Ana səhifə »  Müəlliflər »  Müsavat Partiyasında Arif Hacılıya qarşı ikinci “cəbhə” açıldı
A+   Yenilə  A-
Müsavat Partiyasında Arif Hacılıya qarşı ikinci “cəbhə” açıldı
Yazdı: Pərviz Sadayoğlu

Tural Abbaslı Qubad İbadoğlu ilə birləşərək “narazılar” fraksiyasını genişləndirir
Müsavat Partiyası daxilindəki gərginlik son günlərdə aktiv fazaya qədəm qoyub. Bunun əsas səbəbi isə, “Müsavat”ın yeni sədri Arif Hacılının AXCP sədri Əli Kərimli ilə görüşmək istəməsi olub. AXCP üzvlərinin bu görüşə ironik baxışı “Müsavat” daxilində yeni sədrə qarşı kampaniyaya rəvac verib. Belə ki, onsuz da partiyanın idarəçiliyindən narazı olan kəsim A.Hacılının bu addımını “Müsavat”ı əzəli düşmənlərinin ayağına vermək kimi dəyərləndirib. Beləliklə də, partiya daxilində anti-Hacılı əhval-ruhiyyəsi daha da güclənib. Vurğulamaq lazımdır ki, A.Hacılının “yarınmaq” kimi dəyərləndirilən bu addımı da AXCP üzvlərinin gülüş hədəfinə çevrilib. Ə.Kərimlinin isə “Müsavat” başqanı ilə “xala-xətir qalmasın” deyə görüşməsi fonu yaratması düşərgədaxili mübarizədə AXCP-nin öndə olmasını nümayiş etdirməyə hesablanıb. Bu da hər zaman özünü radikal düşərgədə birinci sayan “müsavat”çıların narazılığına səbəb olur.
A.Hacılı isə partiya daxilində ondan narazı olanlarla “haqq-hesab” çürütməkdə davam edir. Q.İbadoğlunun tərəfdarlarını bir bəhanə ilə partiyadan uzaqlaşdırmağa çalışan A.Hacılı komandasının yeni “qurbanı” isə Ənvər Əhməd adlı şəxs olub. Belə ki, sonuncu qurultayda baş verən saxtakarlıqlara etiraz edən, ardından isə partiyadakı avtoritar idarəçiliklə barışmayan Ə.Əhməd A.Hacılının tərəfdarları tərəfindən “zərərsizləşdirilib”. Qeyd edək ki, partiyadan çıxarılan şəxs Q.İbadoğlunun rəhbərlik etdiyi “Azərbaycan Demokratiya və Rifah hərəkatı”nın üzvlərindəndir. Bundan başqa, çıxarılan şəxs də digər Q.İbadoğlu tərəfdarları kimi partiyanın seçkili orqanlarını qeyri-legitim sayır. Partiya rəhbərliyi Ə.Əhmədin partiyadan çıxarılmasının “Müsavat”a qarşı antitəbliğat aparmaq”la əlaqələndirir və onu da ənənəvi “nizamnaməyə riayət” etməməkdə günahlandırır. Partiyadaxili “narazı” kəsimin rəhbəri sayılan Q.İbadoğlu isə bu addımın heç də nizamnamə ilə bağlı olduğu fikrində deyil. Onun sözlərinə görə, bu qərar fərqli müstəvidə izah olunmalıdır. Q.İbadoğlu partiya rəhbərliyinin Ənvər Əhmədin tənqidi fikirlərinə dözümlə yanaşmadığını deyib. Bildirib ki, hətta Müsavat Partiyasının nizamnaməsində də hər bir üzvün partiyanın fəaliyyəti ilə bağlı fikir bildirmək hüququ tanınır: “Yəni, bu baxımdan Müsavat Partiyasının idarəçiliyindən narazı olan, partiyanın gələcəyindən narahatlıq ifadə edən fikirləri əsasında verilən qərar tamamilə qanunsuzdur. Hesab edirəm ki, bu, həm də Müsavat Partiyasında fikir müxtəlifliyinə dözümsüzlüyün bir göstəricisidir. Çox təəssüf edirəm ki, “Müsavat”ı bu gedişlə yalnız eyni mövqedə olanların partiyasına çevirmək cəhdi güclənir. Əks fikirlər repressiyalara məruz qalır, cəzalarla bitir”.
Göründüyü kimi, artıq “Müsavat” rəhbərliyi ən kiçik tənqidlərə belə dözmək iqtidarında deyil. Narazıları fərqli bəhanələrlə partiyadan uzaqlaşdıran partiyadaxili “iqtidar komandası” bununla özünə qarşı yeni cəbhələr açılmasına səbəb olur. Yəni, dünənə qədər prosesləri guya “bitərəf” qismində izləyən partiya üzvləri də artıq narazılıqlarını bildirmək üçün fərqli statuslarda birliklər formalaşdırır, A.Hacılıya və yaratdığı “komandaya” qarşı müxalif mövqedən çıxış edirlər. Məsələn, dünənə qədər A.Hacılının partiyanı idarəçilik metoduna qarşı olan, amma hansısa fraksiya və ya birlik yaradacağını deməyən Tural Abbaslı da öz tərəfdarlarını “vahid dam altına” yığmağa başlayıb. Başqanlığa keçmiş namizəd T.Abbaslının tərəfdarlarını fraksiya şəklində toplayacağı bildirilir. Yayılan məlumatlara görə, T.Abbaslı, hətta bu barədə Q.İbadoğlu ilə də danışıqlar aparıb. Hazırda “narazı” kəsimin vahid komanda ətrafında birləşdirilərək həmsədrlik institutunun yaradılması nəzərdə tutulur. Artıq müəyyən razılıq əldə edilib və iki narazı qruplaşmanın A.Hacılıya qarşı vahid cəbhədən savaşa başlayacağı gün uzaqda deyil. T.Abbaslı partiyadaxili fraksiyanın əsas hissəsini gənclərdən təşkil etmək niyyətindədir. Ən əsası isə T.Abbaslı Arif Hacılı tərəfindən “Müsavat”dan qovulan gənclərin yenidən partiyaya qaytarılmasını və həmin fraksiyada iştirakını istəyir. Bundan başqa, yeni fraksiyada bölgələrdən olan narazı “Müsavat”çılar da təmsil olunacaqlar. Bununla da, Q.İbadoğlu-T.Abbaslı birliyi partiyadaxili iqtidardan narazı olan bölgə üzvlərini də öz ətraflarında cəmləşdirə biləcək.
Beləliklə, Müsavat Partiyası daxilindəki savaş artıq fərqli statusa keçir. Belə ki, Arif Hacılının partiya daxilində yaratdığı “monarxiya” qüruba enmək üzrədir. Təbii ki, bu qürub onları parlament seçkiləri öncəsi xarici mərkəzlərdən gələcək pullardan da kənarda qoya bilər. Bu səbəblə də A.Hacılının və onun dəstəkçisi olan İsa Qəmbərin Q.İbadoğlu-T.Abbaslı cütlüyünə qarşı əsl dirəniş göstərəcəyini proqnozlaşdırmamaq mümkün deyil...

 
  • Oxunub:  19620  |  
  • Tarix:  27-01-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA