Radikal müxalifət anti-Azərbaycan ruhundan əl çəkmir
10.01.2015 [11:06]
Pərviz Sadayoğlu

Dövlətin əldə etdiyi nailiyyətlər düşərgə təmsilçiləri tərəfindən qısqanclıqla qarşılanır
Müxtəlif spekulyativ oyunlarla, müəyyən manevrlərlə siyasi palitrada qalmağa çalışan radikal müxalifət partiyalarının rəhbərləri özlərini “xilas etmək” və ya yenidən maraqlı xarici qüvvələrin diqqətini cəlb etmək üçün fərqli yollara əl atırlar. Azərbaycanın dövlət, millət mənafeyini heçə sayan, yalnız korporativ maraqlarını düşünən, özünü “siyasətçi” adlandıran düşərgə təmsilçiləri üçün yalan danışmaq, ölkənin imicinə, ölkə daxilindəki iqtisadi-siyasi sabitliyə ləkə yaxmağa çalışmaq “adi bir işdir”.
Bu gün beynəlxalq aləm Azərbaycan dövlətini Cənubi Qafqaz regionunun əsas aktoru qismində qəbul edir. Azərbaycan böyük bir coğrafiyanın ən yüksək iqtisadi inkişafa malik ölkəsi olmaqla yanaşı, bu regionun əsas sabitlik adasıdır. İqtisadi inkişafa, siyasi sabitliyə, sosial dayanıqlılığa isə Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində nail olunub. 23 illik müstəqillik dövründə Azərbaycanın qət etdiyi yola nəzər saldıqda ölkəmizin istər siyasi, istərsə də iqtisadi uğurlarını görməmək mümkün deyil. İldən-ilə dəyişən, inkişaf edən Azərbaycanda sosial infrastrukturların yeniləşdirilməsi, müasir üsluba malik binaların tikilməsi, o cümlədən, bu işlərin paytaxtla yanaşı regionlarda da aparılması ölkəmizin simasını əsaslı şəkildə dəyişib. Digər tərəfdən, Azərbaycan vətəndaşı artıq öz dövlətinin sosial təminatı altındadır və ölkədə gedən inkişaf prosesi vətəndaşların sosial rifahının da yüksəlməsinə əsaslı dərəcədə təsir göstərir.
Amma gəlin baxaq, ötən illər ərzində dəyişən dünyanın, inkişaf edən Azərbaycanın fonunda radikal müxalifət düşərgəsinin heç olmasa təfəkkürü və ya danışdıqları yalanların motivləri dəyişibmi? İllərdir ki, anti-azərbaycançı mərkəzlərin əlində oyuncağa çevrilən, Azərbaycana qarşı hazırlanan planlarda ön sıralarda səf tutan, öz korporativ maraqlarına görə dövlət və xalq mənafeyinə qarşı dayanmağı özünə peşə seçən radikal düşərgə yenə də öz köhnə “havasını” çalmaqdadır.
Özünü radikal düşərgənin “əsas”, “ana” və başqa təşbehlərlə bəzədiyi müxalifəti adlandıran Müsavat Parityası və AXCP daxili siyasi palitrada varlıqlarını sübut etmək üçün 20 illik məğlubiyyət səbəblərini min bir yerə yozmağa cəhd göstərir, hətta dövlətə qarşı çirkin kampaniya aparmaqdan çəkinmirlər. Daşa dönmüş təfəkkürünün əsirinə çevrilən bu partiyalar və həmin partiyaların rəhbərləri özləri də dərk edirlər ik, danışdıqları yalanlarla kimisə aldada bilməyəcəklər. İllərdir ki, fərqli antimilli dairələrin əmrləri ilə oturub-duran, həmin mərkəzlərin sifarişlərini həyata keçirən, hələ də hakimiyyətə gəlməyin yollarını 1992-ci ildə olduğu kimi qarşıdurmalarda axtaran, siyasi mübarizə mədəniyyətini əxz edə bilməyən bu insanlar üçün bir amal var-şəxsi mənfəət. Məhz bu amalın arxasınca düşən radikal düşərgə, sadəcə seçkilər dövründə özünü fəal göstərməyə çalışır və sonradan xalqdan “payını” alaraq kabinetinə qapanır.
Bəli, gündə bir simaya düşən radikal düşərgə artıq siyasi palitradan çıxmaqda olduğunu görür. Onların maraqlı xarici qrupların sifarişi ilə Azərbaycana qarşı olan planların aləti qismində çıxış etməsi isə Azərbaycan cəmiyyətinə bəllidir. Azərbaycan xalqı artıq illərdir ki, kimin kim, kimin məqsədinin də nə olduğunu bilir və hər kəsi öz kimliyinə, məqsədinə görə dəyərləndirir. Seçkilər bunun əsl sübutudur. Bu insanlar müstəqilliyimizin bütün dönəmlərində Azərbaycan dövlətçiliyinə qarşı hücumlar həyata keçirməkdən usanmayıblar. Bu “fəaliyyətləri” zamanı isə onların istinad mərkəzi birmənalı şəkildə ermənipərəst dairələr olub. Bu gün də analoji ünvanların xidmətini həyata keçirənlərin dəyişməsi isə inandırıcı deyil.
Müəllifin digər məqalələri:
Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...
Məlum olduğu kimi, bu gün...
02.06.2021 [08:56]
Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur
İşğaldan azad olunmuş torpaqlarımızın...
28.05.2021 [10:07]
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
09 Oktyabr 13:26

YAP xəbərləri
09 Oktyabr 12:52

YAP xəbərləri
09 Oktyabr 12:42

Gündəm
09 Oktyabr 11:59

Gündəm
09 Oktyabr 11:52

YAP xəbərləri
09 Oktyabr 11:51

Gündəm
09 Oktyabr 11:35

Siyasət
09 Oktyabr 11:16

Gündəm
09 Oktyabr 11:05

Sosial
09 Oktyabr 11:02

Siyasət
09 Oktyabr 10:57

İqtisadiyyat
09 Oktyabr 10:31

İqtisadiyyat
09 Oktyabr 10:14

MEDİA
09 Oktyabr 09:56

Analitik
09 Oktyabr 09:42

Analitik
09 Oktyabr 09:23

Yeni texnologiyalar
09 Oktyabr 08:45

Sosial
09 Oktyabr 08:20

Siyasət
09 Oktyabr 08:10
YAP xəbərləri
09 Oktyabr 00:10

Dünya
08 Oktyabr 23:39

YAP xəbərləri
08 Oktyabr 23:17

İqtisadiyyat
08 Oktyabr 22:58

İdman
08 Oktyabr 22:41

YAP xəbərləri
08 Oktyabr 22:25

Siyasət
08 Oktyabr 22:19

YAP xəbərləri
08 Oktyabr 22:12

Dünya
08 Oktyabr 21:54

Gündəm
08 Oktyabr 21:46

YAP xəbərləri
08 Oktyabr 21:45

YAP xəbərləri
08 Oktyabr 21:34
08 Oktyabr 21:25

Dünya
08 Oktyabr 21:13

İdman
08 Oktyabr 20:58

YAP xəbərləri
08 Oktyabr 20:33

İqtisadiyyat
08 Oktyabr 20:26

Xəbər lenti
08 Oktyabr 20:21

YAP xəbərləri
08 Oktyabr 20:10

YAP xəbərləri
08 Oktyabr 20:02

Xəbər lenti
08 Oktyabr 19:54

YAP xəbərləri
08 Oktyabr 19:40

Sosial
08 Oktyabr 19:34

YAP xəbərləri
08 Oktyabr 19:12

YAP xəbərləri
08 Oktyabr 19:08

YAP xəbərləri
08 Oktyabr 18:29

YAP xəbərləri
08 Oktyabr 18:19

Sosial
08 Oktyabr 18:09

YAP xəbərləri
08 Oktyabr 18:08

YAP xəbərləri
08 Oktyabr 18:06

YAP xəbərləri
08 Oktyabr 17:50

YAP xəbərləri
08 Oktyabr 17:23

Siyasət
08 Oktyabr 17:16

Sosial
08 Oktyabr 17:03

YAP xəbərləri
08 Oktyabr 17:01

YAP xəbərləri
08 Oktyabr 17:00

YAP xəbərləri
08 Oktyabr 16:59

YAP xəbərləri
08 Oktyabr 16:23

YAP xəbərləri
08 Oktyabr 16:14

YAP xəbərləri
08 Oktyabr 16:01

YAP xəbərləri
08 Oktyabr 15:57

YAP xəbərləri
08 Oktyabr 15:56

YAP xəbərləri
08 Oktyabr 15:29

YAP xəbərləri
08 Oktyabr 15:21

Siyasət
08 Oktyabr 15:11

YAP xəbərləri
08 Oktyabr 15:09

Sosial
08 Oktyabr 15:08

YAP xəbərləri
08 Oktyabr 15:04

YAP xəbərləri
08 Oktyabr 15:02

YAP xəbərləri
08 Oktyabr 14:57

Analitik
08 Oktyabr 14:11
