Ana səhifə »  Müəlliflər »  Radikal müxalifətlə ermənilərin işbirliyinin növbəti təsdiqi
A+   Yenilə  A-
Radikal müxalifətlə ermənilərin işbirliyinin növbəti təsdiqi
Yazdı: Aqşin Şahinoğlu

Azərbaycana qarşı aparılan bütün kampaniyalarda böyük həvəslə iştirak edən bu ünsürlər Vaşinqtonda keçirilən dinləmələrdə ermənilərlə birgə hərəkət etməklə antimilli mahiyyətlərini növbəti dəfə büruzə veriblər
Yanvarın 12-də ABŞ-da bu ölkənin Demokratiyaya Milli Dəstək Fondu tərəfindən Azərbaycanla bağlı dinləmələrin keçirilməsi haqqında ölkə mediasında məlumat verilib. Ermənipərəst dairələrin və erməni lobbi təşkilatlarının dəstəyi ilə keçirilən bu tədbirdə Azərbaycanla bağlı hədyanlar səsləndirilib, ölkəmizin demokratik imicinə, yüksək iqtisadi inkişafına, güclü beynəlxalq mövqeyinə və beynəlxalq hüquqa uyğun olmayan, qeyri-adekvat ittihamlar irəli sürülüb. Bu günlərdə isə həmin dinləmələrlə bağlı yeni faktlar ortaya çıxıb. “Virtualaz.org” saytı həmin tədbirdə iştirak etmiş şəxslərin siyahısını təqdim edib. Siyahıya nəzər yetirdikdə, əslində bu tədbirin mahiyyəti, onun məqsəd və məramı aydın şəkildə ortaya çıxır.
Fırıldaq yolu ilə qazanılan milyonların əldən çıxması ABŞ təşkilatlarını daha da aqressivləşdirib
Əvvəlcə, bu sırada yer alan ABŞ təşkilatlarına və onların rəhbərlərinə nəzər salaq. Saytın məlumatına görə, bunlar Beynəlxalq Demokratiya Araşdırmaları Fondunun icraçı direktoru Kristofer Uolke, Demokratiyaya Milli Dəstək Fondunun (NED) Avrasiya və Rusiya üzrə proqram direktoru Miriam Lanskoy, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç və Azərbaycan hakimiyyətini tənqid etmək üzrə “ixtisaslaşan” qeyri-hökumət təşkilatlarının digər nümayəndələridir.
Bu şəxslərin anti-Azərbaycan mövqeyində dayanmasının səbəbləri bəllidir. Konkret mərkəzlərin siyasi “qanqsterləri” olan bu təşkilatların Azərbaycana qarşı qara piar kampaniyası yalnız siyasi məqsədlərlə bağlı deyil. Əlbəttə ki, burada ölkəmizə təzyiq göstərmək, müəyyən məsələləri diktə etmək niyyəti inkar olunmur. Amma buna paralel olaraq, ortada həm də iqtisadi, maliyyə maxinasiyaları maraqları da var. Xatırlayaq, bir müddət əvvəl ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən və təlimatlandırılan “beynəlxalq qeyri-hökumət təşkilatları”nın Azərbaycandakı nümayəndəliklərinin fəaliyyətlərində qanunsuzluqlar (vergidən yayınma, qeyri-şəffaflıq, tender və müsabiqələrin keçirilməsində saxtakarlıqlar və s.) aşkarlanaraq müvafiq qanunlara əsasən fəaliyyətlərinə xitam verildi. Daha sonra həmin təşkilatların fəaliyyətinə dair aparılan araşdırmalarda bu qanunsuzluqların yalnız sadalananlar olmadığı ortaya çıxdı. Onlar həm də ABŞ-dakı müvafiq təşkilatların ayırdıqları pulları da maxinasiyalar hesabına mənimsəyirlərmiş. Həmin təşkilatların ayırdıqları milyonların bir qismi müxtəlif layihələr adı altında Azərbaycandakı “beşinci kolon” üzvlərinə ötürülür, böyük bir qismi isə mənimsənilirmiş. Onların Bakıdakı nümayəndəliklərinin fəaliyyətini dayandırması isə əlbəttə, bu milyonların da havaya sovrulmasının qarşısını alıb. Ona görə də, həmin anti-azərbaycançı mərkəzlər Bakıya qarşı daha da aqressivləşiblər. Üstəlik, bu təşilatların əksəriyyəti Vaşinqtonda keçirilən dinləmələrdə fəallıq göstərənlərdir. Deməli, onların bu dinləmələrdə iştirakı və digər məsələlərdə Azərbaycana qarşı qeyri-əxlaqi və adekvat olmayan münasibəti anlaşılandır.
Erməni həyasızlığı və hiyləgərliyi burada da özünü aydın şəkildə göstərir
Elə həmin dinləmələrdə iştirak etmiş ermənilərin də niyyəti sirr deyil. Onlar Azərbaycana düşmən tərəf olmağı özləri seçiblər və hər fürsətdə də bu düşmənçiliyi ortaya qoyurlar. Bu gün xaricdəki erməni diaspor təşkilatlarının və etnik birliklərinin fəaliyyətindən anti-Azərbaycan mövqeyi qırmızı xətlə keçir. Dinləmələrdə iştirak edən “DQR” rejiminin Vaşinqtondakı “nümayəndəsi” Aram Avetisyan, Ermənistanın ABŞ-dakı səfirliyinin nümayəndələri Karen İsraelyan və Anna Naqdalyan, PDRC təşkilatının təmsilçisi Vilen Klqatyan, Amerika Erməni Assambleyasının nümayəndəsi Taniel Kuşakcyan, Amerika Erməni Milli Komitəsinin rəhbərlərindən biri olan Keyt Naxapetyan, Ermənistanın İctimai Televiziyasının nümayəndəsi Haykaram Naxapetyan, ABŞ-ın Con Hopkins Universitetinin əməkdaşı Armen Saakyan və Amerikadakı erməni milli diaspor təşkilatlarının digər nümayəndələri Vaşinqtonda Azərbaycanı tənqid etmək üçün yığışıblar. Əslində, buradakı məntiq və ya məntiqsizlik dinləmələr deyilən bu tamaşanın nə qədər obyektiv əsaslara və hansı maraqlara “söykəndiyini” ifadə edir. Azərbaycandakı vəziyyəti Azərbaycana düşmən bir dövlətin, həm də Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətin nümayəndələrinə təhlil etdirmək qədər absurd bir ideya ola bilərmi? Deməli, məqsəd nəyisə müzakirə etmək deyil, Azərbaycanı “hədəf taxtasına qoymaqdır”. Erməni həyasızlığı və hiyləgərliyi burada da özünü aydın şəkildə göstərib. Bu gün yüzlərlə “siyasi məhbusun” həbsxanalarda çürüdüyü, iqtisadi cəhətdən çökmüş, insan hüquq və azadlıqlarından xəbərsiz olan, ən əsası Avropada yeganə işğalçı ölkə olan Ermənistanın nümayəndələrinin Azərbaycanı nədəsə ittihat etməsi həyasızlıqdan və riyakarlıqdan başqa bir şey deyil. Bunu ermənilər özləri də dərk edirlər. Sadəcə olaraq, öz problemlərini ört-basdır etmək, geri planda saxlamaq və ictimai müzakirədən yayındırmaq üçün bu və ya başqa üsullarla təsir altına aldıqları konkret dairələr vasitəsilə buna nail ola bilirlər.
Dinləmələrin azərbaycanlı qonaqları ermənilərlə bir sırada
Bəs onda həmin dinləmələrdə iştirak edən “beşinci kolon” nümayəndələri? Görəsən, onları ermənilərlə bir cərgədə dayanmağa, Azərbaycan haqqında səsləndirilən, hətta təhqir dolu fikirlərə əl çalmağa nə vadar edir?
Onların sırasında Azərbaycana qarşı fəaliyyətdə ermənilərdən heç də az uğur qazanmayan şəxslərin də adı var. Belə ki, tarixçi-alim Altay Göyüşov, “Azadlıq” radiosunun Azərbaycan xidmətinin rəhbəri Kənan Əliyev, Liberal-Demokrat Partiyası adlı cırtdan təşkilatın rəhbəri Fuad Əliyev, “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinin əməkdaşları Əsgər Əsgərov, Əzizə Göyüşzadə və Vüsalə Həsənova, “Advantec Solutions” təşkilatının nümayəndəsi Orxan Böyükzadə, İREX-in əməkdaşı Ülvi İsmayıl, Amerika Azərbaycanlıları Cəmiyyətinin sədri Elmar Şahtaxtinski, “Sumqayıt gənclərinin hüquq maarifçiliyi” ictimai birliyinin sədri Elçin Məmmədov, “Foley Hoag” təşkilatının nümayəndəsi İsa Mirzə, NED-in təmsilçisi Rəna Məmmədli, ABŞ-ın Corctaun Universitetinin əməkdaşı Rəşid Nəsibov, “Free Person” təşkilatının nümayəndəsi Şahin Nəsrullayev, Corc Marşal Mərkəzinin nümayəndəsi Rafiq Qurbanzadə, “Turan” agentliyinin Vaşinqtondakı xüsusi müxbiri Aleks Raufoğlu (Bakıda çıxan “Ekspress” qəzetinin keçmiş əməkdaşıdır, o, Azərbaycanda Ələkbər adı ilə çalışıb), ABŞ kəşfiyyatının məşhur agenti Səid Nuri dinləmələrin iştirakçıları olublar.
“Verbovka” olunmuş Göyüşov
İndi isə adları bu sırada yer alan şəxslərin dövlətə qarşı fəaliyyətinə rəvac verən səbəblərə qısaca nəzər salaq. Onlardan biri Altay Göyüşovdur. Qeyd etmək yerinə düşər ki, A.Göyüşov uzun müddət Bakı Dövlət Universitetinin dossenti və İslam Araşdırma Mərkəzinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərib. 2008-ci ildə ABŞ-a xidməti ezamiyyətə göndərilən Göyüşov Bakıya tamamilə başqa ampluada dönüb. Ehtimal ki, Birləşmiş Ştatlarda “verbovka” olunanlar sırasına qoşulması onun Vaşinqtonun ən fəal “propoqandaçı”larından birinə çevrilməsini şərtləndirib. Göyüşovun Azərbaycana qarşı “səlib yürüşü”nə qoşulmasını da bu səbəblə izah etmək mümkündür. Təqdim etdiyimiz şəkildən də göründüyü kimi, ABŞ bayrağı altında əyləşmək Altay Göyüşova necə rahatdır.
Xəyanət mücəssiməsi Səid Nuri
Və yaxud, 2005-ci ildə ABŞ xüsusi xidmət orqanları tərəfindən yaradılan “Yeni fikir” gənclər təşkilatının sədr müavini, AXCP gənclər təşkilatının fəalı olmuş, sonradan Azərbaycan vətəndaşlığından imtina edərək ABŞ vətəndaşlığı almış, Birləşmiş Ştatlardakı fəaliyyəti erməni lobbi təşkilatları tərəfindən maliyyələşdirilən və sırf Azərbaycan əleyhinə kompromat yaymaqla kifayətlənən Səid Nurinin də o dinləmələrdə iştirakını yadırğamadıq. Onun bütün fəaliyyəti çox “parlaq” xəyanət mücəssiməsidir. İctimaiyyət onun adını ilk dəfə 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkiləri ərəfəsində sonradan Vaşinqtondakı ermənipərəst dairələr tərəfindən təşkil olunan “aclıq aksiyası”nda iştirakı ilə eşitdi. O, daha sonra dövlət çevrilişinə cəhddə ittiham olunaraq məhkəmə qarşısında dayandı. Təxminən bir neçə ay əvvəl, Bakıya təxribat törətmək məqsədilə gəldiyi, konkret hüquqi prosedurları qeyri-obyektiv və həqiqətdən uzaq şərh edərək, dəstəkçilərinin də iştirakı ilə bu faktdan Azərbaycana qarşı qara piar elementi kimi istifadə etməsi yəqin ki, heç kəsin yadından çıxmayıb.
MKİ-nin media qanadının təmsilçiləri - “Amerikanın səsi”, “Azadlıq” radioları
ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlığı sübuta yetirilən və bununla bağlı onlarla inkarolunmaz faktların mediada işıq üzü gördüyü “Amerikanın səsi”, “Azadlıq” radiosunun nümayəndələrini də Vaşinqtona ermənilərlə eyni istək toplayıb. Sadəcə, iki fakta nəzər yetirmək bu niyyəti ortaya qoyur: Bir müddət öncə yəhudi əsilli amerikalı jurnalist Maayan Yaffi “ABŞ Konqresi vergi ödəyicilərinin pullarının Birləşmiş Ştatların müttəfiqlərinə hücum üçün istifadə edilməsini dayandırmalıdır” tələbi ilə çıxış etmişdi. M.Yaffi bildirmişdi ki, “Azadlıq” və “Amerikanın səsi” radioları obyektiv xəbər və təhlillər vermək, daxili və regional məsələlər barədə müzakirələr təşkil etmək, demokratiya və azad bazar nailiyyətləri haqda bəhs etmək əvəzinə bu dəyərləri bölüşən müttəfiq dövlətlərə hücum edirlər. “Azadlıq” radiosunun keçmiş prezidenti Ceffri Qodmin isə “The Boston Globe” qəzetində dərc edilmiş məqaləsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “Azadlıq” radiosunun jurnalistlərini “verbovka” etdiyinə işarə vurmuşdu. Bu isə onu deməyə əsas verir ki, “Azadlıq”ın azadlığının sərhədlərini də, “Amerikanın səsi”nin səsinin tonunu da MKİ təyin edir. İndi bu radioların əməkdaşlarının həmin dinləmələrdə boy göstərməsini də təsadüf hesab etmək olmaz. Onları idarə edən qüvvə həmin vaxt həmin yerdə olmağı tapşırıb. Bu tapşırıq içərisində erməni separatçılarının çıxışlarını alqışlamaq olub, ya da olmayıb bilmərik, amma onlar bu işi böyük həvəslə görüblər.
“Süddən kəsilmiş” uşaqlar...
“Foley Hoag”, “İREX”, “NED”, “Advantec Solutions”, “Free Person” kimi təşkilatlar da konkret tərəfdirlər. Yuxarıda da qeyd etdiyimiz kimi, milyonlarla dollar maxinasiyalarının qarşısı alınmış təşkilatların nümayəndələrinin Azərbaycana qarşı isti münasibətini gözləmək də heç doğru olmazdı. Elə, onların ən mühüm qrant müştərilərindən biri olan və birgə maxinasiyalara imza atmış “Sumqayıt gənclərinin hüquq maarifçiliyi” ictimai birliyinin sədri Elçin Məmmədovun da ermənilərlə bir sırada dayanmaq arzusu süddən kəsilmiş uşağın ağız-burnunu büzməsi effektini verir.
Qısacası, sadalananlar bir daha sübut edir ki, dinləmələrdə ölkəmizdəki “beşinci kolon”u təmsil edən şəxslərin hər biri bu və ya başqa səbəbdən anti-Azərbaycan ruhunda köklənmiş adamlardır.
Radikal müxalifət - ermənilərlə çiyin-çiyinə və vahid amal uğrunda
Bu şəxslərin daha bir ortaq cəhətləri var. Bunlar yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda radikal müxalifət cəbhəsində formalaşdırılmış “beşinci kolon” düşərgəsinin fəal üzvləridir. Bu insanların isə ermənilər və ermənipərəst dairələr tərəfindən idarə olunması aksiomadır. Bununla bağlı, kifayət qədər faktlar mövcuddur. Ümumiyyətlə, Azərbaycanda təxribat törətmək, ölkədə xaos və anarxiya yaratmaq “beşinci kolon”un siyasi stili, yeganə istinad nöqtəsidir. Qısa bir tarixi arayış da bunu təsdiq edir. Hələ müstəqilliyin ilk illərində ölkədə yaranan hakimiyyət boşluğu, xaos və anarxiyadan istifadə edərək idarəçilik sükanına yiyələnən bugünkü radikal qruplar o zamandan bəri şakərlərini əllərindən yerə qoymurlar. Onların siyasi fəaliyyətinin başlıca qayəsi dağıdıcılıq, təxribat törətmək, ölkədə çaxnaşma yaratmaq və bu kimi mənfi tendensiyalardan bəslənərək müəyyən imtiyazlara nail olmaqdır. Elə buna görədir ki, bir sıra anti-azərbaycançı mərkəzlərin ölkəmizdə sabitliyə qarşı yönəlmiş planlarında məharətlə rol alırlar. Bu planların müəllifləri isə birmənalı şəkildə ermənilər və Azərbaycanın inkişafından rahatsız olan ermənipərəst dairələrdir. Radikal müxalifətin bu planların iştirakçısı qismində çıxış etməsi onların dövlətə xəyanət mərəzlərinin inkarolunmaz gerçəkliyidir. Ötən 20 ildə dəfələrlə bunun əyani sübutunu görmüşük. Belə ki, 2003-cü ilin oktyabr hadisələri, 2005-ci ildə AXCP-nin o zamankı Gənclər Təşkilatının sədrinin Əli Kərimlinin tapşırığı ilə Gürcüstanda ermənilərlə görüşməsi və onlardan aldığı maliyyə dəstəyi ilə ölkədə sabitliyə qarşı yönələcək təxribatlar hazırlamağa dair öhdəlik götürməsi, həmin ilin parlament seçkiləri ərəfəsində yenə də müəyyən təxribat iddialarında bu siyasətbazların adlarının da hallanması, 2012-ci ildə “Eurovision”u boykot çağırışı edən ermənilərə dəstək vermələri, bu il ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına qarşı aparılan şər kampaniyasında təmsil olunmaları bu faktlardan sadəcə bir neçəsidir. Yanvarın 12-də keçirilən dinləmələrdə bu ünsürlərin Vaşinqtonda “zühr etməsi” və ermənilərin mövqeyindən çıxış etməsi, onlara dəstək verməsi də ermənilərlə Azərbaycanın radikal müxalifətinin əməkdaşlığının növbəti pərdəsini təşkil edib. Açığı onlara da elə bu yaraşır... Çünki mayası satqınlıqdan tutulmuş, xəmiri xəyanətdən yoğrulmuş bu şəxslərin dəyişməsini gözləmək, onlardan dövlətimiz naminə mütərəqqi bir addım gözləmək sadəlövhlükdən başqa bir şey olmazdı.

 
  • Oxunub:  53430  |  
  • Tarix:  22-01-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib

23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23 Avqust 09:44
Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
23 Avqust 09:43
UEFA Avropa Liqasının play-off mərhələsinin oyunları keçirilib
23 Avqust 09:40
Yüksək səviyyəli infrastruktur quruculuğu Azərbaycanda prioritet sahə kimi müəyyənləşdirilib
23 Avqust 09:36
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
23 Avqust 09:33
Koreya Respublikasının Azərbaycandakı səfiri Pirşağı tullantı sutəmizləyici qurğusunun tikintisi ilə tanış olub
23 Avqust 09:31
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
23 Avqust 09:29
Əli Kərimlinin budəfəki avantürası alınmadı
22 Avqust 22:13
“Linfild” və “Qarabağ” komandalarının start heyətləri məlum olub
22 Avqust 22:10
Azərbaycan XİN: Ermənistan heç bir halda demokratiyanın qasidi statusuna iddia edə bilməz
22 Avqust 20:47
“KOB Dostu” Xəzər rayonunda sahibkarlara xidmət göstərəcək
22 Avqust 20:45
Kiçik dövlət müəssisələrində çalışanlar güzəştli satışı xidmətindən elektron formada istifadə edə bilər
22 Avqust 20:38
Vergilər Nazirliyi: Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır
22 Avqust 20:32
Vergilər nazirinin müavini Qobustanda vətəndaşları qəbul edib
22 Avqust 20:28
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22 Avqust 18:14
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib
22 Avqust 18:11
Beynəlxalq Cüdo Federasiyasının növbəti konqresi keçirilib
22 Avqust 17:43
AFFA-da “Elit məşq” layihəsinin təqdimatı olub
22 Avqust 17:40
Bəhruz Quliyev: Belə hadisələrin siyasi mübarizə predmetinə çevrilməsinə imkan verməməliyik
22 Avqust 17:06
Bakı metrosunda daha iki yeni qatar xəttə buraxılıb
22 Avqust 17:01
Flora Qasımova: İqtisadi və siyasi böhran işğalçı Ermənistanı uçuruma aparır
22 Avqust 17:00
Mübariz Qurbanlı: Bu il Azərbaycanda dünya din xadimlərinin sammiti keçiriləcək
22 Avqust 16:59
Pərvin Kərimzadə: Azərbaycanda həyata keçirilən uğurlu siyasət istənilən hədəflərə nail olmağa əlverişli şərait yaradır
22 Avqust 16:53
Baş Prokurorluqda Tofiq Yaqubluya xəbərdarlıq edilib
22 Avqust 16:31
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22 Avqust 16:29
Məcburi köçkün məktəbləri üzrə şagirdlərin elektron yerdəyişməsinə avqustun 26-dan başlanılacaq
22 Avqust 16:25
Azərbaycan XİN separatçı rejimin hesabatının BMT-də yayılmasına münasibət bildirib
22 Avqust 16:23
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi
22 Avqust 16:20
“Avro 2020”nin sponsorlarının nümayəndələri Bakıda səfərdədir
22 Avqust 16:19
BMT-nin Baş katibi dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanlarla bağlı müraciət edib
22 Avqust 16:16
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Şəmkir və Tovuzda vətəndaşları qəbul edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+35 +38
gecə+20 +24