Ana səhifə »  Mədəniyyət »  Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək
A+   Yenilə  A-
Azərbaycan daha bir möhtəşəm söz-sənət festivalına ev sahibliyi edəcək

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı poeziyasevərləri bir araya gətirəcək
Azərbaycan daha bir möhtəşəm söz-sənət bayramına ev sahibliyi edəcək. Bu dəfə söz sərrafları və musiqi biliciləri sentyabrın 27-dən 30-dək Azərbaycanda Nəsimi poeziyasının işığına toplaşacaqlar. Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə dörd gün davam edəcək möhtəşəm Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalına ciddi hazırlıq işləri gedir. Bu ərəfədə AZƏRTAC-ın müxbiri festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanovla görüşüb və onun dediklərini oxucularla bölüşür.
Festivalın ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məxsusdur
Cahangir Səlimxanov deyib ki, filosof ruhlu şairin adını daşıyan festivalın cəmiyyətə verəcəyi mesaj çoxşaxəlidir. Festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
Böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli Azərbaycan poeziyasının banilərindən biri olan İmadəddin Nəsiminin adını daşıyan festivala 4 aydan çox müddətdə hazırlaşdıqlarını söyləyən C.Səlimxanov qeyd edib ki, Nəsimi sufiliyin hürufi qolunun fəlsəfəsini təbliğ edən lirik və mistik seirlərin müəllifidir. Onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. Nəsimi yaradıcılığı sufi-hürufi fəlsəfəsini məcazi mənada və alleqorik formada təbliğ etməklə, insanın dünya və kainatla vəhdətini göstərir, ruhun kamilləşməsinə aparan yolları izah edir. Şair əsərlərində ilahi məhəbbətdən ilham alaraq, özünü və ilahini dərk etmiş, ruhən yüksəlmiş Bəşər övladını tərənnüm edir. 2017-ci ildə Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Simadan Asimana”
Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik düha kimi dünyagörüşü tərənnüm ediləcək. Həm də festival boyu dahi şairin bu gün yaşasaydı, onu hansı mənəvi problemlər, mənəvi axtarışlar düşündürərdi sualına cavab tapmağa çalışacağıq. Buna görə də bu festival təkcə keçmişə yox, həm də gələcəyə ünvanlanıb. Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalında məzmunca çox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var - “Simadan asimana” və “Zərrə mənəm, günəş mənəm”.
“Şövq məqamları”
Festivalla bağlı məlumat verən C.Səlimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Bu tədbirlərdən biri İçərişəhərdə olacaq. Bu, bir neçə kiçik təbirlərdən ibarət böyük layihədir. Layihə “Şövq məqamları” adlanır. İçərişəhərdə müxtəlif məkanlarda hər kəs Nəsimi poeziyası ilə rastlaşacaq. Bunun üçün müasir texnologiyanın imkanlarından istifadə ediləcək. Bu mobil tətbiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanacaq.
Bundan başqa, festival günlərində bir neçə rəssamın əsərləri, instalyasiyaları, video, elektron işləri nümayiş olunacaq. Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” poeziya birliyi ilə birgə söz adamları tərəfindən Nəsiminin qəzəllərinə, tuyuqlarına nəzirələrin, təxmislərin yazılması nəzərdə tutulub. O vaxtlar belə ənənə vardı və biz bunu bir növ bərpa edirik. Biz onları qeyri-adi tərzdə təqdim etməyi düşünürük. Yaxud Səlim Babullaoğlunun şeirlərini şəkil formasında, qrafik işi kimi təqdim edəcək “Vizual poeziya” layihəsi var. Göründüyü kimi, bütün bunlar şeiriyyətlə bağlıdır. Bundan başqa, gənc şairə Nərminə Məmmədzadə də videolayihə hazırlayıb.
Fransanın məşhur musiqi qrupu - “Sükutun keşikçiləri” Şamaxıda çıxış edəcək
Festival günlərində filosof şairin dünyaya göz açdığı qədim Şamaxı şəhərinin tarixi yerləri ziyarət olunacaq və Nəsimi heykəli önündə tədbir keçiriləcək. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən XVII əsr Avropa səyyahlarının nadir, orijinal qravüraları tapılaraq ölkəmizə gətirilib. Şamaxının 1681-1696-cı illərə aid olan və üç ayrı-ayrı müəllifə məxsus təsvirləri Fond tərəfindən rayon Diyarşünaslıq Muzeyinə hədiyyə olunacaq.
Sonra Şamaxı rayonunun Meysəri kəndində “Söz” layihəsi çərçivəsində Nəsimiyə həsr edilmiş şeir müsabiqəsinin finalçılarının şeirləri səsləndiriləcək və tədbir muğam ifaçılarının çıxışı ilə daha da rəngarəngləşəcək. Eyni zamanda, “Həssas Dəb - Etik Dizayn Məntəqəsi” açılacaq və modelyerlərin işlərinin satışı təşkil ediləcək. Bütün bunların gələcəkdə turizmin inkişafına töhfə verəcəyini düşünürük. Həmçinin burada Fransanın məşhur musiqi qrupu - “Les Gardiens du Silence” (“Sükutun keşikçiləri”) geniş konsert proqramı ilə çıxış edəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında isə “Ulduzlar önündə” adlı musiqi proqramı təqdim olunacaq.
Heydər Əliyev Mərkəzində “77 milyon rəsm” adlı sərgi açılacaq
Festival çərçivəsində ADA Universitetində müəllim və tələbələrlə görüş keçiriləcəyini söyləyən Əməkdar incəsənət xadimi deyib ki, eyni zamanda, Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunan qədim xalçalar nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzində Mixael Hessinin “Nəsimi dühası müasir kontekstlərdə” mövzusunda mühazirəsi dinləniləcək. Həmçinin müxtəlif ölkələri təmsil edən rəssamların “Live Life”, “Hürufiyyə”, “77 milyon rəsm” adlı sərgiləri açılacaq. Kamera və Orqan Musiqi salonunda da “Silsilə” musiqi layihəsi təqdim olunacaq.
Festivalda 6 müxtəlif ölkədən və Azərbaycandan qatılan rəssamlar divar üzərində rəsmlər çəkəcəklər. Belə ki, Qaladakı anbarda “Açılan Divar” Urban/Community Art layihəsi reallaşacaq. Bu tikili rəssamların ixtiyarına veriləcək və onlar buranı yeni bir məkana çevirəcəklər.
Qalada “Daşda həkk olunmuş musiqi” və “Tullantıdan-Sənətə” adlı incəsənət simpoziumları
Cahangir Səlimxanov deyib ki, bu günlərdə şəhərimizin qonaqları və paytaxt sakinləri bir-birindən maraqlı tədbirlərin şahidi olacaqlar. İçərişəhər ərazisində “Qız qalası” İncəsənət festivalı, Qalada “Daşda həkk olunmuş musiqi” və “Tullantıdan- Sənətə” adlı incəsənət simpoziumları, Alov Qüllələri üzərində sənət əsərləri, Heydər Əliyev Mərkəzində Nandan Qautam ilə bədii yoqa məşğələsi, Azərbaycan Marionet Teatrında UrbanNomadMixesin poeziya tamaşası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolitio”, pyes oxunuşu (müəllifi Leyla Bəyim), Şirvanşahlar Sarayının qarşısındakı meydançada “Yeddi gündən” adlı canlı yayımlanan tamaşa və digər tədbirlər keçiriləcək. “Daş Salnamə” Muzeyində “Empatik sivilizasiya və paylaşım iqtisadiyyatı” mövzusunda Ceremi Rifkinin canlı videomühazirəsi, “Bahariyyə” musiqi tamaşası, “Qala” Arxeoloji-Tarixi qoruğunda Recycling Orchestranın konserti və bir-birini tamamlayan digər tədbirlər festivala qatılan hər bir iştirakçının zövqünü oxşayacaq.
Festivalın əlaqələndiricisi deyib ki, bu söz və musiqi bayramına, həmçinin dünyanın müxtəlif ölkələrindən tanınmış ifaçılar qatılacaq və onlar Azərbaycan musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.
Həmsöhbətimizin sözlərinə görə, festivala “Söz” layihəsi çərçivəsində Nəsimiyə həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi ilə yekun vurulacaq.

 
  • Oxunub:  10560  |  
  • Tarix:  06-09-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA