Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikalların növbəti seçki şousu

Radikalların növbəti seçki şousu

07.01.2015 [09:42]

Pərviz Sadayoğlu

Yaxud, gücü, elektoratı, tərəfdarı olmayan dağıdıcı düşərgə təmsilçilərinin 2015-ci il arzuları elə arzu olaraq qalacaq
Öz antimilli fəaliyyəti ilə tanınan radikal müxalifət düşərgəsinin təmsilçiləri növbəti dəfə məntiqsiz müzakirələrlə baş qatmağa, özlərini “böyük siyasətin içində” kimi qələmə verməyə çalışırlar. Belə ki, hətta bələdiyyə seçkilərində iştirak etmək üçün namizəd tapa bilməyən radikal müxalifət partiyaları 2015-ci ilin ilk günündən bu ilin sonunda keçiriləcək parlament seçkiləri ilə bağlı “müzakirələr” açmaqdadırlar. Daha dəqiq desək, bir müddət öncəyə qədər sosial şəbəkələrdə qarşılıqlı olaraq bir-birlərinə qarşı küçə jarqonlarından istifadə edən AXCP-nin və Müsavat Partiyasının təmsilçiləri yenidən seçkilərlə bağlı “anonslar” verməyə başlayırlar.
Bu məqamda vurğulamaq lazımdır ki, bir müddət öncə Xalq Partiyasının sədri Pənah Hüseynin ortaya atdığı yeni birlik ideyası AXCP tərəfindən rədd edilmişdi. AXCP sədri Əli Kərimli dolayısı ilə bundan sonra Müsavat Partiyası ilə “birlik” yaratmayacağını bəyan edib. Digər tərəfdən, o, öz partiyasından və qondarma “Milli şura”dan başqa heç bir “qüvvəni” müxalifət hesab etmədiyini bir daha dilə gətirib, keçmiş müttəfiqlərini aşağılayıb.
Bunun qarşılığında isə Müsavat Partiyasının təmsilçiləri AXCP ilə müttəfiqlikdə maraqlı olmadıqlarını dilə gətiriblər. Məsələn, Müsavat Partiyasının sədr müavini Osman Kazımov başqa partiyalardan fərqli olaraq “yollarını dəyişmədiklərini” qeyd edib.
Ə.Kərimlinin “əsl müxalifət mənəm” iddiasına cavab verən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə deyib ki, müxalifətin təftişi və kiminsə tərəfindən süni olaraq təsnifatlaşdırılması etik baxımdan doğru deyil. Ə.Əliyev bildirib ki, “Milli şura”nın iştirakı olmadan da müxalifət partiyaları seçkiyə gedə bilər və burada perspektivsiz heç nə yoxdur. Onun fikrincə, artıq müxalifət partiyaları arasında sosial baza, strukturlaşma və təsir baxımdan ciddi fərqlər yoxdur: “Son iki mitinq göstərdi ki, nə “Milli şura”, nə də “Müsavat” digər qüvvələrdən önə çıxmayıblar. Odur ki, kimlərsə “mənsiz olmaz” tezisini irəli sürürlərsə, yenə də yanlışlığa yol verirlər. Çünki onlar 2000-ci ildə qalıblar və inkişaf etməyiblər”.
Bütün bunların fonunda radikal düşərgənin illərdən bəri nifrətə köklənmiş bu iki partiyasının keçdiyi yola nəzər saldıqda bir həqiqət meydana çıxır. Belə ki, bu partiyaların maraqlı xarici qüvvələr tərəfindən idarə olunması heç kimə sirr deyil. Yəni, lazım olduğu anda bu partiyaların kiminlə birləşməsi və ya ayrılması heç də deyildiyi kimi “müxalifətin birliyi naminə” atılmış addım deyil, əksinə, xaricdən verilmiş sifarişdir. Çünki AXCP sədri Əli Kərimlinin antidövlət, antimillət siyasəti yürütməyə çalışması, hər bir addımında ölkənin imicinə zərbə endirmək istəyi və bir sıra maraqlı xarici qüvvələrin əmrləri əsasında hərəkət etməsi artıq cəmiyyətdə öz təsdiqini tapıb. Bunu elə düşərgə təmsilçilərinin özləri təsdiq edirlər.
Xarici əmrləri həvəslə gözləyən radikal müxalifət partiyalarından biri də elə AXCP-nin keçmiş “müttəfiqi” Müsavat Partiyasıdır. Amma bu partiya hələlik daxili problemlərindən “yaxa qurtarmağa” çalışır. Bununla belə, Arif Hacılının əli ilə xarici ermənipərəst dairələrin pulunu yenidən “Müsavat”a yönləndirmək istəyən İ.Qəmbər bu yolda hətta Ə.Kərimli ilə yenidən “müttəfiq” olmağa belə hazırdır. Məhz buna görə də, ümumiyyətlə, heç bir addımla seçkiyə qatılmaq haqqı qazanmayan partiyalar, növbəti dəfə, guya “birlik” pərdəsi altında öz korporativ maraqları uğrunda mübarizə aparırlar. Amma bu oyunun tərkibində yer alanlar hər zaman olduğu kimi bu dəfə də yalnız xalqın nifrətini qazana bilərlər.

Paylaş:
Baxılıb: 1049 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30