
Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan AzərTAc-a bildiriblər ki, Bişkekdə rus dilində 5 min tirajla nəşr olunmuş, 500 səhifədən ibarət kitabın tərtibatçıları Nüsrət Məmmədov və Cumadin Kadırovdur. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Qənirə Paşayeva, Əhməd Hüseynov, Qafar Əliyev, Füzuli Nəcəfov, Mirəkbər Həsənov, Şakir Həsənov, baş redaktoru professor Aqil Hacıyevdir. Kitab general-mayor Həsən Şirinovun Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Sönməz ulduzdur - Heydər Əliyev” şeiri ilə açılır. Şeiri rus dilinə tanınmış qırğız şairi Mukan Asanaliyev tərcümə edib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrdə müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına, ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətə geniş yer verilib. Oxucular ikicildlikdən, həmçinin, Azərbaycanın tarixi, mədəniyyəti və diaspor təşkilatlarımız haqqında maraqlı məlumatları oxuya biləcəklər. Xalqımızın tarixi düşmənləri tərəfindən Azərbaycanın başına gətirilən faciələri özündə əks etdirən tarixi faktlarla zəngin olan bu kitab dəyərli məlumat mənbəyidir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş kitabın Qırğızıstan, Qazaxıstan və özbəkistanda pulsuz yayılması nəzərdə tutulur.
- Oxunub: 18180 |
- Tarix: 29-12-2010 |
-
Çap et |