Ana səhifə »  Müəlliflər »  “Müsavat”da “yorğan davası” daha da qızışır
A+   Yenilə  A-
“Müsavat”da “yorğan davası” daha da qızışır
Yazdı: Pərviz Sadayoğlu

Yaxud, partiyada baş verənlər Arif Hacılı tərəfdarlarının da etirazına səbəb olub
Məlum olduğu kimi, Müsavat Partiyasında davam edən qarşıdurma “narazılar” adlandırılan kəsimin rəhbəri Qubad İbadoğlunun partiyadan çıxarılması ilə daha da qızışıb. Belə ki, Arif Hacılının və İsa Qəmbərin sifarişi ilə verilən bu qərarın ardından rəsmən iki hissəyə bölünən “müsavat”çılar öz fikirlərini sosial şəbəkələrdə açıq təhqirlərlə ifadə etməyə başlayıblar.
Vurğulamaq yerinə düşər ki, Arif Hacılı komandasının çıxardığı qərara etirazını bildirən Qubad İbadoğlu hazırkı başqanın ona ünvanladığı “Bizim missiyamız” yazısının 90-cı illərdən qalma pafos və böhtanla kökləndiyini deyib. Onun sözlərinə görə, Arif Hacılının “missiya” adlandırdığı yazısı birinci cümləsindən sonuncuya, təpədən-dırnağa kimi şər, böhtan, nifrət, irin və çirkabla doludur: “Tapşırığınızı icra edən simasızları qoyuram bir qırağa, təkcə iki qardaşınızın mənim ünvanıma söylədikləri uydurma böhtan və təhqirlərə görə şeytan da onlara həsəd aparar. Bunlar heç şeytanın da ağlına gələ bilməzdi! Mən bağlı qapılar arxasında sövdələşmələrə getmirəm, sözümü, fikrimi açıq deyirəm”.
Göründüyü kimi, artıq iki qruplaşma arasında gedən mübarizədə, hətta partiyadaxili siyasi etika belə gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Q.İbadoğlu tərəfdarlarının yaxın zamanda “Müsavat”dan istefa verərək sonuncunun rəhbərliyi ilə yaradılması nəzərdə tutulan yeni bir təşkilata üzv olması perspektivi mövcuddur. Çünki Q.İbadoğlunun partiyadan çıxarılmasının ardından onun tərəfdarlarına qarşı əsl düşmənçilik başlayıb. Daha doğrusu, Arif Hacılı tərəfdarları sosial şəbəkələrdə “narazıları” əsl düşmən kimi təqdim edirlər. Bu isə iki tərəf arasında kəskin qarşıdurmalara yol açır. Məsələn, “Müsavat”da vaxtilə MNTK-nın sədri vəzifəsini tutmuş İbrahim İbrahimli deyib ki, partiyadan istefa vermələri gedən prosesdən asılı olacaq. Bununla belə, İ.İbrahimli müsbət bir perspektiv gözləmədiklərini də gizlətməyib: “Ötən prosesləri nəzərə alsaq, bir şey gözləməyə o qədər də əsasımız yoxdur. Amma düşünürük ki, nə vaxtsa yəqin ki, Müsavat Partiyasında normal düşüncə qalib gələcək və düzgün qərarlar qəbul etməyə başlayacaqlar”.
Yeri gəlmişkən, Qubad İbadoğlunun Arif Hacılıya və onun qardaşlarına qarşı iradları heç də cavabsız qalmayıb. Qarşı tərəfin ən “danışqan üzvü” sayılan Əhrar Partiyasının sədri və Arif Hacılının qardaşı Vaqif Hacıbəyli onu artıq ədəb çərçivəsindən çıxmaqda günahlandırıb.
Bu məqamda onu da qeyd etmək yerinə düşər ki, sonuncu qurultayda seçkiləri saxtalaşdırma yolu ilə partiyadaxili rəhbərliyi ələ almış komandanın repressiv davranışı, antidemokratik üsulla partiya idarəçiliyi artıq onların öz tərəfdarlarını belə cana gətirib. Yəni, qurultaydan sonra Arif Hacılını dəstəkləyən bir neçə şəxs artıq baş verənlərdən narazılıqlarını açıq şəkildə ifadə edirlər. Məsələn, partiyanın mühüm simalarından sayılan, Arif Hacılını dəstəkləsə də, son baş verənlərdən sonra öz etirazını bildirən Novella Cəfəroğlu tənqidçi mövqe tutanların hamısının partiyadan uzaqlaşdırılmasını düzgün saymadığını söyləyib. Onun sözlərinə görə, partiya rəhbərliyini tənqid edənlərin “Müsavat”dan qovulması düzgün deyil: “Partiya müəssisə deyil ki, direktor pis işləyən işçini işdən çıxarsın”.
Bununla yanaşı, Qubad İbadoğlunun partiyadan uzaqlaşdırılması yenidən nizamnaməyə riayət məsələsini gündəmə gətirib. Partiya divanının çıxardığı qərarı əsaslı sayan Arif Hacılı tərəfdarlarından Mirbaba Babayev bu qərarın partiyadaxili qanunlara uyğunluğunu iddia edib. Bu isə keçmiş partiya üzvü, son proseslərə etiraz olaraq “Müsavat”dan istefa verən Hikmət Hacızadənin etirazına səbəb olub. H.Hacızadə “narazıların” barışığa razı olduğunu söyləyib. Hətta bununla bağlı bir sənədin belə hazırlandığını, həmin sənəddə hər iki tərəfin qüsurlarını boynuna alması qeyd edilibmiş. Keçmiş “Müsavat”çı bildirib ki, partiya rəhbərliyi başqa yol - güc yolunu seçib.
Bununla yanaşı, H.Hacızadə M.Babayevə hazırkı partiya məclisinin və divanının qeyri-legitimliyini məhz nizamnamə ilə sübut edib: “Hamını susdurub cərgələrə qoşmaq lazım deyil. Güc ilə bu məsələ həll olunası şey deyil. Bu ağır şəraitdə demokratik partiyanın əsas gücü onun hakimiyyəti yox, onun keyfiyyətidir, onun mənəvi gücüdür, onun demokratik nümunəsidir. Gəlin, onu itirməyək”.
Göründüyü kimi, artıq Müsavat Partiyasında baş verənlər iki şəxsin mübarizəsi kontekstindən çıxıb. Öz şəxsi maraqlarını qorumaqla məşğul olan qruplaşma üzvləri, sadəcə, xarici anti-azərbaycançı mərkəzlərdən gələn pulları nəzarət altında saxlamaq niyyətindədir. Yəni, “dava yorğan davasıdır”...

 
  • Oxunub:  19830  |  
  • Tarix:  13-02-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20