Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Mirmahmud Mirəlioğlu “Milli şura”nı “çevrilmiş vərəq” adlandırdı

Mirmahmud Mirəlioğlu “Milli şura”nı “çevrilmiş vərəq” adlandırdı

08.04.2015 [09:35]

Pərviz Sadayoğlu

Son vaxtlar radikal müxalifət düşərgəsində növbəti “canlanma” müşahidə edilir. Daha doğrusu, xarici anti-azərbaycançı dairələrdən yeni sifarişlər alan dağıdıcılar bu sifarişlər üçün ayrılan maliyyəyə yiyələnmək məqsədilə min bir oyuna baş vururlar. Elə ötən prezident seçkiləri öncəsi ermənipərəst xarici dairələrdən ianələr və başqa “mükafatlar” qopartmaq üçün yaradılan, sonradan isə AXCP sədrinin “biznes sərhədləri”nə daxil olan qondarma “Milli şura”nın “dirildilməsi” cəhdi də bu məqsədə xidmət edir. Belə ki, ölkəmizə təzyiq etmək istəyən xarici ermənipərəst dairələrin sifarişi əsasında birinci Avropa Oyunları ərəfəsində bu qondarma qurumun timsalında müəyyən aksiya şouları həyata keçirilməyə çalışılır. Yəni, Əli Kərimli bu yolla real heç bir fəaliyyəti olmayan, adından və Cəmil Həsənovdan ibarət qondarma qurumu xarici ermənipərəst dairələrə “birlik” adı altında sırımağa cəhd göstərir. Amma onun satqınlar klubu kimi tanınan “Milli şura”nın müxalifətin birliyi olması barədə yalanları yenə də ifşa olunur. Özü də keçmiş müttəfiqləri tərəfindən...
Məsələn, bir müddət öncəyə qədər qondarma “şura”nın üzvü olan, sonradan isə onlarla yollarını ayıran KXCP sədri Mirmahmud Mirəlioğlu KİV-ə açıqlamasında bildirib ki, onun rəhbərlik etdiyi partiya “şura”nın üzvü deyil. “Milli şura”nın sonuncu dəfə KXCP-nin qərargahında keçirilən sessiyasında qurumun genişləndirilməsi ilə bağlı məsələnin müzakirə edildiyini xatırladan M.Mirəlioğlu qeyd edib ki, sonradan bu “genişlənmənin” yalnız bir partiyanın - AXCP-nin üzvləri üçün nəzərdə tutulduğu bəlli olub: “Bu münasibət sonda da təkrarlandı və mənim “Milli şura”da iştirakıma ehtiyac qalmadı. “Milli şura” öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Bu il parlament seçkiləridir. Daha “Milli şura”da təmsil olunanlar fəaliyyətlərini necə quracaq, bu, onların öz işidir”.
M.Mirəlioğlu “Milli şura”nın keçirdiyi aksiyalarda digər düşərgə təmsilçilərinin rəhbərlərinə tribunada yer verilməməsinə toxunaraq deyib ki, başqaları qorxu keçirdir ki, belə bir adam gəlsə, tribuna əldən gedər. Onun sözlərinə görə, “Milli şura” “çevrilmiş bir vərəq”dən ibarətdir.
M.Mirəlioğlunun da açıqlamasından aydın olur ki, qondarma “Milli şura”da heç kim qalmayıb və onun ətrafında sadəcə süni ajiotaj yaradılmağa cəhd edilir. Ümumilikdə radikal düşərgənin bəlli bir kəsimdən - qohum-əqrəba toplusundan ibarət olduğunu, həmçinin, aşağıdakı amilləri nəzərə alsaq, dağıdıcıların qondarma “şura”sının qısa zamanda bu cür fiaskosu da gözlənilən idi. Əvvəla bu qondarma qurumun yaradılması sosial sifariş deyil, xarici ermənipərəst dairələrin sifarişi idi. İkincisi yarandığı ilk vaxtlarda Rüstəm İbrahimbəyovun, Əli Kərimlinin, İsa Qəmbərin və onların başına toplaşmış xalqını, dövlətini satmağa hazır olanların ciblərini doldurmağa xidmət edən “Milli şura”dan bu gün də Əli Kərimli-Cəmil Həsənov cütlüyü eyni məqsəd üçün yararlanmağa çalışır. Digər tərəfdən, “Milli şura”, həm də o səbəbdən dağılmağa məhkum idi ki, oraya toplaşan partiyalar və ya şəxslər bir-birilərinə sözün əsl mənasında patoloji nifrət bəsləyirdilər. Nifrət dağarcığı qismində çıxış edən AXCP isə hər kəsi özünə düşmən seçərək axırda bu adı mənimsəməyə nail oldu. Amma göründüyü kimi, artıq gecdir. Çünki nəinki Azərbaycan cəmiyyəti, hətta vaxtilə radikal düşərgədə yanaşı addımlayan tərəfdaşları da onların oyunlarının hansı mənbədən qidalandığını və nəyə xidmət etdiyini anlayıb...
Radikal düşərgədə cərəyan edən hadisələr, o cümlədən, bu düşərgənin təmsilçilərinin son açıqlamaları bir daha “Milli şura” adının yalnız korporativ maraqlar xatirinə “yaşadıldığını” deməyə əsas verir. Nəhayət, dünənə qədər xarici maraqların pulu ilə yaradılan antimilli bir layihədə “müttəfiq” olanların bir-biriləri haqda dedikləri növbəti dəfə onların hansı simaya malik olduqlarını cəmiyyətə nümayiş etdirir. Necə deyərlər, şərhə ehtiyac qalmır...

Paylaş:
Baxılıb: 1088 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31