Ana səhifə »  Müəlliflər »  “Müsavat”da parçalanmanın yeni mərhələsi başlanır
A+   Yenilə  A-
“Müsavat”da parçalanmanın yeni mərhələsi başlanır
Yazdı: Pərviz Sadayoğlu

Vurğun Əyyubun partiya məclisindən çıxarılması loyal mövqedə olanları da etiraza qaldırdı
Müsavat Partiyasında “Vurğun Əyyub dilemması” hələ də əsas müzakirə obyektlərindən biri olaraq qalır. Belə ki, keçmiş Divan üzvünün Arif Hacılının göstərişi ilə partiyanın məclisindən çıxarılması gərginliyi daha da artırıb. Vurğulayaq ki, əslində bununla hazırki “Müsavat”daxili iqtidarı ələ almış qruplaşma özünə ən böyük “pisliyi” etmiş oldu. Nəzərə almaq lazımdır ki, vaxtilə partiyanın yaradıcılarından sayılan Sülhəddin Əkbərin “Müsavat”dan gedişindən sonra Arif Hacılıya qarşı olan qruplaşmaya, məhz Vurğun Əyyub rəhbərlik edirdi. V.Əyyubun “Müsavat” daxilində reytinqinin heç də Arif Hacılıdan az olmaması isə faktdır. Bu mənada, onun partiyanın seçkili orqanından bu cür aşağılayıcı tərzdə qovulması “narazı” qruplaşmanın sıralarını genişləndirməklə yanaşı, onların Qubad İbadoğlunun yaratdığı “Demokratiya və rifah” adlanan hərəkata transferini daha da tezləşdirəcək.
Digər tərəfdən, V.Əyyub hazırda hərəkatda Q.İbadoğlunu əvəz edir və faktiki sədrlik postuna yiyələnib. Bu faktın özü də “Müsavat”çıların hərəkata axınına təkan verəcək. Elə son müzakirələr də bunu deməyə əsas verir ki, V.Əyyubun partiya məclisindən qovulması indiyə qədər loyal mövqe seçərək gözləyənləri və partiyadaxili antidemokratiyaya dözənləri də dilə gətirib.
Məsələn, Q.İbadoğlunun partiyadan xaric edilməsindən sonra fraksiya düşüncələrindən əl çəkmiş kimi görünən Arif Hacılının başqa bir rəqibi, qurultayda başqanlığa namizəd olmuş Tural Abbaslı bildirib ki, V.Əyyubun məclis üzvlüyündən çıxarılması məsələsi səsə qoyulmayıb, sadəcə, onun bəyanatları, çıxışları əsas gətirilib: “Vurğun Əyyubun sosial şəbəkələrdə və mətbuatda verdiyi bəyanatlar rəsmi bəyanat, istefa ərizəsi kimi qəbul oluna bilməz, çünki nizamnamədə belə bir bənd yoxdur. Vurğun Əyyubun Məclis üzvlüyündən xaric olunması istənilirdisə, bülletenlər hazırlanmalı və gizli səsvermə keçirilməli, Məclis üzvlərinin 50 faiz+1-i Vurğun Əyyubun Məclis üzvü səlahiyyətlərinə son verməli idi. Bu prosedurlar baş vermədiyi üçün nizamnaməyə əsasən Vurğun Əyyub Məclis üzvüdür. Bunu partiyada nizamnamədən anlayışı olan istənilən şəxs təsdiq edə bilər”.
T.Abbaslı hazırki partiyadaxili rəhbərliyi ələ alanların “şahlıq” arzusunda olduğunu bildirib. O deyib ki, onların “şahlıq” arzusu uğursuz cəhddir”. Nəzərə alsaq ki, V.Əyyubun adı Məclis üzvlərinin siyahısından məhz birbaşa İsa Qəmbərin təklifi və təzyiqi ilə çıxarılıb, onda T.Abbaslının da artıq keçmiş “liderinə” qarşı savaşa başladığını demək mümkündür. Yəni, dünənə qədər T.Abbaslı, məhz “Arif Hacılı idarəçiliyindən” gileylənirdisə, artıq İ.Qəmbərin iradəsinə də qarşı çıxmağa başlayıb. Bu isə savaşın miqyasının günü-gündən genişlənməsindən xəbər verir. İkinci bir tərəfdən, V.Əyyubun da “zərərsizləşdirilməsindən” sonra rəhbərsiz qalan “narazı” qrupu öz ətrafına toplarlamağa niyyətlənən T.Abbaslı yaranan situasiyadan yararlanmaq niyyətindədir. Keçmiş namizəd əmindir ki, İ.Qəmbər və ya A.Hacılı onun etirazından sonra V.Əyyubu yenidən Məclis üzvlüyünə bərpa etməyəcək, sadəcə olaraq, avtoritar idarəetmənin komponenti olaraq atılan bu addımı pisləməklə T.Abbaslı özünə tərəfdar toplamaq istəyir.
Amma deyəsən, onun bu istəyi partiyadaxili iqtidar komandasının da nəzərindən qaçmayıb. Elə bu səbəbdəndir ki, bir müddətdir “hədəfdən” çıxan T.Abbaslı yenidən Arif Hacılı komandası tərəfindən “top-tüfənglə” qarşılanıb. Arif Hacılı komandasının əsas simalarından sayılan başqan müavini Səxavət Soltanlı isə Tural Abbaslının dediklərini “bilməzlikdən irəli gələn səhv” kimi qiymətləndirib.
Bəli, baş verənlər bir daha göstərir ki, parlament seçkiləri öncəsi Müsavat Partiyasında gərginlik daha da artmaqdadır. “Narazı” qruplaşmanın irəli sürdüyü namizədlərin siyahıdan çıxarılması, bu şəxslərin nəinki partiya rəhbərliyində, o cümlədən, seçkili orqanlarda fəaliyyətinin qarşısının alınması tərəflərin bir-birinə açdıqları savaşın get-gedə dərinləşməsindən xəbər verir. Artıq faktiki surətdə parçalanmaya məruz qalan və bazasında yeni bir siyasiyönümlü qurumun -”Demokratiya və rifah hərəkatı”nın yarandığı “Müsavat”da qarşıdan gələn günlərdə yeni bir bölünmənin yaşanması an məsələsidir.

 
  • Oxunub:  22890  |  
  • Tarix:  14-04-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA