Ana səhifə »  Müəlliflər »  “Cənub” qaz dəhlizi Avropanın ən böyük enerji layihəsidir
A+   Yenilə  A-
“Cənub” qaz dəhlizi Avropanın ən böyük enerji layihəsidir
Yazdı: Nurlan Qələndərli

Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq
Müasir dünya siyasətinin müstəqil aktoru olan, Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən Azərbaycan praqmatik xarici siyasət kursu ilə regional və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verir. Ölkəmizin xarici siyasət kursunun mühüm istiqamətlərindən birini də rasional enerji siyasəti təşkil edir. Azərbaycan praqmatik enerji siyasəti nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli layihələrin mərkəzi oyunçusuna çevrilib və ölkəmizin iştirakı olmadan regionda heç bir layihə gerçəkləşdirilmir.
“Cənub” qaz dəhlizi - XXI əsrin layihəsi
Beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfələr verən Azərbaycanda ötən ilin sentyabr ayında daha bir möhtəşəm enerji layihəsinin - XXI əsrin layihəsi kimi xarakterizə edilən “Cənub” qaz dəhlizinin icrasına start verilib. Cari il fevralın 12-də isə Bakıda Asiya ilə Avropanı, Xəzər hövzəsi ilə uzaq Adriatik dənizi sahillərini əlaqələndirəcək “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Şübhəsiz, XXI əsrin layihəsi adını alan “Cənub” qaz dəhlizi Azərbaycanın praqmatik enerji siyasətinin, bu kontekstdə beynəlxalq əməkdaşlığının qanunauyğun nəticəsi kimi xarakterizə edilir. Bu əməkdaşlıq formatında davam etdirilən işbirliyi, Azərbaycanın Avrasiyanın enerji xəritəsini zənginləşdirəcək layihələrə imza atması, Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verməsi həm “qoca qitə” təmsilçiləri, həm də bütövlükdə Qərb tərəfindən yüksək qiymətləndirilir.
“Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə strateji töhfələr verəcək
Ümumiyyətlə, son illərdə dünyada baş verən kataklizmlər, o cümlədən də, siyasi böhranlar Avropa ölkələrini etibarlı enerji təhlükəsizliyi barədə daha ciddi düşünməyə sövq edir. Bu kontekstdə qeyd etmək olar ki, “Cənub” qaz dəhlizi Avropanın enerji təhlükəsizliyinə sanballı töhfə olacaq. 2011-ci ilin yanvarında Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Azərbaycan Prezidenti İlham Əliyev Bakıda “Cənub” qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə imzalayıblar. Həmin vaxtdan bəri Avropa Komissiyası, tərəfdaş ölkələr və şirkətlər bu layihəni reallaşdırmaq üçün birgə çalışıblar. Bütün kəmərlərin inşasının başa çatdırılması üçün daha 5 il tələb olunacaq. Yeni dəhliz vasitəsilə Xəzərin qaz ehtiyatları Avropa İttifaqının mərkəzi ölkələrinə çatdırılacaq. İstehlakçı ölkələr sırasında Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, növbəti mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələrin adlarını sadalamaq mümkündür. Qeyd edək ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,5 trilyon kubmetrə bərabərdir. Proqnozlaşdırılan qaz ehtiyatlarımız isə 4-5 trilyon kubmetr səviyyəsindədir.
Deyilənləri ümumiləşdirərək qeyd etmək olar ki, əsas etibarilə, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanın böyük qaz ehtiyatlarının hasilatı və Avropa istehlakçılarına çatdırılması ilə bağlı müxtəlif təşəbbüs və layihələr irəli sürülüb, lakin bunların praktiki nəticəsi olmayıb. Azərbaycan bu sahədə də liderliyi öz əlinə götürüb və “Cənub” qaz dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə başlanıb. 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında “Cənub” qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb, 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, 2013-cü il dekabrın 17-də “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. 2015-ci il fevralın 12-də isə, qeyd edildiyi kimi, Bakıda “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib və “Cənub” qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, mətbuat üçün bəyanat qəbul edilib.
Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi - yeni dəhlizin yaradılması tarixi hadisədir
Dolayısıyla, Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir. “Cənub” qaz dəhlizi Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. “Cənub” qaz dəhlizi dünya əhəmiyyətli layihəyə çevrilib. Bu layihə, eyni zamanda, Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın əhəmiyyətini daha da artırıb. Prezident İlham Əliyevin praqmatik, uzaqgörən və tam müstəqil siyasəti sayəsində Azərbaycan rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib.
Bu tarixi hadisə kontekstində qeyd edə bilərik ki, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artacaq. Bu, ilk növbədə, Azərbaycanın praqmatik enerji siyasəti ilə əlaqədardırsa, digər tərəfdən, ölkəmizlə səmərəli işbirliyi kontekstində yeni əməkdaşlıq platformalarının formalaşdırılması ilə bağlıdır.
Bütövlükdə isə, bu layihə regional və beynəlxalq enerji təhlükəsizliyi nöqteyi-nəzərindən strateji əhəmiyyətli faktor kimi dəyərləndirilir. “Cənub” qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev layihənin əhəmiyyətindən bəhs edərək bildirib ki, “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi layihəsidir: “Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir”.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  21660  |  
  • Tarix:  13-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır
14:06
25 Sentyabr
Yaxın gələcəkdə Ticarətin Asanlaşdırılması Mərkəzi istifadəyə veriləcək
14:03
25 Sentyabr
Prezident İlham Əliyev “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub
13:54
25 Sentyabr
Sudan Azərbaycanla kosmik sahədə əməkdaşlıq etməkdə maraqlıdır
12:57
25 Sentyabr
İspaniya universitetləri AMEA ilə elmi əməkdaşlıqda maraqlıdır
12:56
25 Sentyabr
Nikolay Yankov: Naxçıvan Muxtar Respublikası ilə Bolqarıstan arasında əməkdaşlıq daha da genişləndiriləcək
12:48
25 Sentyabr
Naxçıvanda “İslam filmləri həftəsi”nin açılış mərasimi keçirilib
12:46
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın Azərbaycana işgüzar səfəri
12:42
25 Sentyabr
Milli Məclisin deputatı AŞPA-nın Tbilisidə keçirilən komitə iclasında iştirak edir
12:36
25 Sentyabr
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
12:17
25 Sentyabr
Kestutis Yankauskas: Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var
12:09
25 Sentyabr
Gömrük Komitəsi 3 istiqamətdə islahatlar aparır
11:59
25 Sentyabr
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb
11:43
25 Sentyabr
Qriqori Trofimçuk: Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
11:37
25 Sentyabr
UNEC-də imtahan prosesi təkmilləşdirilir
11:27
25 Sentyabr
Azərbaycanlı gənclər Polşadakı Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
11:26
25 Sentyabr
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
11:26
25 Sentyabr
Bakıda üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi açılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA