Ana səhifə »  Mədəniyyət »  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb
A+   Yenilə  A-
UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında Azərbaycan növbəti uğura imza atıb

Bu ilin noyabrın 26-dan dekabrın 1-dək Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında ölkəmizi təmsil edən nümayəndə heyəti də iştirak edib. Xarici işlər nazirinin müavini Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin qatıldığı sessiyada Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ikinci katibi Nahid Ömərov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Kitabxanada Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələrinə həsr edilmiş mətbuat konfransında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov deyib.
Azərbaycanın cari ilin iyun ayında UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Baş Assambleyasında Komitənin növbəti dörd ili üçün üzvü seçildiyini bildirən İ.Hümbətov qeyd edib ki, ölkəmiz 2010-2014-cü illərdə də Komitənin üzvü olub.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının Baş katibi Elnur Sultanov Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının nəticələri barədə məlumat verib. Söyləyib ki, sessiya zamanı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ və Təcili Qorunmaya Ehtiyacı olan siyahlarına daxil edilmiş fayllarla bağlı 48 ölkənin milli hesabatı dinlənilib. Bunlardan 16-sı Təcili Qorunmaya Ehtiyacı olan hesabatlardır. Eyni zamanda, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 40 nominasiya və Təcili Qorunmaya Ehtiyacı olan siyahıya daxil edilməsi üçün Komitəyə təqdim edilmiş 7 nominasiyalar sessiya zamanı müzakirə olunmaqla müvafiq qərarlar qəbul edilib.
“UNESCO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirildi. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə vakant yerlərə seçkilər oldu. İkinci qrup üzrə 2 yerə Azərbaycan, Belarus, Gürcüstan, Polşa, Slovakiya, Rumıniya və Makedoniya olmaqla 7 dövlət namizədliyini irəli sürmüşdü. Aparılmış geniş seçki kampaniyası nəticəsində Azərbaycan qrupda 90 səslə namizədlər arasında ən çox səs yığaraq üzv seçildi. Bu bir daha UNESCO üzv ölkələri tərəfindən Azərbaycana göstərilən yüksək etimadın göstəricisidir. Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” faylı ilə bağlı milli hesabatımız qəbul olundu. Eyni zamanda, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiyanın Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına və Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli nominasiyanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildi. Ölkəmizlə bağlı bu müsbət qərar qəbul edildikdən sonra, UNESCO-nun bir çox üzv ölkələri Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq təbrik etdilər. Ermənistan tərəfi Komitədəki üzvlüyündən sui-istifadə edərək, Komitənin işini siyasiləşdirirdi və bu davranışı ilə Konvensiyanın məqsəd və prinsiplərinə ciddi xələl gətirirdi. Bu isə öz növbəsində Komitədə ciddi narahatlıq və narazıçılığa səbəb oldu. Ermənistandan fərqli olaraq, Azərbaycan Komitədə böyük nüfuza malik bir ölkədir. Ölkəmiz Komitənin digər sessiyalarında olduğu kimi, bu dəfə də sessiyanın gündəliyinə öz müsbət töhfəsini verdi”, - deyə Elnur Sultanov vurğulayıb.
E.Sultanov qeyd edib ki, Hökumətlərarası Komitənin 13-cü sessiyasınında ölkəmiz üçün daha bir uğurlu hadisə - Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi olub. Bu tarixi hadisənin Azərbaycanın bir daha dünyada artan nüfuzunun göstəricisi olduğuna diqqət çəkən E.Sultanov vurğulayıb ki, ölkəmizin UNESCO ilə sıx əməkdaşlığın genişləndirilməsi və mədəni irsimizin qorunması və dünya miqyasında təbliği Birinci vitse-prezident Mehriban Əliyevanın yorulmaz əməyinin nəticəsidir.
Diplomat xüsusi qeyd edib ki, sessiya zamanı UNESCO Katibliyi və Qvatemala tərəfi çıxış edərək, Qeyri-maddi mədəni irsin qorunması istiqamətində “Etimad Fondu” vasitəsilə Azərbaycanın göstərdiyi yardıma görə öz təşəkkürlərini bildiriblər. “Etimad Fondu” 2013-cü il iyulun 18-də imzalanmış “Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” əsasında yaradılıb.
Sözügedən nominasiya sənədinin Mədəniyyət və Xarici İşlər nazirlikləri, eləcə də Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim olunduğunu bildirən Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə deyib ki, namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və tanıtmaq, eyni zamanda, bu ənənələrin UNESCO səviyyəsində qorumağına çalışmaqdır.
V.Eyvazzadə diqqətə çatdırıb ki, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.
“Ermənistan nümayəndəsinin “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə vermədi. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini bildirdi. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çövkən-ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır”, - deyə Vasif Eyvazzadə qeyd edib.
Sonra iştirakçılar “Azərbaycanın qeyri-maddi mədəni irsi UNESCO-da” adlı kitab sərgisi ilə tanış olublar.

 
  • Oxunub:  9270  |  
  • Tarix:  07-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

27 İyun 17:12
Səmayə Məmmədova: Minskdə Azərbaycanın idman ölkəsi kimi tanındığının bir daha şahidi oldum
27 İyun 16:53
Azərbaycan nümayəndə heyəti Koreya Respublikasının tibbi sığorta sistemi ilə tanış olub
27 İyun 16:46
Səməd Seyidov: Azərbaycandakı islahatların məqsədi vətəndaşların müdafiəsi, hüquq və azadlıqlarının tam təmin edilməsidir
27 İyun 16:39
Azərbaycanlı deputat AŞPA-da miqrant uşaqlarla bağlı məruzəyə rəy bildirib
27 İyun 16:37
Bakının 6 rayonunun icra hakimiyyətlərində sığorta savadlılığının artırılması üçün maarifləndirici tədbir keçirilib
27 İyun 16:33
Dövlət İdarəçilik Akademiyasında “Azərbaycanın davamlı inklüziv inkişafında könüllülər fəaliyyətinin rolu” istiqaməti üzrə ixtisasartırma kursuna başlanılıb
27 İyun 16:13
AZƏRTAC-ın da təsisçisi olduğu "Bir kəmər, bir yol" İqtisadi İnformasiya Tərəfdaşlığı platforması istifadəyə verilib
27 İyun 15:56
Beynəlxalq Valyuta Fondunun və Liberiyanın Peynesvil şəhərinin nümayəndə heyətləri “Təmiz Şəhər” ASC-də olublar
27 İyun 15:53
Pedaqoji Şura iclasları keçirilir
27 İyun 15:50
Moskvada Azərbaycan Silahlı Qüvvələri Günü qeyd edilib
27 İyun 15:35
Azərbaycanda uşaq paralimpiya hərəkatı sahəsində əldə olunmuş təcrübə müzakirə edilib
27 İyun 15:30
“Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı UNESKO Dünya İrs Komitəsinin Bakı sessiyasına həsr olunub
27 İyun 15:28
Azərbaycan V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda təmsil olunub
27 İyun 15:22
Milli Məclisin deputatı AŞPA-da işğalçı Ermənistanın qətlə yetirdiyi azərbaycanlı uşaqlardan danışıb
27 İyun 14:54
Azərbaycanlı deputat avropalı həmkarlarını miqrant uşaqlarla bağlı xüsusi strategiya qəbul etməyə çağırıb
27 İyun 14:51
Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib
27 İyun 14:40
İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda iştirak ediblər
27 İyun 14:30
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb
27 İyun 13:46
Bakıda yerdəyişmə üzrə tərəfdaşlığa dair beynəlxalq konfrans keçirilir
27 İyun 13:38
Bakı Slavyan Universitetində “Məzun günü” qeyd olunub
27 İyun 13:36
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının ilk assambleyası keçirilib
27 İyun 12:51
“Azərbaycanda arxeoloji tədqiqatlar: nailiyyətlər və perspektivlər” mövzusunda müzakirələr aparılıb
27 İyun 12:35
Sevinc Fətəliyeva: Hər hansı həssas məsələ ilə bağlı bir işdə şəxsi maraqların üstün tutulması yolverilməzdir
27 İyun 12:33
Gədəbəydə seminar: “QİÇS-ə birlikdə qalib gələk”
27 İyun 12:29
“Azərbaycan” qəzetinin 100 illiyinə həsr olunan elmi konfrans
27 İyun 12:07
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir
27 İyun 11:52
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclası keçirilir
27 İyun 11:41
Asim Mollazadə: Azərbaycana qarşı aparılan hibrid müharibə Avropa dəyərlərinə hücumdur
27 İyun 11:38
Səməd Seyidov: Bəziləri bədbəxt hadisələrdən, faciələrdən öz məqsədləri üçün istifadə etməyə çalışırlar
27 İyun 11:17
BDU-nun hüquq fakültəsində magistr dissertasiyalarının müdafiəsi keçirilib
27 İyun 11:06
Bakıda UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu öz işinə başlayıb
27 İyun 11:00
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Parisdə keçirilən Avropa Statistikləri Konfransında iştirak edir
27 İyun 10:20
Milli Oftalmologiya Mərkəzinin Gədəbəydə keçirdiyi aksiyada 210 vətəndaş müayinə olunub
27 İyun 10:18
"Gənc liderlər məktəbi"nin üzvləri mədəniyyət naziri ilə görüşüb
27 İyun 09:54
Misir KİV-də Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 101 illiyi geniş işıqlandırılıb
27 İyun 09:13
Meksikanın paytaxtında keçirilən beynəlxalq festivalda Azərbaycanın mədəniyyəti və milli mətbəxi təqdim olunub
27 İyun 09:09
Naqif Həmzəyev: Psixi xəstələrə münasibətdə insan hüquqlarına əsaslanan yanaşmanın tətbiqinə ehtiyac var
27 İyun 09:02
Beynəlxalq Türk Akademiyası yanında “Dil və Terminologiya” Daimi Komissiyası qurulub
27 İyun 08:58
Sevinc Fətəliyeva: Azərbaycanda aparılan inqilabi islahatlar vətəndaşların rifah halının yaxşılaşmasına yönəlib
27 İyun 08:53
Braziliya səfiri: Bakı forumu BMT-nin dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dəyərli töhfədir
27 İyun 08:51
Avropa Şurasının yeni Baş katibi seçilib
27 İyun 08:47
Azərbaycan Silahlı Qüvvələr Günü İslamabadda qeyd olunub
27 İyun 08:42
Azərbaycan və Çexiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
27 İyun 08:41
Hacı Əliyev: Bu gün iki erməni idmançı üzərində qazandığım qələbəni hərbçilərimizə həsr edirəm
27 İyun 08:36
“Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına 25 gün qalıb
27 İyun 08:33
Azərbaycanlı deputat: Psixi xəstələrlə bağlı tətbiq olunan müalicə üsullarına yenidən baxılmalıdır
27 İyun 08:25
Sərbəst güləşçimiz Mahir Əmiraslanov “Minsk 2019”da Azərbaycana ilk qızıl medal qazandırıb
26 İyun 18:50
AŞPA sessiyası çərçivəsində “Yeni çağırışlar və Azərbaycanda davam edən islahatlar” mövzusunda tədbir keçirilib
26 İyun 18:38
Sumqayıtda məhkəmə-hüquq islahatları müzakirə olunub
26 İyun 18:07
Füzuli rayonunun ictimaiyyəti Silahlı Qüvvələr Gününü hərbçilərlə birgə qeyd edib
26 İyun 17:43
Şəhid ailələrinin bir qrupu ilə görüş keçirilib
26 İyun 17:22
“Dünya irsi. Gənc Peşəkarlar Forumu” Qobustan qoruğunda davam edib
26 İyun 17:00
NATO-nun mənzil-qərargahında Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə tədbir keçirilib
26 İyun 16:20
Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26 İyun 15:57
Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub
26 İyun 15:30
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb
26 İyun 15:23
Azərbaycan ilə BƏƏ arasında əməkdaşlıq təcrübəsinin formalaşması üçün imkanlar mövcuddur
26 İyun 14:06
Azərbaycan nümayəndə heyəti “ARMY-2019” Forumu çərçivəsində bir sıra görüşlər keçirib
26 İyun 14:04
AŞPA-nın yay sessiyasında Azərbaycanda qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışılıb
26 İyun 13:48
Azərbaycanın qaçqın və məcburi köçkün qadınlarının problemləri AŞPA-nın yay sessiyasında qaldırılıb
26 İyun 13:45
Pakistan Prezidenti Azərbaycanın bu ölkədəki səfirini qəbul edib
26 İyun 13:42
Ağsaqqallar Şurasının sədri: Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26 İyun 13:39
AŞPA-da azərbaycanlı deputat psixi xəstələrin hüquqlarının müdafiəsindən danışıb
26 İyun 13:36
“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” aksiyasına yekun vurulub
26 İyun 11:52
Misir universitetlərinin tələbələri Azərbaycan dilinə böyük maraq göstərirlər
26 İyun 11:50
Azərbaycan atletləri “Minsk 2019”un altıncı günündə idmanın beş növü üzrə mübarizə aparacaqlar
26 İyun 11:48
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
26 İyun 11:38
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Şəki, Qəbələ və Oğuzda vətəndaşları qəbul edib
26 İyun 11:35
Birinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26 İyun 11:07
Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA