Ana səhifə »  Mədəniyyət »  Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi - “Yeddi gözəl” sərgisi Moskvada açılıb
A+   Yenilə  A-
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi - “Yeddi gözəl” sərgisi Moskvada açılıb

Noyabrın 20-də Moskvadakı Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyində “Yeddi gözəl” sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.
Sərgi Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, ölkəmizin Rusiyadakı səfirliyinin dəstəyi ilə keçirilir.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib: “Bu gün biz “Yeddi gözəl” sərgisinin açılışını edirik. Sərginin konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin poeması və dünya şöhrətli bəstəkar Qara Qarayevin baleti əsasında qurulub. Bu gün siz miniatürləri, xalçaları və zinət əşyalarını görə biləcəksiniz. Ekspozisiya, həmçinin Azərbaycan klassik musiqisi, klassik rəqslər və müasir incəsənət elementləri ilə zənginləşdirilib. Sərgiyə gələn tamaşaçılar yeddi gözəl və Bəhram şah əfsanəsinin sehrinə dalacaqlar. “Yeddi gözəl” poeması Şərq poeziyasının ən yaxşı nümunələrindən biridir. Poemanın dərinliyi, fəlsəfi aləmi xalçalar, kitab miniatürləri proyeksiyaları, dekorativ tətbiqi sənət nümunələri və instalyasiyalar vasitəsilə təqdim olunur. “Yeddi gözəl” baletinə həsr olunmuş və bu gün tamaşaçılara təqdim olunan arxiv materialları çox qiymətli tarixi arayışlardır. Bu gün siz qədim afişalar, baletin proqramları, fotoşəkillər vasitəsilə informasiya əldə edə bilərsiniz. “Yeddi gözəl” sərgisinin açılışı olduqca əhəmiyyətlidir. Çünki dahi Nizaminin əsərləri Azərbaycan ədəbiyyatının böyük bir dövrünü əhatə edir.
Əziz dostlar, müddətsiz yaradıcılıq göylərin bizə göndərdiyi nemətdir. O, insana daha da yaxşı olmaqda, öz qəlbinin dərinliklərinə varmaqda və ən ali qüvvə olan sevgini özü üçün açmaqda kömək edir.
Mən bu imkanı yaratdığına görə Yelena Titovaya təşəkkürümü bildirmək istəyirəm. Sərgi üzərində işləyən hər kəsə təşəkkür edirəm. Bu gün bizimlə olduğunuz üçün hamınıza minnətdaram”.
Ümumrusiya Xalq və Dekorativ-Tətbiqi Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək bildirib ki, muzeyin Azərbaycandan olan həmkarları ilə çox yaxşı əlaqələri var. Heydər Əliyev Fondu və Azərbaycan Xalça Muzeyi ilə xüsusilə səmimi münasibətlərinin olduğunu diqqətə çatdıran Y.Titova deyib: “Yeddi gözəl” şərqsayağı zərif, dərin fəlsəfi mənaya və valehedici dizayna malik sərgidir. Sərgidə müasir texnologiyalar, zəngin tarix, rəssamların ustalığı əksini tapıb. Sərgi salonlarının əksəriyyəti Qara Qarayevin yaradıcılığına həsr olunub. Onun “Yeddi gözəl” baleti nadir əsərdir. Lakin sərgi təkcə balet haqqında deyil, onun konsepsiyası daha genişdir. Ekspozisiya böyük Azərbaycan eposu - XII əsr dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin poemasına əsaslanır”.
Y.Titova sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, Azərbaycan Xalça Muzeyinin əməkdaşlarına və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Son aylarda Moskvada Azərbaycana həsr olunmuş bir neçə əhəmiyyətli tədbirin keçirildiyini xatırladan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib: “Bu yaxınlarda - oktyabr ayının ortalarında Moskva meriyası ilə üzbəüz mərkəzi meydanda “Azərbaycanın payız sovqatları” sərgisi açılmışdı. Beş gün ərzində sərgini 70 mindən çox adam ziyarət etdi. Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsiminin büstünün açılışı, Moskva Dövlət Universitetində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Bu gün bu gözəl muzeydə, özü-özlüyündə muzey olan bu nadir binada “Yeddi gözəl” sərgisi açılır”.
Tədbirlərin təşkilinə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edən diplomat deyib: “Bütün bu tədbirlər Heydər Əliyev Fondunun dəstəyi sayəsində ərsəyə gəlib. Mən, həmçinin bu tədbirlərin təşkilində fəal iştirakına və yardımına görə Leyla xanıma minnətdarlığımı bildirmək istəyirəm. Nəsiminin xatirə abidəsinə görə xüsusi təşəkkür edirəm. Bu abidə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) kimi bir universitetdə qoyulub. Universitetə gələn hər yeni nəsil Nəsimi haqqında daha çox məlumat əldə edəcək. Bugünkü tədbirə gəldikdə isə sərgi iki xalqın və ölkənin həyatında əlamətdar hadisədir. Mən sizin hamınıza xoş ovqat arzu edirəm ki, bu sərgi xatirələrinizdə qalsın”.
Sərginin ekspozisiyasının konsepsiyası XII əsr dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin eyniadlı baleti əsasında qurulub. Layihədə Azərbaycan mədəniyyəti xalça, zərgərlik və miniatür sənəti, müasir incəsənət, klassik musiqi və rəqsin sintezində təqdim olunur.
Ekspozisiya Heydər Əliyev Fondu, Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatlarından ibarətdir. Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparır. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılır.
Sərgi məkanı ziyarətçini Bəhram şah və yeddi gözəl haqqında əfsanəyə aparacaq. Azərbaycan mədəniyyətində mühüm rol oynayan bu ədəbi əsərin fəlsəfi aləmi xalça, kitab miniatürləri proyeksiyası, dekorativ-tətbiqi sənət əşyaları və instalyasiyalar vasitəsilə canlandırılacaq.
Sərgidə nümayiş olunan “Miniatür” instalyasiyasını Azərbaycan rəssamı Rəşad Ələkbərov XVI əsrə aid “Kitab oxuyan gənc” Təbriz miniatürü əsasında yaradıb. Kompozisiyanın ideyası hər bir ziyarətçini qədim nağıl və əfsanələr aləminə aparan illüziya portalının yaradılması üzərində qurulub. Burada tamaşaçıların gözü önündə Nizaminin poeması canlanır. “Kitab oxuyan gənc” miniatürünü I Şah Təhmasib dövründə səfəvi rəngkarlığının zirvəsi sayılan Sultan Məhəmmədin yaratdığı bildirilir və bu əsər Parisdə V.Veverin kolleksiyasında qorunur.
Qara Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı “Yeddi gözəl” baletindən səhnələr, həmçinin həmin tamaşaya aid arxiv materialları da sərginin ekspozisiyasına daxildir. Ziyarətçi burada özünü balet məkanında görür: onu Nizami qəhrəmanlarını canlandıran balerinalar əhatə edir.
Sərgi 2019-cu il fevralın 3-dək davam edəcək.
Qeyd edək ki, Heydər Əliyev Fondu dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının yaşadılması və dünyada tanıdılması istiqamətində bu günədək bir sıra layihələr həyata keçirib. Bunların sırasında Gəncədə Nizami Gəncəvi Muzeyinin yaradılmasını, Fransa və onun regionlarında şairə həsr olunan sərgi və konfransların təşkilini, Romada Nizami Gəncəvinin abidəsinin ucaldılmasını, Sankt-Peterburqda Nizami Gəncəvi bağının yaradılmasını, Nizami Gəncəvinin “Xəmsə”sinin yeni formatda - “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarının Azərbaycan dilində ilk dəfə bir kitab şəklində nəşr olunmasını və digər layihələri qeyd etmək olar.

 
  • Oxunub:  6720  |  
  • Tarix:  22-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”
14 İyun 15:56
Qurtuluşumuz bugünkü növrağımıza çevrilib
14 İyun 15:44
Məzunların "Son zəng" sevinci
14 İyun 15:39
Paytaxt məktəbləri 2018-2019-cu tədris ilini yüksək göstəricilərlə başa vurub
14 İyun 15:31
“Asan İmza”nın tətbiqi təcrübəsi Londonda identitet üzrə seminarda müzakirə olunub
14 İyun 15:25
AMEA-nın prezidenti alimlərlə görüşdə İKT-nin elmi fəaliyyətdə tətbiqindən danışıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA