Ana səhifə »  Mədəniyyət »  X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
A+   Yenilə  A-
X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub

İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında quraşdırılan açıq səhnədə keçirilən mərasimdə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir: “Xanımlar və cənablar, əziz dostlar.
Hörmətli festival iştirakçıları və qonaqlar.
Hər birinizi - Qəbələ beynəlxalq musiqi festivalının iştirakçılarını və qonaqlarını ürəkdən salamlayıram.
Azərbaycanın bu gözəl guşəsindəki görüşlərimiz artıq xoş bir ənənəyə çevrilib. Biz sizinlə ilk dəfə 2009-cu ildə Qəbələ birinci beynəlxalq klassik musiqi festivalında görüşmüşük. Bu gün isə mühüm bir yubileyi qeyd edirik. Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçılarını və qonaqlarını qəbul edir.
Çox zəngin mədəni irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov kimi korifeyləri bəxş edib. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatıb.
Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranıb və səhnəyə qoyulub. Təsadüfi deyil ki, ölkəmiz regionun qeyri-rəsmi “musiqi paytaxtı” adını qazanıb. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onların arasında xüsusi yer tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən birində, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixini və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir.
Əminliklə deyə bilərik ki, ötən illər ərzində biz bir çox uğurlar qazanmışıq. Qəbələ festivalı Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni həyatında yeni və gözəl ənənənin təməlini qoyub, beynəlxalq musiqi tədbirlərinin sırasında öz layiqli yerini tutub. Klassik musiqi peşəkarları və pərəstişkarları arasında onun nüfuzu getdikcə artır. Hər il festivalın səhnəsinə dünyanın tanınmış ifaçıları və kollektivləri çıxır. Bizim qədim Qəbələ bu sənəti sevənlərin - musiqiçilərin, tamaşaçıların və tənqidçilərin ən sevimli görüş yerinə çevrilib. Burada yaradıcılıq birliyi və qarşılıqlı anlaşma üçün inanılmaz dərəcədə isti bir mühit hökm sürür. Çoxsaylı ölkələrdən və müxtəlif qitələrdən ifaçıların və kollektivlərın iştirak etdiyi bu möhtəşəm musiqi və dostluq bayramı beynəlxalq musiqi ictimaiyyətini təkcə Azərbaycanın mədəni sərvətləri ilə tanış etmir. O, həm də müxtəlif ölkələri təmsil edən musiqiçilər arasında dostluq münasibətləri və əlaqələrin qurulması üçün gözəl imkanlar yaradır, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun dəstəklənməsi işinə öz töhfəsini verir.
Xanımlar və cənablar, əziz dostlar. Sizin bəziləriniz artıq ölkəmizdə olub, bəziləriniz üçün isə bu, Azərbaycana ilk səfərdir. Ölkəmiz mehribanlığı və qonaqpərvərliyi ilə tanınır. Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni ideyalar üçün də hər zaman açıqdır.
2018-ci il bizim üçün əlamətdar bir ildir. Bu il Azərbaycan Xalq Cümhuriyyəti - bütün müsəlman Şərqində ilk dəfə çoxmillətli və çoxpartiyalı parlamenti olan, qadınlara kişilərlə bərabər seçki hüquqlarının verildiyi respublikanın yaranmasının 100 illiyi qeyd edilir. Yüz il əvvəl də, indi də xalqımızın demokratiya və azadlıq uğrunda tarixi seçimi dəyişməz qalıb.
Biz hər zaman qonaqları qarşılamağa şadıq. Qəbələ beynəlxalq musiqi festivalının ildən-ilə öz coğrafiyasını genişləndirməsi, dünyanın bir çox yerlərində dostlarının və sadiq pərəstişkarlarının sayının artması bunun bariz nümunəsidir. Hazırkı yubiley festivalı, burada olan dostluq mühiti əsl incəsənət üçün sərhəd və maneələrin olmadığını bir daha nümayiş etdirəcəkdir.
Bu günlərdə bizi olduqca maraqlı və zəngin festival proqramı gözləyir. Festivalın səhnəsinə həm məşhur ulduzlar, həm də gənc musiqiçilər çıxacaqlar. Əminəm ki, 10-cu yubiley Qəbələ Beynəlxalq Musiqi Festivalı mədəni həyatın mühüm səhifəsinə çevriləcək, bizə bir çox maraqlı görüşlər və xoş təəssüratlar bəxş edəcəkdir.
Hər birinizə uğurlar, sülh, firavanlıq və əmin-amanlıq arzu edirəm”.
Sonra çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov deyib: “Beynəlxalq musiqi festivalı ötən 10 il ərzində Qəbələmizin şan-şöhrətini dünyaya yayıb. Biz böyük məmnuniyyətlə bu festivalın ideya rəhbəri, ilk yaranışından bu günə qədər də onun təşkilinə rəvac verən, indicə təbrikini eşitdiyimiz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, bu uğurlarımızın əsas müəllifi olan Mehriban Əliyevaya ürəkdən təşəkkür edirik. Biz Mehriban xanıma bu gün Azərbaycanımız üçün keçirilən tədbirlərin təşkilində, Azərbaycan insanının maddi, mənəvi rifahının yaxşılaşdırılması, ölkəmizin dünyada tanıdılması istiqamətində gördüyü işlərə görə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan bu gün dünyanın hər yerindən görünən bir dövlətdir. Bu gün dünyanın bu çətin, kəşməkəşli vaxtında, müharibələrin, münaqişələrin, iqtisadi çətinliklərin hökm sürdüyü dünyamızda bir sabit məkan var. Bu, hər yerdən öz işığı ilə görünən doğma Azərbaycanımızdır”.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Fərhad Bədəlbəyli çıxışında builki festivalın, eyni zamanda, dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinin keçirildiyi bir dövrə təsadüf etdiyini bildirərək, bu yubileyin Azərbaycanın mədəni həyatında çox böyük hadisə olduğunu vurğulayıb. O, Qəbələ Beynəlxalq Musiqi Festivalına uğurlar arzulayıb.
Açılış mərasimindən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.

 
  • Oxunub:  4110  |  
  • Tarix:  01-08-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+19 +21