Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mədəniyyət / Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olacaq

Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olacaq

05.07.2023 [13:03]

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziliyalı musiqiçi Mario Bakunanın konserti olacaq.

Auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.

Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallar və böyük səhnələrdə uğurla çıxış edib.

O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə yadda qalan caz ifaçılarındandır.

Bakı konsertində onunla səhnəni elektro gitarada Felippe Oliveyra (Felippe Oliveira), bas gitarada Ueyn Metyuz (Wayne Matthews), zərb alətlərində isə Uçço Qaeta (Uccio Gaeta) paylaşacaq.

Mario Bakunanın konsertinə biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

Paylaş:
Baxılıb: 441 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31