Ana səhifə »  Mədəniyyət »  Elçin Əfəndiyev: Dahi bəstəkar Qara Qarayev bütün nəsillərin müasiridir
A+   Yenilə  A-
Elçin Əfəndiyev: Dahi bəstəkar Qara Qarayev bütün nəsillərin müasiridir

Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib
Fevralın 5-də Müslüm Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmlərinin, tanınmış elm və mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə qonaqlar əvvəlcə Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgiyə baxıblar.
Mərasimdə Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev dahi bəstəkarın 100 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edilməsini tarixi hadisə adlandıraraq deyib: “Düz on il bundan əvvəl, bu gün, bu zalda Qara Qarayevin 90 illiyini keçirdik və o zaman da mən onun haqqında qısa bir söz dedim. Budur, aradan on il keçib və bu on ildə də böyük Qara Qarayev sənəti daim bizimlə bir yerdə olub, həyatın mənası barədə, xislətin qadir olduğu mərhəmət və qəddarlıq, vəfadarlıq və riyakarlıq, sədaqət və xəyanət barədə düşündürüb, eyni zamanda, bu sənətin bəşəri mahiyyəti, milli və coğrafi sərhədlər tanımaması, irqindən, dinindən asılı olmayaraq, insanların qəlbinə və düşüncəsinə yol tapması bizi həmişə olduğu kimi, fərəhləndirib, bizə qürur gətirib. Əlbəttə, burada hər şey aydındır: nəsillər bir-birini əvəz edir, Qara Qarayev isə bütün nəsillərin daimi müasiridir - dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq”.
Elçin Əfəndiyev bildirib ki, Qara Qarayev bütün yaradıcılığı boyu ayrı-ayrı klassiklərə müraciət edib. Bu məqamda ilk olaraq Nizami yada düşür. Çünki Nizami mövzusu bəstəkarın hələ gənclik illərində xor üçün yazdığı “Payız”dan tutmuş “Leyli və Məcnun” simfonik poemasına, “Yeddi gözəl” baletinə, “Nizami” filminə bəstələdiyi musiqiyədək onun yaradıcılığının ana xəttini təşkil edib. Nizami humanizmi, Nizaminin ədalət axtarışları, hətta Nizami utopiyası, görünür, hələ gənc çağlarından etibarən bir insan və sənətkar kimi Qara Qarayevin daxili aləmi ilə həmahəng olub. Onun müraciət etdiyi digər böyük bəşəri simalar sırasında Ömər Xəyyam, Şekspir, Servantes, Löpe de Veqa, Puşkin, Lermontov, Fransisko Qoya, Merime, Edmon Rostan, Cəlil Məmmədquluzadə və başqaları var.
Milli, siyasi, ictimai konyuktura tanımayan bu dühaların, böyük ədiblərin sənət auralarının Qara Qarayevin özünün də doğma sənət aurası olduğunu qeyd edən Xalq yazıçısı deyib: “Mən Servantesi xatırlatdım və əlbəttə, dərhal Kozintsovun məşhur “Don Kixot” filminə bəstələnmiş musiqi və “Don Kixot” simfonik qravyurası yada düşür. Bu bəstələr, elə bil, Don Kixotun gözlə görünən canlı və dolğun portretidir. Qarayev, elə bil, musiqinin dili ilə bir Don Kixot xalçası toxuyaraq, bu Lamançalı cəngavərin timsalında ən əlvan boyalarla bəşəri faciəni və komediyanı, bəşəri xoşbəxtliyi və bədbəxtliyi, reallığı və absurdu ən incə ştrixlərinə, detallarınacan açıb göstərib. Gərək faciəvi Don Kixot romantikasını o dərəcədə doğma hiss edəsən, o dərəcə məhrəm qəbul edəsən ki, belə bir sənət şedevri yaradasan”.
Qara Qarayev yaradıcılığında Şekspir mövzularını da yada salan Baş nazirin müavini bildirib ki, Hamletin, Otellonun, Kleopatranın, 4-cü Henrixin mənəvi təlatüm doğuran ehtiras və çılğınlıqları, paklıq, məhəbbət və qısqanclıqla, satqınlıq və intiqamla dolu hisslər, həyəcanlar burulğanı, hakimiyyət hərisliyi, həqiqət axtarışı və ədalət mübarizəsi Qarayev musiqisində bu Şekspir qəhrəmanlarının mürəkkəb və ziddiyyətli daxili aləmlərinə bərabər səviyyədə öz ifadəsini tapıb.
“İndi isə fikir verin, orta əsrlər Avropasında Şekspir dünyası hara, Cəlil Məmmədquluzadənin “Ölülər” dünyası hara. Ancaq Qara Qarayev musiqisi həmin Şekspir dünyasını da, Mirzə Cəlil dünyasını da eyni yüksək sənətkarlıqla ifadə edir, çünki onun öz sənət dünyası üçün ən səciyyəvi cəhətlərdən biri Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin vəhdəti idi. Yeri düşmüşkən, bu cəhət - Şərq və Qərb mədəniyyətlərinin, başqa sözlə desəm, milli və bəşəri mədəniyyətlərin vəhdəti Azərbaycan professional musiqisinin ən xarakterik bədii-estetik cəhətlərindən biridir. Üzeyir Hacıbəylidən gələn, Qara Qarayevlə birlikdə Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, sonrakı nəsil bəstəkarlarımızın davam və inkişaf etdirdikləri bu yaradıcılıq ənənəsi bu gün artıq professional musiqi məktəbimizin estetik simasını müəyyənləşdirir”, - deyə Elçin Əfəndiyev vurğulayıb.
Qeyd edilib ki, Qara Qarayevin “Üçüncü simfoniya”sı əsrlərin süzgəcindən keçib gəlmiş milli aşıq musiqisi məhz bəşəri musiqinin yiyələndiyi bədii-estetik vasitələrlə ifadə olunduğu üçün bu dərəcədə emosional təsir gücünə malikdir. Bir tərəfdən milli kolorit, o biri tərəfdən bəşəri dünyagörüşü - məhz bu vəhdət Üçüncü simfoniyanın timsalında böyük milli-bəşəri sənət əsəri yaradıb. Qarayev hətta başqa mövzularda yazdığı “İldırımlı yollarla”, yaxud “Vyetnam süitası”, “Alban rapsodiyası” əsərlərində də bəhs etdiyi xalqların milli musiqisindən istifadə edib.
Çıxışında “bəşəri” sözünü tez-tez işlətməsinin təsadüfi olmadığını bildirən Elçin Əfəndiyev 60-cı illərin ortalarında Qara Qarayevlə unudulmaz ünsiyyəti barədə danışaraq deyib: “Mən həyatımda Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az adama rast gəlmişəm. O, klassik dünya ədəbiyyatına da, müasir, yəni XX əsr ədəbiyyatına da dərindən bələd idi, söhbətlərində tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. Heminqueyi xüsusi qeyd edirdi, Sabiri və Mirzə Cəlili yüksək qiymətləndirirdi. Onun dünyagörüşü olduqca geniş və zəngin idi. Biz tez-tez bu məlum və haqlı fikirlə razılaşırıq ki, “Böyük sənətkarlar ölmür, onlar həmişə yaşayır” və bu mənada Qara Qarayev xoşbəxt sənətkardır. Ancaq o, yalnız xoşbəxt sənətkar, xoşbəxt bəstəkar deyil, həm də xoşbəxt pedaqoqdur. O, yalnız öz əsərlərində yaşamır, eyni zamanda, tələbələrinin Azərbaycanda da, dünyanın bir çox səhnələrində, konsert salonlarında səslənən musiqilərində yaşayır və bu, əlbəttə, onun ruhunu şad edir”.
Qara Qarayevin hələ yeniyetmə çağlarında Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrəndiyini, sonralar Dmitri Şostakoviçin sinfində təhsil aldığını bildirən Xalq yazıçısı deyib ki, Qarayev sinfinin yetirmələri ondan aldıqları sənət estafetini sonrakı nəsillərə ötürüblər və ötürürlər. Həmin sənət estafeti nəsillərdən-nəsillərə keçərək, daha artıq bəşəri vüsət əldə edir.
Baş nazirin müavini çıxışının sonunda Ulu öndər Heydər Əliyevin qoyduğu ənənələri layiqincə davam etdirərək Qara Qarayevin 100 illiyi münasibətilə xüsusi Sərəncam imzalayan Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Yubiley mərasimində Əməkdar İncəsənət Xadimi Elşad Bağırovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Konsertdə Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.

 
  • Oxunub:  9360  |  
  • Tarix:  06-02-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

20 May 21:07
ADNSU: Dünya Metrologiya Gününə həsr olunan elmi-praktik seminar
20 May 20:59
Əlyazmalar İnstitutunun jurnalları UNESCO-nun “ROAD” elmi indeksləşdirmə reyestrinə daxil edilib
20 May 20:55
Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının təhsil şöbələrinin fəaliyyətinə dair hesabatlar dinlənilib
20 May 19:55
Tamara Sinyavskaya: Heydər Əliyev Müslümü çox sevirdi və Bakıda bizim üçün toy məclisi təşkil etdi
20 May 19:48
Şəmkirdə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda seminar-treninq keçirilib
20 May 19:44
SOCAR-ın vitse-prezidentləri AMEA YT Parkın məhsulları ilə tanış olublar
20 May 19:32
Azərbaycan Çinə nar şirəsi və nar şərabı ixrac edəcək
20 May 19:29
Milli Məclisdə inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirələr aparılıb
20 May 19:23
Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub
20 May 19:20
Pekində Azərbaycanın Çindəki səfirliyi üçün bina inşa olunacaq
20 May 19:17
Cüzeppe Kaniliya: Azərbaycan İtaliya üçün olduqca vacib ölkədir
20 May 19:14
Elçin Mirzəbəyli: Azərbaycan Prezidentinin siyasətinin əsasında insan amili dayanır
20 May 17:47
Samux rayon Əhmədbəyli kənd tam orta məktəbinə Milli Qəhrəman Eltun İsgəndərovun adı verildi
20 May 17:43
Əli Əhmədov: Partiyamızın sıralarında 740 min nəfər insan var ki, burada mədəniyyət işçiləri də kifayət qədər geniş şəkildə təmsil olunur
20 May 17:40
Əbülfəs Qarayev: Yeni Azərbaycan Partiyası və Mədəniyyət Nazirliyinin birgə fəaliyyət planı yeni dövrün çağırışlarına cavab verə biləcək layihədir
20 May 17:28
Kürdəmirdə “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılması məqsədilə 20 milyon 145 min manat vəsait ayrılıb
20 May 17:18
Hesablama Palatasının 2018-ci il dövlət büdcəsinin icrasına dair rəyi müzakirə edilib
20 May 17:15
Bu gün Dünya Bal Arısı Günüdür
20 May 17:12
Prezident İlham Əliyev Zurab Seretelinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzaladı
20 May 16:56
Bakıda Avropa Banklar Federasiyasının Assosiativ üzvlərinin 48-ci iclası keçirilib
20 May 16:53
Azərbaycanın müharibə veteranları və hərbi yönümlü QHT nümayəndələri Türkiyədə səfərdədirlər
20 May 16:52
Şəkidə indiyədək 3737 hektarda yazlıq
20 May 16:42
Bakıda Avropa Liqası könüllüləri üçün əyləncə gecəsi təşkil olunub
20 May 16:38
Tahir Mirkişili: Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77 faizi Azərbaycanın payına düşür
20 May 16:18
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək
20 May 16:08
DİM Direktorlar Şurasının sədri Lənkəranda, sədr müavini isə Masallıda vətəndaşları qəbul ediblər
20 May 15:57
Ekoloji problemin həlli və ətraf mühitin qorunması hər bir insanın mənəvi borcudur
20 May 15:49
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20 May 15:42
İyulda İsveçrəyə ixrac missiyası təşkil ediləcək
20 May 15:37
Yaponiyanın “Himalaya” radiosunda Azərbaycan və Naxçıvan MR barədə xüsusi veriliş yayımlanıb
20 May 15:31
Azərbaycanın milli bayramı ilə bağlı keçirilən tədbir Polşa mətbuatında işıqlandırılıb
20 May 15:22
UEFA Avropa Liqasının kuboku Gəncədə nümayiş olunub
20 May 15:15
Avropa Liqasının finalı ilə bağlı Bakı-Tbilisi-Bakı marşrut xəttinə əlavə avtobuslar buraxılacaq
20 May 15:11
Azərbaycan təbii qazının Avropaya nəqli prosesi həlledici mərhələdir
20 May 15:07
Rufiz Qonaqov: Prezident İlham Əliyevin daxili və xarici siyasətinin əsasını xalqımızın milli maraqları təşkil edir
20 May 15:05
Sevinc Fətəliyeva: Cənubi Qafqazın güc mərkəzi kimi çıxış edən Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi dividendlər vəd edir
20 May 14:41
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
20 May 14:37
Elçin Quliyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq tərəflərin bərabərhüquqluluğu prinsipinə söykənir
20 May 14:32
Dörd ayda toxuculuq sənayesi 48 faiz artıb
20 May 14:30
İspaniya və Portuqaliyada yaşayan azərbaycanlıları əlaqələndirmə şuraları təsis edilib
20 May 14:26
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 59 faizi fərdi sahibkarların payına düşür
20 May 14:20
AzMİU-da İtaliya–Azərbaycan Dizayn Mərkəzinin açılışı olub
20 May 14:18
Milli valyutada olan əmanətlər 20 faizədək artıb
20 May 14:13
UEFA “Avro 2020”nin final mərhələsinə biletlərin qiymətini açıqlayıb
20 May 14:07
Kənd təsərrüfatı naziri Goranboyda fermerlərlə görüşüb
20 May 14:02
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
20 May 13:56
Yeni Azərbycan Partiyası və Mədəniyyət Nazirliyinin Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair 2019-2020-ci illər üzrə birgə Fəaliyyət Planının təqdimat mərasimi keçirilib
20 May 12:52
Vüsal Qasımlı: Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir
20 May 12:46
Əli Əhmədov: YAP bütövlükdə cəmiyyətin bütün təbəqələri arasında nüfuz qazanan bir təşkilatdır
20 May 12:43
Azərbaycan İlahiyyat İnstitutu kollektivinin maarifləndirici səfərləri davam edir
20 May 12:41
Ziyad Səmədzadə: İctimai şuralar kiçik və orta biznesin maliyyə bazarlarına çıxışını təkmilləşdirəcək
20 May 12:18
Ümumdünya Metrologiya Günü qeyd olunub
20 May 12:15
Moskvada Heydər Əliyev Kuboku uğrunda illik minifutbol turniri keçirilib
20 May 12:11
Səfir: Koreya problemli kreditlərin həlli üzrə əldə etdiyi nailiyyətləri Azərbaycanla bölüşməyə hazırdır
20 May 12:02
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə Azərbaycan xalqına xoş arzularını çatdırıb
20 May 11:49
Orxan Məmmədov: Ədalət mühakiməsinin keyfiyyətinin artırılması ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət edəcək
20 May 11:36
II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının düzgün cavabları DİM-in saytında yerləşdirilib
20 May 11:28
Vüsal İsayev: Prezidentin Fərmanında əsas istiqamətlərdən biri də sahibkarlığın inkişafına şərait yaratmaqdır
20 May 11:21
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Çilidə rəsmi qəbul keçirilib
20 May 11:19
Bakıda “Problemli kreditlərin həlli: Azərbaycan və Koreya təcrübəsi” Mövzusunda konfrans işə başlayıb
20 May 11:14
MM-in sədri Oqtay Əsədov Ukraynanın altıncı Prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində iştirak edir
20 May 11:11
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilir
20 May 11:10
Azərbaycan qida məhsullarının Çinin İvu şəhərinə ixracına dair müzakirələr aparılıb
20 May 10:57
PA rəsmisi: Məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var
20 May 10:27
Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb
20 May 10:11
BAKIDAN BRÜSSELƏ, BRÜSSELDƏN BAKIYA...
20 May 10:08
Azərbaycanın dinamik inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən qlobal mərkəzə çevirməkdədir
20 May 09:55
Azərbaycan “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında təmsil olunub
20 May 09:52
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanında bir sıra görüşlər keçirib
20 May 09:48
Milli Məclisin sədri Oqtay Əsədov Kiyevdə müalicə alan Milli qəhrəmanımızla görüşüb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+15 +18