Ana səhifə »  Mədəniyyət »  "Həmişə tragikomik obraz oynamaq istəmişəm"
A+   Yenilə  A-
"Həmişə tragikomik obraz oynamaq istəmişəm"
Rasim Balayev: Elə filmlər çəkək ki, nə biz tamaşaçılardan utanaq, nə də tamaşaçılar bizdən utansın
Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsuda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. Kinoya Bakı kinostudiyasının istehsalı olan “Ulduzlar sönmür” filmində oynadığı epizodik rol ilə gəlib. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.
“Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlər də daxil olmaqla bir çox epizodik rollarda çəkilib.
Azərbaycan kino tarixində öz yeri olan “Nəsimi” (Nəsimi), “ömrün ilk günü” (Azər), “Qeyri-adi ov” (müəllim), “Dədə Qorqud” (Beyrək), “Babək” (Babək), “Yaramaz” (nazir köməkçisi), “Otel otağı” (Sədyar), “Həm ziyarət, həm ticarət” (Davud) kimi 70-ə yaxın filmdə sevilən və yaddaqalan obrazlar yaradıb. Bundan başqa, “özbəkfilm”, “Mosfilm” və başqa studiyaların ekranlaşdırdığı filmlərdə də çəkilib. Son dövrlərdə isə “Qala” və “Cavid ömrü” filmlərinə çəkilib.
Hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin I katibidir.
- Tarixi şəxsiyyətləri canlandırmaqla adını Azərbaycan milli kinosunun səhifələrinə böyük hərflərlə yazan Rasim Balayev müasir kino sənayemizin fəaliyyətindən razıdırmı?
- Həm razıyam, həm yox. Kinonun Azərbaycanda çiçəklənən dövründə sənətə gəlmişəm. Uzun illər, təxminən 30 il qaynar yaradıcılıq atmosferində olmuşam. Sonradan bu qaynarlıq bir anda söndü. Kinoda sanki bir durğunluq yaşandı. Bunun da məlum səbəbləri var idi. Azərbaycan SSRİ-dən ayrılmışdı, öz müstəqilliyini qorumaq uğrunda mübarizə aparmalı idi. Keçid dövrü idi, xalqımız ağır günlər yaşayırdı. 5-6 il isə, ümumiyyətlə, heç bir film çəkilmədi. Mənim kimi ildə 3 filmə çəkilən, başını qaşımağa vaxtı olmayan bir adam birdən boşluğa düşdü, çox böyük ümidsizliyə qapıldı. Şükürlər olsun ki, müstəqilliyimizi qoruyub saxlaya bildik. Bunu da dövlətimizi bəlalardan qurtaran xalqımızın böyük oğlu, Ulu öndər Heydər Əliyevə borcluyuq.
Bu gün Azərbaycan kinosu bir növ ikinci ömrünü yaşayır. Nəinki milli kinomuza, ümumilikdə mədəniyyətimizə böyük dövlət dəstəyi qayğısı var. Dövlətin diqqəti artdıqca, yeni filmlər çəkilir. Doğrudur, bu filmlərin əksəriyyətini tamaşaçı görə bilmir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Vaxtilə filmlərə kinoteatrlarda baxardılar. çox təəssüf ki, indi bu ənənə davam etdirilmir. çəkilən filmlərin geniş tamaşaçı kütləsinə təqdim olunmaması isə bizdən asılı səbəblər deyil. ümid edirəm ki, bu problem zamanla öz həllini tapacaq.
Milli kinomuzun hazırki fəaliyyəti ilə nisbətən razılaşmağımın səbəbi isə ondan ibarətdir ki, ildən-ilə filmlərin çəkilişinə nəzərdə tutulan vəsait artmaqdadır. Bilirsiniz ki, filmlərin çəkilməsində maliyyə əsas şərtdir. Digər tərəfdən, böyük peşəkarlır, ustalıq da önəmlidir. Elə kino çəkmək lazımdır ki, tamaşaçı ondan ibrət götürsün, maraqla izlənilsin. Dünya tamaşaçılarının diqqətini cəlb edəcək filmlər çəkməliyik. Artıq dünya kino sənayesinə qoşulmağın vaxtı gəlib çatıb, hətta keçib belə.
- Etiraf edək ki, sizi xalqa daha çox sevdirən Azərbaycanın tarixində özünəməxsus yeri olan şəxsiyyətləri canlandırdığınız obrazlarıdır. Bu gün keçmişinə bağlı bir xalqın tarixini kifayət qədər dolğun şəkildə ekranlara gətirəcək filmlər çəkilirmi?
- Tarixi filmlərdən danışarkən son dövr Hüseyn Cavid haqqında çəkilən “Cavid ömrü”, daha sonra “Hökmdarın taleyi”ndən danışa bilərəm. Bildiyimə görə, artıq “Cavad Xan” filmi də hazırdır. Hətta avqust ayının 2-də - Kino Günündə nümayişi nəzərdə tutulub. Amma hesab edirəm ki, bunlar yetərli deyil. Zəngin tariximizi cəmiyyətə daha əhatəli və tarixi həqiqətləri daha dolğun çatdırmaq üçün yeni ekran əsərlərinə ehtiyac var. Təəssüf ki, biz hələ bunu görmürük.
- Bu, sadəcə peşəkarlıqla əladardır?
- Yəqin ki. Uzun müddət Azərbaycan kinosunda bir estafet vardı. Sonra bu estafet qırıldı. 1990-cı ildən 1997-ci ilə qədər sürən müddət ərzində, demək olar ki, kino işçiləri pərən-pərən düşdülər. Bəziləri başqa sahələrə üz tutdu. Bu müddət ərzində dünyasını dəyişənlər də az olmadı. Kino çəkilə-çəkilə nəsil dəyişməsi baş verirdi. Kadrlar da pillə-pillə irəliləyir, zamanla püxtələşirdi. Film çəkmək potensialı olan şəxslər institutu bitirdikdən sonra bu işlə məşğul olmaq istəsələr belə şəraitsizlikdən müxtəlif televiziyalara üz tutdular. Bəziləri də klip çəkməyə başladı. Klip çəkməklə həm məşhurlaşdılar, həm də indi yaxşı pul qazanırlar. Az vaxta, az əməyə çox qonorar alırlar. Onları bundan sonra böyük filmə dartıb gətirmək də çətin olar. Böyük filmin böyük dərdi var. Bir il film üzərində sərasər işləyirsən, nəticədə rejissorun bir klipə görə qazandığı qonorarı belə almırsan. ümumiyyətlə, istedad bir kənara, məktəb keçməyən, kinodan başı çıxmayan, bu işin elmi və texniki tərəflərini bilməyənlər kino çəkə bilməz. Savadı olmadan bədahətən şeir demək mümkündür. Aşıq Ələsgər, Əliağa Vahid xüsusi məktəb görməsələr belə, Allah istedadı onlardan əsirgəməyib. Amma kino çəkmək üçün mütləq məktəb keçmək lazımdır. Təsadüfi adamlar çox kino çəkdilər. Sponsor tapanlar, kinodan başı çıxmadığı halda film çəkdilər. Bununla da tamaşaçıda biganəlik yaratdılar. İndi görünür ki, istər tarixi, istərsə də müasir filmlərin çəkilməsi üçün peşəkarlar çatışmır. Tamaşaçının nəbzi düzgün tutulmadığı üçün yaxşı nəticə də əldə olunmur.
- Canlandırdığınız tarixi obrazların xarakterinin çalarları sizə keçməyib ki? ümümiyyətlə, bu rollar sizə həyatda nələri qazandırıb?
- İstər-istəməz obrazın yaşadığı həyəcanı və digər emosiyaları çatdırmaq üçün içdən oynamaq lazımdır. Fikrimcə, o obrazlardan mənə də nəsə qalıb. O obrazlarda mənə aid nəsə qalıb. Bu filmlərə görə məni seviblər, hər zaman hörmətlə qarşılayıblar. Nəinki ölkəmizdə, hətta başqa respublikalarda belə bu filmlərə böyük tamaşaçı məhəbbəti var. Bu obrazları oynamaq mənə müsbət emosyialar gətirib. Bilirsiniz, insanların məhəbbətini qazanmaq çox çətindir, bu məhəbbəti qoruyub saxlamaq ondan da çətindir. Mən də hər zaman bu məhəbbəti itirməməyə çalışmışam. Yeni filmə çəkiləndə də heç vaxt rejissorlara hansı filmlərdə oynadığımı xatırlatmamışam. Hər yeni filmə dəvət alanda ilk dəfə kinoya çəkildiyimi hesab edirəm. Yenicə işə başlayan aktyor qədər həvəsli oluram. Məncə, bu, məsuliyyətdən irəli gəlir. Belə olmasa əsl sənət də olmaz. Ya eqoistlik, ya da təkrarçılıq yaranar ki, bu da sənətlə heç cür ayaqlaşmır.
- özünüzü komediya janrında görürsünüzmü?
- İnstitutda oxuduğum illərdə komik rollarda oynamışam. Amma Nəsimidən sonra mənə baxış dəyişdi.
- Qazandığınız ağırlığı itirməkdən qorxdunuz?
- Deməzdim. Amma görünür heç kimi bu janrda inandıra bilməmişəm. Həmişə tragikomik bir obrazı oynamaq istəmişəm. Mənə elə gəlir ki, ssenaristlərimiz bu istəyimi nəzərə alıb mənə uyğun bir rol yazmalıdırlar. Xarakterik rolları çox sevirəm. özümü təkcə qəhrəman rollarında görmürəm. Mürəkkəb psixoloji, tragikomik vəziyyətə düşən qəhrəmanın da rolunu oynaya bilərəm. ümid edirəm ki, bu arzuma nə vaxtsa nail olacam.
- Belə çıxır ki, sənətinizlə demək istədiyinizi hələ deyə bilməmisiniz?
- Mənə elə gəlir ki, sənətdə az da olsa nəsə deyə bilmişəm. Amma, kinomuzun durğunluq yaşadığı illərdə çox şeylər itirdim. O illərdə 20-30 filmə çəkilə bilərdim. Onlardan bir neçəsini barmaqla sayardılar. Hər halda, hesab edirəm ki, bütün sözlərimi deyə bilməmişəm.
- “Nəsimi” filmi yeni variantda çəkilsəydi, bu rola gənc aktyorlardan kimi uyğun görərdiniz?
- Rejissorlar daha yaxşı bilər. Hər dövr öz sənətkarını yetişdirir. Bayaq da dediyim səbəblərdən Azərbaycan kinosunda fəaliyyət göstərən potensial imkanı olan gəncləri o qədər də dərindən tanımıram. Axı istedad iş prosesində üzə çıxır, bacarıqlı aktyorlar iş prosesində tanınır. Tək-tük aktyorlar olub ki, yaradıcılığına baş rollarla başlayıb. Ola bilsin bu rola uyğun bir aktyor var, amma onu tanımadığımdan adını çəkə bilməyəcəm.
- Nəyi bağışlaya bilmirsiniz?
- özündən müştəbeh olan adamları, riyakarlığı bağışlaya bilmirəm. ümumiyyətlə, ikiüzlü və yalançı insanları bağışlaya bilmirəm.
- Rasim Balayev üçün ideallıq nə deməkdir?
- Məncə, insanı ideallaşdırmaq lazım deyil. çünki insan elə bir məfhumdur ki, onun içində vicdan və ədalət ilə bahəm şeytan da var. Onlar da həmişə mübarizədədirlər. Güclü insanlar şeytana qalib gəlir, zəiflər isə ömürlük əsirinə çevrilirlər. Amma nisbilik nəzəriyyəsinə əsaslansaq, bir qəbil insanlar da var ki onları nümunə olaraq ideal adlandırmaq olar. Mən isə özümü idealist hesab etmirəm.
- Xoşbəxtlik anlayışını necə qəbul edirsiniz?
- Xoşbəxtlik bir andır. İnsan bütün həyatı boyu xoşbəxt ola bilmir. Ola bilər ki, bir günün cəmi 30 saniyəsini xoşbəxt keçirsin. Bəzən heç bu da olmaya bilər.
- Psixoloqların fikrincə, kişilər qadınlara nisbətən azı 3-4 dəfə həqiqətən sevə bilər, sizcə bu, nə dərəcədə doğrudur?
- (Gülür) Yəqin doğrudur ki, deyirlər. Məhəbbət elə bir şeydir ki, girftar olmayan bilməz. Məhəbbət enerjinin itməməsi qanununa bənzəyir. İtmədən, bir şəkildən başqa bir şəklə keçir. Anaya, sevgiliyə, övlada və nəvəyə...
Doğrudur, elə adamlar tanıyıram ki, 3-4 məhəbbəti var. Məncə bu, müəyyən yaş dövrü ilə əlaqədar olaraq dəyişən bir amildir. çoxu da şəhvət ilə məhəbbəti dəyişik salır. Yəqin elə bu səbəbdəndir ki, əsl məhəbbətə inam azalıb.
- Milyonların sevimlisi, çoxunun kumirisiniz. Bəs, sizin necə, yaradıcılığına vurğun olduğunuz şəxs olubmu?
- Biri yox, bir neçəsi olub. Hər gözəl aktyor oyunundan zövq almışam. Hardasa nələrisə öyrənmişəm. Konkret ad çəkə bilməyəcəm, amma sevdiyim aktyorlar çox olub. İstər milli aktyor məktəbindən, istər SSRİ dövründə olan aktyorlardan, istərsə də dünya kinosundan. çox aktyorları dublyaj etmişəm. O vaxt dublyaj indiki kimi rahat deyildi. Kinolent fırlandıqca mən də aktyorların oyununu diqqətlə izləyirdim. Gör-götür dünyasıdır. Mən də sənətkarlardan görüb-götürmüşəm.
- Kamera qarşısında kiminlə tərəf-müqabili olmaq sizə xoş və rahat olub?
- Sovetlər dönəmində Türkiyədə, İranda, Almaniyada, MDB ölkələrində filmlərə çəkilmişəm. Böyük aktyorlar ilə tərəf-müqabil olmuşam. Elə milli kinomuzda da belələri az olmayıb. Həsən Məmmədov, Həsən Turabov, Səməndər Rzayev, Şahmar Ələkbərov kimi böyük aktyorlarımız olub ki, onlarla işləmək mənə böyük zövq verib. Tərəf-müqabil sənə peşəkarlığı ilə dəstək olmağı bacarmalıdır. Teatr sənətində bu, daha mühüm şərtdir. çünki ünsiyyət canlı olur. Kinoda isə bir qədər fərqlidir. Məsələn, mən sizinlə söhbət edirəm. Məni bu gün siz olmadan çəkirlər, sizi mənsiz. Sonradan montaj olunur. Bunun əleyhinəyəm. çünki, dialoqda olduğum insanın gözlərini görmək istəyirəm. Amma elə hallar olub ki, tərəf-müqabil olduğum aktyorları yalnız filmin nümayişində görmüşəm.
- Bəs, kiminlə tərəf-müqabil olmaq istərdiniz?
- İstəyimlə deyil axı. Realist olduğum üçün Hollivud aktyorlarının adını çəkə bilmərəm. Bizlərin ora düşməsi qeyri-mümkündür. çox uzağa getməyək, heç Rusiyaya da əlimiz çatmır. Onu deyə bilərəm ki, mənə aktyor kimi impuls verən, bir sözümdən başa düşən hər bir tərəf-müqabil mənim üçün çox əzizdir.
- Bir az da yaradıcı planlarınızdan danışaq...
- Keçən Ayaz Salayevin ekranlaşdırdığı filmə çəkilmişəm. Müəyyən səbəblərdən hələ ki, film nümayiş olunmur. Bu il bir sıra yeni filmlər çəkilir, amma konkret dəvət almamışam. Buna heç təəssüflənmirəm də. Filmlərin ssenarisi ilə təxminən tanışam. Və gözüm qalası bir əsər yoxdur ki, orada oynamadığıma görə heyfslənim.
- Oxucularımıza son sözünüz...
- Sizin oxucularınız və mənim tamaşaçılarıma nə deyə bilərəm? Məni görənlər yeni filmlərimin olmamasından gileylənirlər. Köhnə filmlərimə baxdıqlarını, yeni rollar gözlədiklərini deyirlər. İstəyirəm elə filmlər çəkək ki, nə biz tamaşaçılardan utanaq, nə də tamaşaçılar bizdən utansın. Arzu edirəm ki, kanalların birində Braziliya, birində türk serialı, birində isə Azərbaycan filmi göstərilən zaman hamı öz filmimizə baxsın.
- Maraqlı müsahibəyə görə təşəkkür edirik!
Turanə QADİR

 
  • Oxunub:  18990  |  
  • Tarix:  19-06-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA