Ana səhifə »  Müəlliflər »  AXCP isterika vəziyyətindədir
A+   Yenilə  A-
AXCP isterika vəziyyətindədir
Yazdı: Nurlan Qələndərli

Əli Kərimlinin diktaturası altında fəaliyyət göstərən bu partiya öz üzvləri ilə yanaşı, cəmiyyət nümayəndələrinə qarşı da qeyri-etik, mənəvi terrora söykənən davranışlara yol verir
Məlumdur ki, ölkəmizdə radikal müxalifət düşərgəsində hər zaman ayrı-ayrı qruplar, xüsusilə də siyasi partiyalar daxilində ən müxtəlif ziddiyyətlər və kataklizmlər müşahidə edilib. Eyni zamanda, özlərini “ana müxalifət” kimi xarakterizə edən, amma əslində, anti-Azərbaycan dairələrin siyasi təsir və təzyiq aləti qismində çıxış edən AXCP və “Müsavat” daxilindəki gərgin situasiya, hökm sürən mənəvi terror bu düşərgənin reallıqlarını əks etdirib. Məhz bunun qanunauyğun nəticəsidir ki, son zamanlar bəhs olunan partiyalardan istefalar mütəmadi xarakter alıb.
Hər halda uğursuzluqlar simvoluna çevrilmiş AXCP-də hökm sürən mövcud durum da deyilənləri təsdiqləyir. Əli Kərimlinin diktaturası altında fəaliyyət göstərən partiyada mürəkkəb daxili vəziyyətdən, mənəvi terrordan əziyyət çəkən, eləcə də partiya rəhbərliyinin antimilli əməllərinə etiraz edən AXCP üzvləri çarəni bu radikal qurumdan uzaqlaşmaqda görürlər.
Partiyanın sıralarını tərk edənlər bildirirlər ki, radikal və ekstremist təfəkkürlü Əli Kərimlinin bu quruma rəhbərlik etməsindən sonra yaranmış diktatura mühiti AXCP-nin ciddi itkilərə məruz qalmasını şərtləndirib. Dolayısıyla, Əli Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması, həmçinin, dövlətçilik əleyhinə davranışlar sərgiləməsi AXCP daxilindəki antaqonist ziddiyyətlər və qarşıdurma meyillərini daha da şiddətləndirib. Nəticədə də siyasi yararsızlıq və uğursuzluq simvoluna çevrilmiş AXCP-də istefalar adi hala dönüb.
Şübhəsiz, bütün bu neqativ tendensiyalar, öz növbəsində, partiya daxilindəki xaosu dərinləşdirib. Artıq AXCP daxilindəki ziddiyyətlər qurultay çağırışlarını aktuallaşdırıb. Əli Kərimli hər vəchlə diktaturasını davam etdirməyə çalışsa da, partiya daxilindəki bəzi qüvvələr sədrlik postuna yönəlik yeni planlar həyata keçirmək niyyətindədirlər. Bu, AXCP daxilində qruplaşmaların mübarizəsi kimi səciyyələndirilir. Başqa sözlə, qarşıdurmanın tərəfləri korporativ maraqlar naminə partiya daxilində kəskin mübarizə aparırlar.
Hazırkı reallıqlar onu göstərir ki, AXCP qarşıdakı müddətdə ciddi kataklizmlər, hətta parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Hər halda görünən odur ki, “Milli şura” adlı qondarma qurum digər radikal ünsürlər kimi AXCP-nin də sonuncu siyasi dayanacağı oldu. Və Ə.Kərimlinin rəhbərlik etdiyi bu antimilli partiyanı acı tale gözləyir. Elə AXCP sədri də bunun fərqindədir. Ona görə də Ə.Kərimli partiya daxilindəki rəqiblərinə qarşı ənənəvi repressiv metodlarla yeni “tədbirlər” həyata keçirmək niyyətindədir.
Onu da vurğulamaq lazımdır ki, Azərbaycan ictimaiyyəti AXCP-nin antimilli və milli maraqlara zidd fəaliyyətini ciddi tənqid və qınaq obyektinə çevirir. Bu hal yeni deyil və bu barədə çoxsaylı fikirlər səsləndirilib. Yeri gəlmişkən, bir müddət öncə mülkünü AXCP-yə icarəyə verən, bu ilin mart ayında partlayışdan sonra mülkü sökülən iş adamı Azər Əsgərov KİV-ə açıqlamasında Əli Kərimlinin sədrlik etdiyi partiyanın təmsilçilərinin onu “facebook”da təhqir etdiklərini deyib. Ona qarşı hücum təşkil edənlərin bir mərkəzdən idarə olunduğunu deyən A. Əsgərov sosial şəbəkələrdə özünə qarşı yönəlmiş təhqiramiz ifadələrdən Əli Kərimlinin də xəbəri olduğunu bildirib: “Mənə “Əli Kərimlidən yazsan, səni öldürərik, döyərik” kimi sözlər yazırlar. Məni təhdid edirlər”.
A.Əsgərov Əli Kərimlinin xarici fondlardan pul aldığını da söyləyib: “Sən o boyda partiyanı hansı pulla saxlayırsan? Elçibəyin vaxtında cəmi 11 ay onun köməkçisi olub. 11 ayda yığdıqlarını 21 ildə yeyib qurtara bilmir. Mətbuatda qohumlarının 8 milyondan çox pulu banklardan çıxartdığı xəbəri yayılmışdı. Görünür, yazılanların hamısı doğrudur. Mənə satqın deyirlər. Mən “cəbhəçi” deyiləm satılam. Mən öz hüququmu tələb edirəm. Əsl satqın sənsən. Xaricdən aldığın pulların sayı-hesabı yoxdur. Sən sabah hakimiyyətə gəlsən, pul aldığın təşkilatların sözü ilə oturub-duracaqsan. Səndən nə prezident olacaq? O qədər işçin, mühafizəçilərin var. Onlara aylıq maaşı hansı pulla verirsən? Bir də maaş verdiyin adamların sosial müdafiə pullarını ödəmirsən. Bu haqda məndə məlumat var. Vergidən yayınırsan. Hakimiyyəti ittiham edirsən. Bəs sən Londondakı villanı hansı pulla almısan? Əli Kərimlinin Bakının hər nöqtəsində mülkləri var. Mən araşdırmışam, bu haqda dəqiq məlumatlara sahibəm... Hamı sənin beynəlxalq təşkilatlardan milyonlarla qrant aldığını bilir”.
A.Əsgərov Əli Kərimlinin şəxsi maraqların girovuna çevrildiyini nəzərdə tutaraq deyib: “Bu, necə adamdır? Ancaq öz cibinə işləyir, öz ambisiyalarını düşünür. Camaatın cavan uşaqlarını pis yola çəkib tutdurur. İş çətinə düşən kimi evindən çölə çıxmır. Öz oğlunu isə Londonda oxutdurur”.
Göründüyü kimi, AXCP isterika vəziyyətindədir və öz üzvləri ilə yanaşı, cəmiyyət nümayəndələrinə qarşı da qeyri-etik, mənəvi terrora söykənən davranışlara yol verir.

 
  • Oxunub:  19230  |  
  • Tarix:  15-11-2014  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA