Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / "Ankara Yazı Veda Mektubu" Bakıda maraqla qarşılanıb

"Ankara Yazı Veda Mektubu" Bakıda maraqla qarşılanıb

05.07.2019 [18:13]

Bakı Yunus Əmrə İnstitutu türk filmlərini azərbaycanlı filmsevərlərə təqdim etmək ənənəsini davam etdirir

Bakı Yunus Əmrə İnstitutu maraqlı və özündə böyük anlam kəsb edən türk filmlərini azərbaycanlı filmsevərlərə təqdim etmək, bu cür filmlərin pulsuz nümayişini təşkil etmək ənənəsini davam etdirir. Növbəti belə bir filmin nümayişi isə iyulun 4-də Bakıdakı Nizami Kino Mərkəzində baş tutub.

2016-cı ildə çəkilmiş və baş rollarda Gürkan Uygun, İpek Tuzcuoğlu, Münir Can Cindoruk və Burçin Abdullahın çəkildiyi "Ankara Yazı Veda Mektubu" filmi Türkiyədə 1980-ci ilin 12 sentyabr hərbi çevrilişindən dərhal sonra edam edilən ilk ülkücü olan Mustafa Pehlivanoğlunun həmin ərəfədə başına gələn olaylardan bəhs edir. Çevrilişlərin Türkiyənin, Türkiyə Cümhuriyyəti vətəndaşlarının həyatına necə bir sarsılmaz yara vurduğunu bütün detalları ilə tamaşaçıya çatdıran bu anlamlı, həmçinin gələcək nəsillər üçün də ibrətamiz əhəmiyyət kəsb edən film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Bakı Yunus Əmrə İnstitutunun təşəbbüsü ilə bu film 12 iyulda Gəncədə, 26 iyulda isə Naxçıvanda pulsuz nümayiş etdiriləcək.

NADİR

Paylaş:
Baxılıb: 791 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30