Ana səhifə »  Mədəniyyət »  Aşıq musiqisi mənəvi dəyərləri tərənnüm edir
A+   Yenilə  A-
Aşıq musiqisi mənəvi dəyərləri tərənnüm edir
Aşıq Musiqi Məktəbinin yaradılması bu sənətin inkişafına xidmət edəcək
Hər bir xalqın mənəvi inkişaf səviyyəsi onun mənsub olduğu milli-mənəvi sərvəti və mədəniyyəti ilə ölçülür. Azərbaycan isə qədim və köklü tarixə malik olan bir məmləkətdir. Bu məmləkətdə yaşayan xalqın tükənməz, zəngin musiqi xəzinəsinin əsasını milli-mənəvi dəyərlərə söykənən muğam, köklərə bağlılıq ilə müasirliyin qovuşduğu klassik musiqi sənəti və bir də ta qədimdən bu xalqın qanına, canına hopan saz-söz, aşıq sənəti təşkil edir.
Əsirlərin sınağından keçib nəsildən-nəslə ötürülərək bu günümüzə gəlib çıxan aşıq sənəti təkmilləşən zəngin ənənəyə malikdir. Aşıq musiqisi insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edən sənət növü olaraq, əsasən, məhəbbət və təbiət gözəlliyi mövzularını əhatə edir. Əslində, aşıq sənətinin mahiyyətini xalqın ruhunu, zövqünü oxşamaq, dövrün ictimai siyasi həyatını və ruh dünyasını özündə əks etdirməkdən ibarətdir. Milli musiqimizin incilərindən olan saz-söz sənətini yaşadan, nəsildən-nəslə ötürülməsində vasitəçi olan isə aşıqlardır. Aşıq sözü müxtəlif vaxtlarda Ozan, Yanşaq, Varsaq kimi müxtəlif adlarla sinonimləşdirilib. ümumiyyətlə, aşıq sözü bir titul kimi təxminən X-XII yüzilliklərdən formalaşmağa başlayıb.
Dövrün tələblərinə uyğun olaraq aşıq yaradıcılığı müxtəlif zaman kəsiyində parlayıb, çiçəklənən və süquta uğrayan dövrlərini yaşayıb. Zaman keçdikcə bu sənət növünün mövzu dairəsi dəyişməklə yanaşı onun bədii ifadə vasitələri də formasını yeniləyərək daha da kamilləşib. Aşıq sənətinin yüksələn və intibah mərhələləri bir qayda olaraq böyük ustad aşıqların və qüdrətli xalq dastanlarının yaranması ilə bağlı olub.
Aşıq poeziyasının qədim köklərini şifahi xalq ədəbiyyatı və xalq yaradıcılığı təşkil edir. Bu sənətin toxumlarına bayatılarda, xalq məsəllərində rast gəlmək olar, həmçinin, xalq havalarında olan aşıq yaradıcılığı çox qədim tarixə, “Dədə Qorqud” kimi ölməz sənət abidəsi yaradan dərin köklərə sahibdir. Dastan, aşıq poeziyasının ən mürəkkəb janrı hesab olunur. Həm də aşıq ədəbiyyatında “dastan” sözü adi mənada işlənmir. Yazılı ədəbiyyatda “dastan” deyəndə hər hansı süjetli mövzü, yalnız şerlə yazılan əsərlər nəzərdə tutulur. Aşıq poeziyasında isə “dastan” daha geniş mənanı daşıyır. Burada nəzmlə nəsr, poetik janrla proza janrı birləşir ki, süjet paralel olaraq şeir və nəsrlə inkişaf edir.
Azərbaycanda aşıq sənəti “Dədə Qorqud” dastanları meydana çıxandan çox əvvəllər yaranmağa başlayıb. Tədqiqatçıların fikrincə, bir neçə sənət növünü cəmləşdirən, uzlaşdıran, çarpazlaşdıran və xalqa çatdıran bu sinkretikliyin tarixi çox qədimlərə gedib çıxır. Bu şaxəli, qollu-budaqlı sənət də musiqi, ifaçılıq, rəqs və şeir bir-birini tamamlayır, tamamlığını sübuta yetirir. Ona görə də, aşıq sənəti şərəfli olduğu qədər də çətin, mürəkkəb və son dərəcə ustalıq, həssaslıq və mahirlik tələb edən sənətdir.
Sinkretik sənət növü hesab olunan aşıq yaradıcılığının əsas atributu sazdır. Saz musiqi aləti isə, aşıq sənəti ictimai quruluşların bütün dövrlərində xalqımızın mənəviyyatının formalaşmasında güclü təsirə malik olub.
Yaranış dövründən cəmiyyətin sosial-iqtisadi və kulturoloji sahələrində müəyyən mənada müsbət rolu olan aşıq sənəti Azərbaycan estetik fikir ənənələrini qoruyub saxlayaraq, poetik və fəlsəfi fikrin dahi, bənzərsiz mütəfəkkiri Nizami Gəncəvi kimi söz nəhənginin irsini təbliğ edərək sadə xalq arasında musiqi təfəkkürü fəlsəfi mədəniyyətinin carçısına çevrilib. Müasir dövrümüzdə də xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqda olan bu sənət növünün yaşamasında, təbliği və formalaşmasında aşıq Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Ələsgər, Ədalət, Hüseyn Bozolqanlı, Pənah, Şakir kimi neçə-neçə saz-söz ustadlarının böyük rolu olub. Bu sənətin nümunələrinə Azərbaycan aşıq dastanlarından “Əsli və Kərəm”, “Qurbani”, “Tahir və Zöhrə”, “Abbas və Gülgəz”, “Məsum və Diləfruz”, “Əmrah”, “Aşıq Qərib” və “Koroğlu”nu göstərmək olar. Bundan başqa, müsair dövrümüzdə milli sənət nümunələrindən olan muğamlar tar, kamança, ud, balaban, ney, saz kimi musiqi alətlərində çalındığı kimi, qədim dövrlərdə də tənbur, çəng, nüzhə, müğni, setar, çartar, pənctar və başqalarında ifa edilib. Muğamın ifa edildiyi qədim musiqi alətlərindən biri olan sazın rəsmlərinə Qobustan qayalarında rast gəlinməsi mütəxəssislərin nəticələrini əsaslı şəkildə sübuta yetirir. Qobustan qayaüstü rəsmlərində saz alətini ifa edən aşıq, eyni zamanda, saz çalanlar ansamblı öz əksini tapıb. Qədim saz ifaçılarının “Şur”, “Segah”, “Rast”, “Bayatı-İsfahan”, “Əbu-Əta”, “Neyriz-Kəbir”, “çoban-Bayatı” muğamlarını ifa etdikləri artıq sübuta yetirilib. Beləliklə, bu qənaətə gəlmək olar ki, əgər beynəlmiləl təfəkkür tərzi olan muğam insanı kamilləşdirirsə, zəka və idrakı qidalandırırsa, aşıq yaradıcılığı da insan ruhunu saflaşdırır, mənəvi zövq, xoş ovqat bəxş edir.
Kamillik zirvəsi - aşıq sənəti, muğam və müasir bəstəkarlıq yaradıcılığı
Azərbaycan dövlət tərəfindən digər prioritet sahələrdə olduğu kimi mədəniyyət, milli-mənəvi dəyərlərə xidmət edən sənət növlərinə də xüsusi diqqət və qayğı göstərilməkdədir. Qədim ənənələrə malik Azərbaycan xalqının əbədi-mənəvi varlığı olan aşıq sənətinə isə hələ zamanında ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymət verilib. ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO tərəfindən “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyi də keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən də bu sahəyə xüsusi diqqət müşahidə olunmaqdadır. Elə bu günlərdə Prezident İlham Əliyevin Gədəbəy rayonuna səfəri çərçivəsində ölkəmizdə ilk dəfə olaraq yaradılan Aşıq Musiqi Məktəbinin təməlqoyma mərasimində iştirakını buna örnək gətirmək olar. Qeyd edək ki, məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri Azərbaycan aşıq və saz sənətinin YUNESKO səviyyəsinə çıxarmaqdan ibarətdir. Bu da dövlətin, Prezident İlham Əliyevin mədəniyyət sahəsinə, milli-mənəvi dəyərlərin kökündə dayanan aşıq sənətinə diqqət və qayğısının təzahürüdür. Bundan başqa, Azərbaycan mədəniyyəti və incəsənəti dövlət qayğısı və diqqəti ilə yanaşı, həm də Heydər Əliyev Fondunun, şəxsən fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın isti münasibətini hiss etməkdədir. Belə ki, Mehriban xanım Əliyevanın bilavasitə iştirakı ilə muğamla yanaşı, aşıq sənətinin də geniş təbliği məqsədi ilə aparılan kompleks tədbirlər öz bəhrəsini verməkdədir. Məhz Heydər Əliyev Fondunun xətti ilə reallaşdırılan silsilə tədbirlər sayəsində Azərbaycanın aşıq musiqisi artıq ölkəmizin hüdudlarından kənarda da böyük rəğbət qazanıb, dünya musiqi inciləri sırasında layiqli mövqeyini tutmaqdadır. Xatırladaq ki, məhz YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın xalqımızın milli dəyərlərinə ehtiramla yanaşmasının nəticəsi olaraq muğamımız YUNESKO-nun qeyri-maddi irsinin şah əsəri siyahısına daxil olub.
Son olaraq bir məsələni də qeyd etmək istərdik. YUNESKO-nun baş direktoru Koişiro Matsuura çıxışlarının birində saz sənəti ilə bağlı belə bir fikir söyləyib: “çox şadam ki, Azərbaycan özünün zəngin mədəni irsinin qorunması istiqamətində aşıq sənətinin də YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunduğu şah əsərlərin siyahısına daxil olunmasını təklif edib. Mən bununla bağlı bildirmək istəyirəm ki, YUNESKO-nun qeyri-maddi mədəni irs Komitəsinin 2009-cu ilin sentyabrında Abu-Dabidə keçiriləcək iclasında bu təklifə baxılacaqdır. ümidvaram ki, Azərbaycan bu sahədə uğura nail olacaqdır”.
İnanırıq ki, bir dövlət olaraq Azərbaycan muğamının YUNESKO-nun qeyri-maddi irsinin şah əsərləri siyahısına salınmasına nail olduğumuz kimi, folklorumuzun əsasını təşkil edən aşıq sənətinin də bu siyahıya daxil olmasının zəfərini çox yaxında qeyd edəcəyik.
Turanə
 
  • Oxunub:  18270  |  
  • Tarix:  02-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24