Ana səhifə »  Müəlliflər »  AXCP adlandırılan qrup iqtidar-müxalifət dialoquna qarşı çıxır
A+   Yenilə  A-
AXCP adlandırılan qrup iqtidar-müxalifət dialoquna qarşı çıxır
Yazdı: Pərviz Sadayoğlu

Radikallar ölkədə ictimai-siyasi həmrəyliyin olmasını istəmirlər
Azərbaycan siyasi palitrasının “qara yara”sına çevrilən, hər zaman xəyanəti, satqınlığı, milli maraqlara qarşı cəbhə açmağı özünə peşə seçən radikal müxalifət partiyalarının, ən əsası isə, AXCP adlandırılan qrupun son dövrlərdə daha da “aktivləşməsinin”, özünü gündəmə daşımaq istəyinin haradan qaynaqlandığı bəllidir. Heç uzuğu getməyək. “Sosial gücü” təşkil etdiyi “mitinq”lərdən “bəlli olan” AXCP-nin rəhbəri Əli Kərimli istər vaxtilə öz sədri Əbülfəz Elçibəyə, istərsə də düşərgənin digər təmsilçilərinə qarşı hər zaman xəyanətdə gühanlandırılıb. Onun və əlaltılarının xarici anti-azərbaycançı mərkəzlərin sifarişi ilə Azərbaycanın uğurlarına, nailiyyətlərinə qarşı kampaniyalar aparması, o cümlədən, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitliyə qarşı çıxması, ara qarışdırması, yalan və pafosa söykənən fikirlərlə xalqı aldatmağa çalışması da kimsəyə sirr deyil. Maraqlıdır ki, Azərbaycan dövləti beynəlxalq səviyyədə mühüm bir uğura imza atırsa, AXCP adlandırılan qrup və onun sədri dərhal həmin uğura kölgə salmaq üçün bütün “gücünü” səfərbər edir. Daha doğrusu, erməni maraqlarının qoruyucusu, havadarı sayılan xarici təşkilatların maddi dəstəyi ilə “çırmanıb mən də varam” deməyə başlayır. Halbuki, yuxarıda da vurğuladığımız kimi, Azərbaycanda milli birliyə qarşı olduğunu hər addımda büruzə verən, siyasi dialoqlara qatılmayan, özünü siyasi müxalifət partiyası kimi deyil, erməni maraqlarının qoruyucusu qismində təqdim edən AXCP-nin hansı “sosial gücə” malik olduğunu Azərbaycan cəmiyyəti yaxşı bilir.
Qeyd edildiyi kimi, sivil siyasi münasibətlərin mövcud olduğu Azərbaycanda keçirilən iqtidar-müxalifət dialoquna qatılmayan, əksinə, bu dialoqa qarşı çıxan AXCP bununla nəinki müxalifət funksiyasını daşımadığını, hətta xarici ermənipərəst dairələrin əmrləri əsasında hərəkət etdiklərini növbəti dəfə sübuta yetirir. Əslində, bu təbiidir. Çünki “5-ci kolon” qismində “qrant müxalifəti” kimi tanınan, şəxsi maraqlarının, maddi təminatının əsirinə çevrilən bu azlıq siyasi təşkilatdan çox kooperativ funksiyası daşıması, cəmiyyətin iradəsinə tabe olmaması, siyasi partiya olaraq üzərinə düşən vəzifələri layiqli şəkildə yerinə yetirməməsi (məsələn, seçkilərdə iştirak etməməsi) və bunun nəticəsində də ümumiyyətlə xalqın dəstəyindən məhrum olması ilə “məşhurdur”. Yəni, bu qrup özünü yalandan şişirdərək partiya kimi təqdim etsə də, yalanı tez ifşa olur.
Amma özünün gücsüzlüyünü, xarici asılılığını pərdələməyə çalışan AXCP rəhbərliyi eyibinə kor olmur. Əksinə, çox güman ki, məhz ona qrant verən xarici anti-azərbaycançı mərkəzlərin istəyini nəzərə alaraq iqtidar-müxalifət dialoquna qarşı çıxır. Əli Kərimli bilir ki, xalq ona nəinki dəstək vermir, onun ermənipərəst mövqeyi cəmiyyətdə ikrahla qarşılanır. Məhz bu səbəbdəndir ki, siyasi parityaların görüşünə qatılan fərqli fikrə malik, bununla belə, parlamentdə təmsil olunan qurumlar hədəf seçilir. Lakin sözügedən görüşə qatılan, müzakirə aparan partiyaları və həmin partiyaların rəhbərlərini ölkə iqtidarı ilə bir masa arxasında oturmaqda günahlandırılanlar deyəsən, güzgüyə baxmağı unudurlar. Daha doğrusu, öz adlarını başqasına qoyan AXCP nə üçün hansı siyasi kimliyə malik olduğunu unudur? Digər tərəfdən, AXCP tərəfindən sərgilənən bu mövqe bir daha sübut edir ki, radikallar ölkədə ictimai-siyasi həmrəyliyin olmasını istəmirlər.
Vurğulayaq ki, AXCP-dən siyasi partiyaların görüşündə iştirak edən qurumlara qarşı irəli sürülən ittihamlar heç də cavabsız qalmayıb. Məsələ ilə bağlı qəzetimizə açıqlamasında millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu bildirib ki, bu gün ictimai yük ideya və fikirlərin yayılma arealı ilə ölçülür: “Bu gün bunu iddia edən qüvvələr, əslində bütünlüklə cəmiyyət həyatından kənarda qalıblar. Keçirdiyi mitinqə fikir verən yoxdur, keçirdiyi mitinqə cəmiyyətin reaksiyası laqeyddir. Çünki onların şüarlarına, yanaşmalarına inanmırlar. Bu səbəbdən də “özüm iştirak etmirəm deyə” başqalarını mütləq qaralamalıyam yanaşması ortaya qoyurlar. Bu da bir xəstəlikdir və bu xəstəliyin də müalicəsi yoxdur. Hələ də bu adamları başa sala bilməmişik ki, bu ölkənin həyatını 20 il qabağın reseptləri ilə eyniləşdirmək olmaz. Ölkədə bəlli bir dövlət strukturlaşması gedib və orada istər iqtidar, istərsə də müxalifət öz üzərinə düşən funksiyanı dövlətin marağı çərçivəsində inkişaf etdirməyi bacarmalıdır. Axı xarici səfirliklərin, xarici himayədarların dəstəyi çəkilən zaman həmin adamlar sabun köpüyü kimi ortadan qalxırlar. Hətta onlar səfirliklərin dəstəyi olmadan normal bir mitinq keçirə bilmirlər. Bu, sadəcə, başlanan sağlam bir prosesi - dialoq prosesini ləkələmək məqsədi güdür”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı isə bildirib ki, Əli Kərimli o qədər absurd danışır ki, öz dediklərinə özü də inanmır. Onun sözlərinə görə, bu gün Əli Kərimlinin yaxın dostları, qohumları belə ondan imtina edib: “Fuad Mustafayevdən tutmuş İbrahim Vəliyevə qədər hər kəs ondan imtina edib. Vaxtilə Cəmil Həsənli mandata görə Əli Kərimlidən imtina etmişdi. Sonradan deputat seçilməyəndə isə yenidən çevrilib “müxalifət” oldu. Budur onların əsl simaları. Ayda bir dəfə Əli Kərimlinin özünə müavin təyin etdiyi, müşavir təyin etdiyi adamlar ondan imtina edərək istefa verirlər. Kim qalıb onun yanında? Əli Kərimli öz yanında 5 nəfərin adını çəkə bilməz”.
Niyaməddin Orduxanlı hakimiyyətlə dialoqda iştirak edən partiyaların kifayət qədər sosial dayaqlarının olduğunu və onlara qarşı səsləndirilən bütün fikirlərin məhz Əli Kərimli tərəfindən qarayaxmadan başqa bir şey olmadığını qeyd edib: “Bu gün Əli Kərimlinin və Cəmil Həsənlinin çağırışı ilə xalqın mitinqə gəlməməsinin səbəbi bu adamların riyakarlığı ilə bağlıdır. Cəmiyyət bu insanları yaxşı tanıyır. Cəmil Həsənli, sənin bu riyakarlığına görə mitinqə gəlmirlər! Mən hər zaman demişəm, Əli Kərimli bolşevikdir”.

 
  • Oxunub:  20070  |  
  • Tarix:  02-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq
21 Fevral 09:45
“Nar” 45-dən çox bölgəni 4G şəbəkəsi ilə təmin edib
20 Fevral 20:53
Birləşmiş Krallığın Kosmik Agentliyi ilə “Azərkosmos”un əməkdaşlığının perspektivləri müzakirə olunub
20 Fevral 20:51
Azərbaycan nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransına hazırlıq iclasında iştirak edir
20 Fevral 20:48
Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun birinci iclasının kommünikesi qəbul edilib
20 Fevral 20:46
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib
20 Fevral 20:44
31-ci Beynəlxalq İnformatika Olimpiadasının yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib
20 Fevral 20:41
Avrokomissar: Azərbaycan qazının yaxın gələcəkdə Avropa İttifaqına çatmasını səbirsizliklə gözləyirik
20 Fevral 20:40
Xocalı soyqırımı qurbanlarının xatirəsi dünyanın bir çox ölkəsində yad ediləcək
20 Fevral 20:37
“Xocalı: Şahidlər danışır” kitabının təqdimatı olub
20 Fevral 20:35
Günter Ottinger: Cənub Qaz Dəhlizi kimi iddialı infrastruktur layihələri çox deyil
20 Fevral 20:32
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçılarına Azərbaycandakı tolerant mühit barədə məlumat verilib
20 Fevral 20:29
Azərbaycan daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir
20 Fevral 20:28
Brüsseldə ümumavropa Qarabağ mitinqi keçiriləcək
20 Fevral 20:17
Azərbaycan ilə Aİ arasında siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqların növbəti raundu keçirilib
20 Fevral 20:12
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısının yekununa dair “Birgə Bəyannamə” imzalanıb
20 Fevral 20:10
Milli Məclisin deputatı Moldovada keçiriləcək parlament seçkilərini müşahidə edəcək
20 Fevral 18:02
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılıb
20 Fevral 17:51
Nəsimi rayonunda əhalinin icbari tibbi müayinəsi aparılır
20 Fevral 17:47
Ankarada Azərbaycan və Türkiyənin Təhsil nazirlikləri arasında əməkdaşlığın mövcud vəziyyəti yüksək dəyərləndirilib
20 Fevral 17:37
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019”un iştirakçıları ilə daha bir görüş keçirilib
20 Fevral 17:35
YAP Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib
20 Fevral 17:28
Hadi Rəcəbli: Prezident İlham Əliyev vətəndaşların rifahının daha da yüksəlməsi üçün davamlı olaraq mühüm qərarlar qəbul edir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5