Ana səhifə »  Müəlliflər »  “Müsavat”da sonun başlanğıcı
A+   Yenilə  A-
“Müsavat”da sonun başlanğıcı
Yazdı: Nardar Bayramlı

Yaxud, Qubad İbadoğlu İsa Qəmbərin göstərişi ilə partiyadan xaric edilib
Məlum olduğu kimi, ötən ilin sentyabr ayında keçirilən qurultay Müsavat Partiyası daxilində qarşıdurmanın açıq müstəviyə keçməsinə təkan vermişdi. Bunun əsas səbəbi isə Arif Hacılının saxtakarlıq nəticəsində partiya rəhbəri seçilməsi idi. Məhz o zamandan başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun rəhbərlik etdiyi bir qrup yenidən qurultayın keçirilməsini tələb edirdi. Onu da qeyd edək ki, hələ həmin prosesin ilk günlərindən bu narazılığın “Müsavat”ın parçalanması ilə nəticələnəcəyi proqnozlaşdırılmışdı və ötən həftə Q.İbadoğlunun partiyadan xaric olunması ilə bu öz təsdiqini tapıb. Daha dəqiq desək, əslində, bu qərarla “Müsavat”ın parçalanması üçün son addım atılıb.
Məlumat üçün bildirək ki, fevralın 6-da Müsavat Partiyası divanının növbədənkənar toplantısı keçirilib. İclasda partiyadaxili məsələlər, xüsusilə Müsavat Partiyasının başqanlığına sabiq namizəd, “Demokratiya və rifah hərəkatı”nın təşkilat komitəsinin sədri Qubad İbadoğlunun partiya sıralarından xaric edilməsi məsələsi müzakirə edilib. Müzakirələrin yekununda Q.İbadoğlunun partiya sıralarından xaric edilməsi haqda qərar qəbul olunub. O, partiyanın nizamnaməsinin və intizam qaydalarının pozulmasında ittiham edilib. Təbii ki, bu məsələnin müzakirəsi gərgin keçib və əlbəyaxa dava səviyyəsinə də çatıb. Q.İbadoğlunun “Müsavat”dan xaric edilməsi partiya daxilində birmənalı qarşılanmayıb və divanın belə bir qərarı pislənilir.
Eyni zamanda, görünən odur ki, Q.İbadoğlu da mübarizəsini dayandırmaq fikrində deyil. Hər halda onun öz “Facebook” səhifəsində yazdığı aşağıdakı sözlər belə deməyə əsas verir: “Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin “dilini kəsmək siyasətidir”. Bu kabusun adı “Müsavat”ı manqurtlaşdırmaq cəhdidir”.
Q.İbadoğlu yazıb ki, Müsavat Partiyası divanı vədinə xilaf çıxıb, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozub: “Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi “müsavat”çıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular. Bağlı qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən “divantutma”nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma ki, nə fayda? Onlarda olmayanı onlardan ummağa dəyməzmiş!”
Q.İbadoğlu onun barəsində verilən qərarın sifarişli olduğunu da yazıb: “Mən xeyli əvvəldən bu sifarişi nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bu gün, sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar? Görünən kəndə nə bələdçi. Bu qərar “Müsavat”da aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq”.
Məlum yazısında Müsavat Partiyasındakı həmfikirlərinə müraciət edən Q.İbadoğlu partiyanın bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verilməyəcəyini bəyan edib: “Fədakar “müsavat”çı bacı və qardaşlarım! Qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın, bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. “İlan ulduz görməsə, ölməz, deyiblər” atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb!”
Yeri gəlmişkən, artıq Q.İbadoğlunun çağırışına müsbət reaksiyalar gəlməyə başlayıb. Belə ki, bir neçə nəfər bu hadisəyə etiraz olaraq Müsavat Partiyasından istefa verib. Məsələn, partiyanın Səbail rayon təşkilatının üzvü Sədaqət Paşayeva partiya üzvlərinə müraciət edərək, “Müsavat”ın sonuncu qurultayından sonra partiyada yaranan antidemokratik mühitdən narahatlığını bəyan edib: “Sonuncu qurultayda Müsavat Partiyasının başqanlığına namizədlərdən biri olmuş Qubad İbadoğlunun partiya sıralarından çıxarılmasına dair keçirilən müzakirəni partiya üzvlərindən gizli qaydada apararaq, demokratik prinsiplərin pozulması kimi dəyərləndirirəm”.
“Müsavat”ın Suraxanı rayon təşkilatının üzvü Elman Vahidov da partiyadan istefa verdiyini açıqlayıb.
Bundan başqa, Qubad İbadoğlunun “Müsavat”dan xaric edilməsi və antidemokratik idarəçiliyə etiraz olaraq bir qrup partiya üzvü də bəyanat verib. Vaxtilə İsa Qəmbərin müavinləri olmuş Mehman Cavadoğlu, Vurğun Əyyub, o cümlədən, bir neçə il öncə məhz Arif Hacılının səyi ilə “Müsavat”dan uzaqlaşdırılan Adil Qeybulla, hüquq müdafiəçiləri Novella Cəfəroğlu və Səidə Qocamanlının da imzaladığı bəyanatda bildirilir ki, son günlər Müsavat Partiyası daxilində partiyanın siyasi xəttindən və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi, cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya sıralarından çıxarılması qəbuledilən sayıla bilməz. Qeyd edilir ki, Qubad İbadoğlunun heç bir nizamnamə pozuntusuna yol vermədiyi halda partiyadan çıxarılması, partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədliyə xəbərdarlıq edilməsi onsuz da mürəkkəb olan partiyadaxili durumu daha da gərginləşdirib. Bəyanatda göstərilir ki, hazırki rəhbərliyin apardığı idarəçilik xətti partiyanın gələcəyinə olan inamı azaldır.
Və sonda, Müsavat Partiyasındakı mənbələrin verdiyi məlumata görə, Q.İbadoğlunun partiyadan xaric edilməsi birbaşa İsa Qəmbərin göstərişi ilə həyata keçirilib. Bu fakt isə onu göstərir ki, A.Hacılı keçmiş başqanın təsirindədir və onun tapşırıqlarından kənara çıxmaq iqtidarında deyil. Məhz bu kontekstdə Qubad İbadoğlunun partiyadan çıxarılması “Müsavat” üçün sonun başlanğıcı kimi dəyərləndirilə bilər. O mənada ki, böyük ehtimalla yaxın günlərdə “Müsavat” adına iddia edən İbadoğlu tərəfdarları konkret addımlar atacaqlar.

 
  • Oxunub:  19590  |  
  • Tarix:  12-02-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA