Ana səhifə »  Mədəniyyət »  İnanıram gün gələcək ki...
A+   Yenilə  A-
İnanıram gün gələcək ki...
Rafiq Rəsul oğlu Xələfovun 70 illik yubileyinə
Mənə bu gözəl insanla tanış olmaq 90-cı illərin əvvəlində nəsib oldu. özü də təkcə tanış olmaq deyil, həm də bir neçə il Azərbaycan Nazirlər Sovetində bir yerdə işləmək. Rafiq Xələfov o vaxt “Sovmin”də şöbələrdən birinə rəhbərlik edirdi, mən isə “Literaturnaya qazeta”nın xüsusi müxbiri olmaqla yanaşı, əvəzçiliklə oradakı mətbuat xidmətində işləyirdim. Biz idarə dəhlizlərində tez-tez rastlaşır, o vaxt respublikamızın düşdüyü ağır vəziyyətlə bağlı fikirlərimizi bölüşür, 90-cı illərin əvvəlində yaranmış hərc-mərcliyə yalnız bir nəfərin-Heydər Əliyevin son qoya biləcəyini başa düşən həmfikirlər olduğumuzu getdikcə daha aydın hiss edirdik. O zaman bilmirdik ki, Rafiq Xələfov Heydər Əliyevin qohumu, onun kiçik bacısı Rəfiqə xanımın həyat yoldaşıdır. Nə Heydər Əliyev ölkə rəhbərliyinə gələndən sonra, nə də ondan əvvəl o, bu qohumluğu gözə soxmurdu, respublikanın birinci şəxsi ilə olan yaxınlıqla öyünmürdü, əksinə, bu qohumluqdan irəli gələn yeganə imtiyaz Heydər Əliyevin müxtəlif illərdə ona həvalə etdiyi sahələrə Rafiq müəllimin böyük məsuliyyət hissi ilə yanaşması idi. Tale həyatın sərt döngələrində Rafiq Xələfovu üç dəfə sınağa çəkdi və o, hər dəfə bu imtahandan üzüağ çıxdı.
...1952-ci ildə Azərbaycan Politexnik İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirən Rafiq Xələfov ömrünü neft sənayesi ilə bağladı: “Azdəniznefttikinti” Trestində müxtəlif vəzifələrdə çalışdı, Suriya Ərəb Respublikasında yeni kəşf edilmiş neft yataqlarında tikinti işlərinə rəhbərlik etdi. 70-ci illərin ortalarında Rafiq Rəsul oğlu Xələfov “Xəzərdənizneft” İstehsalat Birliyi direktorunun müavini, sonra “Xəzərdənizneftqazsənaye” ümumittifaq Sənaye Birliyi rəisinin müavini vəzifəsinə təyin olundu. Bu, Heydər Əliyevin yeni neft strategiyasının həyata keçirildiyi illər idi və gündəlikdə dəniz yataqlarının, ilk növbədə, “Günəşli” yatağının işlənilməsi məsələsi dururdu. Dənizin dərin qatlarından çıxarılan neftin sahilə nəql olunması üçün borudüzən qurğunun ixtirasına görə Rafiq Xələfova 769171 nömrəli müəllif şəhadətnaməsi təqdim olunmuşdu. Bir sözlə, o, işinə ürəkdən bağlanmışdı və onun profilini dəyişmək fikrində deyildi. Lakin necə deyərlər, sən saydığını say... 1979-cu ildə Rafiq Xələfovun taleyində növbəti sərt dönüş baş verdi. Heydər Əliyev çoxlarının gözləmədiyi halda onu Azərbaycanın avtomobil yollarının tikintisi və istismarı naziri təyin etdi. Niyə məhz onu? Atalarının bioqrafiyasının bəzi məqamlarını şərh etməyə həvəslə razılıq verən qızlarından soruşuram. Oçerk boyu yeri gəldikcə, onların xatirələrinə hələ çox müraciət edəcəyik.
Sevinc Xələfova: Heydər Əliyev, adətən, kimisə yüksək vəzifəyə irəli çəkəndə bu adamla hərtərəfli söhbət edirdi. Ancaq atam qohum olduğundan bütün bunlar ev şəraitində baş verdi. Atam danışırdı ki, Heydər Əliyevin tövsiyəsi az qala deviz kimi səsləndi: “Orada işlər yaxşı deyil, bu sahədə ciddi problemlər yığılıb qalıb, ancaq bu strateji sahədir, səni ora göndərirəm, get vəziyyəti düzəlt”.
Təvazökarlıqdan uzaq görünməsin, ancaq Heydər Əliyev Azərbaycan iqtisadiyyatının ən strateji sahələrinə atamı göndərirdi, o da bu sahəni dirçəldirdi.
Fəxriyyə Xələfova: Əlbəttə, axı Heydər Əliyev də böyük professional idi, ona görə də O tapşırıqları qısaca ifadə edəndə, onların mühüm strateji obyektlərdə konkret reallaşmasını görmək istəyirdi. Seçimin atamın üzərinə düşməsinə gəldikdə isə, bu, ilk növbədə onunla bağı idi ki, atam ona həvalə edilən hər hansı tapşırığı yüz faiz yerinə yetirmək bacarığına malik idi.
Sevinc Xələfova: Biz istirahət üçün respublikadan kənara çıxanda atam oradakı yolları diqqətlə öyrənirdi. Yadımdadır, o vaxt biz SSRİ üçün bir növ Avropanın avanpostu olan Pribaltikaya getmişdik. Atam Pribaltika ölkələrinin təcrübəsini, bütün bu ayırıcı zolaqları əks etdirən örtükləri, beton örtükləri öyrənirdi. Elə hey deyirdi: “Bunu mütləq Azərbaycanda tətbiq etmək lazımdır”. Yəni, o, hətta istirahət zamanı da işləyirdi.
Fəxriyyə Xələfova: Biz məzuniyyətə gedəndə, təbii ki, onu həmkarları, bu və ya digər respublikanın nazirləri qarşılayırdı. Bu görüşlər çox mehriban şəraitdə keçirdi. O vaxt biz görürdük ki, o yalnız öz respublikasında deyil, ondan kənarda da tanınır və hörmətə malikdir. Onu hər işə yarayan, hamıya lazım olan adam kimi tanıyırdılar.
Rafiq Xələfovun sahəyə rəhbərlik etdiyi 10 il ərzində nail olduqlarının yalnız sadalanması-magistral yolların yenidən qurulması və uzadılması, körpülərin, zavodların, sahə işçiləri üçün istirahət evlərinin tikilməsi-bir neçə səhifədən çox tutardı. Həmin illərdə Heydər Əliyevin dəstəyi sayəsində “Azərbaycanın şose yol sisteminin 1981-2000-ci illər ərzində inkişaf perspektivləri” adlı irimiqyaslı uzunmüddətli proqram qəbul etmək mümkün oldu. Qeyd edək ki, bu proqramın bir çox mühüm müddəaları Rafiq Xələfovun rəhbərlik etdiyi müddətdə həyata keçirildi. Lakin çox güman ki, Rafiq Xələfovun ən böyük nailiyyəti - onun yetişdirdiyi kadr potensialı idi.
...Sahənin qazandığı nəzərəçarpan uğurlara baxmayaraq, 1989-cu ildə Rafiq Xələfovu standart formul - “öz xahişi ilə” işdən azad etdilər. Ancaq əsl səbəb, əlbəttə ki, başqa idi. O vaxt bədnam Qorbaçov “yenidənqurması” bütün istiqamətlərdə uğursuzluğa düçar olurdu və SSRİ-nin baş katibinə bütün günahları üstünə yıxmaq üçün “düşmən” tapmaq lazım idi. İlk qarayaxma kampaniyalarından biri Sov.İKP MK Siyasi Bürosunun sabiq üzvü Heydər Əlirza oğlu Əliyevə qarşı başlandı. Təbii ki, onun Azərbaycanda olan qohumları da kənarda qalmadı. Onların hamısını tutduqları vəzifələrdən azad etdilər, işdən çıxardılar, müəllimlik fəaliyyətindən kənarlaşdırdılar. Hətta böyük Stalin “təmizləmələri” zamanı da bu cür riyakar qəddarlığa rast gəlinmirdi. Rafiq Xələfovun istedadlı qızlarının işlərinə də əngəl törətməyə cəhd göstərilirdi.
Sevinc Xələfova: Mən institutu təzəcə qurtarmışdım, Lenin təqaüdçüsü idim, qırmızı diplom almışdım, ancaq məni aspiranturaya götürmək istəmirdilər. Rektor mənə dedi: “üstünüzdə ağır bir daş var”. Əgər mənə institutda qalmağa icazə versəydilər, işimin demək olar ki, 70 faizi hazır idi. Mənim diplom işim, - mən kimyaçıyam, - çox geniş idi. Onu bir qədər tamamlasaydım, namizədlik dissertasiyası olacaqdı. Ancaq məni ADU-da saxlamadılar. Laboratoriya müdiri açıq dedi: “Məndə sizin üçün mövzu yoxdur”. Bu adam bir vaxtlar mənim anamla işləmişdi, onu çox gözəl tanıyırdı. üstəlik, mən də pis oxuyan tələbə deyildim. Onda mən tamam başqa laboratoriyaya, tanımadığım adamın yanına getdim. Bu, Elmlər Akademiyasının “ümumi qeyri-üzvi kimya” laboratoriyası idi. Laboratoriya müdiri dedi ki, məni böyük həvəslə işə götürər. Yəni ki, vicdanlı, təmiz adamlar tapıldı. Mən tamamilə başqa sahə üzrə aspiranturaya daxil oldum. Hər işi sıfırdan başlamaq lazım idi, lakin mən heç şey üçün heyifsilənmirəm...
Fəxriyyə Xələfova: Yadımdadır, mən qırmızı diplom uğrunda, həqiqətən mübarizə aparırdım. Başa düşürdüm ki, bilərəkdən mənə “üç” yazacaqlar, ona görə də, fənləri əzbərləyirdim, sonra cavab verməyə prinsipial olaraq birinci çıxırdım. Mənə “dörd” yazsaydılar, əhvalım qarışardı.
Sonra aspiranturaya da daxil olmaq çətin idi. Mən qiyabi aspiranturaya daxil oldum. Başqa çıxış yolu yox idi. Elmlər Akademiyasına da məni heç kim götürmürdü. Rəhmətlik qayınanam dedi ki, Fiziologiya İnstitutunun insan beyninin neyrofiziologiyası ilə məşğul olan laboratoriyasında yer var. Ora çox çətin olduğundan heç kəs getmək istəmirdi. Bu minvalla mən neyrofiziologiyanı öyrənməli oldum.
Ailə üçün bu çətin dövrdə Rafiq Xələfov əlləri qoynunda durmamışdı, məsələn, o, “LUKoyl-Azərbaycan” şirkətini yaradanlardan biri idi. Bir müddət sonra onu Nazirlər Sovetinə, inzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə dəvət etdilər. Onun yenidən xidməti maşını, hökumət telefonu var idi, Baş nazirlə münasibətləri də pis deyildi. Bu imtiyazları ona görə yada salıram ki, oxucular başa düşsünlər: qəhrəmanım bütün bunları itirə bilərdi, çünki həmin dövrdə Heydər Əliyevin Azərbaycana qayıtmasına fəal kömək edirdi.
Rafiq Xələfovun qızları xatırlayırlar ki, 1990-cı ilin o uzaq yay günlərində onların atası və Heydər Əliyevə yaxın olan bir neçə adam akademik Cəlal Əliyevin bir növ qərargaha çevrilmiş mənzilinə yığışar və Heydər Əliyevin qarşılanmasının təşkilini müzakirə edərdilər. Bu insanlar öz üzərlərinə böyük məsuliyyət götürmüşdülər, böyük tarixi şəxsiyyətə cavabdeh idilər, Onun vətənə qayıtmasını texniki cəhətdən təmin etməyə söz vermişdilər. O vaxt heç kim öz şəxsi təhlükəsizliyi haqda düşünmürdü, onsuz da onu heç kim təmin etmirdi. Həmin dövrdə hökumət telefonuna əli çatan yeganə adam Rafiq Xələfov idi. Heydər Əliyevin qayıtması ərəfəsində o bir neçə dəfə “yuxarı”ya zəng vurmuşdu. Respublikanın keçmiş rəhbərinin qarşılanmasını layiqli səviyyədə təşkil etməyə inandırırdı, heç olmasa mane olmamağa, məsələn, qarşılanma üçün lüks maşın ayırmağa çağırırdı. Xeyri yox idi - hamı kənara çəkilmişdi. İyulun 20-də Rafiq Xələfov bir qrup adamla Heydər Əliyevi qarşılamaq üçün Binə aeroportuna gələndə isə onlar Ayaz Mütəllibovun tərəfdarlarından ibarət, düşmənçilik hissləri ilə coşub-daşan böyük dəstə ilə qarşılaşdılar. Bu adamlara dəqiq tapşırıq verib buraya göndərmişdilər: Heydər Əliyevin doğma torpağa qayıtmasına hər vasitə ilə mane olmaq. Yalnız Heydər Əliyevin qohumlarının fərasəti və diribaşlığı sayəsində faciəli toqquşmanı sovuşdurmaq mümkün oldu.
Fəxriyyə Xələfova: Atamın üzərinə xüsusi məsuliyyət düşürdü, çünki o, Heydər Əliyevin qohumu olmaqla bərabər, eyni zamanda, məsul dövlət vəzifəsi tuturdu və başa düşürdü ki, hər hansı bir fövqəladə hadisə baş versə, ilk növbədə o cavab verməli olacaq. Axı hər şey ola bilərdi.
...Rafiq Xələfovun taleyində üçüncü sərt döngə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə oldu. Prezident Rafiq Xələfovu çağırıb onun qarşısında vəzifə qoydu: yeni yaradılmış “Xalq üçün mallar” konserninə rəhbərlik etmək və ya öz adı ilə çağırsaq, yüngül sənaye naziri olmaq. Burada mən yenə də kömək üçün Xələfova bacılarına üz tuturam: niyə məhz bir çoxları üçün gözlənilməz olan bu vəzifə?
Fəxriyyə Xələfova: Həmin konsern o vaxt yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməli idi. Bunun öz konsepsiyası var idi. Acınacaqlı vəziyyətdə olan ayaqyalın, başıaçıq ordunu geyindirmək üçün bütün daxili resursları səfərbər etmək lazım idi. Atam bu işin öhdəsindən gəldi! İş ondadır ki, bu, real işləyən və büdcəyə sanballı gəlir gətirən azsaylı konsernlərdən biri idi. Fabriklər işləməyə başladı, özü də demək olar ki, hamısı hərbi ehtiyaclar üçün işləyirdi. O vaxtın ordusunu təsəvvürünüzə gətirin. Atam isə heç iki il keçməmiş ordunu NATO forması ilə təchiz etdi.
Sevinc Xələfova: O demək olar ki, evdə olmurdu, sutkada 16 saat işləyirdi. Əlbəttə, ilk vaxtlar çətin idi, üstəlik, bu onun üçün yeni sahə idi. Bu təyinatın mahiyyətini atam bir qədər sonra başa düşdü. Əsas məsələ ordunu dirçəltmək idi. Bu, sadəcə Yüngül Sənaye Nazirliyi deyildi. Ordunun ehtiyaclarını ödəmək lazım idi.
Fəxriyyə Xələfova: Atam Heydər Əliyevin çinə səfəri zamanı onu müşayiət edirdi. Bu, Prezidentin xaricə ilk səfərlərindən biri idi. Atam çinlilərdən geyim tikmək üçün böyük sifariş almağa müvəffəq oldu. çinlilərin bir neçə ölkəyə ixrac üçün embarqoları var idi. Bu səbəbdən də onlar sifarişi bizdə yerləşdirdilər və mallar “Made in Azərbaycan” markası ilə buraxılırdı. Başqa sözlə, geyimlər bizim öz məhsulumuz kimi ixrac olunurdu. Elə böyük investisiyalar yatırıldı ki! Neçə illər keçib, Azərbaycanın qrifi altında bu gün çoxmu geyim istehsal edilir? Bunu bacarmaq lazım idi. Konsernin sonralar da çin ilə xeyli prioritet istiqamətləri var idi. Bütün bunlar yeni iş yerlərinin açılmasına imkan yaratdı. O vaxt konsernin bütün fabriklərində işçilər sabit məvacib alırdılar, yüngül sənaye işçiləri üçün xeyli evlər tikildi, dövlət büdcəsinə sanballı ödəmələr oldu.
Yaxşı yadımdadır, o dövrdə müxtəlif qəzetlərdə (“Qarabağ”, “Azərbaycan”) Rafiq Xələfovla bir neçə müsahibə dərc olunmuşdu. ümumiyyətlə o, jurnalistlərlə təmasda olmağı xoşlamırdı, burada isə elə bil sinəsi açılmışdı. Bu konseptual, deyərdim ki, proqram xarakterli müsahibələrdə Rafiq Xələfov o vaxt üçün həll edilməli olan bir sıra mühüm vəzifənin dürüst ifadəsini vermişdi. Digər tərəfdən, onun fikir və mülahizələri bu günə qədər aktuallığını itirməyib. Məsələn, özəlləşdirmə mexanizmləri (Rafiq Xələfov xalq təsərrüfatının bazar iqtisadiyyatına keçidi proqramının praktiki reallaşdırılması ilə məşğul olanlardan biri idi), güclü müstəqil siyasət yeritmək üçün güclü iqtisadiyyatın zəruriliyi, qanunun diktaturası, Qarabağ münaqişəsinin həlli yolları, din və dövlətin, ziyalı və hakimiyyətin münasibətləri, nəhayət, milli birliyin ən vacib zəmini kimi milli ideologiyanın formalaşdırılmasının zəruriliyi barədə düşüncələr. Bu düşüncələr yetkin siyasətçinin, dövlət xadiminin, Heydər Əliyev idarəçiliyi məktəbinin əsl şagirdinin fikirləri idi. Təsadüfi deyil ki, 1997-ci ildə “Xalq üçün mallar” Konserni fəaliyyətini bitirdikdən sonra Ulu öndər Heydər Əliyev Rafiq Xələfovu ən geniş səlahiyyətlərlə Baş nazirin müavini təyin etdi. Təəssüf ki, 1998-ci ilin oktyabrında qəfil ölüm Rafiq Xələfovun uğurlu karyerasına son qoydu. O vaxt Rafiq Xələfovun cəmi 59 yaşı vardı və bu ölüm gənc, müstəqil dövlətimiz üçün həqiqətən ağır itki idi.
 * * *
Rafiq Xələfovu tanıyanların hamısı onun müstəsna erudisiyaya malik olmasını qeyd edir. O, daim mütaliə ilə məşğul olurdu, doğma ölkəsinin tarixi ilə maraqlanırdı, tanınmış filosofların, psixoloqların əsərlərinə bələd idi, siyasi memuar janrından xüsusi zövq alırdı. Rafiq Xələfov həm də yaradıcılıqla məşğul olurdu, qələmindən şeir, nəsr, müdrik fəlsəfi fikirlər çıxırdı. Ancaq o, çox sadə, deyərdim ki, utancaq adam idi. Elə buna görə də, yazdıqları oxuculara kitab halında gəlib çatmadı. Bir dəfə Rafiq Xələfovdan soruşanda ki, niyə yazdıqlarını çap etdirməyə çalışmır, belə cavab vermişdi: “Bu çoxdan olub, lap çoxdan, hələ cavanlıqda. Bizim çox tanınmış yazıçılardan biri ilə görüşüb ona detektiv janrında yazılmış povestimi göstərdim. 10-15 gündən sonra dedi ki, povesti bir şərtlə çap edə bilər - altında iki imza olsun. O vaxtdan yazdıqlarımı masamın gözündə saxlamağa üstünlük verirəm”.
Ancaq bir dəfə dostları, onların arasında görkəmli Azərbaycan şairi Xəlil Rza da var idi, onu “İnanıram gün gələcək ki...” adlı kitabı çap etdirməyə razı sala bildilər. 1995-ci ildə işıq üzü görən kitabda Rafiq Xələfovun bir neçə məşhur müsahibəsi, bu müsahibələrin doğurduğu çoxsaylı rəylər, bir də onun müdrik kəlamları yer almışdı. Bu kəlamlar şəxsən mənim böyük marağıma səbəb olmuşdu. Oçerkin sonunda Rafiq Atəşin yaradıcılığından bir neçə nümunə gətirmək istərdim:
“Ən böyük demokrat qanunla hərəkət edən kəsdir”.
“İş ancaq danışmaqla düzəlsəydi, Azərbaycandan firavan məmləkət olmazdı”.
“Kimisə, nəyisə tərifləməkdən həmişə inadla qaçmışam. Səbəbi odur ki, yaxşını tərifləmək - yaxşı işin korlanmasının başlanğıcıdır. Pisi tənqid etmək, yol göstərmək isə tərəqqinin ilk pilləsidir”.
“Siyasi rəqabət siyasi düşmənçiliyə keçməməlidir. Bu, kişilikdən deyil”.
“ölkənin ən qiymətli sərvəti onun vətəndaşlarıdır. Onların istər fiziki, istərsə də mənəvi sağlamlığı ən vacib və təxirəsalınmaz məsələlərdəndir. Odur ki, səhiyyə və maariflə birinci növbədə məşğul olmaq lazımdır”.
“Mən millətimi dilənçi yox, varlı, sədəqə alan yox, xeyriyyəçi, savadsız yox, elmli, qeyrətsiz yox, şərəfli və ən nəhayət, gücsüz yox, müstəqilliyini öz gücünə arxalanaraq müdafiə edən və qalib gələn kimi görmək istəyirəm. Bunu arzu etmək azdır; bu yolda şəhid olmaq böyük səadətdir”.
Rafiq Xələfovun ürəyində gəzdirdiyi bir çox arzuları indi reallığa çevrilib. Biz inamlı xarici və daxili siyasət aparan müstəqil, firavan dövlətdə yaşayırıq. Bugünkü uğurlarımızda dövlətçiliyimizin bünövrəsini quran insanların, o cümlədən, Rafiq Xələfovun böyük xidmətləri vardır. Hətta dünyamızın ölçüləri ilə götürüldükdə belə, onun qısa ömrünün əsas nikbin yekunu və əzəl mənası da elə budur.
Elmira AXUNDOVA

 
  • Oxunub:  20490  |  
  • Tarix:  04-07-2009  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir
21 Avqust 12:29
AFFA və Konami arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
21 Avqust 12:17
“MiQ-29” təyyarəsinin pilotu Rəşad Atakişiyev dəfn edilib
21 Avqust 12:13
Milli Paralimpiya Komitəsi ilə Azərbaycandakı Amerika Ticarət Palatası əməkdaşlıq edəcək
21 Avqust 11:50
MDB Dövlət Başçıları Şurasının iclası oktyabrda Aşqabadda keçiriləcək
21 Avqust 11:32
Sentyabrdan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanılacaq
21 Avqust 11:16
Görkəmli xanəndə Xan Şuşinskinin anadan olmasından 118 ötür
21 Avqust 11:05
Hərbi pilot Rəşad Atakişiyevlə vida mərasimi keçirilir
21 Avqust 11:04
Bu gün beynəlxalq ictimaiyyət terrorizm qurbanlarının xatirəsini anır
21 Avqust 11:01
Müslüm Maqomayevin xatirəsini dünyada əbədiləşdirən özbək müğənni Odessaya veloyürüş edib
21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA