Ana səhifə »  Müəlliflər »  Reneqat Eldar Namazovun “El” layihəsi də fiaskoya uğradı
A+   Yenilə  A-
Reneqat Eldar Namazovun “El” layihəsi də fiaskoya uğradı
Yazdı: Nardar Bayramlı

İddialarının böyüklüyü müxalifət düşərgəsindəki dostlarını da E.Namazovdan üz döndərməyə vadar edir
Ölkəmizdə seçkilər yaxınlaşdıqca, radikal müxalifət düşərgəsi müxtəlif addımları ilə gündəmdə qalmağa çalışır. Bu düşərgə guya aktiv fəaliyyətdə olmasını nümayiş etdirmək məqsədilə yeni təşkilatlar yaratmaqla cəmiyyətin diqqətini cəlb etməyə cəhd göstərir.
Belə təşkilatlardan biri də “El” hərəkatıdır. Reneqat Eldar Namazovun ideya müəlliflərindən olduğu bu qurum elan olunsa da, faktiki olaraq mövcud deyil. Çünki “El” hərəkatı yarandığı ilk günlərdəcə fiaskoya uğradı. Yəni, reneqat Eldar Namazov bu hərəkat vasitəsilə özünə yeni dəstə yaratmağa çalışsa da, onun istəyi baş tutmadı. Çünki elə müxalifət düşərgəsinin daxilində bu hərəkata münasibət birmənalı deyil.
Karyerasını satqınlıq və dönüklük kimi mənfi keyfiyyətlər üzərində quran reneqat Eldar Namazov dağıdıcı düşərgədə özünə yer etdikdən sonra burada təmsil olunan partiyalara, qruplara, şəxslərə qarşı birincilik uğrunda mövqe savaşına başlayıb.
Ümumiyyətlə Azərbaycan cəmiyyəti hər seçkilər ərəfəsində müxalifətçilərin yeni adlar altında təşkilatlar yaratmasının şahidi olur. Həmin təşkilatların da seçkidən qısa müddət sonra dağılması ənənəvi hal alıb və dəyişməz reallığa çevrilib. “Ziyalılar forumu” deyilən qrupda birləşən bir neçə nəfərin yaratdığı “El” də belələrindəndir. Amma hadisələr göstərir ki, hər iki təşkilat ölü doğulub və onların qarşıdan gələn seçkilərədək fəaliyyətdə olacağı şübhə doğurur. Yəni, bu qurumların dağılması seçkilərdən sonra deyil, əvvəl baş verəcək.
Bu təşkilatların ideya müəlliflərinin və yaradıcılarının kimlər olduğuna sadəcə, diqqət yetirmək həmin qurumların taleyinə acımaq üçün kifayətdir. Bunlardan biri vergi qaçaqçısı Rüstəm İbrahimbəyov, digəri isə reneqat Eldar Namazovdur. Bu şəxslərin milli maraqlarımıza zidd fəaliyyətləri də ictimaiyyətə yaxşı məlumdur. Onların müəyyən dairələrin təsiri altında olması da heç kəsə sirr deyil.
Yeni yaradılmış “El” hərəkatının icarəhaqqı ödəməməsi səbəbindən yerləşdiyi ofisdən çıxarılması da bu şəxslərin mahiyyətini ortaya qoyur. R.İbrahimbəyovla yanaşı E.Namazov da dövlətimizin imicinə zərbə vurmaq üçün fəaliyyətini davam etdirir. Fərqli maraqların danışan dilinə çevrilən, öz məqsədlərini “ziyalılıq” pərdəsi altında gizləməyə, utopik layihələrlə gündəmə gəlməyə çalışan reneqat E.Namazov və onun başına cəm olmuş, adını “ziyalı” qoymuş qrup Azərbaycan haqqında şər, böhtan xarakterli siyasi çıxışlar etməklə özlərinin “ziyalılıq missiyalarını” yerinə yetirdiklərini düşünürlər. Başda reneqat Namazov olmaqla bu insanların dediklərini, danışdıqlarını təhlil edəndə onların məqsədlərinin, niyyətlərinin haradan qaynaqlandığı və nəyə hesablandığı tam aşkara çıxır. Elə, “Ziyalılar forumu” adlandırılan və şəxsi maraqlar klubuna çevrilən qurumun rəhbəri reneqat E.Namazovun ortaya atdığı yeni layihəsi də bunun bir nümunəsidir. Bəllidir ki, söylədikləri, oynadığı oyunlar Namazovun qarşıdan gələn seçkilərdə namizəd olmaq istəyinin olduğunu ortaya çıxarır. “El” hərəkatı adlı utopik, yalançı layihə də məhz bu istiqamətə yönləndirilir.
Yeri gəlmişkən, sosial dayaqdan məhrum qaldıqlarının fərqində olan “El”in təmsilçiləri ortaya “passiv elektoratı aktivləşdirmək” kimi cəfəng fikir də atıblar. Bu, reneqat Eldar Namazovun, onun başına yığdığı qondarma “El” dəstəsinin yeni uydurmasıdır. Ölkəmizdə keçirilən bütün seçkilərin yüksək seçici fəallığı ilə baş tutduğunu beynəlxalq ictimaiyyətin görüb qəbul etdiyi halda E.Namazovun bu ideyası yalnız gülüş doğura bilər. O iddia edir ki, bölgələrdə görüşlər keçirilir və guya “El” hərəkatını insanlar rəğbətlə qarşılayırlar. Amma nədənsə, onlar insanlarla keçirdikləri görüşlərin heç bir fotosunu, videogörüntülərini yaymırlar. Müasir dövrdə informasiya texnologiyaları sürətlə inkişaf edir, xəbərləşmək “su içmək” qədər asan bir işə çevrilib. Belə bir şəraitdə bəs nə üçün reneqat Eldar Namazov və onun qrupu geniş insan dəstəyinə malik olduğunu təsdiq edən bir fakt ortaya çıxarmır?
Bütün bunlar onu göstərir ki, E.Namazov heç bir ictimai dəstəyə malik deyil. Onun fikirləri “El” hərəkatı haqqında qarışqadan fil düzəltmək məqsədi daşıyır. Reallıqda isə proseslər məhz E.Namazovun özünün əleyhinə işləyir.

 
  • Oxunub:  26100  |  
  • Tarix:  05-04-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA