Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib

Əli bəy Hüseynzadə haqqında kitabın təqdimatı keçirilib

11.11.2009 [10:17]

Qənirə Paşayeva və Azər Turanın müəllifi olduğu “Əli bəy Hüseynzadə Turan” adlı kitabın təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitab Əli bəy Hüseynzadənin ömür yolu və elmi, ictimai fəaliyyətinə həsr olunub. Tədbirin əvvəlində sənətçi Azərinin ifasında Q.Paşayevanın sözlərinə yazılmış “Turan” nəğməsi səslənib.
Tədbirin aparıcısı olan Azərbaycan Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov bu tədbirin Atatürkün vəfatının ildönümündə keçirilməsinin təsadüf olmadığını söyləyib. O bildirib ki, Əli bəy Hüseynzadə Atatürkün müəlliminin müəllimi olub, onların hər ikisi türkləşmək, islamlaşmaq, avropalaşmaq düşüncəsi ilə yaşayıb yaradıblar.
Q.Paşayeva da Əli bəyi və Atatürkü eyni düşüncədən gələn insanlar adlandırıb. Ə.Hüseynzadənin filosof, publisist, şair, rəssam, həkim, naşir, fizik olduğunu xatırladan müəllifin sözlərinə görə, mütəffəkkirin yarımçıq qalan tibb lüğəti yaxın zamanlarda işıq üzü görəcək: “Bu kitab əsasən gənclər üçün nəzərdə tutulub ki, onun düşüncəsi ilə tanış olsunlar, sağlam mənəviyyatla gələcəyə getsinlər”.
Q.Paşayeva Ə.Hüseynzadənin qızı Feyzəvər xanımın atasının əlyazmalarını, rəsm əsərlərini Azərbaycana təqdim etmək qərarına gəldiyini də açıqlayıb: “Biz istəyirik ki, Bakıda Əli bəy Hüseynzadə, onun övladları Səlim Turan və Feyzəvər xanımın əsərlərinin sərgisini keçirək. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu təklifi böyük maraqla qarşılayıb, hazırda bu istiqamətdə hazırlıq işləri aparılır”.
Sonra çıxış edən Nizami Xudiyev Ə.Hüseynzadənin Peterburq fəaliyyətinə daha çox diqqət yetirməyin vacibliyindən danışıb. O bildirib ki, ruhani təhsili alan, ərəb və fars dillərini bilən Hüseynzadə Peterburqda fizika-riyaziyyat fakültəsini, İstanbulda isə tibb fakültəsini bitirib, dəri-zöhrəvi, vəba kimi indi də müalicəsi çətin olan xəstəliklərin müalicəsi ilə məşğul olub. N.Xudiyev Ə.Hüseynzadənin publisist kimi fəaliyyətini, onun nəşr etdiyi “Füyuzat” jurnalını da xüsusi qeyd edib.
“Zaman-Azərbaycan” qəzetinin baş redaktoru Enes Cansever belə bir kitabın işıq üzü görməsini böyük xidmət kimi qiymətləndirib: “Bir jurnalist kimi deməliyəm ki, söz azadlığı və sərbəst düşüncənin formalaşmasında Əli bəy Hüseynzadənin çox böyük xidmətləri olub”.

Paylaş:
Baxılıb: 1078 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31