Ana səhifə »  Mədəniyyət »  Müstəqillik tarixində ilk dəfə özbək sənət ulduzları Azərbaycanda konsert proqramı ilə çıxış ediblər
A+   Yenilə  A-
Müstəqillik tarixində ilk dəfə özbək sənət ulduzları Azərbaycanda konsert proqramı ilə çıxış ediblər

Özbəkistanın Əməkdar artistləri Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın Bakı görüşü unudulmaz anlarla yadda qalıb
Heydər Əliyev Sarayı noyabrın 22-də daha bir möhtəşəm konsertə ev sahibliyi etdi. Tez-tez bir-birindən populyar ifaçıların qonaq olduğu bu tarixi məkan bu gün tamam başqa ab-havada idi. Belə ki, müstəqillik tarixində ilk dəfə özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı təşkil olunmuşdu. Elə bu səbəbdən də, hər kəs konsertin başlayacağı anı səbirsizliklə gözləyirdi. Doğurdan da musiqi elə bir universal, ecazkar dildir ki, xalqları yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır, insanların qarşılıqlı ünsiyyətini həyata keçirir. Bakıdakı bu konsert də iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edirdi.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Sarayında özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın Əməkdar artistləri, “Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış ediblər.
Konsert Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin və Özbəkistanın “First Art Media” şirkətinın birgə layihəsi əsasında reallaşıb.
Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu layihə əsasında özbək musiqiçiləri Bakıda “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı ilə çıxış edirlər. Əsas məqsəd xalqlar arasında dostluq körpüsü yaratmaqdır. Müstəqillik tariximizdə ilk dəfə olaraq Özbəkistan musiqiçiləri Bakıda konsert verir. Konsert proqramının fəxri qonaqları da var - türk sənət musiqisinin tanınmış ulduzu Pinar Eliçe, Azərbaycanın Xalq artisti Mənsum İbrahimov və tanınmış meyxanaçı Tərlan Novxanı. Gecədə Özbəkistan, Azərbaycan və tük mahnıları səslənəcək.
“Biz istəyirik ki, belə görüşlər ənənə halını alsın. Çünki Azərbaycan ifaçıları Özbəkistanın ən böyük konsert salonlarında dəfələrlə çıxış ediblər, lakin özbək ifaçıları ölkəmizdə elə də geniş konsertlər verməyiblər. Tamaşaçılar bu gecə türk dünyasının sənət, mədəniyyət, incəsənət beşiyi olan, Şərqin zəngin musiqi ənənələrini özündə yaşadan qardaş Özbəkistanın tanınmış sənətçilərini dinləyəcək və inanırıq ki, konsert hamının ürəyincə olacaq”, - deyə Samir Abbasov vurğulayıb.
Konsert proqramı “Sizə salam gətirmişəm” musiqi klipinin təqdimatı ilə başlayıb.
Əvvəl səhnəyə dəvət olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib. Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış edən Özbəkistanın gənc estrada ulduzu qardaş Azərbaycanda çıxış etməkdən məmnunluğunu söyləyib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu bildirən gənc estrada ulduzu özbək mahnıları ilə yanaşı, ilk dəfə Azərbaycan mahnısı da ifa edib.
Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onun üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb.
Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı anşlaqla keçir.
Qeyd edək ki, Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.
Müstəqilliyin ilk günlərindən başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Böyük perspektivlərə malik olan Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda hökm sürən sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. Bu iki ölkə arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. 1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda səfirliyi fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Müasir dövrdə əlaqələrimizin təməli Ümummilli Lider Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov tərəfindən qoyulub. Bu əlaqələr hazırda Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam etdirilir.
Görkəmli Azərbaycan və özbək klassikləri - Əlişir Nəvai, Mirzə Uluqbəy, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Məhəmməd Füzuli və bir çox başqalarının yaratdıqları əsərlər təkcə Şərq xalqlarının deyil, həm də bütün dünya sivilizasiyasının inciləri, dəyərli sərvətidir. 2004-cü ilin martında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı buna parlaq sübutdur.
Azərbaycanda da özbək xalqının zəngin tarixi və mədəniyyətinə, dünya sivilizasiyasının inkişafına verdiyi töhfələrə böyük hörmətlə yanaşılır. Əlişir Nəvainin Bakıda böyük abidəsinin açılış mərasimi keçirilib. Azərbaycan paytaxtının mərkəzi küçələrindən biri görkəmli alim və dövlət xadimi Mirzə Uluqbəyin şərəfinə adlandırılır. Əlişir Nəvainin, demək olar ki, bütün əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.
Özbəkistanda yaşamış əslən azərbaycanlı olan şair Maqsud Şeyxzadənin əsərləri özbək ədəbiyyatının gözəl nümunələridir. Görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun özbək yazıçısı Şərəf Rəşidovun əsəri əsasında yaratdığı “İki qəlbin dastanı baleti” dünya musiqi sənətinin incilərindəndir.
2010-cu ildə Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin açılışı olmuşdur. Özbəklər və orada yaşayan azərbaycanlılar bu mərkəzin mədəni xidmətlərindən faydalanırlar. Müstəqillik illərində Özbəkistanın 30-dan çox azərbaycanlı vətəndaşı yüksək dövlət mükafatlarına layiq görülüblər. Azərbaycanın incəsənət xadimləri Səmərqənddə keçirilən “Şərq təranələri” beynəlxalq musiqi festivalının, opera, teatr və kino festivallarının daimi və fəal iştirakçıları olurlar. Özbəkistan nümayəndələri Bakıda keçirilən Beynəlxalq Muğam Festivalında iştirak edir və mükafatlar alırlar. Onlardan biri də bu gün bənzərsiz çıxışları ilə ürəkləri fəth edən Yulduz Turdiyevadır.
Soykökü, dini, mədəniyyəti, adət və ənənələri eyni olan xalqlarımız üçün bu günlərdə daha bir əlamətdar hadisə baş verdi. Qardaş Özbəkistan Türk Əməkdaşlıq Şurasına üzv olmaq üçün rəsmi müraciət etdi.
Bu sadaladıqlarımız və sadalamadıqlarımız bir daha göstərir ki, Azərbaycanla Özbəkistan arasında dostluq körpüləri ədəbidir, qırılmazdır. Heydər Əliyev Sarayında Uluqbek Raxmatullayev və Yulduz Turdiyevanın ifasında səslənən Azərbaycan, özbək və tük musiqi nümunələri bir daha deyilənlərin həqiqət olduğunu göstərirdi. Gecədə onların ifasında səslənən “Olma”, “Sevib aldım”, “Sevgi”, “Qara gözlüm”, “Tənhayam”, “Qarabağ” və digər bir-birindən şux ifalar alqışlarla qarşılandı. Yulduz Turdiyevanın türk sənət musiqisinin tanınmış ulduzu Pinar Eliçe ilə oxuduğu duet isə iştirakçıların zövqünü oxşadı.
Bir sözlə, özbək ifaçılarının Bakı görüşü nəinki onların, həm də hər bir iştirakçının uzun zaman yaddaşından silinməyəcək.

 
  • Oxunub:  8100  |  
  • Tarix:  23-11-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın, o cümlədən gənc nəslin əsas ideyası və ideologiyası suverenlik, müstəqillik və öz ehtiyatlarımıza güvənməkdir

23 Yanvar 18:28
YAP-ın deputatlığa namizədi Aytən Hüseynova Səbail rayonu Bibiheybət qəsəbəsinin sakinləri ilə görüşüb
23 Yanvar 18:25
Naqif Həmzəyevin bu dəfəki görüşü Nərimanov prospekti və Şahsevənlər küçəsinin sakinləri ilə olub
23 Yanvar 18:22
Deputatlığa namizəd Ağalar Vəliyevin Goranboy rayonunun Şəfəq və Zeyvə kəndlərində seçicilərlə görüşü keçirilib
23 Yanvar 18:19
Nəsib Məhəməliyev növbəti görüşlərini Balakən rayonunun təhsil və səhiyyə işçiləri və Mazımqaray kənd seçiciləri ilə keçirib
23 Yanvar 18:18
Məzahir Pənahov siyasi partiyalara müraciət edib
23 Yanvar 18:13
Parlament seçkilərini izləmək üçün 42 min 257 yerli müşahidəçi qeydiyyatdan keçib
23 Yanvar 18:12
Yeni Azərbaycan Partiyasının namizədi Eldar Əsədovun seçicilərlə ilk görüşü keçirildi
23 Yanvar 18:10
MSK sədri: "1447 nəfərin namizədliyi qeydə alınıb"
23 Yanvar 17:42
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafanın Köhnəqışlaq, Tatlı və Göycəli kəndlərində seçicilələ görüşüb
23 Yanvar 17:17
Deputatlığa namizəd Musa Quliyev vətəndaş cəmiyyətinin nümayədələri ilə görüşüb
23 Yanvar 17:12
"Demokratik seçkilərin keçirilməsi üçün kifayət qədər ciddi siyasi iradə mövcuddur"
23 Yanvar 17:11
Vüqar Rəhimzadə: Azərbaycan dünyanın siyasi və iqtisadi elitasının diqqət mərkəzindədir
23 Yanvar 17:00
Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb
23 Yanvar 16:37
Yeni Azərbaycan Partiyası parlament seçkilərində parlaq qələbə qazanacaq
23 Yanvar 16:35
AVCİYA beynəlxalq təşkilatların seçkilərlə bağlı rəy və tövsiyələrindən ibarət kitab nəşr edib
23 Yanvar 16:12
Deputatlığa namizəd Hikmət Babaoğlu Nərimanov rayonunda yaşayan şəhid ailələrini ziyarət edib
23 Yanvar 15:42
Ceyhun Bayramov “Yüksəliş” müsabiqəsi ilə əlaqədar gənclərə dəvət ünvanlayıb
23 Yanvar 15:41
Futzal üzrə Azərbaycan millisi Özbəkistan yığmasına qalib gəlib
23 Yanvar 15:36
33 saylı Xətai birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hüseynbala Mirələmov seçicilərlə görüşüb
23 Yanvar 15:30
“Bir dəfə Bağdadda” musiqili komediyası növbəti dəfə nümayiş olunacaq
23 Yanvar 15:28
“Qarabağ” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusunu transfer edib
23 Yanvar 15:09
Pərvin Kərimzadə seçicilərini daha güclü Azərbaycan naminə səs verməyə çağırıb
23 Yanvar 14:55
"Milli Məclisə keçiriləcək seçkilər transformasiyanın yeni mərhələsi olacaq" - Dmitri Savelyev
23 Yanvar 14:53
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq
23 Yanvar 14:51
Azərbaycanda sığorta bazarının daha da inkişafı üçün “Swiss Re” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Yanvar 14:38
YAP-ın namizədləri Binəqədidə gənc seçiciləri ilə görüşdü
23 Yanvar 14:09
Azərbaycan Monteneqroya ən çox investisiya yatıran ölkələrdəndir
23 Yanvar 13:57
Elçin Babayev: Bakı Dövlət Universitetində qış imtahan sessiyası obyektiv şəkildə aparılır
23 Yanvar 13:52
AŞPA-nın nümayəndə heyəti Milli Məclisdə olub
23 Yanvar 13:02
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23 Yanvar 12:50
Seçkiləri müşahidə etmək üçün 210-dan çox beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
23 Yanvar 12:43
“Exit-poll” keçirmək istəyən təşkilatlar artıq MSK-ya müraciət ediblər"
23 Yanvar 12:41
Amerikalı ekspert Türkiyənin enerji təhlükəsizliyi üçün Azərbaycan qazının əhəmiyyətindən yazıb
23 Yanvar 12:37
Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
23 Yanvar 12:34
AVCİYA seçkidən əvvəl media monitorinqinin nəticələrini açıqlayıb
23 Yanvar 12:32
Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
23 Yanvar 11:14
Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlər başlayıb
23 Yanvar 10:48
AŞPA-nın müşahidə missiyasının üzvləri parlamentdə təmsil olunan partiyaların nümayəndələri ilə görüşür
23 Yanvar 10:33
Oleq Kuznetsov: "Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq şəraitində həyata keçirilir"
23 Yanvar 10:25
Hazırda deputatlığa namizədlərin sayı açıqlanıb
23 Yanvar 09:58
İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2020” üçün mahnı qəbulunu elan edib
23 Yanvar 09:49
Azərbaycan Prezidenti: Bizim milli maraqlarımız həmişə birinci yerdədir
22 Yanvar 18:59
19 saylı Nərimanov birinci seçki dairəsindən YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu gənclərlə görüşüb
22 Yanvar 18:37
Seçiciləri daha güclü Azərbaycan naminə YAP-ın namizədlərinə səs verməyə çağırıram
22 Yanvar 18:35
Deputatlığa namizəd Elman Nəsirov Cəlilabadda şəhid ailələrinin üzvləri ilə görüşüb
22 Yanvar 18:28
Dövlət Komitəsində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun meneceri ilə görüş olub
22 Yanvar 18:23
Əbülfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri ilə görüşüb
22 Yanvar 18:20
“Ətraf mühitin radioaktiv maddələrlə mühafizəsi tədbirləri” adlı layihənin açılışı keçirilib
22 Yanvar 18:10
Vilayət Eyvazov: Ötən il bağlı qalmış 329 cinayətin üstü açılıb
22 Yanvar 17:37
Əməkdar artist Almaz Mustafayevanın 70 illiyi qeyd olunacaq
22 Yanvar 17:32
Azərbaycan Prezidenti İlham Əliyev Davosda Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşüb
22 Yanvar 17:29
Azərbaycan Prezidenti İlham Əliyevin və Polşa Prezidenti Andjey Dudanın Davosda görüşü olub
22 Yanvar 17:26
Çingiz Əliyev: “Azərbaycan zəngin seçki təcrübəsinə malik ölkədir”
22 Yanvar 17:23
Ağdaşda Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir
22 Yanvar 17:21
Eli Naxt: “Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır”
22 Yanvar 17:17
“SUEZ Group”un baş icraçı direktoru Azərbaycanda reallaşdırdıqları layihələr və perspektiv proqramlar barədə Prezident İlham Əliyevə məlumat verib
22 Yanvar 17:13
VI çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının 93 saylı Bərdə şəhər seçki dairəsindən deputatlığa namizədi Fatma Yıldırım (VİDEO)
22 Yanvar 16:55
AMEA-nın Humanitar Elmlər Bölməsi hesabat verib
22 Yanvar 16:51
Yeni TV-də qonaq Tahir Mirkişilidir. DAHA GÜCLÜ AZƏRBAYCAN NAMİNƏ! (VİDEO)
22 Yanvar 16:44
İtaliya qəzetində Azərbaycan səfirinin erməni yalanlarını ifşa edən cavab məktubu dərc olunub
22 Yanvar 16:40
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seçicilərlə növbəti görüşü keçirilib
22 Yanvar 16:39
Musiqili Teatrın səhnəsində “999-cu gecə” olacaq
22 Yanvar 16:34
YAP-ın 98 saylı Şəmkir şəhər seçki dairəsindən namizədi Sahibə Qafarova seçicilərlə növbəti görüşlərini keçirib
22 Yanvar 16:33
İcbari tibbi sığortanın tətbiqindən sonra Qəbələ Müalicə və Diaqnostika Mərkəzinə 15 minədək sakin müraciət edib
22 Yanvar 16:30
Yeni Azərbaycan Partiyası tərəfindən mənə göstərilən etimadı ən yüksək səviyyədə doğrultmalıyam
22 Yanvar 16:17
Azərbaycanın Avropa İttifaqına üzv ölkələrdə fəaliyyət göstərən səfirliklərinin işçi iclası olub
22 Yanvar 16:13
YAP tərəfindən MM-in üzvlüyünə namizəd Afət Həsənova Əmircan qəsəbəsində şəhid Nurəli Hacıbaba oğlu Abdullayevin adına olan küçədə seçicilərlə görüşüb
22 Yanvar 16:10
Akademiya prezidenti Yüksək Texnologiyalar Parkında olub
22 Yanvar 16:04
MM-in üzvlüyünə namizəd Rauf Əliyevin Buzovna qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
22 Yanvar 16:01
Hikmət Hacıyev: Azərbaycan və Avropa İttifaqı təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yaxından əməkdaşlıq edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+1 +4
gecə0