Ana səhifə »  Mədəniyyət »  Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Bakıda Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıqla bağlı Təşkilat Komitəsinin növbəti iclası keçirilib

Sessiyada 180-dən çox ölkədən 3 minədək nümayəndənin iştirakı gözlənilir
Martın 4-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentinin müvafiq Sərəncamı əsasında yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verib.
Nazir deyib ki, ölkəmizin son illər sürətlə inkişaf etməsi dünya birliyində yüksək qiymətləndirilir. Mötəbər beynəlxalq təşkilatların öz tədbirlərini Azərbaycanda keçirmələri müstəqil dövlətimizin nüfuzundan xəbər verir.
Ə.Qarayev Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb. Qeyd olunub ki, Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, 43-cü sessiya 2019-cu il iyunun 30-dan iyulun 10-dək Bakı şəhərində keçiriləcək. Bütün dünyanı əhatə edən komitə üzvlərinin ölkəmizin belə nüfuzlu bir tədbirə ev sahibliyi etməsini dəstəkləməsi, sözsüz ki, ilk növbədə, Azərbaycanın nüfuzunun artdığını təsdiqləyir. Azərbaycanın 42-ci sessiyada bir il müddətinə komitənin sədri seçilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir.
Komitənin ilk iclasının keçirildiyini və bir sıra məsələlərə aydınlıq gətirildiyini bildirən nazir deyib: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi həqiqətən olduqca məsuliyyətli bir işdir. Xüsusilə qeyd etmək istəyirəm ki, Ümumdünya İrs Komitəsinin əvvəlcədən göndərilmiş şərtlər toplusu var idi. Bu şərtlərlə bütün dövlət orqanları tanış olublar. Şərtlərin həlli istiqamətində lazımi işlər görülüb. Demək olar ki, biz ötən müddət ərzində mühüm işlər görə bilmişik və qarşıdakı zaman kəsiyində də lazımi işlərin həllinə nail olacağıq”.
Ümumdünya İrs Komitəsinin çox əhəmiyyətli bir qurum olduğunu söyləyən nazir deyib ki, bu gün dünyada 1500-ə yaxın abidə komitə tərəfindən qorunur. Ümumdünya İrs Komitəsinin sessiyası dünya mədəni irsinə töhfə verən ən nüfuzlu tədbirlərdən biri hesab olunur. Komitə dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irs nümunələrinə, ən dəyərli abidələrə dair qərarlar qəbul edir. Bu tədbirə ev sahibliyi etmək və eyni zamanda, Komitəyə sədrlik etməklə Azərbaycan Respublikası dünya xalqlarının mədəniyyət tarixində öz müsbət izini qoyacaq.
Diqqətə çatdırılıb ki, qurumun 43-cü sessiyası təkcə mədəniyyətlə bağlı deyil. Burada təbiət qoruqlarının siyahıya salınması nəzərdə tutulub. Ona görə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən də bu nominasiyaların nəzərdən keçirilməsinə başlanılıb.
UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Rosler Əməliyyat Komitəsinin indiyə qədər keçirdiyi məhsuldar görüşlərə görə iştirakçılara minnətdarlığını bildirib. O deyib ki, bu görüşdə, həmçinin UNESCO texniki komitəsinin üzvləri də iştirak edirlər.
“UNESCO-nun ən əhəmiyyətli tədbirlərindən biri hesab edilən bu sessiyada 180-dən çox ölkədən 3 minədək nümayəndənin iştirakı gözlənilir. UNESCO ilə Azərbaycan arasında sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, bu əhəmiyyətli tədbir də yüksək səviyyədə təşkil olunacaq. İclas zamanı əsas müzakirə mövzularından biri də UNESCO-nun Ümumdünya İrs Siyahısına yeni obyektlərin daxil edilməsi və bu istiqamətdə aparılan işlər olacaq”, - deyə Metşild Rosler qeyd edib.
Sonra 43-cü sessiya üçün hazırlanmış veb-saytın təqdimatı olub.
Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək təşkilat komitəsinin birinci iclasından sonra həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirib ki, sessiyanın keçiriləcəyi Bakı Konqres Mərkəzində bir neçə görüş təşkil edilib, həmçinin mərkəzin imkanları nəzərdən keçirilib.
V.Eyvazzadə iclas iştirakçılarına UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının loqosu və veb-saytı haqqında məlumat verib: “Loqo Bakının müasirlik və qədimlik simvolları olan Qız qalası, Şirvanşahlar sarayı və Heydər Əliyev Mərkəzinin görünüşünü özündə əks etdirir. Saytda iştirakçıların qeydiyyatı, ölkəmizin mədəniyyəti, tarixi abidələri haqqında ətraflı məlumat yer alıb. Sayt tam olaraq martın sonlarına kimi istifadəyə veriləcək. Tədbirin gedişi sayt vasitəsilə canlı yayımlanacaq”.
Sonra iclas Təşkilat Komitəsi üzvlərinin müzakirələri ilə davam edib.

 
  • Oxunub:  7710  |  
  • Tarix:  05-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23