Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti günündə müvafiq qərarlar qəbul olunub

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti günündə müvafiq qərarlar qəbul olunub

03.07.2019 [09:41]

Üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də öz işini iştirakçı ölkələrin təmsilçilərinin çıxışları ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, sessiyanın növbəti günündə üzv dövlətlərlə məşvərət qrupları arasında dialoqun gücləndirilməsinə həsr olunan hesabat müzakirə edilib.
Sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev müzakirə olunan hesabat barədə danışıb və hər kəsi müzakirələrdə fəal olmağa çağırıb.
Sonra Azərbaycan, Norveç, Tanzaniya, İndoneziya, Bəhreyn, Braziliya, Macarıstan, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, dialoqun qurulması üçün belə hesabatlar mühüm əhəmiyyət daşıyır.
Çıxış edənlər Ümumdünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də danışıblar.
Çıxışlarda diqqətə çatdırılıb ki, dialoq məşvərət qrupları ilə üzv ölkələr arasında şəffaflığa xidmət edəcək. Qeyri-müəyyənliklərlə bağlı müxtəlif mexanizmlər bu işə müsbət təsir göstərəcək. Eləcə də 15 ildən artıqdır ki, Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilmək növbəsi gözləyən və təhlükə ilə üzləşən obyektlər üçün dialoqların qurulması vacibdir. Həmçinin vurğulanıb ki, dialoq daimi aparılmalı, konvensiyaya inamı artırmalıdır.
Məşvərət qurumları modellərin hazırlanması ideyası ilə çıxış ediblər. Vurğulanıb ki, dialoqun aparılması xüsusi olaraq qərarların optimallaşmasına xidmət edəcək.
Üzv ölkələr dialoqla bağlı təkliflərini də irəli sürüblər. Bildirilib ki, dialoq işin ardıcıllığına xidmət etməli, nəticələri dəyişməyə meyilli olmalıdır. Çünki sistemli gələcək və qloballaşma prosesinə mənfi halların aradan qaldırılması məhz dialoq vasitəsilə reallaşa bilər.
Plenar iclas zamanı ICOMOS və ICUN nümayəndələri bildiriblər ki, nominasiyalar prosesində üzv dövlətlər ilə dialoqun qurulması vacibdir.
Çıxış edənlər Ümumdünya İrs Komitəsinin son illər gördüyü işlərdən və dünyada mədəni irsin qorunması istiqamətində reallaşdırılan layihələrdən də danışıblar.
Müzakirələr zamanı, həmçinin Azərbaycanın təklif etdiyi “Nominasiya prosesində ilkin siyahıların hazırlanması, reaktiv monitorinqin aparılmasında səmərəli və konstruktiv dialoqun qurulması” bəndi hesabata əlavə edilib. Azərbaycanın təklifi üzv dövlətlərin iştirakçıları tərəfindən qəbul olunub. Daha sonra hesabatdakı müxtəlif bəndlərlə bağlı qərar layihələri müzakirə edilib.
Plenar iclasda gündəliyin əsas məsələlərindən olan Dünya İrs Mülkiyyətinin Konservasiyası vəziyyəti müzakirəyə çıxarılıb.
Sonra UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Abidə Menecerləri Forumuna həsr edilmiş hesabat dinlənilib. Bildirilib ki, Abidə Menecerləri Forumu UNESKO-nun Mədəni İrs Siyahısında yer alan abidələrin idarə edilməsi ilə məşğul olan mütəxəssisləri bir araya gətirmək baxımdan böyük əhəmiyyət kəsb edir. Forum abidə menecmenti üçün təcrübə mübadiləsi, ən son yeniliklərlə bağlı məlumat mübadiləsi baxımından vacib platformadır.
Abidə Menecerləri Forumunun bəyanatı oxunaraq qəbul edilib. Bəyanatda birgə ideyalar, dayanıqlı inkişaf, təcrübələrin bölüşdürülməsi, regional və beynəlxalq səviyyədə əlaqələrin qurulması, birgə addımların atılması və digər məsələlər öz əksini tapıb.
Ümumdünya İrs Komitəsinin sədri xanım Mitxeld Rossler hesabatdakı 7-ci bəndlə bağlı məlumatları diqqətə çatdırıb. Bildirib ki, bu bənddə səmərəli və konstruktiv yanaşma məsələləri, idarəçilik planları, turizmin düzgün idarə olunması və dünya mədəni irsinə turizmin təsiri haqqında fikirlər yer alıb.
Sessiya işini günün ikinci yarısında təhlükə ilə üzləşən tarixi məkanların vəziyyətinə dair müzakirələrlə davam etdirib və müvafiq qərarlar qəbul olunub.
Növbəti məsələ kimi Suriyanın qədim Dəməşq şəhərinin vəziyyəti müzakirə olunub. UNESKO-nun Təhlükə ilə üzləşən abidələr siyahısına daxil edilən Dəməşqin bu siyahıdan çıxarılması təklif edilib. Abidə və Tarixi Yerlərin Qorunması üzrə Beynəlxalq Şuranın (İCOMOS) təmsilçisi qeyd edib ki, əgər kənardan heç bir təhlükə olmasa, Dəməşqdə konservasiya baxımından sabitlik yaranar. Bir neçə üzv ölkənin də rəyləri nəzərə alınmaqla Dəməşqlə bağlı müzakirələr başa çatıb və müvafiq qərar qəbul edilib.
Çilidəki Hamberson və Santa-Laura məzarlığında konservasiya və bərpa işləri ilə bağlı görülmüş tədbirlər müzakirə edilərkən qeyd olunub ki, burada vəziyyət çox yaxşıdır. 2005-ci ildən bəri görülən işlər öz nəticəsini verib. Bütün çıxışçılar Çilini bu uğur münasibətilə təbrik edib və qərar yekdilliklə qəbul edilib.
Sessiya bu gün öz işini davam etdirəcək.

Paylaş:
Baxılıb: 616 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31