Ana səhifə »  Mədəniyyət »  Onun ilhamı hələ çox çağlayacaq
A+   Yenilə  A-
Onun ilhamı hələ çox çağlayacaq
Deyirlər, sənətkar ömrü onun yaşadığı bir insan ömrü ilə deyil, yaratdığı əsərləri, sənət nümunələri, xalq məhəbbəti, millət sevgisi ilə ölçülür. Belə insanlar sağlığında ikən xalqının ürəyində, qəlbində elə ocaq çatır, elə işıq yandırır ki, bu ocaq, bu işıq sönməyən bir nura çevrilir, xalq yaddaşında əbədiləşir, nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə keçərək əbədiləşir... Böyük Nizami, Nəsimi, Füzuli, Vaqif, S.Vurğun, ü.Hacıbəyli, C.Cabbarlı və onlarla belə nəhəng mütəfəkkirlərimiz sağlıqlarında ikən xalq məhəbbətini, vətən sevgisini elə bir ilahi səviyyədə qazanmışlar ki, bu sevgi, bu məhəbbət onları dünən də yaşadırdı, bu gün də yaşadır, sabah da yaşadacaqdır...
Fəxrlə deyə bilərik ki, bu gün də bizim ümumxalq məhəbbəti qazanmış korifey sənətkarlarımız, şair və ədiblərimiz var. Bunlardan biri də Azərbaycanın Xalq şairi, Əməkdar incəsənət xadimi, görkəmli alim, publisist və ictimai xadim Nəriman Həsənzadədir.
“Şair N.Həsənzadəni nə vaxtdan tanıyırsan?” deyə məndən sorsalar, doğrusu, bu suala cavab verməkdə çətinlik çəkərəm. Bu tanışlığın nə gününü, nə də tarixini deyə bilmərəm. Bircə onu bilirəm ki, Nəriman müəllimin özündən əvvəl onun şeirləri ilə tanış olmuşam və bu şeirlər məndə onların müəllifinə xüsusi bir sevgi yaratmışdı. Bu da bir həqiqətdir ki, ötən əsrin 60-70-ci illərin uşaqları, gəncləri çox kitab oxuyardılar. Məktəbdə tənəffüs vaxtı da şagirdlər əlinə düşən bədii kitabı acgözlüklə oxuyardılar.
Yadımdadır, orta məktəbin 5-ci və ya 6-cı sinfində oxuyurdum. Kimsə mənə balaca bir şeirlər kitabı verdi. Səhv etmirəmsə, baharın gözəl günlərindən biri idi. Həyətimizdəki “yarım dünya” dediyim nəhəng tut ağacının altında oturub o balaca kitabı açdım. Ətrafımda arılar, müxtəlif böcəklər hey fırlanır, hərə öz dilində vızıldayırdı. Bəlkə onlar da şeirə qulaq asmaq istəyirdilər...
Kitabın iç vərəqində cavan bir oğlanın şəkli vardı. Deyəsən, gənc şair əsgər paltarında idi.
Kitabın adı yadımda qalmayıb. Nədənsə o ilk kitabın adını Nəriman müəllimdən heç soruşmamışam. Birnəfəsə kitabı oxuyub qurtardım. Kitabdakı şeirlər nə qədər təbii, canlı idi. Hər bir şeirdə təbiətin bir lövhəsi, ülvü məhəbbət hissi şairanə bir dillə canlanırdı. Kol dibində boynu bükük bənövşə, dağlardan tökülən şəlalə, dağlar döşü ilə baş alıb gedən cığırlar, bahar yağışları, çiçəkdən-çiçəyə qonan böcəklər, ilk məhəbbət, sevgi yanğısı burdakı şeirlərə hopmuşdu. Həm də nə qədər mənalı, nə qədər təbii verilirdi bu hisslər, bu düşüncələr...
Bakıya gəlib, institutda oxuyanda N.Həsənzadə poeziyasına daha dərindən bələd oldum. Onun çağlayan istedadının məhsulu olan “Nəriman”, “Kimin sualı var”, “Zümrüd quşu” və s. poemalarını, onlarla mənalı şeirlərini oxudum. Artıq o vaxt gənclərin ən çox sevdikləri şairlərdən biri məhz N.Həsənzadə idi.
Şairin “Nəriman” poeması xalqımızın böyük oğlu, bütün şüurlu həyatını qətrə-qətrə millətin, vətəninin yolunda əridən, görkəmli dövlət xadimi, şöhrətli yazıçı-dramaturq Nəriman Nərimanovun həyatına həsr olunmuşdu. Bu, poema yox, özünün dolğunluğuna, məzmununa, əhatə dairəsinə görə nəzmlə yazılmış roman idi. Bu əsər böyük Nərimana bədii heykəl idi. Sonralar şair bu poema əsasında “Qoy bütün Şərq eşitsin” adlı pyes də yazdı. Poema kimi pyes də çox uğurlu oldu. Bakıda və Moskvada yüksək mükafatlara layiq görüldü...
İllər ötüb keçsə də, mən yaşa dolsam da, N.Həsənzadə yaradıcılığına nə həvəsim azaldı, nə də ehtiyacım. Məni N.Həsənzadə yaradıcılığına bağlayan bir də onun böyük şair S.Vurğun poeziyasına oxşarlığıdır, səmimiliyi, təbiiliyidir. Şairin şeir dili o qədər axar-baxarlı, o qədər şirindir ki, oxucu ondan ayrıla bilmir. Az sözlə dərin mənalar, fəlsəfi düşüncələr vermək bacarığı N.Həsənzadə yaradıcılığına xas olan xüsusiyyətdir. Şair kiçik bir şeir parçasında böyük bir tablo, məna çələngi yarada bilir.
Yaxından tanıyandan sonra mən bir daha əmin oldum ki, Nəriman müəllimin şəxsiyyəti ilə poeziyası, yaradıcılığı arasında tamlıq, bütövlük var...
Onun yaradıcılığında böyük istedadla tükənməz zəhmət bir vəhdətdədir. O, həmişə bir ziyalı, bir vətəndaş kimi zamanın nəbzini tutmağa çalışıb.    Nəriman müəllim təkcə şair deyil. O, həm də tanınan, seçilən dramaturq, geniş təfəkkürlü alim, istedadlı publisist, pedaqoq və ictimai xadimdir.
Şairi yaxından tanıyanlar bilirlər ki, o dünya poeziyasına, fəlsəfi fikrinə, estetik baxışlarına dərindən bələd olan bir insandır. Şərqin intibah dövrünü onun kimi yaxşı bilən və dəyərləndirən adamlar çox azdır.
Bu vaxta kimi şairin ölkəmizdə və xaricdə 50-dən yuxarı əsəri nəşr olunub. Onun əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə edilib. Təkcə şeirləri yox, böyük əsərləri, o cümlədən, “Nabat nənənin çörəyi” povesti bir çox xarici dillərə tərcümə edilərək nəşr olunub.
Yadımdadır. 1989-cu ilin noyabrın 1-də biz Azərbaycandan nümayəndə heyəti ilə Kubaya Azərbaycan günlərində iştirak etmək üçün yola düşdük. Bakıda günəşli külək, Moskvada qar, sazaq vardı. Bir gün Moskvada qaldıqdan sonra nəhəng TU-186 təyyarəsi ilə yola düşdük. Yolüstü İrlandiyada, Kanadada  bir-iki saatlıq istirahətdən sonra Kubaya uçduq. Kubada 28-30 dərəcə isti vardı... O vaxt hələ SSRİ dağılmamışdı. Yerlərdə milli azadlıq hərəkatı genişlənirdi. Dağlıq Qarabağ məsələsində M.Qorbaçovun ermənipərəst mövqeyi hamıya aydın idi.
Kubanın çox yerində olduq. çoxlu görüşlər keçirdik. Kubalıların qonaqpərvərliyi hələ də yadımdadır. Harda olurduqsa, bütün böyük-kiçik görüşlərdə nümayəndə heyətimizin üzvləri Qarabağ hadisələrindən danışırdıq. Nəriman müəllim hər yerdə M.Qorbaçov hakimiyyətini kəskin tənqid edirdi. Onun alovlu, məntiqli, milli qayəli çıxışları hələ də qulaqlarımdadır.
Biz avtobusda şəhərdən-şəhərə yol gedəndə də Qarabağ məsələsi şairi tərk etmirdi.
- Əyə, Musa, - deyirdi - mən bu erməniləri yaxşı tanıyıram. Tarixən hansı rus çarına dil tapıblarsa, ondan öz xeyirlərinə, bizlərin isə əleyhinə gen-bol istifadə ediblər. İndi də belədir. Bu haramzadalar Qorbaçovu artıq tilova salıblar. çətin olacaq, qardaş, çətin olacaq.
Şairin nə qədər haqlı olduğunu tarix sübut elədi...
Səfərdə Nəriman müəllimdə gözəl bir xüsusiyyət də hiss elədim. Bu sadə insanda böyük ürək gördüm. Hansı şairdən söz düşürdüsə tərifləyirdi, “gözəl şairdir” deyirdi. Şairlər içərisində Nizamini Allah sayır, S.Vurğun ilhamından danışmaqdan doymurdu. S.Vurğun və Nazim Hikmətin ona gəncliyində göstərdikləri qayğıdan danışırdı - S.Vurğun mənim əlimdən tutub poeziyaya gətirdi. Mənə zəmanəti də böyük şair verdi. Nazim Hikmətsə yuxarılara xahiş edərək mənə ev verdirdi. Belə şeylər yaddan çıxmır heç vaxt...
çox vaxt söhbətimiz dolanıb yenə el-obamızın üstünə gəlirdi. Biz tez-tez Azərbaycanın müstəqilliyindən, o taylı, bu taylı, Azərbaycanın birləşməsindən danışırdıq. Azadlıq! Bu böyük arzu, istək idi... Azadlıq bütün insanlar üçün əziz bir sözdür.
Yadımdadır, bir gün Varadero şəhərinin (nümayəndə heyətimiz bu şəhərdə qalırdı) çimərliyində narın, ağappaq qumun üstündə uzanıb Atlantik okeanının gümüşü sularını seyr edirdim. Yanımda yerli sakin olan bir kişi oturmuşdu. Tərcüməçinin orda olmasından istifadə edərək kubalıdan soruşdum ki, indiki müstəqil Kubada yaşamaq yaxşıdır, yoxsa əvvəlki kapitalist Kubasında? Kubalı yəqin ki, mənim haradan gəldiyimi bilmirdi. O, üzünü mənə tutaraq dedi:
- Bir baxın, buradan 90 km o tərəfdə ABŞ-dır. Onlar bizdən yaxşı yaşayırlar. Nə olsun? Mən azad Kubada yaşamağımla fəxr edirəm. Sonra o, bir qədər sahil boyu uzaqlara baxaraq əlavə etdi - görürsüz bu sahili? 120 km-dir. Əvvəllər bu çimərlikdə mən ola bilməzdim. Dövlətlilər, əcnəbilər gördüyün villalarda dincəlir, okeanda çimərdilər. İndisə... İndi mənim öz dilim, himnim, bayrağım vardır.
O kubalı kişinin mərdanə, ürəkdən dediyi sözləri çox yerdə çoxlarına danışmışam. Bugunkü müstəqil Azərbaycan xalqımız üçün hər şey deməkdir...
Kubadan qayıtdıqdan bir qədər sonra vətənimizdə 20 yanvar hadisələri törədildi. Bakı şəhidlərin qanına bələndi. O günlər Nəriman müəllim Parisdə idi və orada müdhiş xəbəri eşitmişdi. Şair dərhal o taylı, bu taylı azərbaycanlıları toplayaraq Qorbaçov hakimiyyətinə öz etiraz səslərini dünyaya yaymışdı.
Bir neçə gündən sonra Nəriman müəllim Bakıya qayıtdı. Onu görəndə tanımadım. Şairin məğrur qəddi əyilmiş, rəngi avazımışdı. O günlər və sonralar Nəriman müəllim öz dərdini, nisgilini bayatılar vasitəsilə göstərdi. Bu bayatılar nakam şəhidlərimizə, dərdli vətənimizə, xalqımıza bir ağı idi. Ancaq şairin bayatılarında da məğrurluq, ucalıq əks olunmuşdu. Dillər əzbəri olmuşdu bu bayatı.
Analara qurban olum,
Oğul doğurlar.
Oğullara qurban olum,
Şəhid olurlar...
- deyə şair xalqımızı dözümlüyə çağırdı. Kürsülərə sinə gərdi, alovlu nitqlər söylədi. Xalqı birliyə, bütövlüyə çağırdı şair. ümummilli liderimiz Heydər Əliyevi o vaxtlar müdafiə edənlərdən biri də o idi. Prezident Aparatının (indiki Prezident Administrasiyası) qarşısına ilk gələnlərdən və söz deyənlərdən oldu N.Həsənzadə.
Onun haqqında, poeziyası, onlarla kitabları barədə çox deyilib, çox yazılıb. Onu məhəbbət şairi, fikir şairi, bəşəri ideyalar şairi kimi zaman-zaman təqdim ediblər. Hamı da haqlıdır, N.Həsənzadə XX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biridir.
Şairin o illərdə qələmə aldığı “Qafqaz” şeiri (bunu poema da adlandırmaq olar) müasir dövrümüzdə siyasi lirikanın ən gözəl nümunəsidir. Burada onun yazdığı “Qoy bütün Şərq eşitsin” pyesi də oxucular və tamaşaçılar tərəfindən həmişə rəğbətlə qarşılanıb. Nəriman müəllim öz pyeslərini nəzmlə yazıb. S.Vurğundan sonra dram əsərlərini nəzmlə, yəni şeirlə yazan və uğur qazanan şair də N.Həsənzadədir. Onun pyeslərinin hamısı demək olar ki, tarixi əsərlərdir. “Atabəylər”, “Pompeyin Qafqaza yürüşü” pyeslərində uzaq tariximizin qəhrəmanlıq səhifələri novatorcasına verilib. Müəllif bu əsərlərində tarixi həqiqətlərə söykənərək, tarixdən külü yox, odu götürüb və ona bədii siqlət verib. Başqa sözlə, bu əsərlərdə milliliklə yoğrulmuş, bədii həqiqət tarixi həqiqəti təhrif etmir, əksinə, onu tamamlayır.
Mənə elə gəlir ki, N.Həsənzadə poeziyasında qızıl xətlə keçən qadın sevgisinə, qadın ülviyyətinə az-az şairin yaradıcılığında rast gəlmək olar.
Kimin ürəyində bir duyğu varsa,
Demək ürək səsi ötəri səsdir.
Məhəbbət dünyada yetim qalarsa,
Bir könül ağrısı bir əsrə bəsdir.
Son illər Nəriman müəllim çox məhsuldar işləyib. Lap gənclik ehtirası ilə bir-birinin ardınca şeir kitabları, “Tariximiz, taleyimiz” adlı toplu hazırlayıb nəşr etdirib. Bu kitabda şairin müxtəlif vaxtlarda yazdığı məqalələr, resenziyalar, düşüncələr toplanıb.
N.Həsənzadənin geniş fəaliyyətində tədqiqatçılıq, müəllimlik fəaliyyəti də mühüm yer tutur. Uzun illər BDU-da estetikadan mühazirələr oxuyub. Neçə illərdir o akademik Arif Paşayevin rəhbərlik etdiyi Milli Aviasiya Akademiyasında humanitar fənlər kafedrasına başçılıq edir.
Nəriman müəllim çox ağır və olduqca mürəkkəb tədqiqatın nəticəsi olan “Kulturologiya” dərsliyini yazıb nəşr etdirib. Kulturologiya elmi bu gün dünyada aparıcı elm sahələrindən biridir. Yeri gəlmişkən deyək ki, kulturologiya təkcə mədəniyyəti, incəsənəti deyil, bütövlükdə ictimai-siyasi həyatın bütün sahələrini, bir sözlə, insan fəaliyyətini əhatə edir. Nəriman müəllim bu sahədəki boşluğu özünəməxsus tərzdə doldurmağa çalışıb və müvəffəq olub. Bu kitabın üstün cəhəti ondadır ki, müəllif onu dünya mədəniyyəti kontekstində yazıb, Azərbaycan mədəniyyətini Şərq və Qərb mədəniyyətinin ayrılmaz hissəsi kimi verib. öz kitabını Nəriman müəllim böyük alim, akademik Arif Mir Calal oğlu Paşayevə ithaf edib.
Şair 7 cildlik əsərləri külliyyatını nəşrə hazırlayıb. Artıq birinci cild oxucuların ixtiyarına verilib. Mübaliğəsiz deyə bilərik ki, bu cildlərdən hər biri ədəbi bir hadisə olacaq.
Son illərdə Nəriman müəllim bir-birinin ardınca “Poylu - beşiyim mənim”, “Nizami”, “Nuru Paşa” adlı poema əsərləri yazıb nəşr etdirib.
Şairin “Nizami” poeması da maraqlı, yeni süjet xətti ilə seçilir. Poema müasir ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsi, professor Nizami Cəfərova həsr olunub. Müəllif özü bu barədə belə deyir: “Bu əsərin maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyindən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub”.
Əsərdə tez-tez şairlər şahı Nizami Gəncəvi yad edilir, o böyük dahinin bu gündə xalqı ilə olması fəxrlə söylənilir. Poemanın sonluğu da bu mənada çox uğurlu alınmışdır.
...Şair Nizamimiz yaşayır oğlum,
yaşasın tənqidçi Nizamimiz də.
Şair bu yaxınlarda bu siyahını bir qədər də zənginləşdirdi. “Nuru Paşa” poeması Azərbaycanın müstəqilliyi dövründə yazıldı. Müstəqilliyimizin qazanılmasında canları hesabına fədakarlıq göstərmiş hər kəs bizimçün və tariximizçün müqəddəs sayılmalıdır. Belə tarixi şəxsiyyətlərdən biri də ötən əsrin əvvəllərində Qafqaz İslam Ordusunun Komandanı, Osmanlı Ordusunun general-leytenantı Nuru Paşa olub. 1918-ci ilin sentyabrında Bakının rus-erməni, menşevik və bolşevik ünsürlərindən təmizlənməsində və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsini silah gücünə həyata keçirilməsində Nuru Paşanın fədakarlığı və qəhrəmanlığı ölçüyə gəlməzdir.
Bu poemanın yaranması demək olar ki, mənim gözlərim qarşısında olub. Müəllif bu ilin mart ayında “Nuru Paşa” şeirinin əlyazmasını mənə oxudu. çox xoşuma gəldi. Mətbuata verməsini məsləhət bildim. Bir neçə gündən sonra “Azərbaycan” qəzetində bu şeir dərc olundu. Şeir çox uğur qazandı. Müəllifə arası kəsilməyən zənglər gəldi. Sonra “Nuru Paşa” Türkiyənin qəzet və jurnallarında dərc olundu. Bu əsər Türkiyədə də geniş rezonans doğurdu. Nəriman müəllim bu şeiri çox sürətlə bir daha ətə-qana doldurub poemaya çevirdi. Poema da şeir qədər uğurlu və daha əhatəli, daha samballı alında. Poemada Osmanlı türklərinin Azərbaycanlı türklərinə həmişə dayaq, arxa olduqları çox səmimi boyalarla verilirdi. Bu dəyanətin XX əsr boyu bariz nümunələri Nəriman qələmi ilə obrazlı şəkildə tərənnüm olunurdu. Belə dəyərli əsərin kitab halında çoxminli oxucuların ixtiyarına vermək lazım gəlirdi. Şair buna da nail oldu.
Poema dərin vətəndaşlıq ehtirası ilə yazılıb.
Nuru Paşa at belində,
Türkiyədən,
Karsdan gəlir.
“Azərbaycan” deyə-deyə,
yaralanmış
aslan gəlir.
Erməninin xəyanəti -
rusdan gəlir...
Nə gəlirsə, xeyir ya şər -
əzəl-axır xalqa dəyir.
Mənim xalqım! Nuru Paşa
Arxasıza arxa gəlir.
Poemanın hər misrası özünün məna zənginliyi, ifadə yeniliyi və obrazlığı ilə oxucunu cəlb eyləyir. Bu əsər Azərbaycanlı şairinin Türk sərkərdəsinə layiqli abidəsi kimi tarixdə əbədi yaşayacaq. Poema türkcəyə də çevrilmişdir və kitabda poema həm azərbaycanca, həm də türkcə verilib.
Yenə deyirəm, N.Həsənzadə yaradıcılığı haqqında çox deyilib və bundan sonra da deyiləcək.
Əziz dostumun lirik dünyası, təfəkkür asimanı ümmandır və heç vaxt tükənən deyil.
Mənsə, bu gözəl, böyük şairdən bir
insan kimi söhbət açdım. Təbii ki, onun haqqında mən günlərlə danışa bilərəm.
Sadəcə şair dostuma deyirəm: Nəriman müəllim, 80-90 nədir ki... Sənin bəşəri poeziyan min illər boyu Azərbaycan poeziya kəhkəşanında ən parlaq ulduzlardan biri olacaq.
MUSA QULUZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, tarix elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü


 
  • Oxunub:  17010  |  
  • Tarix:  18-09-2010  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23