Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub
A+   Yenilə  A-
Heydər Əliyev Mərkəzində “Son iclas” bədii-sənədli filminin təqdimatı olub

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatına şanlı və tarixi hadisə kimi daxil olub. Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Cümhuriyyətin 100 iliyi münasibəti ilə həm ölkədə, həm də xaricdə silsilə tədbirlər keçirilir. Bakı Media Mərkəzi də Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün “Son iclas” bədii-sənədli filmini ərsəyə gətirib. Film Azərbaycan Xalq Cümhuriyyətinin kəşməkəşli tarixinin son günlərinə işıq salır və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir.
Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir.
Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva deyib: “Bu gün təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar. Sonda filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə öz təşəkkürümü bildirirəm”.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz isə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində təqdimatı keçirilən filmin ölkə tarixinin çox əlamətdar bir gününə həsr olunduğunu bildirib. O deyib ki, filmdə müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələr işıqlandırılıb. Qəri Counz vurğulayıb ki, Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Şirkət Cümhuriyyətin 100 illiyinə həsr edilmiş belə bir filmin sponsoru olmaqdan şərəf hissi duyur.
“BP 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. O vaxtdan etibarən Azərbaycanın və BP-nin tarixi paralel hesab edilir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkənin qapılarını investorların üzünə açdığı vaxtdan etibarən biz respublikada həyata keçirilən iri neft və qaz layihələrində iştirak etməkdən qürur duyuruq. Biz özümüzü həmişə bu ölkənin vətəndaşı kimi hiss etmişik və layiqli korporativ vətəndaş olmağa çalışmışıq. Buna görə də bizim üçün Azərbaycanın tarixi irsini işıqlandırmağa töhfə vermək təbii bir haldır. Beləliklə ümid edirik ki, bu işdə iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların ailələrinə, həmvətənlərinə bir töhfə və təşəkkür rəmzidir”, - deyən Qəri Counz filmin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə təşəkkür edib.
Sonra “Son iclas” filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.
Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.

 
  • Oxunub:  2280  |  
  • Tarix:  26-05-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sənaye məhəllələrinin formalaşdırılması regionların sosial-iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək

17:41
25 İyun
“İlin gənc müəllimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb
17:37
25 İyun
Azay Quliyev: Türkiyədə seçkilər azad, ədalətli, demokratik keçirildi və bütün dünya buna şahidlik etdi
17:26
25 İyun
Azərbaycan və Ukrayna Dövlət Sərhəd xidmətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi planı imzalanıb
17:24
25 İyun
Bəhruz Quliyev: Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi
17:16
25 İyun
BƏƏ-nin mobil operatorunun qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” ilə rominq razılaşması ləğv edilib
17:12
25 İyun
Deputat: Prezident seçkilərinin nəticəsi Azərbaycan xalqının zəfəridir
17:10
25 İyun
Millət vəkili AŞ PA-nı Azərbaycana qarşı ikili standartlara son qoymağa çağırıb
17:05
25 İyun
Bilik Fondu Azərbaycan Ordusunun 100 illiyinə silsilə tədbirlər həsr edib
17:01
25 İyun
Prezident Administrasiyası: Türkiyə Azərbaycanla münasibətləri daha da möhkəmləndirəcək
17:00
25 İyun
Ermənistan müdafiə nazirinin sabiq müavininin oğluna ittiham elan olunub
16:50
25 İyun
Bakıda keçiriləcək paradda 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi iştirak edəcək
16:49
25 İyun
Maynura Murzamadieva: Naxçıvanda tarixi və dini turizmin inkişaf etdirilməsi üçün böyük potensial var
16:45
25 İyun
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək
16:31
25 İyun
Vüqar Rəhimzadə: Türk xalqı daha parlaq gələcəyinə səs verdi
16:29
25 İyun
“The Jerusalem Post”: TANAP Azərbaycanın qaz ehtiyatlarını Avropaya nəql edəcək
16:27
25 İyun
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində tədris ilinin yekunlarına həsr olunan iclas keçirilib
16:26
25 İyun
Lilian Mori Paskye AŞPA-nın sədri vəzifəsinə təsdiqlənib
16:25
25 İyun
Kanadada Heydər Əliyev adına Kanada-Azərbaycan Dostluq Evi açılıb
16:20
25 İyun
Türkiyədə seçkilərin yekun nəticəsi yaxın bir neçə gün ərzində məlum olacaq
16:18
25 İyun
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
16:18
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi Pakistanda təntənəli şəkildə qeyd olunub
16:16
25 İyun
Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi Varşavada qeyd edilib
16:15
25 İyun
Bakı Ali Neft Məktəbinin tələbələri yay istehsalat təcrübəsində
16:13
25 İyun
Dünya Bankı kənd təsərrüfatında rəqəmsal texnologiyaların tətbiqi ilə bağlı Azərbaycana kömək etməyə hazırdır
16:11
25 İyun
Yaponiya KİV-ləri Türkiyədə keçirilən seçkiləri geniş işıqlandırıb
16:09
25 İyun
Məhərrəm İncə: Səsvermənin nəticələrini tanıyıram
16:08
25 İyun
AŞPA-nın yay sessiyası işə başlayıb
16:07
25 İyun
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib
16:03
25 İyun
Dövlət Komitəsində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüş olub
15:19
25 İyun
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14:58
25 İyun
Dövlət Gömrük Komitəsinin sədri Qax şəhərində vətəndaşları qəbul edib
14:41
25 İyun
Azərbaycan OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsini yanvardakı iclasını Bakıda keçirməyə dəvət edib
14:36
25 İyun
“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib
14:34
25 İyun
Sədaqət Vəliyeva: Lələtəpədən, Günnütdən sonra növbə Şuşanın və Xankəndinindir
12:42
25 İyun
Hikmət Babaoğlu: "Türkiyə xalqı ən doğru qərarı qəbul etdi"
12:39
25 İyun
Gəmiçilik səhmləri dünya birjalarında satılan kommersiya təşkilatına çevrilməyi planlaşdırır
12:36
25 İyun
FHN Akademiyasında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə tədbir keçirilib
12:25
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Heydər Əliyev Mərkəzində olub
12:07
25 İyun
Sudeif İmamverdiyev “Azərbaycanın Qüruru” Qızıl Ordeninə layiq görülüb
11:40
25 İyun
2019-cu və növbəti üç ilin sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb
11:35
25 İyun
Azərbaycan Ordusunun 100 illik yubleyinə həsr olunan yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
11:31
25 İyun
Vyaçeslav Volodin: Rusiya-Azərbaycan ticarət dövriyyəsinin 30 faiz artması yaxşı göstəricidir
11:11
25 İyun
Azərbaycanın energetika naziri Vaşinqtondakı beynəlxalq konfransda iştirak edəcək
11:00
25 İyun
Azərbaycan OPEC-in neft hasilatının artırılması qərarını dəstəkləyib
10:54
25 İyun
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib
10:49
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
10:45
25 İyun
MHP sədri Rəcəb Tayyib Ərdoğanı möhtəşəm qələbə münasibətilə təbrik edib
10:42
25 İyun
Türkiyə seçicisi Prezident Rəcəb Tayyib Ərdoğana və AKP-yə etimad göstərdi
10:40
25 İyun
Ermənistan silahlı bölmələri sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub
09:29
25 İyun
Ölkəmizdə ayaqqabı istehsalı 95,6 faiz artıb
09:27
25 İyun
Bu ilin beş ayında dəniz limanlarında 4100,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib
09:24
25 İyun
Türkiyə ictimaiyyəti Rəcəb Tayyib Ərdoğan və AKP-nin möhtəşəm qələbəsini böyük coşqu ilə qarşılayıb
09:17
25 İyun
Bu il 224,6 milyon manatlıq tikinti materialı istehsal edilib
09:13
25 İyun
Azərbaycanın energetika naziri Vyanada bir sıra görüşlər keçirib
09:07
25 İyun
Rusiya Federal Məclisi Dövlət Dumasının sədri Azərbaycana rəsmi səfərə gəlib
09:01
25 İyun
Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi
08:58
25 İyun
Prezident İlham Əliyev Türkiyə prezidentini təbrik edib
13:09
23 İyun
Tahir Rzayev: Ölkəmizdə sənaye istehsalı əhəmiyyətli dərəcədə artıb
13:08
23 İyun
MM-in deputatı: Bu gün qeyri-hökumət təşkilatları ictimai proseslərdə fəal iştirak edirlər
13:00
23 İyun
Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının yeni həmsədri təyin edilib
12:48
23 İyun
Flora Qasımova: Minsk qrupu tərəfindən görülən işlərin heç bir nəticəsi yoxdur
12:22
23 İyun
Bu gün Vyanada OPEC və qeyri-OPEC nazirlərinin 4-cü iclası keçiriləcək
12:20
23 İyun
Bakıda Azərbaycan Uroloq və Androloqlarının XXII konqresi işə başlayıb
12:08
23 İyun
Səfir: Azərbaycanla Özbəkistan arasında əmtəə dövriyyəsi bir neçə dəfə arta bilər
12:06
23 İyun
Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarına start verildi
11:28
23 İyun
23 iyun dövlət qulluqçularının peşə bayramıdır
11:24
23 İyun
Prezident İlham Əliyev Əlcəzairin ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:00
23 İyun
“İrəli" İctimai Birliyinin üzvləri beynəlxalq layihədə ölkəmizi təmsil edirlər
09:59
23 İyun
İctimai Nəzarət Şurasının üzvləri Tibb Universitetində imtahanın gedişini izləyiblər
09:56
23 İyun
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 87 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+20 +24