Ana səhifə »  Mədəniyyət »  "Yarımçıq əlyazma"nın Odisseyası Roman Braziliyanın "İdeia" nəşriyyatinda çap edilib
A+   Yenilə  A-
"Yarımçıq əlyazma"nın Odisseyası Roman Braziliyanın "İdeia" nəşriyyatinda çap edilib
Görkəmli yazıçı Kamal Abdullanın məşhur “Yarımçıq əlyazma” romanı nəşr olunduğu vaxtdan bu yana istər Azərbaycan, istərsə də xarici ölkələrin mətbuatında geniş rezonans doğurub və son illərin gerçək ədəbiyyat hadisəsi kimi qiymətləndirilib. Xatırladaq ki, roman artıq zəngin ədəbi ənənələri olan Fransada, Rusiyada, Türkiyədə nəşr edilib və bu ölkələrin nüfuzlu mətbuat orqanlarında əsər haqqında çoxsaylı məqalələr, şərhlər, araşdırma yazıları çap olunub. Rusiyanın “İnostrannaya literatura” jurnalı isə ilk dəfə olaraq Kamal Abdullanın əsərini dəyirmi masa arxasında müzakirəyə çıxarıb və müzakirənin materiallarını öz səhifələrində çap edib.
Dəyirmi masada Aleksandr Liverqant, Lev Anninskiy, Aleksandr Tkaçenko, Boris Yevseev, İnna Rostovstseva, Lyudmila Lavrova, Alla Axundova və s. kimi ədiblər, ədəbiyyatşünas alimlər və tənqidçilər iştirak ediblər. Bütün bu proseslərin nəticəsi kimi Rusiya PEN-mərkəzi yekdilliklə ilk dəfə olaraq başqa ölkə yazıçısını sıralarına daxil edib. Fransanın məşhur İNALKO Universitetində də romanın son dərəcə maraqlı müzakirəsi keçirilib.
Əldə etdiyimiz məlumata görə, “Yarımçıq əlyazma” bu günlərdə Latın Amerikasında - Braziliyada işıq üzü görüb.
Kitabın nəşri ilə bağlı müəllifin eksklüziv müsahibəsini diqqətinizə təqdim edirik:
- “Yarımçıq əlyazma”nın Braziliyada çapdan çıxmasını necə qarşıladınız?
- Sevindim.
- Niyə məhz Braziliya?
- Hər hansı başqa ölkədə nəşr edilsəydi də, eyni sualı vermək olardı. “Yarımçıq əlyazma” ilə bağlı ən son məlumatım: kitab artıq Polşada da çap edilib. Soruşa bilərsiniz: niyə məhz Polşa? Niyə də məhz Braziliya, Polşa olmasın? Mən özüm qeyd elədim ki, buna sevinirəm. Ancaq, məncə, ən böyük sevinc Azərbaycan ədəbiyyatının bu uzaq və yaxın ölkələrə kimə həsr olunmuş mövzu ilə daxil olmasıdır. Dədə Qorqud, Şah İsmayıl Azərbaycanı yetərincə təmsil edən  adlardır.
- Braziliyada çoxmu tanıdığınız var?
- İkicə nəfər. Birini əyani şəkildə tanıyıram. Bu adam Braziliyadakı Paraiba Universitetinin professoru, görkəmli ədəbiyyatşünas-alim Sudha Svarnakardır. O biri tanıdığım isə Peledir. Peleni qiyabi tanıyıram.
- Kitaba ön sözü  professor Sudha Svarnakar  yazıb...
- Bəli, o yazıb. Kitabın Braziliyada nəşrinin əsas təşəbbüskarı və icraçısı da odur. üç il əvvəl professor Sudha Bakıya gəlmişdi, bizim universitetimizin təşkil etdiyi beynəlxalq konfransda iştirak edirdi. Fransızca bildiyinə görə mən “Yarımçıq əlyazma”nın Parisdə fransızca çap edilmiş nüsxəsini ona hədiyyə etdim. Nəticə göz qabağındadı. Mən bu işdə zəhməti keçmiş hamıya - professor Sudha Svarnakara, romanı portuqal dilinə tərcümə etmiş Salvador Universitetinin (Braziliya) professoru Humberto Luiz Lima de Oliveraya, xanım Sudha ilə əlaqə saxlamağıma kömək edən professor R.Qeybullayevaya, bir sözlə, zəhməti olan hər bir adama minnətdaram.
- “Yarımçıq əlyazma”nın Odisseyası bununla bitirmi?
 - Bitmir. İndicə dediyim kimi, xəbər almışam ki, roman artıq polyak dilində Polşada çap edilib. Hal-hazırda Yaponiyada görkəmli slavist professor İçiro İto onu yapon dilinə tərcümə edir. Dünyanın başqa bir zəngin dilinə -  ərəb dilinə tərcümə üzərində də iş gedir. Tərcümə prosesi nəfəs dərmək deməkdir.
- İngilis dilinə tərcümə barədə nə deyə bilərsiniz?
- Bu dilə tərcümə artıq tamamlanıb. Uyğun nəşriyyat seçimi məsələsində son dərəcə tənbəl və sistemsiz addımlar atmaqdayam.
- Yeni bir əsər üzərində işləyirsinizmi?
  - İşləyirəm. Romanın adı belədir: “Unutmağa kimsə yox...”. Qismətdisə, bu, bir trilogiya olacaq: “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi” və “Unutmağa kimsə yox...”.
Söhbətləşdi: Etimad Başkeçid


 
  • Oxunub:  17010  |  
  • Tarix:  01-07-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA