Ana səhifə »  Müəlliflər »  “Müsavat” rəhbərliyi Qubad İbadoğlunun ardınca Tural Abbaslıya qarşı “əməliyyata” başladı
A+   Yenilə  A-
“Müsavat” rəhbərliyi Qubad İbadoğlunun ardınca Tural Abbaslıya qarşı “əməliyyata” başladı
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın rayon təşkilatları kütləvi istefaya start verir
Xəbər verildiyi kimi, Müsavat Partiyasından çıxarılan və “narazılar” qruplaşmasının rəhbəri sayılan Qubad İbadoğlunun “Azərbaycan demokratiya və rifah hərəkatı” adlı qurum yaratması ilə bu partiyanın parçalanmasına rəsmən start verilib. Həmin addım onsuz da işləri “düz getməyən” “Müsavat”ın daxilində gərginliklərin daha da artmasına gətirib çıxarıb. Bunun əsas səbəbi isə Q.İbadoğlunun yaratdığı hərəkatı daha da genişləndirmək üçün işə başlaması və bu fəaliyyətdə “Müsavat” üzvlərindən istifadə etməsidir. Vurğulamaq yerinə düşər ki, Q.İbadoğlunun bəzi tərəfdarları hələ də partiya üzvü olaraq fəaliyyət göstərirlər. Məsələn, Müsavat Partiyasının Qadınlar Birliyinin sədri olan Ellada Məmmədli, o cümlədən, başqa “müsavat”çılar da Qubad İbadoğlunun təsis etdiyi hərəkatın aparıcı üzvləri sırasındadırlar.
Bu arada yaradılan hərəkatın partiyaya çevrilməsi istiqamətində işlər sürətlənib. Belə ki, “Demokratiya və rifah hərəkatı” qarşısına siyasi təşkilata çevrilmə məqsədi qoyub və qurumun yerli şöbələri də partiya şöbələri mexanizmi üzrə qurulur. Belə davam edərsə, maya qədər artıq Müsavat Partiyasının bazası əsasında “narazılar”ın yaradacağı yeni partiya rəsmən fəaliyyətə başlaya bilər.
Onu da vurğulayaq ki, hərəkatın idarə heyətinin bir müddət öncə keçirilən iclasında Müsavat Partiyasının qurucularından sayılan Vurğun Əyyubun hərəkat sədrinin birinci müavini təyin edilməsi prosesə “əlavə rəng qatıb”. Bundan başqa, Q.İbadoğlunun ABŞ-a uzunmüddətli səfəri başladığı üçün V.Əyyubun sədrin səlahiyyətlərini yerinə yetirməsi xəbəri partiyanı əməlli-başlı “çalxalayıb” desək, yanılmarıq. O mənada ki, Vurğun Əyyubun yaxın bir neçə ayda sədr səlahiyyətlərini icra etməsi “müsavat”çıların hərəkata axınını sürətləndirmə ehtimalını formalaşdırdığı üçün Arif Hacılı komandası indidən əks planlar hazırlamaq niyyətindədir.
“Müsavat” daxilində yeni “bunt”
Qeyd edildiyi kimi, yaxın aylarda V.Əyyubun hərəkata rəhbərlik edəcəyi və hərəkatın rayon təşkilatlarını məhz üzvü olduğu partiyanın bazasında formalaşdıracağı xəbərləri “Müsavat”da qorxuya səbəb olub. Hətta Müsavat Partiyasının yeni başqanı Arif Hacılı da hərəkatı “Müsavat”a qarşı müxalifət adlandırıb.
Məhz bu qorxunun nəticəsidir ki, Arif Hacılı artıq rayon təşkilatlarının ona biət etməyən sədrlərini vəzifəsindən uzaqlaşdırır. Eyni repressiya dalğası bu dəfə “Müsavat”ın Sabunçu rayon təşkilatını vurub. Belə ki, Müsavat Partiyası Sabunçu rayon təşkilatının üzvləri Elməddin Qəmbər, Vidadi Həsənov, Nizami Əliyev, Ehtiram Məmmədov, Asif Yusifov, Rövşən Əliyev, Musa Əsgərov və Rövşən Həsənli partiya sıralarından istefa veriblər. Bu barədə məlumat verən partiyanın üzvü Elşən Həsənov istefalara səbəb kimi partiyanın Sabunçu təşkilatında sədrliyə keçirilən seçkini göstərib. Onun sözlərinə görə, partiya rəhbərliyi ona Sabunçu təşkilatında sədr seçilməyə imkan verməyib. Səbəb isə E.Həsənovun Arif Hacılını tənqid etməsidir: “Təşkilatda iki dəfə seçki keçirilib, birinci dəfə kvota olmadığına görə seçki baş tutmadı. Onda açıq-aşkar təşkilat departamentinin rəhbəri Zöhrab Məhərrəmli təşkilat üzvlərinə zəng edərək “İsa Qəmbər Arif Hacılının adından tapşırıb ki, Elşən Həsənov sədr seçilə bilməz”, deyib. Partiya rəhbərliyi seçkiyə müdaxilə edib”.
Qubad İbadoğlunun ardınca Tural Abbaslı “əməliyyatı”
Sabunçu rayon təşkilatında baş verənlər həm də adıçəkilən Elşən Həsənovun narazıları, daha doğrusu, Tural Abbaslını dəstəkləməsi ilə bağlı olub. Belə ki, E.Həsənov başqanlığa sabiq namizəd Tural Abbaslını dəstəkləyib. O deyib ki, A.Hacılı məhz bu üzdən ona düşmən kəsilib: “Tural Abbaslı ilə dostam. Onu dəstəklədiyimə görə mənə düşmən mövqeyi tutdular. Hamısı Arif Hacılının tapşırığı ilə həll olunur”.
Vurğulayaq ki, A.Hacılı Qubad İbadoğlunu və komandasını “Müsavat”dan uzaqlaşdırdıqdan sonra ona problem ola biləcək başqa bir rəqibini - Tural Abbaslını hədəfə alıb. T.Abbaslı özü də bunu etiraf edib. O bildirib ki, nə özü, nə də tərəfdarları partiya Məclisinin aprelin 4-də keçiriləcək sessiyasında Məclis üzvlüyünə, ümumiyyətlə, seçkili orqanlara namizədliyini verməyəcək: “Çünki Məclisin sonuncu iclasından indiyə qədər müşahidələrimiz göstərir ki, Arif Hacılı və ətrafı rəqabət hissindən qurtulmayıblar və hələ də qurultaya qədərki rəqabət mühitini davam etdirirlər. Arif Hacılı və ətrafı hələ də qrup maraqları naminə addımlar atır. Belə rəqabətdə iştirak etmək lazım deyil. Ona görə də, Məclis üzvlüyünə namizədliyimizi verməyəcəyik. Təbii ki, bu da partiyadaxili demokratiyanın bərbad olduğunun göstəricisidir. Tez bir zamanda lazımi addımlar atılmasa, təəssüf ki, Müsavat Partiyasını ağır günlər gözləyir”.
Göründüyü kimi, A.Hacılının apardığı “təmizləmə” əməliyyatı bu partiyada fərqli fikrə qarşı münasibətin hansı vəziyyətdə olduğunu ortaya çıxarır. A.Hacılı rəqiblərini birmənalı şəkildə bütün proseslərdən kənarda saxlamaqla özünü legitimləşdirməyə, daha doğrusu, “yerini bərkitməyə” çalışır.
İsa Qəmbər-Arif Hacılı tandemi ermənipərəst mərkəzlərin verəcəyi “qonorar”ın arxasınca sürünür
Beləliklə, görünən odur ki, Müsavat Partiyası daxilindəki savaş fərqli statusa keçir. Artıq Arif Hacılı partiya daxilində yaratdığı “monarxiya”nı qorumaq üçün fərqli kampaniyalara əl atmaqdadır. Amma bu addımlar “Müsavat”ın real parçalanmasını daha da tezləşdirə, bu da onları parlament seçkiləri öncəsi xarici mərkəzlərdən gələcək pullardan da kənarda qoya bilər. Belə görünür ki, “narazı” qruplaşmanın öz sözündən dönməməsi və qurultayda baş verən saxtakarlıqlarla barışmaması, o cümlədən, yeni partiyadaxili qruplaşmanın hakim qruplaşmaya biət etməməsi Arif Hacılını və İsa Qəmbəri ümid etdiyi ermənipərəst dairələrdən gələn pullardan ayrı salmaq təhlükəsi ilə üzləşdirib. Nəzərə alsaq ki, A.Hacılı və onun dəstəkçisi olan İsa Qəmbər Q.İbadoğlunun və onun tərəfdarlarının bu qədər dirəniş göstərəcəyini də proqnozlaşdırmamışdı, bu amil yaxın günlərdə “Müsavat”ın da “papka-partiya”ya çevrilməsini şərtləndirə bilər...

 
  • Oxunub:  18360  |  
  • Tarix:  31-03-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20