Ana səhifə »  Mədəniyyət »  Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği
A+   Yenilə  A-
Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği

Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şair İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri kimi zamanında bədii söz sənətinin dəyərli incilərini ortaya qoyub. Nəsiminin ədəbiyyatımızın inkişafında misilsiz xidmətlərinə Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasını, yaratdığı şah əsərlərdə işlətdiyi söz, ifadə və anlayışlarla dilimizi zənginləşdirməsini aid etmək olar.
Təsadüfi deyil ki, ədəbiyyatımıza və xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyev dilimiz və elmimizin inkişafında xüsusi rolu olan ədəbiyyatımızın görkəmli nümayəndəsi İmadəddin Nəsiminin xidmətlərini yüksək qiymətləndirib. Dövlət başçısı şairin 650 illik yubileyi şərəfinə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamlar imzalayıb. Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq imzalanan həmin sərəncamlara uyğun olaraq Nəsiminin yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə qeyd olunur.
Ümummilli Lider tərəfindən əsası qoyulan ənənə davam etdirilir
Bu məqamda qeyd etmək lazımdır ki, 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi Prezidentimizin, Azərbaycan dövlətinin ədəbiyyatımıza və mədəniyyətimizə böyük dəyər verməsinin və xüsusi diqqət göstərməsinin bariz nümunəsidir. Buna görə də “Nəsimi ili” çərçivəsində ədəbiyyatşünas və dilçilərlə yanaşı, Azərbaycan mətbuatının, ümumiyyətlə, KİV-in qarşısında Nəsiminin ədəbi irsini, fəlsəfəsini, onun milli və bəşəri xüsusiyyətləri seçilən ideyalarını, o cümlədən bütün bu məziyyətlərin əks olunduğu əsərlərini, Azərbaycan ədəbiyyatı tarixindəki yerini və əhəmiyyətini, dilimizin inkişafında, zənginləşməsində xidmətlərini ictimaiyyətə çatdırmaq kimi böyük vəzifələr durur.
Digər tərəfdən, Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Ulu Öndər hələ Sovet İttifaqı dövründə Azərbaycanda hakimiyyətdə olduğu illərdə görkəmli şairimizin yaradıcılığına xüsusi diqqət göstərib. Ümummilli Lider 1969-cu ilin iyulunda Azərbaycanda birinci dəfə hakimiyyətə gələndə Nəsiminin yaradıcılığını dilimizdə və ədəbiyyatda oynadığı rolu nəzərə alaraq onun adını və xidmətlərini əbədiləşdirmək üçün mühüm təşəbbüslə çıxış edib, Onun ciddi təkidi sayəsində şairin 600 illik yubileyinin təntənəli şəkildə qeyd olunması 1973-cü ildə baş tutub. Azərbaycan ədəbi dilinin zənginləşməsində, onun tarixində böyük xidmətlərinə görə Nəsiminin adı 1973-cü ildə Elmlər Akademiyasının Dilçilik İnstitutuna verilib, Nəsimi haqqında bədii film çəkilib. Həmin xidmətlərin əbədiləşdirilməsinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində şairin heykəli ucaldılıb.
Bundan əlavə, Ulu Öndər 1973-cü ildə Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsinə nail olub. Həmin tədbirlər çərçivəsində böyük söz ustadının əsərləri xarici dillərə tərcümə edilərək nəşr olunub. Bu kontekstdə Ümummilli Liderin həmin təşəbbüsünü o dövrdə müxtəlif ölkələrdə və sovet respublikalarında Nəsimini öz adına çıxmaq istəyənlərə cavab kimi yüksək qiymətləndirmək olar. Məhz bu baxımdan, Ulu Öndərin Nəsiminin Azərbaycan şairi, ədəbiyyatımızın görkəmli nümayəndəsi olduğunu UNESCO xətti ilə bütün dünyaya tanıtması doğrudan da uzaqgörən və müdrik siyasətinin nəticəsi idi.
Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi qəzəlin banisidir
Qeyd edək ki, Nəsimi yaratdığı əsərlərdə işlətdiyi söz, ifadə və anlayışlarla Azərbaycan dilini zənginləşdirib. Nəsimi yaradıcılığında dilimizin saflığı, ahəngdarlığı və musiqiyə uyğunluğu qabarıq şəkildə özünü göstərir. Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylunun sözlərinə görə, Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır: “Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi qəzəlin əsasını qoyub. Ona qədər Azərbaycan dilində fəlsəfi qəzəl yazan olmayıb. Nəsimidən qabaq İzzəddin Həsənoğlu ana dilimizdə qəzəl yazıb, onun da bizə cəmi 3 qəzəli çatıb. Amma o qəzəllər fəlsəfi olmayıb”.
Nəsimi yaradıcılığına xas olan digər xüsusiyyət odur ki, Nəsimi bütün əsərlərini əruz vəznində yazıb. M.Nağısoylu deyir ki, Azərbaycan şeirinin əsas vəzni heca vəznidir: “Əruz vəzni bizə ərəb dilindən gəlsə də, dilimizdəki əruz vəzninin təkmilləşdirilməsində və formalaşmasında Nəsimi mühüm rol oynayıb. Məsələn, Nəsimidən qabaq Qazi Bürhanəddin, İzəddin Həsənoğlu kimi şairlər qəzəl və ya tuyuq yazıblar. Amma Nəsimi müxəmməs də, tərkibbənd də, tuyuq da yazıb. Yəni bununla ədəbiyyatımızı daha da təkmilləşdirib”.
Akademikin sözlərinə görə, Nəsiminin ən böyük xidmətlərindən biri Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi və saflaşdırması olub: “Onun dilini bugünkü oxucu da rahat başa düşür:
Düşdü yenə dəli könül
gözlərinin xəyalinə,
Kim nə bilir bu könlümün
fikri nədir, xəyali nə?
Bu cinas-qafiyədir. Bu şeir 600 il bundan qabaq yazılıb, amma anlaşılmayan heç nə yoxdur. Görün nə qədər saf, təmiz və axıcı şəkildə yaradıb. Həm də şairin elə qəzəlləri var ki, orada yalnız ana dilimizə xas olan sözlər işlədib:
Al ilə ala gözlərin
aldadı aldı könlümü,
Alini gör nə al edər,
kimsə erişməz alinə.
Burada, “a” saiti və “l” samiti bir növ assonans yaradır. Digər tərəfdən, bu beytdə heç bir əcnəbi söz yoxdur. Həmçinin burada “al” kəlməsi iki mənada - birinci sətirdə “al” sözü “hiylə”, ikinci sətirdə isə “qırmızı” mənasında işlədilir. Daha bir nümunə deyim:
Dilbər aydır,
ey Nəsimi, sabir ol, qılma fəqan,
Şimdi fəqan etməsən,
danla fəqanı neylərəm.
Burada artıq ana dilində olan əski iki kəlmə - “aydır” və “danla” işlədilib”.
Ümumiyyətlə, mütəxəssislərin qənaətinə görə, Nəsiminin dili melodikdir, zəngindir, onun qəzəlləri musiqi üzərində köklənib. Nəsiminin şeirləri o qədər oynaq və ahəngdardır ki, onu ifa etmək üçün ayrıca musiqiyə ehtiyac yoxdur.
Qeyd olunan faktlardan yola çıxaraq, birmənalı şəkildə demək olar ki, ədəbiyyatımızın ən böyük nümayəndələrindən olan Nəsimi ana dilimizi yüksək zirvəyə qaldırıb. Çünki milləti dünyada tanıdan onun dilidir. Dil də millətin varlığı və ən böyük milli-mənəvi sərvətidir. Bu sərvətimizin inkişafında Nəsiminin xidmətləri az deyil. Nəsiminin yaşadığı dövrdə savadlı adam üç dili mükəmməl bilirdi: ərəb, fars, türk. Onun yaradıcılığına qədər elmi əsərləri ərəb, şeirləri fars dilində yazırdılar. Nəsimi sübut etdi ki, Azərbaycan dili də şeir dilidir və ana dilimiz o dövrdə geniş yayılmış ərəb və fars dilləri ilə bir səviyyədə dayanan bir dildir.
Nəsiminin yaradıcılığında bəşəri ideyaların təbliği əsas yer tutur
Məlum olduğu kimi, 1369-cu ildə Şamaxıda anadan olan İmaməddin Nəsimi mükəmməl təhsil alıb, üç səmavi dinin kitablarını - “İncil”i, “Tövrat”ı və “Quran-i Kərim”i də dərindən mənimsəyib. Qədim dini və fəlsəfi təlimləri bilib və onun əsərlərinin hamısında bu dinlərə və təlimlərə istinadlar var. Məhz bu səbəblərdən bədii söz sənətinin ən dəyərli incilərini ortaya qoyan, əsərlərində ümumbəşəri fikirləri yüksək poetik şəkildə ifadə edən mütəfəkkir-şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamında deyilir: “Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir”.
Eyni zamanda Nəsimi insana böyük dəyər verir, insanları qarşıda gözləyən təhlükələrdən qorumaq istəyirdi. Təəssüf ki, Sovet ideologiyası qəliblərə sığışdırmaq məqsədilə o dövrdə Nəsimini az qala ateist kimi təqdim edirdi. Amma fakt odur ki, Nəsiminin bütün əsərlərində “Qurani-Kərim”ə və hədislərə istinadlar var. Onun birinci qaynağı da müqəddəs kitab idi. Hətta şair öz fikirlərini “Qurani-Kərim” əsasında yayırdı. M.Nağısoylu deyir ki, Nəsimi “ən-əl həqq” deyəndə əslində özünün heç nə olduğunu, onun bədənindəkinin Allahın təcəllisi olduğunu göstərirdi: “Hurifilər də insanın sonunu Allaha qovuşmaqda görür, insanın özündə isə Allahın əlamətlərini görürdülər. Məsələn, burunu “əlif” hərfinə, gözü “əyn” hərfinə oxşadırdırlar. “Hürufi” hərf sözünün cəmidir. Ona görə də onlara “hürufilər” deyirdilər. Hürufilər hər şeydə hərf axtarırdılar”.
Məlum olduğu kimi, ərəb əlifbasında 28 hərf var. “Quran-i Kərim” də hərflərlə, yəni sözlər vasitəsilə nazil olub. Akademikin sözlərinə görə, məhz o 28 hərfin hər birinin əbcəd hesabı ilə rəmzi, simvolik əlamətləri var: “Nəsimi, ümumiyyətlə, hürifilər həmin əlamətlərə əsasən yozum aparırdılar. Nəsimi “vəhdəti-vücud” prosesi ilə insanı ucaltmaq istəyir, hətta insanı bir növ qoruyurdu. Çünki Allah-Təalanın yaratdığı ən uca, ən kamil varlıq da insandır. Hürufilərə görə, yalnız kamil insan Allahı dərk edə bilərdi”.
Bu baxımdan İmadəddin Nəsiminin dərin humanizm ifadə edən zəngin yaradıcılığında hürufilik təlimi, onun kamil insan konsepsiyası mühüm yer tuturdu. Alimlərimizin qənaətinə görə, məhz buna görə də Nəsimi bu dünyanı fani, müvəqqəti hesab edir, kamil insanın Allahı dərk edərək ona qovuşmağına inanırdı. Professor Hüseyn Həşimlinin fikrincə, insanın haqqa çatması vasitəsi kimi ilahi eşq yolunu simvollaşdıran sufilərdən fərqli olaraq hürufilər zəkaya, elmə daha çox üstünlük verir, kamil insan idrakının qüdrətini önə çəkirdilər: “Hürufilər bu fikirdə idilər ki, bəşəriyyətin səadəti, xoşbəxt cəmiyyət quruculuğu insanın mənəvi kamilliyi ilə bilavasitə əlaqədardır. Yaranmışların ən alisi, şərəflisi sayılan insan özünü dərk etməli, çirkin hisslərdən, nəfsdən, bəd duyğulardan uzaq olmalı, haqq yolunu seçməli, yüksək mənəvi dəyərlərə yiyələnməli, müdrikliyə çatmalıdır”.
Sadalanan fikirlərin yekunu olaraq, Azərbaycan ədəbiyyatı tarixində görkəmli yerə malik olan şairimizin şərəfinə Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsini Nəsimi irsini, ideyalarını elmi şəkildə, o dövrün ideologiyasına, fəlsəfəsinə uyğun olaraq əsaslandırmaq, dərin fəlsəfi məna tutumunu araşdırmaq və olduğu kimi bütün dünyaya, Azərbaycan ictimaiyyətinə, o cümlədən elmi ictimaiyyətə çatdırmaq üçün fürsət kimi qiymətləndirmək mümkündür.
Qaşqay ZİYƏDDİNOĞLU
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə
müsabiqəyə təqdim etmək üçün

 
  • Oxunub:  9870  |  
  • Tarix:  22-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 13:54
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
28 Fevral 13:39
KOBİA və İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28 Fevral 13:25
Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
28 Fevral 13:23
Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilir
28 Fevral 13:13
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:38
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilir
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Prezident İlham Əliyev Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8