Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Novruz Aslanovun “Ray” adlı albomu işıq üzü görüb

Novruz Aslanovun “Ray” adlı albomu işıq üzü görüb

08.12.2017 [09:58]

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) prezidenti, bəstəkar Novruz Aslanovun növbəti musiqi albomu sənətsevərlərin ixtiyarına verilib.
Müasir mahnı janrının inkişafında öz dəst-xətti və xidməti olan Novruz Aslanovun “Ray” adlı albomunda eyniadlı bəstəsi ilə yanaşı, “Bura yurdun cənubudur”, “7 Ultra”, “Nə oldu bizə”, “Ya uydu”, “Ay qaragilə”, “Yesli b zvyozdı stupenkami stali”, “İncitmə qəlbimi”, “Noç”, “Unuda bilməzsən”, “Gedirəm”, “Səni taparam” kimi mahnıları da yer alıb. Bəstəkarın əsərləri Azərbaycanın tanınmış müğənnilərinin ifasında səsləndirilib.
50-dən artıq mahnının müəllifi olan bəstəkar sözügedən albomda müxtəlif söz müəlliflərinin yaradıcılığına müraciət edib. Belə ki, Gülnur Aslan, Vahid Əziz, Leyla Əliyeva, Rafael Dadaşov, Sona Vəliyeva, İlhamə Quliyeva, Xanım İsmayılqızı və Gülnarə Sanılının sözlərinə bəstələnmiş 12 mahnıdan ibarət albom musiqisevərlərə xoş anlar bəxş edəcək.
Qeyd edək ki, N.Aslanov “Azərbaycanım”, “Bu şəhərdən çıxıb gedə bilərsən”, “Qaragilə”, “Yaşın nə fərqi var ki?!”, “Aldatdı məni” kimi dillər əzbəri olmuş mahnıların müəllifidir.
Müşfiqə BAYRAMLI

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30