Ana səhifə »  Müəlliflər »  Əli Kərimli və başının dəstəsi ermənilərin əmri ilə ilk Avropa Oyunlarını hədəfə alıb
A+   Yenilə  A-
Əli Kərimli və başının dəstəsi ermənilərin əmri ilə ilk Avropa Oyunlarını hədəfə alıb
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədri nəzarətində olan mətbu orqanda Azərbaycana qarşı yalanları tirajlamaqla antimilli mərkəzlərin etimadını qazanmağa çalışır
Siyasi karyerası uğursuzluqlarla müşayiət olunan, Azərbaycan xalqının və dövlətinin maraqlarını hər an satmağa hazır olan radikal müxalifət düşərgəsi yenə öz ampluasındadır. Belə ki, ölkəmizin uğurlarına qarşı çirkin kampaniyalar aparmaqla “məşhurlaşan” dağıdıcılar növbəti dəfə, anti-azərbaycançı mərkəzlərin layihələrinin önündə getməyə müntəzirdirlər. Radikalların növbəti əməllərinə toxunmazdan öncə vurğulayaq ki, bu xəyanətkar zümrə özünü “siyasi partiya” adlandırsa da, onların fəaliyyətində heç bir “siyasi məntiq” tapmaq mümkün deyil. Çünki əsas məqsədi siyasi hakimiyyətə gəlmək olan hər hansı bir siyasi partiyanın istinad nöqtəsi məhz xalq, dövlətçilik marağı olmalıdır. Azərbaycandakı radikal müxalifət düşərgəsinin istinad nöqtələri isə xarici antimilli fondlar, xarici səfirliklərdir.
Məhz bu kontekstdə hər addımda dövlətimizin, xalqımızın əleyhinə təbliğat aparan, Azərbaycanın maraqlarının ziddinə yönələn siyasəti dəstəkləyən ermənipərəst dairələrin əmrlərinə, sifarişlərinə sözsüz əməl edən radikal düşərgənin, ən əsası da özünü “beşinci kolon”un “monopolisti” kimi aparan AXCP sədri Əli Kərimlinin budəfəki hədəfi onların yeni niyyətlərini bəlli edir. Bütün “gücünü” Bakı-2015 Birinci Avropa Oyunlarına qarşı səfərbər edən Ə.Kərimlinin yeni “çörək ağacı” məhz bu idman bayramıdır desək, yanılmarıq. Belə ki, Bakı-2015 Birinci Avropa Oyunlarını şantaj hədəfinə çevirən Ə.Kərimlinin bu işi dövlətimizin, Azərbaycan hakimiyyətinin uğurlarını gözü götürməyən, qüdrətli ölkəmizin gündən-günə böyük bir coğrafi regionda aparıcı aktora çevrilməsini həzm edə bilməyən ermənipərəst dairələrin sifarişi əsasında həyata keçirdiyi isə şübhəsizdir. Yəni, bu niyyətin də arxasında satqınlıq, xəyanət və maddi-korporativ maraqlar dayanır...
Ermənilərin dövriyyəyə buraxdığı böhtanları tirajlayanların yalanı tez ifşa olundu
Bu baxımdan Əli Kərimlinin və onun ətrafındakı dağıdıcıların yenidən “sezonnu mitinqlərə” start verməyə çalışmaqları “başadüşüləndir”. Azərbaycanın əleyhinə təbliğat aparan qrupların sifarişi ilə belə şoular düzənləməyə çalışan Ə.Kərimli və başının dəstəsi əslində, bununla da ermənilərlə əlbir olduqlarını, ermənipərəst dairələrə işlədiyini bariz şəkildə ortaya qoyur. Amma yenə də Əli Kərimlinin və onun şər-böhtan maşınının “oxu daşa dəyib”. Belə ki, bir neçə gün öncə onun nəzarətində olan “Azadlıq” qəzeti “Amnesty International” təşkilatının Birinci Avropa Oyunlarını boykota çağırması ilə bağlı xəbər yaymışdı və bunun ardından isə “Amnesty International” təşkilatı bu yalanı təkzib etdi. Qurum bu məsələ ilə bağlı bəyanatında bildirdi ki, “Amnesty International” Bakı-2015 Birinci Avropa Oyunlarını boykot etməyə çağırmayıb. Məsələ ilə bağlı təşkilatın bəyanatında deyilir: “Amnesty International”ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayıldı. Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırmayıb”...
Ampluasına sadiq Əli Kərimli...
Beləliklə, Azərbaycanın uğurlarını həzm edə bilməyən, erməniləri dəstəkləyən dairələrlə işbirliyinə gedən Ə.Kərimli bu dəfə də öz ampluasına sadiqlik nümayiş etdirir. Bütün dünyanın diqqətinin, nəzərinin Azərbaycana yönəldiyi bir zamanda əlində olan mətbu rupordan istifadə edərək öz arzularını, yalanlarını beynəlxalq təşkilatların adından tirajlamağa çalışır. Amma hər zamankı kimi onun yalanı nəinki qırx gün, heç qırx saat da yaşamır... Pul qarşılığında dövlətinin, xalqının mənafeyini satan, dövlətin uğurlarına kölgə salmağa çalışan xarici güclərin dəstəkçisinə çevrilən “sapı özümüzdən olan” Əli Kərimli kimi “baltalar” bununla bir daha öz simalarını xalqa nümayiş etdirmiş olurlar.
Əli Kərimli “Azadlıq” qəzetində var olan “virtual AXCP” sədri kimi...
Əslində, Əli Kərimli özü də artıq çıxılmaz bir vəziyyətə düşüb. Partiyasından istefa verərək onun əsl simasını açan tərəfdarları da etiraf edirlər ki, AXCP adlanan partiya, demək olar ki, mövcud deyil və Ə.Kərimlinin başındakı üç-beş adam, sadəcə, sosial şəbəkələrdə öz sədrlərinin əmri ilə onlara etiraz edən insanlara hücumlar təşkil etməklə məşğuldurlar. Yəni, bu gün Ə.Kərimli, sadəcə, “Azadlıq” qəzetində var olduğu “güman edilən” AXCP-nin sədridir desək, daha doğru olar. Onsuz da bu qəzetə ayrılan qrantları mənimsəməklə məşğul olan Ə.Kərimlinin bütün “siyasi fəaliyyəti” pul qazanmağa sərf edilib.
Bakı-2015 Birinci Avropa Oyunları, bu Oyunun möhtəşəmliyi, Azərbaycanın təbliğatındakı yeri isə, deyəsən, elə bir erməniləri, bir də bu qəzeti narahat edir. Hər halda Əli Kərimlinin tərəfdarlarının bu qəzetdə ortaya qoyduqları mövqe vartanların, sərkislərin, o cümlədən də, vartanları dəstəkləyənlərin mövqeyindən zərrə qədər də fərqlənmir. Əli Kərimlinin başındakı “beşinci kolon” nümayəndələri isə öz sədrlərinin bu “mövqeyini” hər kəsə, ən əsası da vartanlara pul ötürən mərkəzlərə nümayiş etdirmək üçün bütün yollara baş vururlar...
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  18750  |  
  • Tarix:  13-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub
16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:26
19 Sentyabr
Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
16:00
19 Sentyabr
SOCAR: “Qarabağ”da ilk quyunun gələn ilin birinci yarısında qazılması planlaşdırılır
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20