsman Aparatı COVID-19-la mübarizə tədbirləri çərçivəsində uşaq hüquqlarının müdafiəsinə dair görülən işlər barədə məlumat yayıb
06 Aprel 20:39
Hikmət Babaoğlu: Dövlət başçısının kritik məqamda əfvlə bağlı qərarı azadlığa çıxan vətəndaşlara xüsusi qayğı və diqqətin təzahürüdür
06 Aprel 20:16
Seymur Nəsirov: “Misirdə yaşayan azərbaycanlılardan koronavirusa yoluxan yoxdur”
06 Aprel 20:00
Adil Əliyev: Prezidentimizin göstərişi ilə Azərbaycan üçün daha bir vacib məsələ çox qısa zamanda həllini tapdı
06 Aprel 19:53
Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçki” şousu iflasla nəticələndi
06 Aprel 19:05
Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pisləndi və rədd edildi
06 Aprel 18:37
Əli Hüseynli: "Azərbaycan dövləti və xalqı “beşinci kolon” təmsilçilərinin təxribatına imkan verməyəcək"
06 Aprel 18:34
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə tənhalara, ahıllara sosial xidməti davam etdirir
06 Aprel 18:30
Sədaqət Vəliyeva: Prezidentin Əfv Sərəncamı böyük sosial mahiyyət kəsb edir
06 Aprel 18:26
Pərvin Kərimzadə: Bu gün vətəndaş həmrəyliyinə daha çox ehtiyacımıız var
06 Aprel 18:22
Vüqar Rəhimzadə: Hər bir vətəndaşın borcudur ki, karantin rejiminin qaydalarına və tələblərinə tam şəkildə riayət etsin
06 Aprel 17:29
Prezident İlham Əliyev: Qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda koronavirusun yayılması geniş vüsət almayıb
06 Aprel 17:20
Prezident: Azərbaycanda yaradılmış infrastruktur imkan verir ki, biz qısa müddətdə lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək
06 Aprel 17:05
Prezident İlham Əliyev yaşı 65-dən yuxarı olan 176 məhkumu əfv edib
06 Aprel 17:02
Prezident İlham Əliyev: Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq
06 Aprel 16:41
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA