Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikallar növbəti “seçki davasına” start verdilər

Radikallar növbəti “seçki davasına” start verdilər

12.02.2015 [09:57]

Mübariz Abdullayev

8 müxalifət partiyasının təmsilçilərinin seçki bloku yaratdıqlarını bəyan etmələri özlərini heç bir əsas olmadan radikal düşərgənin əsas güc mərkəzi sayan AXCP və “Müsavat” tərəfindən top-tüfənglə qarşılanıb
Bir-birləri ilə sonu görünməyən mənafe savaşı aparmaları, közü daim öz qabaqlarına çəkmələri radikalların köhnə adətidir. Məsələn, AXCP, “Müsavat” kimi partiyalar “beşinci kolon” rolunda çıxış edən dağıdıcı düşərgəyə sərgilədiyi antimilli fəaliyyət müqabilində xaricdəki məlum dairələrdən göndərilən ianələrə, qrantlara təkbaşına sahiblənmək üçün daim bir-birlərinin ayağı altında quyu qazırlar.
Siyasi müşahidəçilər radikallar arasındakı ədavətin ölkəmizdə cari ilin payızında keçiriləcək parlament seçkiləri ərəfəsində daha şiddətli hal alacağını proqnozlaşdırırlar. Bu qəbildən olan proqnozlara isə radikalların son günlərdə qarşıdan gələn seçkilərlə bağlı dilə gətirdikləri cəfəng fikirlər və sərgilədikləri əməllər rəvac verib. Belə ki, çay gəlməmiş çırmanmağa adətkar olan radikallar indi də seçkilərə hələ xeyli müddət qalmasına baxmayaraq, rəqibləri ilə, necə deyərlər, “seçki davasına” çıxıblar.
Məlumdur ki, bir qədər bundan əvvəl “Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzi”ndə cəm olan partiyalardan 8-i, o cümlədən KXCP, BAP, VİP, ALDP, AXP, Azadlıq, Aydınlar, Azad Demokrat partiyaları ölkəmizdə cari ilin payızında keçiriləcək parlament seçkilərində birgə iştirak etmək məqsədilə “Azadlıq-2015” bloku yaratdıqlarını bəyan ediblər. Kasıb itinin adını “Gümüş” qoyan kimi, onlar da yeni bəyan etdikləri “bloka” gəlişigözəl ad veriblər: “Azadlıq-2015”.
Əslində, yuxarıda adları çəkilən 8 partiyanın parlament seçkilərinə hələ xeyli vaxt qalmış qabaqdangəlmişlik edərək tələm-tələsik blok yaratdıqlarını bəyan etmələri müəyyən mətləblərdən xəbər verir. Məlumdur ki, indiyədək AXCP və Müsavat Partiyası heç bir əsas olmadan özlərini radikal düşərgədə güc mərkəzi hesab ediblər. Uzun illərdir ki, “mehriban düşmənlər” kimi tanınan “cəbhəçi”lər və “müsavat”çılar o iddiadadırlar ki, xaricdən radikal düşərgəyə ünvanlanan bütün ianələrin, qrantların əsas hissəsi məhz bu iki partiyaya çatmalı, digər “yedək partiyalar” isə “süfrənin kənarında qalanlarla” kifayətlənməlidirlər. Son vaxtlarda radikal düşərgədə baş verənlərdən, o cümlədən də, “Azadlıq-2015” seçki blokunun bəyan edilməsindən belə məlum olur ki, “yedək partiyalar” AXCP-nin və “Müsavat”ın marginallaşmasının, olan-qalan nüfuzlarını da itirmələrinin fərqindədirlər.
Əslində, digər partiyaların nə vaxtsa AXCP-nin və “Müsavat”ın radikal düşərgədə dəyişməz qaydaya çevirdikləri “böyük qardaş-kiçik qardaş” prinsipinə qarşı çıxacaqları gözlənilən idi. “Yedək partiyalar”ın təmsilçiləri dəhliz söhbətlərində AXCP-nin və “Müsavat”ın iddialarından narazılıqlarını tez-tez dilə gətirirdilər. Belə görünür ki, “yedək partiyalar”ın təmsilçiləri artıq AXCP-yə və “Müsavat”a öz yerlərini göstərmək üçün əlverişli məqamın yetişdiyi qənaətinə gəliblər və bu fürsəti heç bir vəchlə əldən buraxmaq istəmirlər.
Radikal düşərgədən gələn məlumatlardan bəlli olur ki, öz növbəsində AXCP və “Müsavat” təmsilçiləri də 8 “yedək partiya”nın qabaqdangəlmişlik edərək seçki bloku yaratmalarını heç cür sinirə bilmirlər və buna böyük qısqanclıqla yanaşırlar. Belə ki, həmişə yeni “birlik”lər yaradılarkən mütləq qabağa düşən “Müsavat” bu dəfə “yedək partiyalar”ın “böyük-kiçik” yeri gözləməmələrinə görə narazılığını özünü ümumiyyətlə “Azadlıq-2015”dən kənarda saxlamaqla büruzə verib.
Bu arada, həmçinin, AXCP-nin hegemon mövqedə olduğu qondarma “Milli şura” da 8 partiyanın yaratdığı seçki blokuna saymazlıq jesti nümayiş etdirib. Belə ki, son günlərdə radikalların nəzarətində olan KİV-lərdə yerləşdirilən “bəyanat”da qondarma “Milli şura”nın parlament seçkilərinə ayrıca blok halında gedəcəyi bildirilir. Bu baxımdan AXCP təmsilçilərinin açıqlamaları da diqqəti çəkir. AXCP sədrinin müavini Razi Nurullayev açıq şəkildə “Milli şura”nın “Azadlıq-2015” seçki bloku ilə əməkdaşlıq etmək niyyətində olmadığını bildirib: “Məsələ burasındadır ki, oradakı partiyaların əksəriyyətinin rəhbərləri vaxtilə “Milli şura”da olublar. Sonra isə buranı tərk ediblər. Onlarla necə əməkdaşlıq etmək olar?”
Bu məqamda onu da vurğulayaq ki, digər müxalifət partiyalarının təmsilçiləri də seçkiöncəsi mərhələdə radikal düşərgədə yeni “birlik”lərin yaradılmasına hər hansı bir ümid bəsləmədiklərini dilə gətirirlər. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu radikal düşərgədə yaranan yeni “birlik”lərə münasibətini belə ifadə edib: “Blok yaradılması məsələsi müzakirəyə çıxarılanda isə dedim ki, assosiativ əməkdaşlıq formatında bir-birini başa düşməyən qüvvələriksə, seçki blokunda heç vaxt bir araya gələ bilmərik. Orada bir dənə insident oldu və bundan sonra qəti qərar verdim ki, bizim bu adamlarla bir blokda olmağımız mümkün deyil”.
Beləliklə, S.Cəlaloğlunun səsləndirdiyi bu etirafda radikallar arasındakı “səmimiyyətə” bir daha aydınlıq gətirilir. Düz sözə nə deyəsən? Həqiqətən də, ötən illərin təcrübəsindən də bəlli olduğu kimi, radikalların axıradək bir blokda qalmaları əsla mümkün deyil.

Paylaş:
Baxılıb: 1096 dəfə

Müəllifin digər məqalələri:

Qubad İbadoğlunun növbəti manipulyasiyası

Faktları təhrif etmək, ucuz manipulyasiya...

26.06.2021 [08:29]

Qubad İbadoğlu faktları təhrif etməyə çalışır

Xeyli vaxtdır ki, okeanın o tayında...

03.06.2021 [08:53]

Qubad İbadoğlunun yalançı təəssübkeşliyi...

Artıq neçə vaxtdır ki, okeanın o...

27.05.2021 [09:23]

Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır

Xaricdəki antimilli mərkəzlərin...

08.05.2021 [08:39]

Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır

Radikal müxalifət düşərgəsində...

28.04.2021 [09:40]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30