
Layihələri fiaskoya uğrayan reneqat Namazovun əsl məqsədi bəlli olan kimi radikal düşərgə təmsilçiləri ondan üz çevirdi
Özünə radikal düşərgədə yer axtaran reneqat Eldar Namazovun son siyasi çabalamaları onun düşərgə daxilində qəbul edilmədiyini, irəli sürdüyü layihələrin isə (“el”, “milli şura”) elə havadan asılı qaldığını aşkar şəkildə ortaya çıxardı. Əslində, gah “ziyalı” adı altında manipulyasiya edən, gah da öz şəxsi maraqlarından irəli gələn fikirlərini cəmiyyətə “demokratiya” adı altında sırımağa çalışan reneqat Namazov xalqın ona, həmçinin, onun başına cəm olmuş və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olanlara münasibətini bilir. Elə bu səbəbdəndir ki, “El” kimi mənasız və mücərrəd bir layihə ilə gündəmə gəlməyə çalışan reneqat Namazovun məqsədlərinin ifşası çox çəkmədi.
Təbii ki, müzakirəsinə başlandığı gündən “El hərəkatı” layihəsinin sadəcə reneqat Namazovun siyasi kimliyinin şişirdilməsinə xidmət göstərməyə hesablandığı bəlli idi. Çünki istər “El hərəkatı” adlanan “sabun köpüyünü” xatırladan layihə, istərsə də onun davamı kimi meydana gələn (əslində bu “davamiyyətin” yaranmasına da səbəb “El” layihəsinin iflası idi) “milli şura” da yalnız iddialardan doğan bir layihə idi.
Bu gün də reneqat E.Namazovun oynadığı tamaşa göz önündədir. Yəni, yuxarıda da vurğuladığımız kimi, E.Namazov bilir ki, xalqın onun kimi milli maraqlarımıza düşmən kəsilən, dövlətin, millətin mənafeyini addımbaşı satmağa hazır dayananlara münasibəti birmənalıdır. Elə bu səbəbdəndir ki, reneqat Namazov məhz özünü radikal düşərgənin önünə çıxarmaq üçün bütün yollara əl atır. Yeri gəlmişkən, o, həm də bununla dolayısı ilə dağıdıcı müxalifət partiyalarının hakimiyyət planlarının uğursuzluğuna işarə etməyə cəhd göstərdi. Yəni, yaradılması planlaşdırılsa da, yalnız sözdən uzağa gedə bilməyən “milli şura”ya rəhbərliyi, o cümlədən, “El hərəkatı” adı ilə yığılmadan dağılan layihələrlə o, Müsavat Partiyasını və AXCP-ni, eyni zamanda, onlara yaxınlığı ilə seçilən qurumları özünə tərəf cəlb etmək istədi.
Təbii ki, bu, fakt özü-özlüyündə reneqat E.Namazovun qeyri-səmimiliyini göstərir. Çünki dağıdıcı düşərgə daxilində hansısa partiya sədrinin kiməsə güzəşt etməsindən söhbət gedə bilməz. Hətta bəzi radikal düşərgə təmsilçiləri reneqat Namazovun oyunlarına onun güzəştini əldə etmək üçün qoşulmuşdu. Amma son nəticədə reneqat Namazovun prezident seçkilərində namizəd kimi iştirak edəcəyi ilə bağlı açıqlaması onu daha pis vəziyyətə salıb. Beləliklə, bu, dünənə qədər qəzetlərində reneqat Namazova yer ayıran, onun yalançı, anti-Azərbaycan mətbəxlərdə hazırlanan reseptlərinin “tərəfdarına”, “dəstəkçisinə” çevrilənlərin də ondan üz çevirməsinə gətirib çıxarıb.
İstənilən halda reneqat Eldar Namazovun fikir və mülahizələri Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti düzgün qiymətləndirə bilməyən birisinin mülahizələridir. Sırf özünün şəxsi maraqlarına istiqamətlənən bu fikirlərlə Azərbaycanın tarixi keçmişi ilə müasir durumu arasında uğursuz və savadsız paralellər aparan Eldar Namazov cəmiyyətin inkişaf meyillərini düzgün qiymətləndirə bilmir. Elə bu səbəbdəndir ki, onun uğursuz çabalamaları öz imkan və bacarığını qeyri-adekvat şəkildə şişirdən subyektin avantürist spekulyasiyalarından başqa bir şey deyil. Belələri isə ağa qara deməklə, Azərbaycanı gözdən salmaqla məşğul olmağı artıq özləri üçün peşəyə çeviriblər.
Bir sözlə, reneqat Namazovun “El hərəkatı” və ya başqa bir layihəsinin reallaşması ehtimalı birmənalı şəkildə sıfıra bərabərdir. Çünki artıq radikal düşərgədə namizəd olmaq istəyən insanların adları bəlli olur və qeyd olunduğu kimi, yalnız antiazərbaycançı mərkəzlərdən pul qoparılmasına hədəflənən düşərgədaxili mübarizədə marafona qoşulanların hədəfləri müəyyənləşir. Bu mərhələdə isə reneqat Namazovun özünəxidmətdən savayı işə yaramayan layihələri heç kimin yadına belə düşmür. Birmənalı şəkildə, reneqat Namazovun mənşəyi bəlli olmayan layihə-təkliflərinin radikal düşərgə mətbuatından tədricən “itməsinin” səbəbi də məhz budur...
Təbii ki, anti-milli layihələrlə cəmiyyəti çaşdırmaq istəyən reneqat Namazov özü də dərk edir ki, onun Azərbaycan cəmiyyətində heç vaxt siyasi çəkisi olmayıb. Sadəcə, reneqat Namazov “bir oxla iki quş” vurub həm dağıdıcı düşərgədə önə çıxmaq və əsası “Müsavat” və AXCP-ni arxa plana atmaq, bununla yanaşı isə, onun mətbuatından istifadə etmək niyyətinə düşmüşdü. Son nəticədə, yəni məqsədlərinin üstü açıldığı zaman o, həm “Əli aşından, həm də Vəli aşından” oldu. Nə “El hərəkatı” yaranmadı, nə “milli şura” alınmadı, bununla bərabər reneqat Namazovun üzünə radikal düşərgədəki qapılar da bağlandı... İndi artıq reneqat Namazovla Rüstəm İbrahimbəyov “tet-a-tet” nə qədər istəsələr söhbət edə bilərlər, çünki öz ünvanlarında yalnız ikisi qalıblar...
- Oxunub: 25260 |
- Tarix: 12-04-2013 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)