Ana səhifə »  Mədəniyyət »  Musa Urudun "Uruda iki səfər" kitabının təqdimatı keçirilib
A+   Yenilə  A-
Musa Urudun "Uruda iki səfər" kitabının təqdimatı keçirilib
Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda millət vəkili, şair Musa Urudun Qarabağ problemindən bəhs edən “Uruda iki səfər” adlı kitabının təqdimatı keçirilib. AYB-nin gənclər üzrə katibi Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq günümüzün ədəbi tələblərindən danışıb. Onun sözlərinə görə, bir neçə əsrdir ki, xalqımızın baş bəlasına çevrilən erməni təcavüzü və vandalizminin bədii ədəbiyyatda öz əksini tapması çox vacib bir məsələdir.
Rəşad Məcid deyib ki, bununla bağlı bəzi əsərlər işıq üzü görsə də, reallığı və tarixi faktları əks etdirən, bütün həqiqəti çılpaqlığı ilə ortaya qoyan əsərlərin sayı azdır. Belə əsərlərdən biri də Musa Urudun “Uruda iki səfər” əsəridir.
Tədbirdə çıxış edən millət vəkilləri Məlahət İbrahimqızı, Azay Quliyev və başqaları əsərin məhz bu məziyyətlərinə diqqət çəkiblər. Onlar vurğulayıblar ki, hər bir yaranan ədəbiyyat nümunəsi həm də ekran əsəri üçün mövzu olur. Bu mənada  Musa Urudun  “Uruda iki səfər” əsərinin ekranlaşdırılması çox vacibdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında Musa Urudun poeziyaya gəlişini xatırlayıb və söyləyib ki, bu gəliş ritorikasız, hay-küysüz olub: “Onun ötən əsrin 90-cı illərində siyasətə gəlişi də ədəbiyyata gəlişi kimi hay-küysüz  olub. Amma Musa Urudun istər poeziyada, istərsə də siyasətdə öz çəkisi var”.
“Uruda iki səfər” kitabı haqqında danışan Hikmət Babaoğlu haqlı olaraq əsəri Azərbaycanın  qədim torpaqları haqqında tarixi sənəd kimi dəyərləndirib: “Musa Urud Ukraynanın Saki şəhərinə xitabən yazdığı şeirdə deyir:
Sən itin dilini öyrəndin,
Qurdun dilini öyrənmədin
Mən hesab edirəm ki, bu böyük mənada tarixi yaddaşa söykənən bir giley idi. Eyni zamanda, bizə tarixi istiqamət verirdi. Krımdan tutmuş Şəkiyə qədər toponimlərimizin eyniliyi və onların arasındakı mənəvi və tarixi bağlılıq tarixi kimliyimizdən, həmçinin, bəşər tarixindəki yerimizdən xəbər verir.  Bu mənada Musa Urudun “Uruda iki səfər” əsəri tarixi oçerk kimi bu tarixi bağlılığı özündə əks etdirir, oxucuya həqiqətlərimizi çatdırmaqla yanaşı, bir insanın yaşantıları timsalında böyük bir xalqın yaşadığı faciələri açıb danışır.  Musa müəllimin əsərlərində Yusif Vəzir çəmənzəminlinin romanları içərisindəki tarixi istiqaməti görməmək mümkün deyil. Tariximizin əsərlərə köçməsi bu günümüz və gələcəyimiz üçün çox vacibdir və mən hesab edirəm ki, Musa Urudun bu əsəri günün reallığına cavab verən bir əsərdir”.
Daha sonra şair-tərcüməçi Səlim Babullaoğlu, tənqidçi Vaqif Yusifli və digərləri danışaraq əsərin tarixi məziyyətlərini açıqlayıblar. Tədbir iştirakçıları onu da vurğulayıblar ki, Musa Urudun “Uruda iki səfər” əsəri kino xadimlərimizin də diqqətini çəkəcək XX əsrin Qarabağ savaşı tarixində yaranmış ən real əsərdir.
Qeyd edək ki, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdundan didərgin düşən sadə insanların vətən həsrətindən bəhs edən “Uruda iki səfər” kitabı üç dildə - Azərbaycan, ingilis və fransız dillərində nəşr edilib.
İki hissədən ibarət olan kitabda Zəngəzur mahalından və qədim yurdumuz İrəvandan söhbət açılır.  Ermənistanın  işğalı altında olan torpaqlarımıza yolçuluq zamanı müəllifin keçirdiyi hisslər, görüşdüyü insanlar və nəhayət ata ocağına sahib çıxmış sadə erməni qocası ilə görüşündən bəhs edilir. Həyata göz açdığı yurddan, doğma torpağından qoparılmış müəllifin ağrı-acısı çox böyük bəşəri bir duyğunu ifadə edir-insan heç bir halda və heç bir zaman diskriminasiyaya məruz qalmamalı, deportasiya olunmamalı, insan insanı qətlə yetirməməlidir.
KƏBUTƏR

 
  • Oxunub:  19080  |  
  • Tarix:  22-04-2011  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib

22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
22 Avqust 16:09
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
22 Avqust 12:35
Pakistanlı astronavt Namirə Səlim: Kosmos diplomatiyası dünyaya sülh gətirəcək
22 Avqust 12:31
Ermənistanda əsgər valideynləri müdafiə nazirliyi qarşısında etiraz aksiyası keçiriblər
22 Avqust 12:17
Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib
22 Avqust 12:15
UEFA Avropa Liqasına pley-off mərhələsinə 21 qarşılaşma ilə start veriləcək
22 Avqust 12:10
Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub
22 Avqust 11:47
Əlilliyi olan şəxslərin özünüməşğulluğuna dəstək məqsədilə aparılan işlərin təqdimatı olub
22 Avqust 11:23
Dövlət Sərhəd Xidmətinin 100 illiyinə həsr olunan markalar dövriyyəyə buraxılıb
22 Avqust 11:14
Bu gün “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayır
22 Avqust 11:12
“Kənddən Şəhərə” yarmarkası davam edir
22 Avqust 10:59
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş təyyarəsinin qəzaya uğrama səbəbi müəyyən edilib
22 Avqust 10:32
“Vətən bizə əmanətdir” yay istirahət düşərgəsinə 100 nəfər yeniyetmə və gənc cəlb olunub
22 Avqust 10:24
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 20 dəfə pozub
22 Avqust 09:42
Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi prosesə çevrilib
22 Avqust 09:30
Şeyxülislam Allahşükür Paşazadə: xüsusi missiyası olan ali dini lider, böyük maarifçi vətənpərvər, nüfuzlu ictimai xadim
22 Avqust 09:24
Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış tələbələrlə görüş
22 Avqust 09:22
BDU-nun 100 illiyi münasibətilə “Riyaziyyat və onun tətbiqləri” Beynəlxalq Avrasiya Konfransı keçiriləcək
22 Avqust 09:19
Əli Kərimli şəhid pilotumuzun dəfn mərasimini siyasi avantüra vasitəsinə çevirməyə çalışıb
22 Avqust 09:17
Nəsimi rayonunda “Mərhəmət və Xeyriyyəçilik həftəsi” keçirilir
22 Avqust 09:10
2019-cu ildə regionlarda 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib
21 Avqust 19:46
“OPEC+” formatı: Azərbaycanın enerji siyasətinin növbəti uğuru
21 Avqust 18:47
Prezident İlham Əliyev XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif edib
21 Avqust 17:57
Abşeronda kombi istehsalı zavodu fəaliyyətə başlayıb
21 Avqust 17:51
Lənkəran və Masallıda "Məzhəbçilik-dini təhlükəsizliyə təhdid kimi" mövzusunda seminar-müşavirələr keçirilib
21 Avqust 17:35
Siyavuş Novruzov: Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsində Mehriban xanım Əliyevanın xidmətləri böyükdür
21 Avqust 17:31
Ekspert: Təqaüdçülərin sosial durumunun, həyat şəraitinin yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzindədir
21 Avqust 17:29
Xoşbəxt Yusifzadə: Yeni yataqlarımızın uğurla işlənilməsi neft gəlirlərinin qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır
21 Avqust 17:00
Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul edib
21 Avqust 16:57
"Böyük Avrasiya": "sabitsizlik qövsü" və yeni təhlükəsizlik sistemi
21 Avqust 16:41
Əli Əhmədov: Müxalifətin pilotun həlak olmasından siyasi dividend qazanmağa çalışması insanlığa yaraşmayan hərəkətdir
21 Avqust 16:08
Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər
21 Avqust 15:59
Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatı “Tokio 2020”yə lisenziya xarakteri daşıyacaq
21 Avqust 15:36
Gəncədə kurqanlardan ibarət arxeoloji park yaradılacaq
21 Avqust 15:04
Daşkəsən rayon icra hakimiyyətinin başçısı səyyar görüş keçirib
21 Avqust 14:59
Azərbaycandan İspaniyaya ixracın dəyərində 189 milyon dollarlıq artım var
21 Avqust 14:34
Hikmət Babaoğlu: “Əli Kərimlinin bu addımı siyasi mənəviyyatsızlıq və məsuliyyətsizlikdir”
21 Avqust 14:29
“Azərsu” ASC-nin sədr müavinləri Şəmkir və Tovuzda vətəndaşları qəbul edib
21 Avqust 14:05
Ukraynada “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
21 Avqust 14:02
İstanbulda Azərbaycan və Türkiyə həmkarlar ittifaqları konfederasiyalarının birgə iclası keçirilib
21 Avqust 13:55
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
21 Avqust 13:54
“Tarixi şəxsiyyətlər” jurnalının növbəti nömrəsi Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyinə həsr olunub
21 Avqust 13:43
Bəhruz Quliyev: “Dəfn mərasimini siyasiləşdirmək cəhdi böyük ədəbsizlikdir”
21 Avqust 13:39
Sahib Məmmədov: Prokurorluq orqanlarına qulluğa qəbul prosesi şəffaf və ədalətli qaydada həyata keçirilir
21 Avqust 13:08
Naxçıvanda sağlamlıq imkanları məhdud şəxslərə qulluq edənlər üçün Prezident təqaüdünün ödənilməsinə başlanılıb
21 Avqust 12:51
Bakıda “Şeyxülislam Allahşükür Paşazadə - 70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda tədbir keçiriləcək
21 Avqust 12:44
Şahmatçımız Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə heç-heçə edib
21 Avqust 12:33
Prokurorluq orqanlarına qulluğa qəbulla əlaqədar müsabiqənin yazılı imtahan mərhələsi keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24