Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Dünyanı heyrətə gətirən 10 səs - “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edəcək

Dünyanı heyrətə gətirən 10 səs - “Turetski xoru” Heydər Əliyev Mərkəzində çıxış edəcək

27.07.2018 [09:42]

Oktyabrın 10-da Heydər Əliyev Mərkəzində “Turetski xoru”nun konserti keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, art qrup Bakı konsertində repertuarında olan ən məşhur kompozisiyaları - dünya klassikasının şedevrlərindən xalq mahnılarına qədər müxtəlif hitləri təqdim edəcək.
“Turetski xoru” XXI əsrin musiqi fenomeni, dünyanı heyrətləndirən unikal səsə, geniş vokal imkanlara, aktyor ustalığı və qeyri-adi xarizmaya sahib ifaçıların sinerjisidir.
“Turetski xoru” debütünü 1990-cı ildə edib. Art qrupun yaradıcısı və bədii rəhbəri Rusiyanın Xalq Artisti Mixail Turetskidir.
Kollektivin repertuarı sərhədsizdir - onlar dünya klassikasından rokadək, pop musiqisindən operayadək, cazdan xalq mahnılarınadək müxtəlif əsərlər ifa edirlər. Qrupun ifasında 10-dan çox dildə kompozisiyalar yer alıb.
Onları populyarlıq rekordçuları adlandırırlar: səhnəyə 6000 dəfədən çox çıxıblar, turneləri zamanı 4,5 milyon kilometr yol gediblər. Kollektiv Rusiyanın müxtəlif şəhərlərində mütəmadi konsertlər verməklə yanaşı, tez-tez Baltikyanı ölkələrdə, Almaniya, ABŞ, Kanada, İsrail və Belarusda qastrollarda olur. Qrup İspaniya, Niderland, Belçika, İsveçrə, Avstraliya, Çin və Vyetnamda da çıxış edib. Təkcə bu ilin mayında musiqi marafonu çərçivəsində 10 gün ərzində 7 ölkənin müxtəlif şəhərlərində - Paris, Lyublyana, Vyana, Berlin, Təl-Əviv, Nyu-York və Minskdə konsertləri olub.
Qrupun konsert proqramları hər zaman anşlaqla keçib. 2015-ci il mayın 9-da Moskvada təqdim etdiyi “Qələbə mahnıları” adlı konsert proqramına rekord auditoriyasını - 150 min tamaşaçısını toplayıb. Kollektivin ən inanılmaz xüsusiyyətlərindən biri də zalda istənilən auditoriyanı oxuda bilmək bacarığıdır.
Bakı konsertinin biletlərini Heydər Əliyev Mərkəzinin kassası və iTicket.az satış məntəqələrindən əldə etmək olar.

Paylaş:
Baxılıb: 633 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30