Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifətin seçki qərarsızlığı...

Radikal müxalifətin seçki qərarsızlığı...

06.02.2015 [09:37]

Pərviz Sadayoğlu

Yaxud, AXCP-“Müsavat” qarşıdurması bu dəfəki “birlik şou”sunun da fiaskoya uğradığına işarə edir
Bir müddətdir ki, “birləşmə” görüntüsü yaradaraq spekulyasiya ilə məşğul olan radikal müxalifət düşərgəsi artıq yalanlarının ifşa olunduğunu, cəmiyyətin onların əsl məqsədini anladığını başa düşüb. Məhz bunun nəticəsidir ki, dünənə qədər “birlik” bəyanatları səsləndirənlər bu gün bu oyunun baş tutmamasının səbəbkarı qismində qarşı tərəfi (əslində, dünənki dostunu, “müttəfiqini”-P.S) “günah keçisi” elan etmək üçün səy göstərirlər.
Məsələn, dünənə qədər ətrafında “seçki bloku” yaratmaq üçün əldən-ayaqdan düşən Müsavat Partiyası artıq dilemma qarşısındadır. Belə ki, “Müsavat”ın eks-başqanı İsa Qəmbərin təklifi ilə yaradılan Demokratiya və İnsan Haqları Mərkəzi adlı qeyri-müəyyən qurum nəticə etibarı ilə seçki blokuna çevrilməli idi. Amma sonda maraqlı hallar meydana çıxıb. Qurumda təmsil olunan digər partiyalar seçki blokunun yaradılması ilə bağlı razılıq əldə etsələr də, “Müsavat” hələlik susmağa üstünlük verib. Elə ADP sədri Sərdar Cəlaloğlu da KİV-ə açıqlamasında əsas problemin Müsavat Partiyası ilə bağlı olduğunu bildirib. O deyib ki, Müsavat Partiyasının parlament seçkiləri ilə bağlı aydın mövqeyi yoxdur: “Hesab edirlər ki, seçki bloku yaratmaq tezdir. Onlar aprel ayından sonra seçki hazırlığına başlamaq istəyirlər. Amma düşünürəm ki, problem vaxtla bağlı deyil. “Müsavat”ın daxilindəki proseslər, digər məsələlər onların Demokratiya və İnsan Haqları Mərkəzi ilə bir yerdə olmasına əngəl yaradır”.
Bu məqamda vurğulayaq ki, “Müsavat” daxilində gedən parçalanma da müəyyən mənada “birlik şou”su məsələsinə öz mənfi təsirini göstərir. Daha doğrusu, partiyadaxili “narazı”ların rəhbəri Qubad İbadoğlunun Arif Hacılı komandasından fərqli olaraq AXCP-yə qarşı loyal münasibəti “Müsavat”ı qərarsız duruma düşürüb.
Lakin hazırda hansı prosesin baş verməsindən asılı olmayaraq radikal düşərgə ilə bağlı bir danılmaz həqiqət mövcuddur. Bu da ondan ibarətdir ki, bu düşərgə daxilində hər bir seçki dövründə ortaya atılan “birlik” ideyaları sonda fiasko ilə nəticələnir. Buna səbəb isə bu “ideya”yanın tərəfdarı qismində meydanda görünənlərin şəxsi mənfəət güdməsi, xarici anti-azərbaycançı dairələrin ayırdığı pula təkbaşına sahib çıxmaq istəyidir.
Yəni, radikal düşərgədəki partiyaların rəhbərləri hərəsi öz otağından “birlik bəyanatları” versələr də, reallıq tamamilə fərqlidir. Məhz bu baxımdan hazırda radikal düşərgədəki partiya funksionerləri arasında mövcud olan gərginlik və qarşılıqlı ittihamlar 2015-ci ildə keçirilən parlament seçkiləri ilə bağlı yaradılması nəzərdə tutulan “birliyin” də baş tutmayacağından xəbəb verir. Bunu istər “Müsavat”ın ətrafında dövrə vuraraq xarici anti-azərbaycançı dairələrin puluna gözünü dikən adından və sədrindən ibarət partiyaların, istərsə də Əli Kərimlinin hamını qovaraq özününküləşdirdyi qondarma “Milli şura” layihəsinin üzvləri anlayıblar. Düzdür, hər iki tərəf müəyyən manevrlərlə radikal müxalifətin “birliyinə” mane olan qüvvə kimi görünməmək istəyir. Amma bu da mümkün olan deyil. Çünki illərdir bir-birini aldada-aldada yol gələn “Müsavat”-AXCP cütlüyünün yaratdıqları “birliklərin” dağılma səbəbinin məhz “hərənin odu öz qarşısına çəkməsi” olduğunu hər kəs yaxşı bilir. Yəni, özünü “güc mərkəzi” kimi qələmə verərək ermənipərəstlərdən gələcək maliyyəni təkbaşına ələ keçirməyə çalışan AXCP və “Müsavat” üçün hansısa “müttəfiqlik dəyərləri” mövcud deyil. Bunu həmin partiyalar bir-birlərinə qarşı sərgilədikləri mövqe ilə dəfələrlə sübut ediblər.

Paylaş:
Baxılıb: 1150 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30