Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Londonda Azərbaycan, olduğu kimi...

Londonda Azərbaycan, olduğu kimi...

25.11.2009 [10:08]

Londonun Kadoqan sarayında Azərbaycan Mədəniyyət Günləri keçirilib. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunan tədbirin əsas məqsədi zəngin Azərbaycan mədəniyyətini, onun turizm potensialını tanıtmaqdan ibarət olub.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin müxtəlif janrlarından ibarət konsertlər və sərgilər təşkil olunub. Konsertlərdə Azərbaycan Dövlət Rəqs Ansamblı, “Bakustick Jazz!” qrupu, eləcə də, tanınmış muğam ifaçıları, Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova və birinci televiziya muğam müsabiqəsinin qalibi Elməddin İbrahimov çıxış ediblər. Qonaqlar Xalq artisti Afaq Məlikovanın bədii rəhbəri olduğu Dövlət Rəqs Ansamblının ifasında Azərbaycanın milli rəqs nümunələri olan “Cəngi”, “İncəlik”, “Nəlbəki”, “İgidlər”, “Məzəli” kimi rəqslərə tamaşa etmək imkanı əldə ebiblər. Tanınmış pianoçu və bəstəkar Salman Qəmbərovun rəhbərlik etdiyi, dünyaşöhrətli saksafon ifaçısı Rain Sultanovun da yer aldığı caz qrupu isə, muğam və cazın sintezindən ibarət musiqilərlə Azərbaycan musiqisinin zəngin imkanlarını ingilislərin diqqətinə çatdırıb.
Bundan başqa, Əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Londonun Orion Simfonik Orkestrinin konserti təşkil olunub. Konsertdə Fikrət Əmirovun “Azərbaycan kapriççosu”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən süitalar, Soltan Hacıbəyovun “Karvan” simfonik muğamı, maestro Niyazinin nota köçürdüyü “Qaragilə” mahnısı ilə yanaşı, ingilis musiqi sənətinin gözəl nümunələri də səsləndirilib.
Mədəniyyət günləri çərçivəsində Kadoqan sarayının foyesində Azərbaycana həsr edilən fotosərgi də açılıb. Sərgidə Azərbaycan təbiəti, tarixi, mədəniyyəti, adət-ənənələrini özündə əks etdirən 100-dən artıq foto nümayiş etdirilib. Foto-sərginin tarix bölümündə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən fotolar sərgilənib, münaqişə barədə əcnəbiləri məlumatlandırmaq məqsədilə məlumat tabloları da qoyulub. O cümlədən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağrılı nəticələrinə dair həqiqətlərin dünyaya çatdırılması məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən ingilis dilində hazırlanan “Dünyanın unutduğu insanlar: Qarabağ müharibəsindən görüntülər” (The People the World Forgot: Visions of the Nagorno-Karabakh Conflict) adlı kitabın təqdimatı da keçirilib.

Paylaş:
Baxılıb: 1056 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30