Ana səhifə »  Müəlliflər »  “Müsavat” parçalanma astanasında Partiyada qarşıduran funksionerlər özlərinin alternativ dəstələrini yaratmaq istiqamətində intensiv iş aparırlar
A+   Yenilə  A-
“Müsavat” parçalanma astanasında Partiyada qarşıduran funksionerlər özlərinin alternativ dəstələrini yaratmaq istiqamətində intensiv iş aparırlar
Yazdı: Mübariz Abdullayev

“Müsavat”ın bir neçə ay bundan qabaq baş tutan başıbəlalı qurultayından sonra baş qaldıran gərginlik gün keçdikcə daha da şiddətlənir. Eyni zamanda, qurultayda saxtakarlıqla partiyaya başqanlığı ələ keçirən Arif Hacılı baş verənlərin müqabilində özünü sındırmamağa çalışsa da, necə deyərlər, portfelsiz qalmasının fərqindədir. Necə də olmasın? Axı illərlə qəlbində başqanlıq sevdası gəzdirən Arif Hacılı birinci şəxs statusuna yiyələndikdən sonra bütün funksionerləri ovcunun içinə yığacağı və partiyada hər kəsi öz iradəsinə tabe edəcəyi ilə bağlı şirin xəyallar qururdu. Lakin qurultaydan xeyli vaxt ötsə də, həmin xəyallarını gerçəkləşdirmək ona nəsib olmur ki, olmur. Partiyanın iddialı funksionerləri, ələlxüsus da başqanlığa sabiq namizədlər A.Hacılıya, müqavimət göstərir, ağzından çıxan hər sözü qəribçiliyə salaraq rişxənd obyektinə çevirirlər.
Son günlərdə isə “saxtakar başqan Arif Hacılı” (ifadə başqanlığa sabiq namizəd Səxavət Əlisoya məxsusdur-red.) və onun tərəfdarları ilə narazı “müsavat”çılar arasında gərginlik partiyanın parçalanması həddinədək gərginləşib. Birinci tərəfdə yer alanlar bəyan edirlər ki, bundan sonra heç kəs A.Hacılının qərarlarını müzakirəyə çıxarmamalıdır, kimsə də yeni qaydalara tabe olmayacaqsa, müxtəlif formalarda cəzalandırılacaq. Əslində, bu cəzalandırılmaya start belə verilib. Belə ki, uzun illər ərzində partiyanın sıralarında saç-saqqal ağardan bir sıra funksionerlər “A.Hacılı çetesi”nin qəzəbinə tuş gələrək “Müsavat”dan uzaqlaşdırılıb. Bir vaxtlar “Müsavat”ın fəalları sayılan Məhəbbət Muradov, Kamil Xəlilbəyli, Səxavət Əlisoy, Əlövsət Talışxanlı və digərləri bu qəbildəndirlər.
Və artıq cəzalandırılmaq növbəsi partiya məclisinin üzvü Vurğun Əyyuba çatıb. “Müsavat”ın yeni rəhbərliyi narazılar dəstəsinin başında dayanan Qubad İbadoğlunun əsas tərəfdarlarından olan Vurğun Əyyubun cəzalandırılması üçün yollar axtarır. “Müsavat”ın təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı deyib ki, Vurğun Əyyub partiya qurumlarını legitim saymadığı üçün onun məclis üzvləri siyahısından çıxarılmasının tərəfdarıdırlar. “Müsavat” məclisinin sədri Nüşabə Sadıqlı da məclisdə iştirak etməyənlərlə bağlı qərarın qəbul oluna biləcəyini təsdiqləyib.
Bir sözlə, görünən odur ki, qısasçılıq hissi “Müsavat”da tərəfləri qarşı-qarşıya qoyub. Məclis üzvü Sabir Məmmədli V.Əyyuba yönələn təzyiqləri “bolşevik metodu” kimi səciyyələndirib. V.Əyyubun özünün açıqlaması isə “A.Hacılı çetesi”ni bir növ çıxılmaz duruma salıb: “Məclisi də, özümün məclis üzvlüyümü də legitim hesab etmirəm. Olmadığım bir yerdən məni çıxarmaq çox gülməlidir. Haqqımda deyilənlər, yazılanlar məni maraqlandırmır”.
Göründüyü kimi, “Müsavat”da yeni rəhbərliklə narazıların qarşıdurması o həddədək gərginləşib ki, artıq partiyada parçalanmanın anonsu verilib. Belə ki, narazı “müsavat”çılar dəstəsinin başında dayanan Qubad İbadoğlu bir neçə gün bundan əvvəl tərəfdarları ilə birlikdə “Azərbaycan demokratiya və rifah” adlı yeni “hərəkat” yaratmağa start verdiyini bəyan edib. Eyni zamanda, yeni “hərəkat”ın “təşkilat komitəsi”nə Q.İbadoğlunun özü rəhbərlik edir. Artıq “Müsavat”ın Salyan və Suraxanı rayonlarında yeni “hərəkat”ın təsis qrupları yaradılıb və hazırda digər rayonlarda da bu istiqamətdə iş aparılır.
Siyasi müşahidəçilər bildirirlər ki, Q.İbadoğlu ona tabe olan “hərəkat”ın anonsunu verməklə əslində gələcəkdə “Müsavat”ın bazasında alternativ, “A.Hacılının çetesi”nə rəqib olacaq yeni bir “Müsavat” yaratmağı hədəfləyib. Bunu Q.İbadoğlunun KİV-ə açıqlamasından da hiss etmək mümkündür. Məsələn, o bildirib ki, “hərəkat”ın partiyaya çevrilməsi müzakirə edilən variantlardandır”.
Gözlənildiyi kimi, Q.İbadoğlunun yeni “hərəkat” yaratmaq planları A.Hacılının komandası tərəfindən top-tüfənglə qarşılanıb. A.Hacılının sadiq çiyindaşlarından biri kimi tanınan partiya başqanının müavini Elman Fəttah “hərəkat” fəallarını hətta faşistlərlə müqayisə edib: “Müsavat”dan çıxarılanlar orada təmsil olunur və partiyaya faşist mövqeyindən çıxış edirlər. Tamamilə anti-”Müsavat” təşkilatıdır. Bu, partiyaya qarşı kampaniyanın davamıdır. Müsavatın nüfuzuna xələl gətirmək, narazıları ora cəlb etməklə parçalanma görüntüsü yaratmaq istəyirlər”.
Bu məqamda onu da qeyd edək ki, Q.İbadoğlunun yeni “hərəkat”ı “Müsavat”da anonsu verilən parçalanmaya yeganə misal deyil. Bildirilir ki, digər iddialı funksionerlər də gələcəkdə Q.İbadoğlunun yolu ilə gedərək “Müsavat” daxilində özlərinin alternativ dəstələrini yaratmaq istiqamətində intensiv iş aparırlar.

 
  • Oxunub:  20010  |  
  • Tarix:  10-01-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirilib

17:52
15 Noyabr
Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın gələn il Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
17:47
15 Noyabr
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Fransaya qanunsuz səfərini pisləyir
17:42
15 Noyabr
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
17:37
15 Noyabr
AİDA və ADA Universiteti asiyalı və afrikalı diplomatlar üçün ölkəmizdə ixtisasartırma kursları təşkil edib
17:33
15 Noyabr
UNEC-də Türkiyə Universitetləri ilə əməkdaşlığa həsr olunan beynəlxalq konfrans
17:18
15 Noyabr
Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib
16:58
15 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans öz işinə başlayıb
16:52
15 Noyabr
İtaliyanın “Radio Atene” kanalında Azərbaycandakı multikulturalizm ənənələrindən danışılıb
16:42
15 Noyabr
Azərbaycan Prokurorluğunun nümayəndə heyəti antikorrupsiya strategiyalarına dair beynəlxalq konfransda iştirak edib
15:45
15 Noyabr
Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib
15:34
15 Noyabr
Bu il ölkədən 201 min tondan çox kimya sənayesi məhsulları ixrac olunub
15:26
15 Noyabr
“Ölkəmizi tanıyaq”: Məktəblilər Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar
15:23
15 Noyabr
Məlahət İbrahimqızı: Azərbaycan beynəlxalq miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə atrırıb
15:17
15 Noyabr
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 85 illiyi qeyd olunub
15:07
15 Noyabr
Fransada keçirilən İnternet İdarəçilik Forumunda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
14:43
15 Noyabr
Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans keçirilir
14:25
15 Noyabr
Milli Məclisdə 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr başa çatıb
13:52
15 Noyabr
Bişkekdə MDB-nin iştirakçısı olan dövlətlərin sərhədlərinin təhlükəsizliyinə dair fikir mübadiləsi aparılıb
13:46
15 Noyabr
Los Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13:36
15 Noyabr
AMEA-nın Geologiya və Geofizika İnstitutunun 80 illik yubileyi qeyd olunub
12:39
15 Noyabr
Bakıda “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində elmi konfrans işə başlayıb
12:34
15 Noyabr
Baş Qərargah rəisi hərbi oyunların idarəetmə məntəqələrinin fəaliyyətini izləyib
12:30
15 Noyabr
Milli Məclisdə dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilir
12:17
15 Noyabr
Alim Quliyev: İlin sonunadək manatın məzənnəsinin sabitliyi qorunacaq
12:10
15 Noyabr
Bakı Ali Neft Məktəbi və “British Council” təşkilatı əməkdaşlığı genişləndirir
12:04
15 Noyabr
Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Federasiyasının prezidentini qəbul edib
12:01
15 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir
11:45
15 Noyabr
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun
11:38
15 Noyabr
Hikmət Babaoğlu: “Teoxarus Avropa Parlamenti qarşısında hesabat verməlidir”
11:17
15 Noyabr
Prezident İlham Əliyev Təzəpir məscidinin ətrafında görülən abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
11:13
15 Noyabr
Çili Azərbaycanda diplomatik nümayəndəlik açmaq barədə qərar qəbul edib
11:08
15 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb
11:02
15 Noyabr
Heydər Əliyev Fondu şəkərli diabet xəstəliyindən əziyyət çəkən uşaqların insulin preparatları ilə təmin olunması istiqamətində layihələr həyata keçirib
10:58
15 Noyabr
Bu gün Milli Məclisdə büdcə müzakirələri sona çatacaq
10:41
15 Noyabr
Qırğızıstan Prezidenti Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasının iştirakçılarını qəbul edib
10:32
15 Noyabr
15 noyabr – Dünya Fəlsəfə Günüdür
10:24
15 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:21
15 Noyabr
Bakıda III Beynəlxalq Bankçılıq Forumu keçirilir
10:16
15 Noyabr
Bakıda Ümumdünya Antidopinq Agentliyinin Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclası keçirilir
19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+6 +9