Ana səhifə »  Müəlliflər »  20 ildir ki, Azərbaycanın “qrant müxalifətinin” müttəfiqliyi də, qarşıdurmaları da qrantverən ermənipərəst dairələr tərəfindən diktə edilir
A+   Yenilə  A-
20 ildir ki, Azərbaycanın “qrant müxalifətinin” müttəfiqliyi də, qarşıdurmaları da qrantverən ermənipərəst dairələr tərəfindən diktə edilir
Yazdı: Pərviz Sadayoğlu

Xarici mərkəzlərin sifarişi ilə fəaliyyət göstərən düşərgə təmsilçiləri bu mərəzdən xilas ola bilmədiklərini növbəti dəfə nümayiş etdirməkdədirlər
“Xəyanət” sözünü dillərində əzbərə, həyatlarında isə xarakterə çevirən Azərbaycanın radikal müxalifət düşərgəsinin istər ictimai dəstək baxımından, istərsə də siyasi təşkilatlanma yönündə heç bir gücə malik olmadığı hər kəsə bəllidir. Özünü bu düşərgənin “monopolistləri” kimi aparan Müsavat Partiyasının və AXCP-nin ötən ilin sonlarında cəmisi 100 nəfərdən ibarət icazəli “mitinq” keçirməsi də onların hansı durumda olduqlarını ortaya çıxarmışdı. Təbii ki, o cür biabırçılığın ardından həmin təşkilatların sədrlərinin öz postlarından ayrılmaları labüd idi, amma... Axı, bu düşərgə partiyaları heç də normal siyasi fəaliyyət üçün yaradılmayıb. Və ya onların fəaliyyəti heç də normal partiya kimi səciyyələndirilə bilməz. Bu təşkilatlar yalnız Azərbaycan dövlətçiliyinə və xalqına qarşı olan qüvvələrin sifarişlərini yerinə yetirmək, onların diktələri ilə fəaliyyət göstərmək üçün kodlaşdırılıb. Maraqlıdır ki, hər dəfə seçki öncəsi “birlik yaratmaq”, “bloklaşmaq” kimi xülyalara düşən, özlərini “siyasi qüvvə” kimi xarici ermənipərəstlərə nümayiş etdirməyə çalışan radikalların arzuları ürəklərində qalır. Çünki xaricdən gələn birləşmə əmrinə “sadiqliyə” ən yaxşı halda seçkinin ertəsi gününə kimi riayət olunur.
Bunu dəfələrlə müşahidə etmişik. 1998-ci ildən bu yana yerlərini dəyişməklə bir sıra partiyalar digərlərinin hədəfində “xəyanətkar” kimi xarakterizə olunub və az müddətdən sonra xəyanətkar elan edənlə xəyanətkar olanlar absurd şəkildə yeni birlik haqqında bəyanatlar səsləndiriblər. Siyasi etikanı, əqidəni bu formatda qavrayan və izah edən partiya rəhbərlərinin 2005, 2010, 2013-ci illərdə oynadıqları bu oyunların hansı nəticələrə səbəb olduğu isə hər kəsə bəllidir. Təbii ki, hər zaman seçkiqabağı situasiyada xarici maraqlı siyasi qüvvələrin əmrləri ilə oturub-duran bu partiyaların birdən-birə “birləşmək” istəməsi, sonradan isə “günah keçisi” axtarışına çıxması artıq ənənəyə çevrilib desək, yanılmarıq.
Bu dəfə də radikal düşərgə analoji mərəzindən xilas ola bilmədiyini nümayiş etdirməkdədir. Xarici anti-azərbaycançı mərkəzlərin diqqətini cəlb etmək və beləliklə də, ermənipərəstlərin verəcəyi pula yiyə çıxmaq üçün yarışa girən radikal müxalifət düşərgəsinə məxsus partiyalar bu ilin əvvəlindən etibarən yenidən “fəallaşıblar”. Bütün seçkilərdə xalqın iradəsinə deyil, anti-azərbaycançı dairələrin dəstəyinə arxalanan, bu səbəbdən də hər zaman dövlətə və xalqa qarşı mövqe tutan, ölkədə gedən inkişafa qısqanclıqla yanaşan, dövlətin imicinə zərbə vurmaq üçün hər an hazır olan radikallar yenə də ənənəvi planlarını həyata keçirmək üçün fəaliyyətə başlayıblar. Belə ki, düşərgə təmsilçiləri son günlərdə illər öncə “xəyanət yuvası” adlandıraraq özlərinin “dəfn etdikləri” “Azadlıq” seçki blokunu yenidən “xortladırlar”.
Yayılan məlumatlara görə, KXCP, “Aydınlar”, AzDP, BAP, VİP, ALDP, “Azadlıq”, AXP partiyaları bu il Milli Məclisə keçiriləcək seçkilərlə bağlı müzakirələri yekunlaşdıraraq “Azadlıq - 2015” seçki blokunun təsis edilməsi barədə sənəd imzalayıblar. Məsələnin maraqlı tərəfi odur ki, vaxtilə bu seçki blokuna “yiyəlik” edən radikal düşərgə təmsilçiləri ADP və Müsavat Partiyası əvvəlcə yuxarıda qeyd edilən düşərgənin “cırtdan partiyaları” sayılan təşkilatlarla bir yerdə olacaqlarını bəyan etsələr də, sonradan fikirlərindən daşınıblar. Məsələn, ADP sədri Sərdar Cəlaloğlu dünənə qədər sadalanan düşərgə təmsilçilərini “müttəfiq” adlandırırdısa, artıq onlarda “perspektiv” görmür. Bir sözlə, Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi adlanan qondarma, buqələmun quruma doluşan təşkilatların artıq bir neçə hissəyə bölünməsi fakta çevrilib. S.Cəlaloğlu isə həmin qurumda təmsil olunan partiyalarla birliyin, ittifaqın perspektivinin olmadığını söyləyib.
S.Cəlaloğlunun bu açıqlaması və ADP-nin “Müsavat”la seçki bloku yaratmaq istəyinə dair yayılan məlumatlar da yenə köhnə oyunlardan xəbər verir. Söhbət xarici ermənipərəstlərdən növbəti sifariş alan “Müsavat”ın yenidən onunla birgə yol gedən partiyalara xəyanət edərək onları yarı yolda qoymasından gedir. Yəni, görünən odur ki, hər zaman öz şəxsi maraqlarını və qazanacağı pulu düşünən “Müsavat”ın rəhbərliyi anti-azərbaycançı dairələrdən alacağı pulu “cırtdan”larla paylaşmağı istəmir.
İkinci bir tərəfdən, AXCP ilə “döyüşü” qazanmaq üçün radikal düşərgənin az-çox tanınan partiyaları ilə yaxınlaşmağa çalışan Müsavat Partiyası bununla həm də öz əzəli rəqibini təkləmək niyyətindədir. Daha dəqiq desək, başı qondarma “Milli şura”dakı “gizlənpaç” oyunlarına qarışan AXCP-nin bir addım da olsa önə çıxmaması üçün Müsavat Partiyası vaxtilə “xəyanətdə” günahlandırdığı təşkilatlarla belə yaxınlaşmağı qarşısına məqsəd qoyub.
Beləliklə, radikal düşərgə təmsilçilərinin keçdiyi yolu, həmçinin, son günlər cərəyan edənləri nəzərdən keçirdikdə növbəti dəfə bir həqiqət meydana çıxır. Bu partiyalar maraqlı xarici qüvvələr tərəfindən idarə olunur. Yəni, lazım olduğu anda bu partiyaların kiminlə birləşməsi və ya ayrılması heç də deyildiyi kimi “müxalifətin birliyi naminə” deyil, əksinə xaricdən ötürülmüş sifarişlə həyata keçirilir.Və bu partiyalar, guya “birlik” pərdəsi altında öz korporativ maraqları uğrunda mübarizə aparırlar.

 
  • Oxunub:  18000  |  
  • Tarix:  11-02-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb
11:24
25 Sentyabr
Azərbaycan nümayəndə heyəti Adanada film festivalının təntənəli açılış mərasimində iştirak edib
11:23
25 Sentyabr
"Bakı-2018"də 21 ölkənin cüdoçuları mükafatçılar sırasında yer alıblar
11:14
25 Sentyabr
Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti monitorinq keçiriləcək
11:07
25 Sentyabr
Bolqarıstan Elmlər Akademiyasının sədri: Arxeoloqlarımızın birgə tədqiqatlar aparmaları üçün dəstək göstərməyə hazırıq
11:00
25 Sentyabr
Nyu-Yorkda Azərbaycanın Yunanıstan və Qana ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
10:33
25 Sentyabr
Əlcəzair Azərbaycan şirkətlərinin bu ölkənin enerji sektorunda iştirakında maraqlıdır
10:22
25 Sentyabr
Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:21
25 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
10:20
25 Sentyabr
Prezident İlham Əliyev Bolqarıstanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:08
25 Sentyabr
Bakıda keçirilən dünya çempionatının altıncı günündə 88 cüdoçu medallar uğrunda mübarizə aparacaq
10:02
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliyaya rəsmi səfərə gəlib
10:01
25 Sentyabr
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
09:59
25 Sentyabr
Stefaniya Giannini: Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq
09:54
25 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edirlər
21:12
24 Sentyabr
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
20:29
24 Sentyabr
Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər görülür
20:25
24 Sentyabr
Azərbaycan Dillər Universitetinin tələbələri Aleksandr Soljenitsının yaradıcılığına maraq göstərirlər
20:24
24 Sentyabr
AMEA-da “Turkish Aerospace” şirkətinin nümayəndələri ilə görüş keçirilib
20:14
24 Sentyabr
Səfa Mirzəyev: Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq nəticəsində böyük uğurlar əldə olunub
20:09
24 Sentyabr
Türkiyədə keçirilən simpoziumda narkomaniyaya qarşı mübarizədə medianın rolu barədə müzakirələr aparılıb
20:01
24 Sentyabr
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
17:47
24 Sentyabr
Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb
17:44
24 Sentyabr
Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib
17:39
24 Sentyabr
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
17:38
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
17:30
24 Sentyabr
Sevinc Fətəliyeva: Milli Məclisin fəaliyyətində beynəlxalq əməkdaşlıq mühüm yer tutur
17:27
24 Sentyabr
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
17:17
24 Sentyabr
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti Heydər Əliyev Mərkəzində keçiriləcək
17:15
24 Sentyabr
Azərbaycan və Monqolustan prezidentlərinin görüşü olub
16:59
24 Sentyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
16:49
24 Sentyabr
Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda yarışlara start verilib
16:46
24 Sentyabr
Azərbaycanın və Bolqarıstanın elmlər akademiyaları arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb
16:33
24 Sentyabr
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
16:31
24 Sentyabr
Universitetlər arasında Prezident təqaüdçülərinin sayına görə UNEC birincidir
16:26
24 Sentyabr
Azərbaycan Cüdo Federasiyasının Sumqayıt Təlim-Məşq Bazası istifadəyə verilib
15:59
24 Sentyabr
Rusiyanın məşhur yazıçı-dramaturqu ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:55
24 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli “Caspian Energy Forum Baku–2018”də iştirak edib
15:42
24 Sentyabr
Çində ADNSU-nun iştirakı ilə Energetika Universitetlərinin Beynəlxalq Assosiasiyası yaradılıb
15:36
24 Sentyabr
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Qlobal Forumu keçirilir
15:24
24 Sentyabr
Azay Quliyev: Helsinki prinsipləri əsasında yaranan ATƏT bu prinsiplərin bərqərar olunmasını təmin edə bilmir
15:21
24 Sentyabr
Orxan Məmmədov: Ölkəmizdə kiçik və orta biznesin inkişafı yönündə vacib tədbirlər reallaşdırılır
15:20
24 Sentyabr
Cümhuriyyətin müstəqillik ideyalarına sədaqət Azərbaycan Prezidentinin siyasi fəaliyyətində mühüm yer tutur
14:44
24 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdədir
14:38
24 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Azərbaycana işgüzar səfərə gəlib
14:30
24 Sentyabr
Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
14:24
24 Sentyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası olub
14:23
24 Sentyabr
Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub
14:09
24 Sentyabr
Akademik Həsən Abdullayev Azərbaycanda müasir fizikanın əsasını qoyub
14:07
24 Sentyabr
Qobustan rayonunda yeni etnoqrafik tədqiqat
12:54
24 Sentyabr
“Diario la Economía”: Azərbaycan Qafqazın incisidir
12:52
24 Sentyabr
Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
12:34
24 Sentyabr
YAP Nizami rayon təşkilatının 25 illik yubileyi qeyd olunub
12:33
24 Sentyabr
Moskvada görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbir keçirilib
12:29
24 Sentyabr
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib
12:26
24 Sentyabr
BMT-nin Əhali Fondu ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
12:20
24 Sentyabr
Dünya Ürək Günü ilə bağlı silsilə tədbirlər təşkil olunacaq
12:19
24 Sentyabr
Mikayıl Müşfiq Azərbaycan ədəbiyyatının inkişafına sanballı töhfələr verib
11:52
24 Sentyabr
TAP-ın Yunanıstan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb
11:45
24 Sentyabr
Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin doğum gününə həsr olunmuş konfransa hazırlıq görülür
11:44
24 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +28
gecə+19 +21